Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə49/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

kənd təsərrüfatı poliqonlarında (Arizona, Kaliforniya, Marikon və 
s.)  bir  neçə  il  müddətində  hər  10  gündən  bir  aeroşəkillər  və 
başqalarından istifadə edərək yerüstü foto şəkillər çəkilmişdir. 
Meşə sahəsi, planetimizin cəmi 10%-dan az hissəsini tutur. 
Spektrozonal  kosmik  fotoşəkillər  yaşıl  sərvətimizin  daha 
yaxından  öyrənilməsi  üçün  geniş  imkanlar  yaradır.  İlin 
fəsillərindən  asılı  olaraq  bitkilərdə  baş  verən  dəyişikliklər, 
məsələn,  yarpaqların  payızda  saralması,  ilin  isti  vaxtında 
göyərməsi  və  qışda  tökülməsi  müxtəlif  diapozonlu  kosmik 
şəkillərdə  aydın  nəzərə  çarpır.  Aerokosmik  nəzarət  həyatımızın 
yaşıl mühafizəçilərimizin daha da artırılmasına, onlann inkişafına 
və daha səmərəli qorunmasına kömək edir. Aerokosmik şəkillərdə 
vizual  və  instrumental  deşifrə  vasitəsilə  çay  terrasları,  deltaları, 
qədim və müasir çay gətirmə konuslan da ayırd olunur. Bu üsulun 
köməyilə  səhralarda  suların  səthə  yaxın  olduğu  yerlər  kosmik 
cihazların köməyilə müəyyən edilir. 
4.3.
 
Kosmik ekologiya. 
1957-ci  ildə  Yer  kürəsinin  ilk  süni  peykini  buraxan  vaxt 
onun orbitini alimlər təqribi bilirdilər. Peyk buraxıldıqdan sonra 
müşahidəçilər  qrupu  peykin  təqribən  göıdinə  biləcəyi  yerə 
gedərək, səmanın görünən hissəsini öz aralarında böldülər. 
Beləliklə  peykin  səmada  görünəcəyini  gözləyirdilər. 
Bununla  da  onlar  aydınlaşdırdılar  ki,  peyk  Yer  kürəsinin  hansı 
yerində və hansı rayon üzərindən uçur və alınan məlumatlarla az 
dəqiqliklə  də  olsa  onun  orbitini  aydınlaşdırmaq  mümkün  oldu. 
Sonrakı  illər  Yerin  yeni  süni  peykləri  buraxmış,  yerə  siqnal 
göndərməyi  dayandırmış  (qüvvəsi  tükənmiş)  ilkin  peyklərə  isə 
maraq azalmış və tezliklə onların hansı orbitada uçmalarını bilən 
olmamışdır. 
Süni 
peyklərlə 
yanaşı 
yaxın 
kosmosda 
daşıyıcı-raketlərin 
165 


yuxarı  pillələri  qalmağa  başladı  və  onların  orbitlərini  artıq  heç 
kim  öyrənmirdi.  1961-ci  ildə  ABŞ-m  daşıyıcısı  «Tranzit»  tipli 
raketininin ilk partlayışı baş verir. 1964-cü ildə isə «Kosmos-50» 
adlı sovet peykinin birinci planlaşdırılmış (yerdən komanda ilə) 
partlayışı  baş  verdi.  Beləliklə,  yer  ətrafı  orbitdə  yayılmış,  lakin 
heç  kəsi  maraqlandırmayan  əşyaların  sayı  artmağa  başlayır.  İlk 
zamanlar  bu  hadisələr  nə  alimləri,  nə  kosmik  gəmilərin 
layihəçilərini, nə də ki, ictimaiyyəti maraqlandırmırdı. Kosmosun 
çirklənməsi  problemi  ilə  yalnız  keçən  əsrin  80-ci  illərində 
danışılmağa  başlanılır,  çünki  Yer  ətrafı  boşluqda  yaranmış 
vəziyyət  ətraf  mühitə,  sadəcə  olaraq  Yerin  əhalisinə  təhlükə 
yaratmağa başlamışdır. 
1978-ci ildə «Kosmos-954» peyki Şimali Kanadanın tayqa 
zonasına,  bir  il  sonra  isə  «Skayleb»  adlı  amerikan  kosmik 
stansiyasının 
qalıqları 
Avstraliyanın 
səhra 
rayonlarına 
səpələnmişlər,  1964-cü  ildə  isə  ABŞ-m  nüvə  enerji  mənbələri 
olan nəqliyyat  peykinin  səhv buraxılması nəticəsində radioaktiv 
material  Hind  okeanı  üzərinə  səpələnmişdir.  Hazırda  yerətrafı 
kosmosda  çirkləndirmə  problemlərinin  aktual  olması  bir  çox 
beynəlxalq  təşkilatlar  tərəfindən,  o  cümlədən  Beynəlxalq 
Astronomiya  İttifaqı,  KOSNAP  və  b.  tərəfindən  qəbul 
olunmuşdur. Son onilliklərdə bu əhəmiyyətli  problem BMT-nin 
kosmik fəzanın istifadəsi üzrə komitəsində və onun elmi-texniki 
və alt hüquq komitəsində vaxtaşırı müzakirə olunur. 
Yeni  mənşəli  səma  obyektlərinin  əmələ  gəlməsini 
astronomlar  hazırda  astronomiyanın  xüsusi  sahəsi  kimi 
yaranmasını qəbul edirlər. Bu sahədə yerin hərəkət dövriyyəsində 
Günəş sistemini öyrənən meteor astronomiyası ilə və Yerin təsir 
dairəsindən kənarda yerləşən planet astronomiyasında keçid zona 
adlanırdı.  Yerətrafı  orbitdə  dövr  edən  obyektlər  üzərində  ilk 
sistematik müşahidələr keçmiş SSRİ və ABŞ hərbçiləri tərəfindən 
raket əleyhinə və kosmos əleyhinə müdafiə 
166 


vəzifələri çərçivəsində başlanmışdır. Hər iki ölkədə uzaq hədəfləri 
tapan  və  optik  cihazlarla  yer  ətrafı  aləmə  nəzarət  sistemi 
yaradılmışdır.  Nəzarət  sistemi  tərəfindən  yerətrafı  kosmosda  10 
mindən  çox  obyekt  müşahidə  edilmiş  və  fasiləsiz  nəzarətdə 
olmuşlar. Bunlar əsasən 10 sm ölçüdən iri cisimlər idi. Onlardan 8 
minə  yaxın  obyekt  rəsmi  kataloqa  salınmışdır.  Fəaliyyətdə  olan 
peyklər (təqribənSOO) kataloqa salınmış yerətrafı obyektlərin az 
bir hissəsidir. 
Beləliklə, Kosmik zibil-adh yeni anlam yaranmağa başladı. 
Bu  məfhum  öz  enerji  potensialı  tükənmiş  peykləri,  lakin 
buraxılışa şərait yaratmış və b. daşıyıcı-raketlərin yuxarı pilləsini
müxtəlif detalları birləşdirir. Bu hissələr artıq insan cəmiyyətinə 
heç  bir  xeyir  verməyəcək,  amma  onlar  praktiki  olaraq  daima 
yerətrafı boşluqda qala bilərlər. İnsanın 50 illik kosmik fəaliyyəti 
dövründə  yerətrafı  orbitin  müxtəlif  qatlarına  və  uzaq  kosmosa 
çəkisi 3 min ton olan 20 mindən çox obyekt buraxılmışdır. 
Yerətrafı  orbitin  antropogen  yolla  çirkləndirilməsi 
probleminə  ilk  fikir  verən  ABŞ-m  Milli  Kosmik  Agentliyi 
(NASA) olmuş və bu isə ciddi münasibət göstərilmişdir. ABŞ-da 
Kosmik  fəzaya  nəzarət  sistemi  dövlət  və  başqa  təşkilatları 
məlumatlandırır  ki,  bu  da  bu  sistemə  aktiv  inkişaf  etməyə  və 
mükəmməlləşməyə imkan yaradır və  yeni iri optik teleskoplarla 
təchiz  olunur.  Misal  üçün,  Mayu  (Havay  adaları)  adasında 
kosmosa  nəzarət  etmək  üçün  güzgüsünün  diametri  1.2  və  I.6., 
1.8-mə  qədər  ulduz  böyüklüyü  qədər  yayılma  qabiliyyəti  olan 
teleskoplar quraşdırılmışdır. 
Havay  adalarında  güzgüsünün  diametri  3.7  m  olan 
teleskop  istifadəyə  verilib.  Bu  teleskop  ən  müasir,  şüa  qəbul 
edəndə təchiz olunmuşdur. 
2000-ci  ildə  amerikanh  peykləri  izləmə  sistemi  olan 
modernləşdirilmiş stansiya istifadəyə verilmişdir ki, bu qurğuların 
tez bir zamanda lazımi yerdə quraşdırılması mümkündür. 
167 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə