Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə51/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   66

indiyə  qədər  bir  neçə  kosmik  layihələr  həyata 
keçirilmişdir.  Bununla  aşağı  orbitdə  pilotlarla  idarə  olunan 
kosmik zibilin mövcudluğu öyrənilməyə başlanmışdır. 
Xüsusilə  də  1990-cı  ilin  aprelində  peykdə  qoyulmuş, 
sahəsi  130  m-  olan  xüsusi  platformanın  səthində  0.5  mm-  dən 
böyük  həcmli  hissəciklərin  35  mindən  çox  zərbəsi  qeydə 
alınmışdır. Tədqiqatlar göstərmişdir ki, səthə dəyən hissəciklərin 
«Kraterləri»  həm  süni,  həm  də  təbii  mənşəli  hissəciklərin 
zərbələrinin  nəticəsində  yaranmışlar,  o  cümlədən  də  nüvə 
reaktorlarından  dəyən  zərbələr.  Yerə  düşən  iri  kosmik  zibilə  (1 
m^ en kəsiyi olan)gəldikdə isə, onlar orta hesabla həftə ərzində bir 
dəfədən  az  düşmüşlər.  Zibillərin  düşmə  vaxtı  düşmə  yerlərini 
təyin etmək mümkün olmur. 
«Kosmik 
obyekt» 
terminini 
müəyyənləşdirirkən, 
«Kosmik  obyekt»  anlayışının  tərkib  hissəsi  kimi  həmçinin 
daşıyıcı  vasitələr  və  onun  hissələri  fəaliyyət  göstərmirsə  də, 
konvensiya  kosmosa  aparat  buraxan  və  kosmosu  çirkləndirən 
dövlət üzərində potensial məsuliyyət saxlayır. 
171 


V
 
FƏSIL
 
TƏBİİ - TEXNOGEN PROSESLƏRİN 
EKOCOĞRAFİ XÜSUSİYYƏTİ 
5.1.
 
Energetik sistemlərin ekocoğrafi aspektləri 
Cəmiyyətin  inkişafı  və  tərəqqisi  təbiətin  istifadə  olunan 
müxtəlif  sərvətlərindən,  xüsusilə  yerin  təkindən  çıxarılan 
sərvətlərdən asılıdır. Hətta maddi mədəniyyətin bəzi adları (daş, 
tunc, bürünc, dəmir əsri və s.) təbii mineralların adı ilə bağlıdır. 
Mineral  sərvətlər  bərpa  olunmayan  resurslarıdır.  Onların 
bərpa  olunmaması  bəzi  mənada  nisbi  xarakter  daşıyır,  çünki 
onların  bərpası  təbiətdə  o  qədər  zəif  gedir  ki,  onların  çıxarılma 
tempinə və insan ömrü ilə müqayisədə bərpa olunmayan sayılır. 
Elmi-texniki  inqilabın  sürətli  inkişafı  enerjiyə  olan 
tələbatın sürətlə artması ilə müşayət olunur. Onun istehsalı hər 10 
ildən  bir  iki  dəfəyə  qədər  artır.  Bir  çox  mütəxəssislərin 
proqnozlarına əsasən üçüncü minilliyin əvvəllərində bütün enerji 
növlərinə dünyanın tələbatı üç dəfə artacağı gözlənilir. 
Energetika  -  enerji  ehtiyatları,  müxtəlif  enerji  növlərinin 
hasilatını,  dəyişməsini,  ötürülməsini  və  istifadəsini  daxil  edən 
xalq təsərrüfatı sahəsidir. 
Energetika  insan  fəaliyyətinin  ən  mühüm  tərəfidir. 
Energiyanm  istifadəsi  olmadan  insanın  başqa  işləri  də  praktiki 
olaraq mümkün deyildir: 
təbii ehtiyatların 
çıxarılması  və  emalı,  sənaye  məhsulunun  istehsalı,  nəqliyyat, 
kənd təsərrüfatı, işıq, istilik, səhiyyə və s. 
Lakin  energetika  məsələləri  ilə  həll  edilməlidir  ki, 
biosferdə başqa qlobal problemlərin vəziyyəti pisləşməsin. Buna 
baxmayaraq,  energetika  müəyyən  üstünlüklərlə  yanaşı,  ətraf 
mühitə  mənfi  təsir  də  göstərir.  Biosferin  çirklənməsi  növlərinin 
80%-ə qədərini enerji prosesləri, o cümlədən 
172 


yanacağın  hazırlanması  və  istifadəsi  təşkil  edir.  Son  30-40  ildə 
dünyada  hər  bir  insanın  istifadə  etdiyi  enerjinin  miqdarı  iki 
dəfədən çox, neft isə üç dəfə yarım artmışdır. Bunun nəticəsi isə 
dünyada  duru  yanacaq  ehtiyatının  hiss  olunacaq  dərəcədə 
tükənməsidir. 
Enerji  istehsalının  iki  tipi  var:  bioloji  enerji  istehsalı 
(antropogen). İkinci tipin bir neçə forması var: istilik energetikası, 
hidroenergetika,  atom  energetikası,  ənənəvi  olmayan  enerji 
mənbələri  (günəş,  termal,  dalğa  və  qabarma,  tullantı  üzvi 
maddələrin enerjisi və s.). 
5.2.
 
Enerji ehtiyatlarının növləri. İstilik-enerji xammalları 
Qlobal  enerji  strategiyası  və  problemlər,  əhalinin  sayının 
artması, cəmiyyətin ayrı-ayrı təbəqələri arasında əmlak fərqlərinin 
yüksəlməsi,  ərzaq və su çatızmazhğı, sağlamlığın və səhiyyənin 
vəziyyəti,  şəhərlərdə  əlverişsiz  hava,  iqlimin  dəyişməsi, 
ekosistemlərin deqradasiyası, nüvə silahının yayılması və s. kimi 
ümumdünya məsələləri ilə qarşılıqlı əlaqədədir. 
Yer üzərində enerjidən istifadə durmadan artır və müxtəlif 
qiymətlərə əsasən 2000-ci ildə 16-24 trilyon kVt/s olmuşdur. Yeni 
enerji mənbələrinin perspektiv istifadəsinin və enerjinin gələcək 
inkişafının  təbii  mühitə  təsiri  müxtəlif  enerji  ehtiyatlarının 
qiymətləndirilməsi ilə təyin olunur. 
Ən sadə qiymətlərə əsasən əsas yanacaq enerjisinin əsasını 
təşkil  edən  potensial  ehtiyatının  cəmi  -  kömür  və  başqa  bərk 
yanacaq növləri,  maye,  karbohidrogen, təbii  qaz və s. ehtiyatlar 
5500-6950 milyon kVt/s təşkil edirlər. 
Bir-birindən  fərqlənən  mineral  yanacaqların  müxtəlif 
qiymətərinin  cəm  potensialı  götürüldükdə  əsas  rol  yenə  də 
kömürə verilir. Öz ehtiyatlarına görə kömür neftdən 20-30 dəfə, 
təbii  qazdan  30-50  dəfə  üstündür.  Mineral  enerjilər  içərisində 
kömürün payını potensial cəmdən 72% təşkil edir. 
İnsanlar  öz  yaşadıqları  dövrdə  80-85  milyard  ton  enerji 
istifadə etmişdir. Bu rəqəmin yarısı son 25 ildə 
173 


istifadə olunub. Məlumatlara əsasən 2000-ci ilə kimi 76,2 milyard 
ton  neft,  99,7  milyard  ton  təbii  qaz  və  70,4  milyard  ton  uran 
xammalı istifadə olunub. 
İstilik  enerjisini  texniki  tərəqqinin  əsasını,  xalq 
təsərrüfatının inkişaf tempini təşkil etməsini söyləyirlər. Keçmiş 
Sovetlər  İttifaqı  istilik  enerjisi  alınmasının  əsasını  qoyan 
ölkələrdən olmuşdur. 
İstilik  energetikasının  əsasını  istilik  elektrik  stansiyaları 
(İES)  təşkil  edir.  Bu  stansiyada  enerjinin  70%-ə  yaxmı  istehsal 
olunur. Ona görə də bu sahənin ətraf mühitə təsir ön plana çıxır. 
500-dən çox qüvvətli İES-lər və istilik elektrik mərkəzləri (İEM) 
gecə-gündüz  işləyərək  milyon  tonlarla  üzvi  yanacaq  yandırılır. 
Onların  hesabına  təqribən  sənaye  müəssisələrindən  atmosferə 
atılan zəhərli tullantıların 1/4-i düşür. Atılan zəhərli tullantılarının 
yarıya qədəri kükürd dioksididir. 1/3-i azot oksidinin, 1/4%-i isə 
uçan  külün  payına  düşür.  Yanacaq  və  oksidləşdirici  rolunu 
oynayan qızdırılmış hava fasiləsiz olaraq  yandırıcı qazana daxil 
olur.  Yanacaq  kimi  adətən  kömür  və  şist  istifadə  olunur. 
Həmçinin, neftayırma zamanı neftdən - benzin, ağ neft və başqa 
yüngül fraksiyalar ayrıldıqdan sonra qalıq məhsulu kimi - qaz və 
mazutdan istifadə olunur. 
Bərk yanacaq yandırılan zaman atmosferə yanmağa macal 
tapmamış hissəciklər olan uçan kül hissəcikləri, kükürd anhidridi, 
bəzi  ftor  birləşmələri,  həmçinin  tam  yanmamış  yanacağın  bəzi 
qazvari məhsulları daxil olurlar. 
İES-lərin tullantı sularında vanadium, nikel, ftor, fenol və 
neft  məhsulları  olur.  Onlar  su  hövzələrinə  atıldıqda  suyun 
keyfiyyətinə  və  su  orqanizmlərinə  zərərli  təsir  göstərə  bilər. 
Suyun  istiliyi  də  su  hövzəsinə  mənfi  təsir  göstərməklə,  orada 
çoxlu dəyişikliklər əmələ gətirir. İES-lər enerjini qızmış buxarın 
köməyilə  hərəkətə  gətirilən  trubinin  köməyilə  alınır.  Trubin 
işləyərkən  işlənmiş  buxar  su  vasitəsilə  soyudulur.  Ona  görə  də 
İES-lərdən fasiləsiz 8-12°S qədər qızmış su hövzəyə daxil olur. 
174 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə