daha mükəmməl metodlar hazırlamaq çox mühüm vəzifədir.
Mineral ehtiyatlardan kompleks istifadə edilməsi faydalı
qazıntı itgisini xeyli azaldır, xammal bazasını genişləndirir və
böyük iqtisadi səmərə verir. Son illərdə ölkəmizdə bu sahədə
müəyyən
müvəffəqiyyətlər
qazanılmışdır. Məs.;
Gəncə
alüminium zavodunda alüminium oksidi istehsalı prosesində hər
il xeyli miqdarda sulfatturşusu və qiymətli mineral kübrə olan
kalsium - sulfat alınır.
Naxçıvan duz mədənlərində on illərdən bəridir ki, ikinci
duz layı istismar olunmur, xırda duzdan istifadə edilməsi nəzərdə
tutulmur. Nəticədə çoxlu Daş duz itgisinə yol verilir ki, bu da
çıxarılan duz kütləsinin 55%-ni təşkil edir.
İstismar edilən başqa yataqlarda da itgilər çoxdur. Təkcə
Qaradağ karxanaları, Qaradağ sement zavodunda istehsalın bütün
həcmini təmin etmək üçün lazım olan qədər xammal itgisinə yol
verirlər.
İstisu, Sirab, Badamlı və başqa yataqlarda mineral su itgisi
də olduqca çoxdur.
Hazırda fılizçıxarma sənayesi aktiv surətdə inkişaf edir.
Bununla yanaşı getdikcə daha çox faydalı qazıntı yataqları
istifadəyə verilir, dağ-mədən müəssisələrinin gücü artırırılır və
qazmalar dərinləşir. Belə şəraitdə təkcə dağ- mədən işlərinin
görüldüyü yer deyil, yaxınlıqdakı geniş sahələrdə də torpaq
fondunu qorumaq və min illər boyu təşəkkül tapmış təbii
kompleksin pozulmasının qarşısını almaq mühüm vəzifələrdən
biridir. Dağ-mədən işləri aparılan zaman pozulmuş torpaqların
bərpa edilməsi, torpaq sahələrinin təhlükəsiz vəziyyətə və xalq
təsərrüfatına istifadə üçün yararlı hala salınması xüsusi
əhəmiyyətə malikdir.
Təbiidir ki, respublika ərazisində aparılan mineral
xammal hasilatı işləri təkcə faydalı qazıntı çıxarılan yerlərdə
yox, həm də bütövlükdə Respublika ərazisində ətraf mühitin
193
çirklənməsinin başlıca mənbəyi olaraq qalmaqdadır. Belə ki,
həmin sahə ilə məşğul olan sənaye müəssisələri (neyt mədənləri,
neft emalı, neft-kimya, qara və əlvan metallurgiya zavodları və
s.) təbii kompleksinin bütün komponentlərinə hərtərəfli təsir
göstərir. Ona görə də faydalı qazıntıların geoloji-kəşfiyyat işləri
və hasilatının aparılması ilə məşğul olan təşkilat və idarələrin
fəaliyyət dairəsinə bütün təbii ərazi kompleksinin istismarı ilə
bağlı olan təhlükə və ya ziyanın aradan qaldırılması da daxil
olmalıdır. Faydalı qazıntıların istismarı ilə bağlı olan bütün
mərhələlərdə ətraf mühitə ziyan vurulduqca torpaq örtüyünə,
bitki və heyvanat aləminə, atmsoferə, su mənbələrinə təsirlər
yaranır. Təsirin ilk mərhələsi geoloji- axtarış zamanı başlanır. Bu
zaman müxtəlif maşınlardan istifadə olunur, yollar çəkilir,
axtarış quyuları qazılır, ətrafa çoxlu yanacaqlar, yuyucu
məhlullar, çirkli sular və s. atılır. Bəzən kəşfiyyat quyuları
sonralar doldurulmur, ona görə də həmin ərazidə torpaq eroziyası
başlanır.
Mineral-xammal ehtiyatlarının istismarı zamanı da ətraf
çirklənir, yer səthinin torpaq örtüyünün quruluşu pozulur,
sürüşmələr və uçqunlar baş verir, karxanalar yaranır, xırda
təpələr əmələ gətirən çoxlu tullantılar yaranır. Respublikamızda
ildə bütün tullatmlarm 70-80 faizi mineral-xammal ehtiyatlarının
istismarından
əmələ
gəlir.
Yerin
təkindən
çıxarılan
qeyri-filizlərin çox hissəsi tullantıya gedir.
Mineral ehtiyatın hasilatı və emalı atmosferə çoxlu zərər
verir. Müxtəlif daimi qurğular, nəqliyyat vasitələri ildə atmosferə
1959 min ton zəhərləyici maddələr buraxır. Bakı, Sumqayıt,
Gəncə kimi sənaye şəhərlərindən atmsoferə çirkləndiricilər
atılmaqda davam edir.
Beləliklə, məlum olur ki, respublika ərazisində dağ-
mədən sənayesinin fəaliyyətilə bağlı ətraf mühitə böyük zərər
dəyir. Həmin tədbirlərin həcmi və təsiri ətraf mühitə sərf olunan
kapital qoyuluşunun məbləğindən və onu
194
səmərəli sərf etməkdən xeyli dərəcədə asılıdır. Sənaye
müəssisələrində təmizləyici qurğuların yaradılması, suya və
atmosferə atılan tullantıların təkrar istifadəsi respublikamız üçün
ən mühüm problemlərdəndir.
İndiki dövrün istehsal üsulları ilə bütün yerin təki
dağılaraq təbiətin min illərlə yaratdığı təbii vasitələr ekstensiv
yolla istehsal dövriyyəsinə daxil edilir. İndiyə qədər təbii
sərvətlərdən istifadə edilərkən onun tükənə biləcəyi ilə insanları
qorxudurdular. Lakin müasir dövrdə bundan da qorxulu vəziyyət
təbii ehtiyatların çıxarılması, emalı ilə əlaqədar olaraq təbii
şəraitin sıradan çıxması, yerin təkinin pozulması, biosferin
məhsuldarlığının zəifləndiril- məsidir.
195
VII FƏSİL
ƏTRAF MÜHİT HAQQINDA TƏLİMİN ELMİ VƏ
TƏCRÜBİ MAHİYYƏTİ
7.1. Ətraf mühiti mühafizənin problemləri
İnsan mühitlə hər zaman əlaqədə olmasına baxmayaraq
onun təbiətə təsiri əsasən təsərrüfat fəaliyyəti zamanı
intensivləşir. Təbiətə güclü antropogen təsir nəticəsində ətraf
mühit gərginləşir, sosial və təbii şərait mürəkkəb əlaqələr sistemi
yaradır. İnsan cəmiyyəti və onu əhatə edən canlı və cansız aləmin
(mühitin) qarşılıqlı əlaqələrindən bəhs edən geniş elm sahəsi hələ
aydınlaşdırılmamış,
onun
predmeti
tamamilə
formalaşdırılmamışdır.
Qeyd
etməliyik
ki,
bioloqlar,
coğrafiyaçılar, geoloqlar, kimyaçılar, filosoflar tərəfindən
«təbiəti mühafizə», «təbiətdən istifadə», «təbii sərvətlərdən
səmərəli istifadə», «ekologiya» və s. ideyalar ətrafında təbiəti
mühafizənin həm təbii, həm də sosial aspektləri barədə mühüm
əhəmiyyət kəsb edən tədqiqatlar aparılmışdır.
«Ətraf mühit», «ekologiya» anlayışlarındakı ümumi və
fərqli cəhətləri də müəyyənləşdirməyə böyük ehtiyac vardır. Belə
anlaşmalar təbiət və cəmiyyət haqqındakı elmlər sistemi
daxilində aparılmalı, nəzəri cəhətdən isə fəlsəfəyə və siyasi
iqtisada əsaslanmalıdır. İstər mühitin mühafizəsi və istərsə də
ondan istifadə ətraf mühitdə gedən kəmiyyət və keyfiyyət
dəyişikliklərini müəyyən etməyi tələb edir.
Bəzi alimlərin fikrincə mühit qeyri-üzvi, üzvi və
antropogen proseslərin (hərəkətlərin) nəticəsində formalaşır.
Deyilənlər mühitin qlobal və regional əsaslarım formalaşdırır.
Mütəxəssislərin fikrincə ətraf mühiti mühafizə dedikdə əsasən
aşağıdakılar nəzərdə tululur: təbii və sosial
196
Dostları ilə paylaş: |