Birinci mərhələ, tədqiqat Abşeron yarımadasında
aparılırsa, əvvəlcə neftlə çirklənmiş ərazilərə gələn bütün
çirkabların, neftli suların qarşısı alınır, ərazi qurudulur, sonra
oradan daş, kəsək, truba, taxta və başqa əşyalar kənarlaşdırılır.
Ərazidə neftlə bulaşmış qat çox qalınsa, qazılıb kənara çıxarılır,
sonra ərazi şumlanır. Bundan sonra kimyəvi rekultivasiya
mərhələsinə başlanır, torpağa üzvi və mineral gübrələr, bioloji
reogentlər verilir, torpaq şumlanır, xırdalanır, malalanır, bir
sözlə əkinə hazırlanır. Sonra bioloji rekultivasiya başlayır.
Buraya ot, kol və ağac bitkiləri mərhələ ilə əkilir, yəni torpağın
üstü yaşıl bitki ilə örtülü saxlanılır, aqronomik, aqrotexniki,
fitomeliorativ, meliorativ vəs. tədbirlərin həyata keçirilməsilə
aparılır.
Əgər bu tədbirlər faydalı qazıntılar çıxarılan ərazilərdə
aparıhrsa(əsasən açıq üsulla), rekultivasiya nəticəsində ərazidə
su hövzələri, yaşıllıq, abadlıq işləri, istirahət guşələri, rekreasiya
zonaları yaradır.
Rekultivasiya olunmuş torpaqların kənd təsərrüfatında
istifadə növləri və istiqamətləri əkin, örüş, biçənək, çox illik
bitkilərin sahəsi ola bilər. Bu torpaqlardan on çox kənd, meşə,
balıqçılıq təsərrüfatı, eləcə də sanitar-gigiyena və rekreasiya
məqsədilə istifadə olunması nəzərdə tutulur.
7.3.
Ətraf mühiti mühafızod,-) beynəlxalq əməkdaşlıq
Hazırki dövrdə ümumbəşəri, qlobal problemləri bir və ya
bir qrup ölkələrin qüvvəsi ilə həll etmək mümkün deyil. Bu gün
ictimai-siyasi quruluşları müxtəlif olan ölkələrdə təbiəti
mühafizə tədbirləri müxtəlif mərhələdədir. Lakin bununla yanaşı
XX əsrin ikinci yarısı və XXI əsrin başlanğıcında elmi -texniki
inqilabın sürətli inkişafı və eyni zamanda təbii tarazlığın
pozulma hallarını da qlobal problemlər sırasına çıxarılmışdır.
Onun üçün dünya səviyyəsində və bir çox ölkələrin birgə
konstruktiv əmək- vacibdir. Həm də, bu əməkdaşlıq hər bir
dövlətin
209
müsləqilliyinə hörmot zəminində olmalıdır. Buna görə də
dünyanın mütərəqqi ictimaiyyəti ətraf mühitin qorunması və
mühafizəsinə hər şeydən əvvəl sosial problemlər kimi baxaraq,
onların qorunmasını tələb edir. Ekoloji problemlərin həllinə
bütün ölkələrdə geniş ictimaiyyət qoşulmuşdur. Çünki Yer
üzərində insanların sürətlə artması və istehsalın sürətlə inkişafı
ətraf mühitin qorunub saxlanmasını vacib bir problem kimi
qarşıya qoyulur. Bu məsələlərin geniş həlli yalnız bütün
dövlətlərin birgə səyi nəticəsində həyata keçirilə bilər.
Beynəlxalq əməkdaşlıq, nəinki razıkuşdırılmış texniki
tədbirlərin qəbul olunmasını istiqamətləndirməli, həm də
gərginliyin azaldılmasına və silahlanmanın tam dayandırılmasına
yönəldilməlidir. Göründüyü kimi təmiz təbii mühitlə silahlanma
bir araya sığmazdır.
Beynəlxalq təbiəti mühafizə - insanların bu günü və sabahı
naminə, beynəlxalq və milli tədbirlərin bütün dövlətlər üçün
təbiətin nemətləri və ehtiyatlarından hamının səmərəli istifadəsi
istiqamətində aparılan işlərdir. Yaxın illərə kimi bu proseslər ik i
ictimai sistem arasında müstəqil aparılırdı. Aydındır ki, belə
qlobal problemləri ayrılıqda bir ölkədə və ya məhdud ölkələr
çərçivəsində həll etmək çox çətindir və praktiki olaraq mümkün
deyil.
Beynəlxalq təşkilat və proqramlar ətraf təbii mühitin
mühafizəsi problemlərilə, o cümlədən YUNEP (BMT-nin ətraf
mühitin mühafizəsi proqramı, 1973-cü il), UDMT (Ümumdünya
Meteoroloji təşkilat), YUNESKO (BMT-nin təhsil, elm və
mədəniyyət məsələləri üzrə komitvəsi) və s. istiqamətdə fəaliyyət
göstərir.
Məlumdur ki, ətraf mühitin çirklənməsi yerli, regional və
qlobal miqyasda baş verə bilər. Təbii və ekoloji proseslərin qlobal
məsələləri nə milli, nə də inzibati sərhədlərlə məhdudlaşmır. Yer
kürəsinin bir yerində ətraf mühitin çirklənməsi tədricən
genişləndikcə regional ekoloji problemlərdən qlobal problemlərə
çevrilir. Bir və ya bir
210
neçə qrup dövlətlər hamı üçün təhlükəli olan ekoloji prosesləri
aradan qaldırmaq məqsədilə öz səylərini birləşdirməli olurlar.
Baltik, Xəzər və Aralıq dənizlərinin, Kür, Reyn, Dunay və Tissa
çaylarının qorunması məqsədilə aidiyyatı olan ölkələrin birgə
əməkdaşlığını təmin edən beynəlxalq təşkilatların yaranması
deyilənlərə əyani misal ola bilər. Xəzərətrafı dövlətlərin
(Rusiya, İran, Azərbayean, Qazaxıstan, Türkmənistan) yaratdığı
beynəlxalq birlik Xəzər dənizinin flora və faunasının qorunması,
çirklənmənin
qarşısının
alınması
və
dənizin
dibinin
sərvətlərindən istifadə etmək sahəsində vahid proqramını
üzərində işləyirlər. Belə beynəlxalq əməkdaşlıq və qərarlar
göstərilən təbii məkanda ətraf mühitin pisləşməsinin qarşısının
alınmasına yönəlsə də, öz məzmununa görə beynəlxalq xarakter
daşıyır.
İnsanlar sənaye və əkinçilik fəaliyyətləri nəticəsində Yer
kürəsinin vəziyyətinin çətin hala düşməsindən narahatdırlar.
BMT-nin təşkilatları və alimlərin elmi ittifaqı artıq 30 -40 ildən
çoxdur ki, müxtəlif proqramlar işləyib hazırlayır və çoxsahəli
elmi tədqiqatların qurunun, atmosferin, okeanın, iqlimin və
planetin canlı aləminin vəziyyətlərini öyrənmək sahəsindəki
tədqiqatların nəticələrini müzakirə edirlər.
İnsanı əhatə edən təbiətin vəziyyətini öyrənmək sahəsində
- biosfer haqqında, geokimya, biogeokimya elmlərinin banisi,
rus alimi V.İ.Vernadskinin böyük rolu olmuşdur.
Rus alimləri V.İ.Vernadski, A.E.Fersmanın, V.M.Qold-
şmitin, A.P.Vinoqradovun bu sahədəki tədqiqatları ikinci dünya
müharibəsindən sonra 40-60-cı illərdə bir çox ölkələrdə
yayılmışdır.
1946-cı ildə yuxarıda qeyd etdiyimiz - ölkələr arasında
mədəniyyət və incəsənət sahəsində əməkdaşlığa xidmət edən
beynəlxalq təşkilat - YUNESKO (Paris) yaradılır.
YUNESKO, FAO və s. tərəfindən 50-60-cı illərdə top
211
Dostları ilə paylaş: |