Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə50/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   66

Yeni  süni  mənşəli  səma  obyektlərinin  əmələ  gəlməsini 
astronavtlar  hazırda  astronomiyanın  xüsusi  sahəsi  kimi 
yaranmasını qəbul edirlər. Bu sahə Yerin hərəkət dövriyyəsində 
Günəş sistemini öyrənən meteor astronomiyası ilə və Yerin təsir 
dairəsindən kənarda yerləşən planet astronomiyasında keçid zona 
adlanırdı. 
Fəaliyyətdə olan peyklər (təqribən-500) kataloqa salınmış 
yerətrafı obyektlərin az bir hissəsidir. Fəaliyyətdə olan peyklərin 
kosmik zibillərlə toqquşmasından yaranan çirki qiymətləndirmək 
üçün  kataloqa  düşməmiş  obyektləri  də  bilmək  lazımdır.  Belə 
məlumatları  əldə  etmək  üçün  hazırda  vahid  bir  yol 
kataloqlaşdırılmamış  törəmələrin  modelləşdirilməsi  lazımdır. 
Belə  modellər  ABŞ-m,  Qərbi  Avropanın  və  Rusiyanın  aparıcı 
kosmik  stansiyalarında  yaradılmışdır.  Yerətrafı  orbitin  tez-tez 
istifadə  olunan  hissəsində  ən  çox  çirklənmiş  850-1200  km 
yüksəklik  və  geostasionar  orbitlərdir.  Burada  kosmik  zibil 
toplanmış olur. 850-1200 km yüksəklikdə meteoroloji peyklər və 
Yerin məsafədən zondlaşdırılmış peykləri, həmçinin nüvə enerjisi 
ilə  təchiz  olunmuş  peyklərin  böyük  bir  hissəsi  uçurlar.  Nüvə 
enerjisi ilə təchiz olunmuş peyklər bu yüksəkliklərdə radioaktiv 
təhlükə tam yoxlanana qədər yüzillərlə qala bilər. 
Yerətrafı pillələrin planlı partladılmasmm qarşısını almaq 
üçün qəbul olunmuş tədbirlər və ya öz işini qurtarmış peyklərin
 
orbitadan çıxarılması 
yolları hələlik 
yaradılmamışdır.  Çeostansionar-peyklər  hər  şeydən  əvvəl 
mikrometeorit  və  bolid  kimi  təbii  səma  cisimləri  tərəfindən 
bombardman ola bilər. 
Yerətrafı boşluğun yaxın hissəsində, 400 km yüksəklikdə, 
yəni  pilotlarla  idarə  olunan  aparatların  uçduğu  zonalarda  da 
həmçinin çoxlu miqdar kosmik zibil vardır. Lakin bu obyektlər 
nisbətən uzun dövrlü deyillər: yarandıqdan bir neçə il sonra onlar 
yerin atmosferinə daxil olaraq yanırlar. 
Aşağı obyektlərin atmosferə sürtünərək dövrü özünü 
168 


təmizləməsi  ona  görə  baş  verir  ki,  sürtünmə  effekti  obyektin 
yarım oxu da əsrlik dəyişiklik baş verərək o qədər onu kiçildir ki
sonda  obyekt  atmosferin  qalın  qatlarına  daxil  olaraq,  hətta 
yanmır.  Doğrudur  bəzi  hallarda  peyklərin  qalıqları  və  raketin 
yuxarı pilləsi Yerin səthinə də düşürlər. 
Hesab  olunurdu  ki,  geostasionar  orbitdə  belə  özünü 
təmizləmə  mexanizmi  mövcud  deyil.  Lakin  Rusiya  Elmlər 
Akademiyasının  Astronomiya  institutunda  aparılan  tədqiqatlar 
yüksək  orbitli  kosmik  obyektlərin  uzun  müddətli  təkamülü 
(həmdə  ki,  işıq  təzyiqi  altında  baş  verən)  bu  fikirləri  kökündən 
dəyişdi.  Məsələ  ondadır  ki,  peykin  və  ya  başqa  obyektin  günəş 
şüalarından  işıqlanma  vasitəsilə  reaktiv  qüvvəyə  malik  olması 
nəticəsində  təzyiq  qüvvəsi  əmələ  gəlir  ki,  onun  səthində 
asimmetrik  səpələnmiş  sahə  əmələ  gəlir  (bu  kosmik  zibilin 
peyklərdə  və  fraqmentlərində  rast  gəlinir).  Beləliklə,  söyləmək 
olar  ki,  geosentrik  orbitada  özü-özünü  təmizləmə  mexanizmi 
mövcuddur. 
Rusiya  EA  və  HASA  institutlarında  aparılmış  tədqiqatlar 
bu  fikrə  gəlməyə  imkan  verdi  ki,  alçaq  yerətrafı  orbitdə  olan 
kosmik  zibilin  40%  -dən  çoxu  raketlərin  ikinci  pillələrinin  və 
orbitdəki  peyklərin  partlaması  nəticəsində  əmələ  gəlmiş 
qəlpələrdir. 
Kosmik  fəzanın  ekoloji  vəziyyətinin  sabit  saxlanılması 
problemlərinə  aid  əsas  götürülən  sənəd  kosmosla  əlaqədar 
müqavilənin (1967-ci il) olmasıdır. Bu müqavilənin 1-ci bəndində 
göstərilir ki, kosmik fəzanın istifadəsi elə həyata keçirilməlidir ki, 
kosmosun sülh əsasında mənimsənilməsində başqa dövlətlərin işi 
çətinləşməsin və hüquqları pozulmasın. 
Müqavilənin  9-cu  bəndi  dövlətləri,  ictimaiyyəti  və 
beynəlxalq elmi cəmiyyətləri maksimum imkaniyyət daxilində və 
təcrübi  işdə  kosmosda  görəcəkləri  işlər,  onların  gedişi  və  tarixi 
barədə  BMT-nin  Baş  katibini  vaxtında  məlumatlandırmağa 
çağırır. 
Kosmosun ekologiyası məsələlərinin nizama salınması 
169 


üçün  Beynəlxalq  hüquq  məsələlərində  əsas  yer  «Kosmik 
obyektlər»  tərəfindən  dəyən  ziyana  görə  məsuliyyət  haqda 
Konvensiyaya (1972-ci li) verilir. Konvensiya dövlətlərdən tələb 
edir  ki,  buraxılışa  məsul  olan  dövlət  və  ya  kosmosa  hər  hansı 
apparat  buraxan  dövlət  Yer  üzərində  və  uçan  hava  gəmisinin 
vurduğu zərər üçün tam məsuliyyət daşımalıdır. 
Orbitdə toqquşma və partlayışlarda baş verir. 
24  iyul  1996-cı  ildə  təxminən  660  km  yüksəklikdə  iyul 
1995-ci  ildə  günəş-sinxron  orbitə  buraxılmış  fransız  CERİSE 
peyki ilə, başqa fransız peyki- 1986-cı ildə orbitə çıxmış «Arian» 
raketinin  üçüncü  pilləsinin  fraqmetnləri  ilə  toqquşması  baş 
vermişdir.  Toqquşma  zamanı  obyektlərin  nisbi  sürəti  15  km/s-a 
yaxın  və  ya  50000  km/saat  olmuşdur.  İlk  dəfə  olaraq  insanın 
kosmik  fəaliyyətinin  39-cu  ilində  kosmosda  toqquşma  həqiqətə 
çevrildi.  Təbii  səma  sistemləri  kimi,  həm  də  süni  peyklərin 
dağılmış  parçalarını  müşahidə  etmək  üçün  xüsusi  müşahidə 
sistemi tələb edilir. 
Orbitə  buraxıldıqdan  20  il  sonra  enerji  resursları 
tükənmiş  peyklər  dağılırlar  və  onlar  kosmik  zibil  («Tranzit 
NOAA, «Kosmos», «Vostoklarm» yuxarı pillələri) hesab olurlar. 
Müxtəlif peyklər nəzarətdə olan müxtəlif miqdar dağılmış hissələr 
verirlər (6-dan 50-ə qədər və çox). Bəzi iri hissələri ayrı nömrə ilə 
kataloqa daxil edirlər. 
Yerətrafı 
kosmosun 
çirkləndirilməsi 
raketlərin 
buraxılması üçün istifadə olunan  gücün artması ilə  artır.  «Delta 
raketləri  sistemlərinin  ikinci  pilləsinin  partlayışları»  (yanacağın 
qalması  və  qızmanm  mövcud  şəraitindən  asılı  olaraq)  1300 
müşahidələr  kataloqlaşdırılmışdır.  Həmin  bu  səbəblər  də  keçən 
əsrin  90-cı  illərində  «Titan»,  «Kosmos»,  «Proton»,  «Zenit», 
«Rokot»,  «Peqas»  tipli  raketlərin  yuxarı  pillərinin  partlamasına 
səbəb  olmuşdur.  Yuxarıda  qeyd  etdik  ki,  geosentrik  orbitada 
yerləşən  peyklər  təbii  səma  obyektləri  tərəfindən  xüsusi 
bombardıman olunurlar. 
170 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə