Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə54/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   66

Növbəti  əkin  sisteminin  perspektivliyi  bitgilərin  üfüqi 
rotasiyası  (nöbələşməsi)  ilə  bağlıdır.  Kənd  təsərrüfatının  bütün 
formalarının  intensiv  inkişafı  onun  verə  biləcəyi  ekoloji 
nətiəcələrinin  dəqiq  tədqiq  olunması  ilə  əlaqədardır.  Kənd 
təsərrüfatı  məhsuldarlığının  artırılması  ilə  yanaşı,  bütün  biosfer 
proseslərinin, 
ən 
əsası 
isə 
maddələr 
dövranının 
optimallaşdırılması qarşıya məqsəd qoyulmalıdır. 
Qədim  zamanlardan  insanlar  heyvanları  əhliləşdirməyə 
başlamışlar.  Qitələrdə  müxtəlif  heyvanlar  əhliləşdirilib.  İnsan 
üçün  bu  gün  də  heyvanların  faydası  çoxdur:  ərzaq  mənbəyidir, 
dərman,  parfyumeriya,  texniki  yağ,  suvenir  və  s.  istehsalında 
xammaldır, xəz-dəri və gön mənbəyidir, minik və qoşqu aləti kimi 
istifadə  edilir,  elmi  əhəmiyyəti  var  və  estetik  zövq  verir.  Buna 
görə  də  bütün  qitələrdə  insanlar  həmişə  ev  heyvanlarının  və 
bitkilərin növünü, cinsini, sayını və məhsuldarlığını daim artırır. 
Bundan  əlavə  insan  üçün  də  mənfi  cəhəti  də  var:  insana  və  çöl 
heyvanına xəstəliklərin yayılması, bitkiləri tələf etməsi, təbii bitki 
örtüyünü korlaması, nəqliyyatla toqquşub qəzalara səbəb olması 
və  s.  Eyni  zamanda  maldarlığın  ətraf  mühit  üçün  əhəmiyyəti 
əvəzsizdir. Məs.: 
maddələrin 
biokimyəvi  dövriyyəsində  iştirakı,  canlı  təbiətin  təkamülündə, 
bitkilərin  çarpaz  tozlanmasmda,  torpağın  əmələ  gəlməsində, 
torpağın gübrələnməsində rolu, alaq bitkilərini azaltması və s. (3) 
Maldarlığın ətraf mühitə və çöl heyvanlarına təsiri ötəri bir hadisə 
deyil. Məs: 
ev 
heyvanlarının  yemi  təbiətdən  götürülür.  Onların  böyük  sürüləri 
olan çöl heyvanları otlaqlardan təqribən çəkilib getməli olur. Eyni 
zamanda  ev  heyvanları  çöl  heyvanlarına  qorxulu  xəstəliklər 
yoluxdurub onların kütləvi qırılmasına səbəb olur. Bunun əksinə 
olaraq  çöl  heyvanları  xəstələnib  bir  az  zəifləyən  kimi  yırtıcı 
heyvanlar onları tələf edirlər. 
181 


VI
 
FƏSİL 
TƏBİİ EHTİYATLARDAN İSTİFADƏNİN 
EKOCOĞRAFİ ASPEKTLƏRİ 
6.1.
 
Təbii ehtiyatlardan istifadənin ekoloji, iqtisadi və 
texnoloji aspektləri 
Təbii ehtiyatlar - insanların öz yaşayışlarını təmin etmək 
üçün istehsal vasitəsidir. Təbii ehtiyatlar təbii şəraitdən kənarda 
mövcud ola bilməzlər. 
Təbii  ehtiyatların  təsnifatı,  onlardan  kompleks  istifadə 
etmək və mühafizəsini təşkil etmək üçün böyük nəzəri və praktik 
əhəmiyyət  kəsb  edir.  Bundan  asılı  olaraq  təbii  ehtiyatları  iki 
böyük  qrupa  bölmək  olar:  tükənən  və  tükənməyən.  Tükənən 
ehtiyatlar öz növbəsində bərpa olunan və bərpa olunmayanlara 
ayrılır.  Hava,  su,  torpaq,  bitki  örtüyü  tükənən,  lakin 
bərpaolunandır.  Yerin  təkindən  çıxan  bütün  təbii  ehtiyatlar 
tükənən,  lakin  bərpa  olunmayanlardır.  Tükənməyən  təbii 
ehtiyatlara  günəş  enerjisi,  külək,  geotermal,  qabarma  və  s. 
enerjilərdir.  Təbii  ehtiyatların  bərpa  olunması  və  bərpa 
olunmaması  çox  hallarda  onlara  insanların  münasibətindən 
asılıdır.  Bizim  dövrümüzdə  təbii  ehtiyatların  bütün  tipləri 
mühafizə  olunmalıdır.  İstehsalın  indiki  mərhələsində  təbiətin 
mühafizəsinin  praktiki  məsələlərini  həll  etmək  üçün  təbii 
ehtiyatların müxtəlif növlərində sayı və onlardan səmərəli istifadə 
olunması vacibdir. 
Yerin  təkində  toplanmış  bütün  faydalı  qazıntıların  cəmi 
mineral  sərvətlər  anlayışını  təşkil  edir.  Mineral  sərvətlər 
sənayenin  vacib  sahələrinin  (energetika,  qara  və  əlvan 
metallurgiya, kimya sənayesi, tikinti və s.) inkişafı üçün əsasdır. 
Mineral xammal təbii ehtiyatlar kimi ölkənin milli sərvəti 
sayılır. Faydalı qazıntı yataqlarının aşkar edilməsi və 
182 


kəşfiyyatı,  onların  səmərəli  və  kompleks  istifadəsi  Xalq 
təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradır. Elmi- texniki 
inqilab döväində təbii ehtiyatlar ölkənin iqtisadi gücünü göstərən 
amillərdən  biri  hesab  olunur.  Dünya  iqtisadiyyatının  inkişafı 
bütün  dünyada  təbii  ehtiyatların  çıxarılmasının  kəskin 
çoxalmasının  və  ümumi  milli  məhsulda  onun  rolunun  artmasını 
göstərir.  Heç  vaxt  mineral  xammal,  xüsusilə  neft,  təbii  qaz, 
alüminium filizi, müəyyən əlavələr, nüvə xammalı iqtisadiyyatın 
inkişafına hazırkı dövrdəki kimi əhəmiyyətli olmamışdır. Demək 
kifayətdir  ki,  bütün  dünyanın  yerin  təkindən  çıxarılan  sənaye 
məhsullarının 70%-dən çoxu faydalı qazıntılardan istehsal olunur. 
Müasir  sənayenin  bünövrəsi  təbii  xammallardır.  Onun 
kəşfiyyatı,  çıxarılması  və  emalı  hazırda  insan  fəaliyyətinin 
miqyasca  ən  nəhəng  fəaliyyət  dairəsinə  çevrilmişdir.  Neft,  təbii 
qaz,  kömür-yanacaq  enerji  balansının  əsas  tərkib  hissələridir. 
Metal  filizləri-sənayenin  çoxsaylı  məhsulları  üçün  xammaldır. 
Dağ - kimya filizləri kənd təsərrüfat bitkilərinin məhsuldarlığını 
artınnaq  üçün  istifadə  olunur.  Qeyri-filiz  qazıntıları  tikintinin 
tələbatını ödəyir. 
Respublikamız  yüksək  inkişaf  etmiş  sənayenin  və  kənd 
təsərrüfatının  tələblərini  ödəyən  qüvvətli  təbii  ehtiyat  bazasına 
malikdir. 
Cəmiyyətin inkişafı və onun çiçəklənməsi təbiətin istifadə 
olunan sərvətlərinin müxtəliflifliyindən, xüsusilə yerin təkindəki 
ehtiyatlardan  asılıdır.  Hətta  təbiətin  bəzi  dövrlərinin  maddi 
mədəniyyətində  (“daş”,  ’’büıiinc”,  “dəmir”  əsrləri)  insan 
həyatında təbii ehtiyatların rolu əks olunmuşdur. Təbii ehtiyatlar 
bərpa  olunmayan  təbii  sərvətlər  kateqoriyasına  aid  olmaqla  - 
onların  ümumi  ehtiyatı  istifadə  nəticəsində  azalır.  Mineral 
sərvətlərin  bərpa  olunmaması  müəyyən  mənada  nisbi  xarakter 
daşıyır, belə ki, onların bərpası yerin təkində indi də gedir, ancaq 
bu proses o qədər yavaş gedir ki, onların çıxarılması ilə və 
183 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə