Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə43/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   66

Heyvanlar  aləminin  təbiətin  maddələr  və  enerji 
dövriyyəsində  özünəməxsus  yer  tutması,  ekoloji  sistemlərdə 
konsLiment  mövqeyi;  torpağın  və  landşaftın  formalaşmasında 
iştirakı;  bitkilərin  yayılmasında  və  çarpaz  tozlandırılmasmda 
iştirakı;  ərzaq,  dərman  və  ətriyyat  mənbəyi  olması; 
heyvandarlığın  təbii  mənbəyi  olması  ilə  iqtisadiyyatı  təmin 
etməsi; elmi-mədəni, maarif və estetik baxımdan əhəmiyyəti çox 
böyükdür. 
Təbiətdə  yayılmış  onurğah  və  onurğasız  heyvanların 
hamısı müəyyən şəkildə bir-biri ilə əlaqədədir, bir-birinə arxa və 
düşməndir. 
İnsanın fəaliyyətinin nəticəsində xam torpaqların şumlanıb 
və  mədəni  bitkilərin  əkilməsi,  bataqlıqların  qurudulması, 
ərazilərin otarılması, meşələrin qırılması və başqa aqrotexniki və 
meliorasiya  tədbirləri  ilə  əlaqədar  olaraq  canlı  aləmdə 
dəyişikliklər baş verir. 
Bir vaxt bir çox bitki və heyvan növləri məhv olur, bir qrup 
növlər isə inkişaf edib artır. İnsanlar heyvanları əhliləşdirməyə və 
onlardan  ərzaq  məhsulları  məqsədləri  üçün  istifadə  etməyə 
bitkiləri  mədəniləşdirməkdən  əvvəl  başlamışlar.  Mezolit 
dövründə  it,  daha  sonra  isə  at  əhliləşdirilmişdir.  Bal  arısı  və 
ipəkqurdundan insanlar çox faydalanırlar. Bütün bunlarla yanaşı 
insan  cəmiyyətinin  ərzaq  məhsulları  ilə  təmin  olunması  zamanı 
Yer  üzərində  təbii  mühit  həmçinin  heyvanat  aləmi  bir  çox 
dəyişikliklərə məruz qalmış, təbii sərvətlər xeyli azalmış, bir çox 
qiymətli  heyvanların  nəsli  kəsilmiş,  çoxunun  nəsli  kəsilmək 
üzrədir. 
Ümumiyyətlə  sivilizasiya  inkişaf  etdikcə  onun  təbiətə 
təsiri  artır.  Şəhərlər  və  kənd  təsərrüfatı  əkinləri  daha  çox  ərazi 
tutur  ki,  deməli  planetimizdə  elə  yer  tapmaq  mümkün  deyil  ki, 
orada  canlılar  öz  təbii  şəraitində  yaşaya  bilsin.  Əhalinin  sürətlə 
artması  ilə  əlaqədar  və  onların  təsərrüfat  fəaliyyəti  nəticəsində 
təbiətin  toxunulmamış  əraziləri  də  sürətlə  azalır.  Heyvanların 
məskənlərinin məhv edilməsi bütün kontinentlərdə gedir. Tropik 
meşələrdə bu p^ses 
146 


sürətlə getdiyi üçün bir çox heyvan növü məhv olmaq üzrədir. 
Vəhşi  heyvanlar  müasir  heyvandarlığın  genetik  fondu 
hesab olunur, insanların müdaxiləsinə qədər təbiətdə ahəngdarlığı 
heyvanlar özləri tənzim edirdilər. İnsan müdaxilə etdikdən sonra 
isə  bu  ahəngdarlıq  xeyli  pozulmuş,  hətta  bəzi  sahələrdə 
ahəngdarlığı  bərpa  etmək  çox  çətinlik  törədir.  Məsələn,  vaxtilə 
canavarlar  heyvanat  aləminin  formalaşmasında  böyük  sanitar 
əhəmiyyətinə malik idilər. İnsanlar canavarları ziyanverici adı ilə 
qırdıqdan sonra heyvanlar arasında kütləvi xəstəliklər yayılmağa 
başladı. Basqa bir misal; Norveçdə kəkliyi yediyinə görə qırgılan 
vaxtilə kütləvi surətdə məhv edirdilər. Buradan belə nəticə çıxır 
ki, 
təbii 
mühitin  düşünülmədən 
və 
elmi 
cəhətdən 
əsaslandırılmadan  dəyişilməsi  bəşərin  varlığını  böyük  təhlükə 
qarşısında qoya bilir. 
Heyvanlar  aləminin  praktiki  əhəmiyyəti  çoxcəhətlidir. 
Təbiətdə  mütləq  zərərli  və  mütləq  faydalı  heyvan  növü  demək 
olar  ki,  yoxdur.  Hər  hansı  heyvan  növünün  zərərli  və  faydalı 
olması  onun  populyasiyasmm  saxlandığından  və  həmin  növə 
məxsus  fərdlərin  ümumi  sayından,  konkret  rayonda  inkişaf 
etdirilən təsərrüfatdan, ilin fəsillərindən və başqa səbəbdən asılı 
olaraq  fərqlənir.  Məsələn,  Hindistanda  müqəddəs  hesab  edilən 
vəhşiləşmiş  inəklər  (250  milyon  baş)  yaşıllığa  böyük  zərər 
vermişdir.  Keniyada  bəbirin  qırılıb  azaldılması  nəticəsində  çöl 
donuzu və meymun o qədər çoxalmışdır ki, onların zərəri bəbirin 
heyvandarlığa  vurduğu  zərərdən  qat-qat  çoxdur.  Canavar  və 
başqa  yırtıcılar  normal  sayda  olanda  təbii  «sanitar»  və 
«seleksioner»  rolu  oynayır,  onların  sayı  artdıqca  zərər  verirlər. 
Qızlar quşu (arıqapan) arıçıhq rayonlarında zərərli, başqa yerlərdə 
isə faydalıdır (həşərat yeyir). 
Heyvanlar  aləminin  qorunması  və  səmərəli  istifadəsi 
qanununda  heyvanların  qorunmasının  elmi-fəlsəfı  konsepsiyası 
verilmişdir. Həmin qanuna əsasən heyvanların 
147 


növ  müxtəlifliyi  və  onların  əmələ  gətirdiyi  təbii  komplekslər 
qorunub saxlanılır. Buna nail olmaq üçün hər hansı heyvanın özü 
ilə  paralel  onun  yaşadığı  ekoloji  şərait  (heyvanın  evi) 
qorunmalıdır. Heyvanlar ətraf mühitin dəyişməsinə çox həssasdır. 
Hər  hansı  heyvan  növünü  faydalı  və  zərərli  hesab  etmək  üçün 
onun konkret ekoloji şəraitdəki rolu əsas götürülməlidir. 
Heyvanların  fəaliyyəti  ilə  bəzi  faydalı  qazıntıların  əmələ 
gəlməsi bağlıdır (əhənglər, tabaşir, selitra). Vəhşi heyvanlar bərpa 
olunan təbii sərvətlər qrupuna aid olmaqla, əlverişli şərait olduqda 
yenidən əmələ gəlib arta bilirlər. 
Təbiətdə  heyvan  və  bitgilər  sıx  əlaqədədir.  Heyvanlar 
bitgilərlə  qidalanmaqla  bərabər,  həmdə  onlara  xeyir  verir. 
Heyvanların  yaşama  mühitimi  dəyişməsi  texniki  inkişafla  da 
bağlıdır. Çaylarda bəndəlrin tikilməsi, su anbarlarının yaradılması 
həyat  mühitini  tamamilə  dəyişir.  Şəhərlərin  ətraf  mühitə 
«hücumu»  heyvanların  yaşayış  şəraitini  kökündən  dəişir:  iri 
məməlilər yoxa çıxır, quş növlərinin sayı kəskin azalır. 
Suvarma,  xüsusilə  nəmli  yerlərin  qurudulması  bitki  və 
heyvanların  həyat  tərzini  dəyişdirir.  Heyvanların  kütləvi  və 
nəzarətsiz  ovlanması  onların  məhv  olmasına  səbəb  olur.  Bu 
səbəbdən adalarda yaşayan heyvanların əksəriyyəti artıq mövcud 
deyil.  Afrikanın  avropalılar  tərəfindən  müstəmləkələşdirilməsi 
dövründə çoxlu vəhşi heyvan məhv edilmişdir. 
Cənubun  bozqır,  çöl  və  yarımsəhraların  iri  məməli 
heyvanları  intensiv  məhv  edilir.  XVI  əsrdə  Rusiyanın  Avropa 
hissəsində  və  Qərbi  Sibirdə  Çinə  qədər  sayqaklar  yəni  vəhşi 
antiloplar  geniş  yayılmışdır.  Onlar  dadlı  əti,  piyi,  buynuzu  və 
qiymətli dərisinə görə kütləvi şəkildə ovlanırdı. Qərbi Sibirdə və 
Orta  Şərqdə,  Baykal  ətrafında  yaşayan  qulanlar  təbii  fəlakət  və 
heyvanlar  tərəfindən  məhv  olunur,  hazırda  bu  növ  az  miqdarda 
qorunur. 
Okeaniyada insanların təsərrüfat fəaliyyəti ilə 
148 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə