Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə46/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   66

rekreasiya  əhəmiyyətli  meşəlikləri  təbii  halında  saxlamaq 
məqsədilə yaradılır. 
Qoruqlar təbiəti mühafizənin ən yüksək formasıdır. Onlann 
başlıca vəzifələri: 
a)
 
Xüsusi  qoruq rejimi əsasında ərazinin kompleksinin 
qorunmasını təmin etmək; 
b)
 
Qoruğun ərazisində onun elmi şöbəsinin və əlaqədar 
təşkilatların 
plan 
üzrə 
elmi-tədqiqat 
işləri 
aparmalarını təşkil etmək
c)
 
Elmi  kadrların  hazırlanması  işini,  ali  məktəb 
tələbələrinin  tədris  və  istehsalat  təcrübələrini  təşkil 
etmək; 
d)
 
Qoruqda meşə fondunun, heyvanların, bitkilərin və s. 
təbii obyektlərin siyahısını apaımaq; 
e)
 
Təbiəti mühafizə təbliğatı və təbiəti mühafizə maarifi 
ilə məşğul olmaq və s.-dən ibarətdir. 
155 


IV
 
FƏSIL
 
KOSMİK 
və 
QLOBAL PROSESLƏRİN 
EKOCOĞRAFİ XÜSUSİYYƏTLƏRİ 
4,1.
 
Kosmik proseslərin ekoloji nəticələri 
İnsan  cəmiyyət  formalaşmağa  başladığı  ilk  dövrlərdən 
etibarən tükənməz həyat mənbəyi olan təbii mühiti öyrənir, onun 
sərvətlərindən  yaşayış  mənafeyinə  uyğun  istifadə  edirlər.  Təbii 
mühitin öyrənilməsi daim təkmilləşdirilir. Əgər əvvəllər, texniki 
vasitələrin  zəif  inkişaf  etdiyi  dövrlərdə  təbii  sərvətlər  yalnız 
ənənəvi olaraq adicə yerüstü müşahidələr vasitəsilə öyrənilirdisə, 
kosmik  texnika  meydana  gəldikdən  sonra  isə  təbii  mühitin 
öyrənilməsində,  ekoloji  durumun  qiymətləndirilməsində  daha 
mütərəqqi  üsullardan  istifadə  olunmağa  başlanmış,  bunun 
nəticəsində tədqiqat işlərinin sürəti və keyfiyyəti xeyli yüksəlmiş, 
tədqiq  edilməsi  adi  üsullarla  mümkün  olmayan  bir  sıra  təbiət 
hadisələrin  və  obyektlərin  uzaq  məsafədən  öyrənilməsi  üçün 
geniş imkanlar yaranmışdır. 
Bütün  tədbirlərin  öhdəsindən  layiqincə  gəlmək  üçün 
müasir  dövrdə  təbiətşünaslıq  elminin  bütün  sahələrində  geniş 
tətbiq  olunmağa  başlayan  aerokosmik  tədqiqat  vasitələrindən 
geniş istifadə olunur. 
Akad.  H.Ə.Əliyevin  təbirincə  desək,  təbii  mühitin 
qorunmasını,  onun  sərvətlərinin  mühafizəsini  və  artırılmasını 
insanların  müasir  mənafeyi  tələb  edir.  Hazırda  planetimizdə 
əhalinin  sayının  sürətlə  artması  ilə  əlaqədar  qida  ehtiyatlarının 
tədqiq  olunması  probleminin  həllində  bu  vaxta  qədər  mövcud 
olan ənənəvi tədqiqat üsulları kifayət deyil. Bu məsələnin həllində 
aerokosmik  tədqiqat  üsullarının  geniş  tətbiqi  planetimizdə  təbii 
mühitin  qorunması  və  insanların  ərzaq  probleminin  həllinə 
müsbət təsir göstərəcəkdir. 
156 


Ancaq  qeyd  etmək  lazımdır  ki,  indiyədək  müəyyən 
olunmuş  təbii  sərvətlər  və  onların  öyrənilməsi  üsulları  insan 
cəmiyyətinin  həyat  səviyyəsinə  müəyyən  qədər  uyğun  gəlirdisə 
və onun həyat şəraitini müəyyən dərəcədə təmin edirdisə, müasir 
dövrdə  yer  üzərində  əhalinin  artması  ilə  əlaqədar  olaraq  onun 
tələblərini tam şəkildə ödəyə bilmir. 
Odur ki, əhalinin qida ehtiyatlarına olan və durmadan 
artan tələbatının  tam ödənilməsi üçün bundan sonra da təbiətdə 
hər  vasitə  ilə  yeni  ehtiyat  mənbələri  aşkar  olunmalı,  bunların 
istismarı elmi cəhətdən əsaslandırılmalı, təbii mühitə mənfi təsir 
göstərə biləcək bütün proseslərin və antropogen faktorların qarşısı 
vaxtında alınmalıdır. 
Kosmonavtika  sahəsində  bütün  yuxarıda  qeyd  olunan 
müvəffəqiyyətlərə baxmayaraq, hələ bu vaxta qədər kosmosdan 
yerin öyrənilməsi sahəsində aparılan tədqiqatlar təcrübi xarakter 
daşıyır.  Kosmik  vasitələrlə  alınan  məlumatların  həcmi 
günü-gündən artır. 
Yerin  kosmosdan  çoxtəkrarh  fotoşəklinin  çəkilməsi 
nəticəsində  Yer  kürəsində  baş  verən  bir  sıra  proseslərin 
dinamikasını,  həmçinin  kənd  təsərrüfatı  bitkilərinin  müxtəlif 
fazalar üzrə inkişaf prosesini diqqətlə izləmək mümkün olur. 
Aerokosmik tədqiqatların ənənəvi tədqiqatlara nisbətən 
üstünlüyü ondadır ki,  onların  fəaliyyət  dairəsi  daha böyük olur, 
təbii mühitə geniş ərazidə nəzarət etməyə və baş verən məhəlli və 
qlobal miqyaslı dəyişiklikləri izləməyə imkan verir. Bu baxımdan 
kosmik  şəkillərin  tədqiqat  əhəmiyyəti  daha  genişdir. 
Aerofotoşəkillər və yerüstü müşahidələr vasitəsilə tədqiq olunan 
obyektin  yalnız  məhəlli-konkret  xüsusiyytlərinə  nəzarət  etmək 
mümkünsə,  kosmik  şəkillərdə  bu  xüsusiyyətlərlə  yanaşı,  tədqiq 
edilən obyektlər təbii  generalizasiyaya məruz qalır, başqa sözlə 
desək, bir sıra xırda obyektlərin yalnız ümumi strukturu və qlobal 
miqyasda nəzərə çarpan digər elementləri əks olunur. 
Aerokosmik informasiya vasitələrinin tədqiqat 
157 


obyekti  olduqca  genişdir.  Onun  ən  mühüm  obyektlərindən  biri 
ərazinin  relyefidir.  Yer  səthində  qlobal  miqyasda  baş  verən  bir 
sıra geomorfoloji prosesləri, relyefin geoloji quruluşla əlaqəsini, 
onun  əmələ  gəlməsində  endogen  (daxili)  və  ekzogen  (xarici) 
prosesləri  aerokosmik  şəkillər  vasitəsilə  daha  müvəffəqiyyətlə 
müəyyən  etmək  olur.  Aerokosmik  şəkillərin  köməyi  ilə  çətin 
keçilən  sahələrin  müxtəlif  miqyaslı  geomorfoloji  xəritələri 
hazırlanır,  mövcud  xəritələrə  əsaslı  surətdə  düzəlişlər  verilir. 
Təbiətin  bir  sıra  kortəbii  hadisələrinin,  məsələn,  sel  hadisələri, 
sürüşmələr, qar uçqunları, yamaclarda baş verən yarğan eroziyası 
və  s.  proseslərin  aşkar  edilməsində,  onların  əmələ  gəlməsinin 
proqnozlaşdırılmasmda  aerokosmik  tədqiqat  üsullarının  rolu 
böyükdür. 
Bir sıra induksion xüsusiyytlərinə görə səhralarda yeraltı 
suların  səthə  yaxın  olduğu  yerlər  kosmik  cihazların  vasitəsilə 
daha asanlıqla müəyyən edilir, bu da öz növbəsində həmin ərazini 
su  ilə  təmin  olunması  problemlərinin  müvəffəqiyyətlə  həllində 
mütəxəssislərə  kömək  edir.  Bitki  örtüyünün  öyrənilməsində 
aerokosmik informasiya vasitələrinin rolu əvəzedilməzdir. 
Kənd  təsərrüfatı  bitkilərində  su  və  qida  rejiminin 
dəyişməsilə  əlaqədar  olaraq  baş  verən  bir  sıra  dəyişikliklər 
aerokosmik  şəkillər  vasitəsilə  asanlıqla  qeydə  alınır  və  onların 
məhsuldarlığının  sabitləşdirilməsi  üçün  operativ  təkliflər  irəli 
sürülür. 
Qar  örtüyü  və  buzlaqları  təbii  mühitin  başqa 
elementlərinə nisbətən dəfələrlə çox şüa əksetdirmə qabiliyyətinə 
malikdir. 
Bu xüsusiyyətlərinə  görə onlar kosmik  şəkillərdə başqa 
obyektlərə nisbətən daha asanlıqla seçilirlər. Qar örtüyü və buzlar 
haqqında  toplanılan  operativ  məlumatar  vasitəsilə  qarın 
tərkibində  suyun  miqdarı,  onun  dağlıq  ərazilərdə  hansı 
hündürlükdə  yerləşməsi  və  yaz  aylarında  çayların  sululuğuna 
necə təsir edəcəyi məsələləri müəyyən 
158 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə