Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə53/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   66

sənaye  böyük  rol  oynayır,  sənaye  müəssisələrində  təbii 
komplekslər 
antropogen 
kompleksə 
çevrilir. 
Alimlər 
hesablamışlar  ki,  yerdən  çıxarılan  faydalı  qazıntıların,  mineral 
maddələrin  95%-ə  qədəri  tez-tez  mühiti  çirkləndirən  tullantılara 
çevirir.  Hər  il  sənaye  müəssisələrindən  atmosferə  tonlarla  kül, 
texniki  toz,  karbon  oksidi,  kükürd  qazı  və  digər  zəhərli  qazlar 
qarışır. Şəhərlər üzərində əmələ gələn tüstü və duman kimi zəhərli 
qazlar minlərlə adamın sağlamlığını pozur. 
Su  hövzələrinə  axıdılan  çirklənmiş  və  zəhərlənmiş  sular 
bütün canlılara birbaşa və dolayı  yolla ciddi təsir edir. Bizdə və 
dünyada neft və neft məhsulları çay, dəniz və okean sularının üst 
qatında  nazik  örtük  əmələ  gətirərək  oksigenin  suya  daxil 
olmasının qarşısını alır. 
Bir sıra sənaye tullantıları ozon qatının zəhərlənməsinə və 
«Ozon  dəliyinin»  yaranmasına  səbəb  olmuşdur.  Bu  hal  hazırda 
bütün bəşəriyyəti narahat edir. 
Sənaye  şəhərlərində  əhalinin  sıxlığı  və  antropogen 
faktorların  daha  güclü  olması  burada  insan  ilə  ətraf  mühit 
arasındakı  əlaqəyə  və  qarşılıqlı  asılılığa  tamam  yeni  forma  və 
məzmun verir. 
Müasir sənaye və kənd təsərrüfat sahələrində tətbiq olunan 
yüzlərlə  xammal,  gübrə,  pestidsid  və  s.  təbiətin  canlı  aləminin 
normal inkişafını və həyat fəaliyyətini pozur. İndi bütün dünyanın 
iri  şəhərləri  bərk  cisimlərin  tullantıları  ilə  əhatə  olunmuşdur. 
Sənayenin  inkişafındakı  səhvlər  ondan  ibarətdir  ki,  təbii 
kompleksin əlaqələrini nəzərə almadan, məhsuldarlığın artmasına 
enerjidən  istifadəni  çoxaltmaq  hesabına  nail  olurlar.  Sənaye 
şəhərlərinin  gələcəkdə  təkmilləşdirilməsi,  ən  əsas  tullantısız 
istehsal proseslərinin geniş tətbiqi planlaşdırılır. 
178 


5.4. Nəqliyyatın ekocoğrafi aspektləri 
Təsərrüfat  çoxsahəli  olmaqla  coğrafi  şəraitlə  mürəkkəb 
əlaqələrə  malikdir.  Bu  baxımdan  nəqliyyatın  təbiətə  təsiri  həm 
zərərli, həm də faydalıdır. Nəqliyyatla bağlı olan eyni bir hadisə 
zərərli və faydalı ola bilər. Məs: bioloji növlərin və ya onların sort 
və  cinslərinin  uzaq  yerlərə,  hətta  bir  qitədən  başqa  qitəyə 
yayılması iqtisadi baxımdan müxtəlif nəticə verə bilər. 
Canlıları  müasir  nəqliyyatın  köməyi  ilə  qısa  vaxtda 
dünyanın hər yerinə yayıb insan həyatına səmərəli etmək məqsədə 
müvafiq olar. 
Nəqliyyatın  inkişafı  insanın  zərərli  və  faydalı  əmək 
fəaliyyətini  intensivləşdirir.  Təəssüf  ki,  nəqliyyatın  faydasına 
aludə olmuş insan onun zərərlərini vaxtında görüb aradan qaldıra 
bilməmişdir. Hələ indi də nəqliyyat vasitəsi ilə ətraf mühit (hava, 
torpaq,  su)  çirkləndirilir,  bərəkətli  torpaqlar  yollar  altında  qalır, 
xəstəliklər və zərərli orqanizmlər geniş yayılır. 
1000  km  yol  gedən  avtomobil  bir  adamın  illik  oksigen 
payını  sərf  edir.  Müasir  təyyarələrin  bir  saatlıq  uçuşunda 
yandırdığı oksigen 180 min adamın həmin qədər vaxtda istifadə 
etdiyi  oksigenə  bərabərdir.  Nəqliyyat  havada  olan  oksigeni 
yandırmaqdan başqa həm də dünyaya küllü miqdarda karbon qazı 
atır  (təxminən  ildə  20  milyon  ton).  Bu  səbəbdən  Yer  kürəsinin 
havasında  olan  karbon  qazı  təbii  miqdarına  nisbətən  15% 
çoxalmışdır (3). 
Avtomobil  nəqliyyatı  havaya  azot  oksidi  (NO
2
), 
karbohidrat  və  zərərli  qurğuşun  da  atır.  Son  bir  neçə  əsrdə, 
xüsusən  XIX-XX  yüzilliklərdə  flora  və  faunanın  yayılmasına 
antropogen  faktorlar,  o  cümlədən  nəqliyyat  və  rabitə  vasitələri 
ciddi təsir etmişdir. İndi yeni elm sahəsi - antropogen biocoğrafiya 
inkişaf etmişdir. 
179 


5.5 Kənd təsərrüfatının və torpaqdan istifadənin 
ekocoğrafi anlayışları 
Kənd təsərrüfatı ilk dövrlərdən bir çox ekloji prinsiplərin 
təbii  istifadəsinə  əsaslanır.  Onun  elmi  əsaslarının  yaranması  və 
inkişafı ilə əlaqədar bu prinsiplər şüurlu şəkildə istifadə olunurdu. 
Lakin  hazırki  dövrə  qədər  əksərən  ekoloji  biliklərin 
autekologiya-növlərin  ekologiyası  istiqaməti  istifadə  olunur. 
Populyasiya  və  ekosistem  yanaşma  az  istifadə  olunurdu.  Kənd 
təsərrüfatı istehsalında əsas məqsəd güdülürdü - məhsul alınması 
və maksimum  bioloji məhsuldarlıq əldə etmək.  Müasir qüvvətli 
texnikanın  istifadəsi  və  geniş  kimyalaşdırma  dövründə  yüksək 
məhsul  əldə  edilməsi  ətraf  mühitin  və  ekoloji  tarazlığın 
saxlanılmasında 
göstərilənlər 
qismən 
ciddi 
problemlər 
yaratmışdır.  Bu  son  nəticədə  təsərrüfat  əkinçiliyinə  pis  təsir 
göstərmişdir.  Şumlanan  torpaqlarda  da  kütləvi  kimyəvi 
pereparatlarm  istifadəsi  nəticəsində  elə  neqativ  hallar  və 
tozlanmalar  baş  vermişdir  ki,  bu  bir  çox  təbii  biosenozların 
məhvinə və mədəni bitkilərin məhsuldarlığının azalmasına səbəb 
olmuşdur.  Müasir  ekologiya  elmi  yeni  kənd  təsərruüfatı 
məhsulları  almaq  metodlarını  və  həm  bitkiçilikdə,  həm  də 
maldarlıqda potensial məhsuldarlığı göstərir. 
Kənd təsərrüfatının ekologiyalaşdırılmasmm əsas yolu - 
biosenoloji  və  ekosistem  prinsipləridir.  Növbəli  əkinin  və 
aqrolandşaft komplekslərinin  yaradılması elə olmalıdır ki,  onlar 
biosenoloji  sistemlərin  bütövlüyünü  qoruya  bilsin.  Növ 
müxtəlifliyinin  artırılması  şəraiti  zərərvericilərin  təhlükəsini 
aradan  qaldırmağa  kömək  edə  bilər.  Bu  nəinki  məhsulun 
qorunmasını,  həm  də  kimyəvi  pereparatlarm  geniş  tətbiqini 
azaldır.  Həmdə  ki,  ətraf  mühitin  çirklənməsinin  qarşısını  alır. 
Kənd təsərrüfatı istehsalının intensivləşməsi ekoloji yanaşmaları 
tətbiq etməklə mümkündür. 
180 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə