Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya


Şəkil 12. Səhralaşmamn əsas amilləri və səbəbləri



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə40/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   66

 
Şəkil 12. Səhralaşmamn əsas amilləri və səbəbləri. 
134 


Hazırda şimal və cənub yarımkürələrində arid zonalar Yer 
kürəsini  ekvatorun  hər  iki  tərəfində,  rütubətli-tropik  meşələr 
zonasını əhatə edir. Yer kürəsində arid zonaların sərhədləri və eni 
dəyişkəndir, əyri-üyrüdür, amma ümumiyyətlə 50‘’-20^-li şimal 
və cənub enliklərinin çərçivəsindən kənara çıxmayaraq Afrikada, 
cənubi  Amerikada,  cənubi  Hindistanda  və  Avstraliyanın 
şimalında ekvatora yaxınlaşır. 
Müasir  xəritə  materiallarına  əsasən  mütləq  səhralar 
qurunun  8-10%-ni  təşkil  edirlər.  Bu  və  ya  digər  dərəcədə 
səhralaşmaya  məruz  qalmış  ümumi  ərazi  isə  (mütləq  səhralarla 
birlikdə) materiklərin 36-40%-ni təşkil edir. 
YUNEP  təşkilatının  qiymətləndirilməsinə  əsasən  hər  il 
Yer üzərində suvarılan torpaqların səhralaşma nəticəsində 6 mln. 
ha-sı  itirilir.  Ümumilikdə  bu  prosesdən  40  mln.  ha  suvarılan 
sahələr zərər çəkir. 
Asiyada  daha  çox  səhralaşmış  sahələr  ümumi  sahədən 
19%-ə  yaxın.  Afrikada  23%,  Avstraliyada  45%  və  cənubi 
Amerikada 10%-ə yaxın ərazini tutur. Afrika kontinenti xüsusilə 
çətin vəziyyətdədir. 
Məsələn, Mavritaniyada sürətlənən quraqlıqdan 250 min. 
km^ ərazi qüvvətli səhralaşma təhlükəsi altındadır. 
Saxara səhrası cənuba doğru 6 km/il sürətlə irəliləyir və 
bununla  əlaqədar  200  min  ha  kənd  təsərrüfatına  yararlı 
torpaqlardan  cəmi  50  min  ha  qalmışdır.  Malidə  ölkə  ərazisinin 
30%-i  səhralaşma təhlükəsi  altındadır. 70-75 ölkədə quraqlaşma 
prosesləri  davam  edir.  Səhra  və  səhra-  çöl  ərazilərinin  50%-ni 
hərəkət  edən  djun  və  barxanlardan  ibarət  qumlu  səhrahq  təşkil 
edir. 
Cədvəl  3-də  Yer  kürəsində  deqradasiyaya  uğramış 
torpaqların  (T.Maykonun,  1992-ci  il  məlumatlarına  əsasən) 
sahələri  verilir.  Deqradasiyaya  uğramış  torpaq  sahələri  milyon 
hektarla,  həmçinin  quraq  torpaqların  cəminə  görə  %-lə  verilir. 
Cədvəldən  göründüyü  kimi  deqradasiyaya  uğramış  suvarılan 
torpaqların 43 mln.ha olması, dəmyə 
135 


torpaqlarının isə 216 mln. ha olması göstərilir. 
Şəkil  13-də  torpağın  deqradasiya  prosesi  və  onun 
səbəbləri verilir. Şəkildən göründüyü kimi ən çox su eroziyası 
baş  verir,  dağlarda  isə  heyvandarlıq  otlaqları  deqradasiyaya 
uğramış olur. 
Cədvəl 3.1. 
Yer kürəsində deqradasiyaya məruz qalmış torpaq sahələri 
(Səhralaşma konvensiyasının məlumatı. T.Maykonon, 1992) 
№ 
Torpaq sahələri 
Milyon 
hektarla 
Quraq 
torpaqların 
cəminə 
görə 
(%-lə) 
1 
Deqradasiya olan suvarılan 
torpaqlar 
43 
0,8 
2 
Deqradasiya olan dəmyə 
torpaqlar 
216 
4,1 
3 
Deqradasiya olmuş otlaqlar
torpaq sahələri 
757 
14,6 
4 
İnsanların təsərrüfat fəaliyyəti ilə 
deqredasiya olmuş torpaqlar 
1016 
19,5 
5 
Bitki örtüyü deqradasiya olmuş 
otlaqlar 
256 
50,0 
6 
Tam deqradasiya olmuş quraq 
torpaqlar 
3592 
69,5 
7  Deqradasiya olmamış torpaqlar 
1580 
30,5 
8  Ekstra quraq torpaqlar 
5172 
100,0 
136 


 


Aridləşmə 
və 
səhralaşma 
problemlərinin 
kəskinləşməsinə səbəb həm də 30-40 yoxsul və ekoloji cəhətdən 
zəif  inkişaf  etmiş  ölkələrin  səhra,  quru  savanna,  quraq  çöl  və 
yarım çöl ərazilərdə yerləşməsidir. Səhraların problemləri və bu 
ərazilərin  torpaqlarının  müqəddəratı  daim  alimlərin  diqqət 
mərkəzində olmuşdur. 
1950-1960-cı  illərdə  YUNESKO-tərəfmdən  ilk  qlobal, 
ümumiləşdirilmiş tədqiqatlar aparılmışdır. 
Səhralaşma problemləri, hərəkət edən qumlar və onunla 
mübarizə  yolları  barədə,  səhra  torpaqlarında  şorlaşma  ilə 
mübarizə,  səhra  və  çöl  landşaftlarının  meliorasiyası  və  s. 
problemlərlə  əlaqədar  keçmiş  SSRİ  EA  institutları,  KTEA-si, 
Türkmənistan,  Qazaxstan,  Özbəkistan,  Tacikistan  EA-larmda 
böyük işlər aparılmışdır. Dünyanın quru səhra və çölləri kəskin su 
çatışmazlığı, buxarlanma, su balansı və intensiv quru qalıq və ya 
müasir  aktiv  şorlaşma  ilə  səciyyələnirlər.  Ona  görə  də  Yer 
üzərində  yaranan  və  uzun  müddət  fəaliyyətini  davam  etdirən 
(mövcud olan) səhralar çöküntü süxurlarında intensiv olaraq xeyli 
duz toplanması ilə müşahidə olunur. 
14-cü  şəkildə  Aral  gölünə  axan  Amu-Dərya  və  Sır- 
Dərya çaylarının sovet dövründə qarşısının pambığın suvarılması 
üçün tam kəsilməsi nəticəsində, gölün səviyyəsinin aşağı düşməsi 
və xeyli dəniz sahili əraziləri səhraya çevrilməsini göstərən sahə 
verilir. Gölə suyun çatmaması nəticəsində cənubda dəniz sahildən 
50-55  km,  şimalda  isə  Aralski  şəhəri  quruma  nəticəsində  su 
sahilindən 87 km məsafə uzaqlaşmışdır. 
M.İ.Budıko,  Çernı,  Pali  və  b.  tədqiqatçıların  fikrincə 
səhralaşmaya  əsas  səbəb  rütubətli  illəri  əhatə  edən  dövrlərdə  ot 
yeyən  heyvanların  sayının  artırılması,  əkin  sahələrinin  xeyli 
genişləndirilməsi və başqa ərazilərdən gələn quru küləklərdir. 
Sonradan  gələn  rütubətli  illərdə  tarazlıq  düzəlmir  və 
həddindən artıq otarmalar torpaqların pozulmasına gətirib 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə