Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə42/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   66

Dövrümüzün  nəhəng  sənayesinin  enerji  mənbəyi  yalnız 
bitkilər  tərəfindən  milyon  illər  bundan  qabaq  günəş  enerjisinin 
təsiri ilə toplanmışdır. Bu enerji mənbəyi  yerin dərin qatlarında 
qədim geoloji  dövrlərdən bəri  yatır.  İndi  təsərrüfat  və sənayedə 
geniş  işlədilən  neft,  daş  kömür  (antrosit),  yanar  şist  və  torfun 
verdiyi  istilik  enerjisi  bitkilərin  qədim  dövrlərdə  günəşdən 
topladıqları və gizli halda saxladıqları günəş enerjisidir. 
Bitkilər  insanları  nəinki  tənəffüs  üçün  lazım  olan 
oksigenlə, eyni zamanda çox müxtəlif qida məhsulları ilə təmin 
edirlər. Bitkilərin insan üçün verdiyi məhsulları istifadə olunma 
xarakterinə görə 3 əsas qrupa bölmək olar: 
1.
 
Bilavasitə insan üçün qida məhsulu verənlər. 
2.
 
İnsanların müəyyən heyvanı məhsulla təmin 
olunmasında iştirak edən yem bitkilər. 
3.
 
İnsanlar üçün texniki əhəmiyyətə malik olanlar. 
Birinci qrupa aid olan bitkilər insanı əsas qida 
məhsulları olan nişasta, şəkər, zülal, bitki yağı, vitamin və sair ilə 
təmin edirlər. Bu qrupa aşağıdakı bitkiləri aid etmək olar. Taxıl 
bitkilərindən:  buğda,  çəltik,  qarğıdalı,  arpa,  vələmir,  darı, 
qarabaşaq və s.; paxlalılardan noxud, soya, lobya və s. 
İkinci qrupa insanları ət, süd məhsulu və sənayeni  bəzi 
xammallar  (dəri,  yun  və  i.ajilə,  heyvanları  yem  ilə  təmin  edən 
bitkilər daxildir. Bu qrupa kənd təsərrüfatı bitkilərindən vələmir, 
qarğıdalı,  arpa,  kartof,  üçyarpaq,  külül  (çölnoxudu),  yonca, 
pişikquyruğu otu və s., bəzi mədəni bitkilərin faydalı tullantıları, 
jmıx,  silos  və  başqa  yemlər  verən  tullantılarını,  eyni  zamanda 
çəmənlərin yabanı otlarını aid etmək olar. 
Üçüncü  qrupa  insanın  qalan  bütün  tələblərini  ödəmək 
üçün sənayeyə, tikintiyə və i.a. müxtəlif xammal verən bitkiləri, 
insanların sağlamlığını qorumaq üçün dərman bitkiləri və s. daxil 
etmək lazımdır. 
Demək olar ki, təbiətdə gedən həyat proseslərinin 
143 


hamısı,  xüsusən  təbiətin  ən  gözəl  neməti  olan  insanların  həyatı 
bilavasitə  bitkilərin  həyat  fəaliyyətini  dərindən  öyrənir, 
bitkilərdən öz mənafeyi üçün hər cür istifadə etməyə çalışırlar. 
Ekoloji problemlər özlərinin xüsusiyyətlərinə görə xüsusi 
problemlərdir.  Onlar  insanın  fəaliyyəti  onun  marac|ları, 
ehtiyacları  ilə  bağlıdır.  Ona  görə  də  ekoloji  problemlərin  həll 
edilməsi,  onların  əmələ  gəlmə  dairəsində  sosial  sistemlərin  həll 
olunmasından asılıdır. 
Meşə-bitki örtüyünün çox növlü bitkilərindən ibarət əsas 
tipidir. Onların içərisində əsas rol ağac və kollara, ikinci dərəcəli 
rol  isə  otlara,  şibyə  və  mamırlara  məxsusdur.  Meşələrin  əsas 
xüsusiyyəti ondadırki, onu təşkil edən bitkilər bir yerdə bitərək, 
bir-birinə təsir edir və inkişaf etdikləri mühitlə qarşılıqlı əlaqədə 
olurlar. Meşə ətraf mühitə, mikroiqlimə təsir edir, torpağın hava 
və  su  rejimini  faunanı  nizamlayır.  Üzvi  kütlənin  yaranmasında 
meşənin rolu böyükdür. Meşə bitkiləri şəhərlərdə hava hövzəsini 
toz, zəhərli qaz, tüstü, his  və səsdən təmizləməklə müstəsna rol 
oynayır.İynə  yarpaqlı  bitkilər  özündən-fitonsidlər  adlanan 
maddələr  buraxır  ki,  onlar  insan  və  bitkilərdə  xəstləik  əmələ 
gətirici  mikrobları  məhv  edirlər.  Havada  olan  toz  hissəcikləri 
günəş şüalarının təsirini azaldır və ultrabənövşəyi şüaları udur. 
Maddələr və enerjinin bioloji dövranı üçün bitki aləminin 
zənginliyi  vacibdir.  Heyvanlar  bitki  örtüyü  ilə  qarşılıqlı
 
əlaqədə olaraq 
torpağın və landşaftın 
formalaşmasında  iştirak  edirlər.  Mərcan  rifləri  və  qunduz 
landşaftı  tamamilə  canlılardan  təşkil  olunmuşdur.  Bir  çox 
heyvanlar  ilk  baxışda  zərərli  və  lazımsız  görünsə  də,  onların 
biosenozların  tərkib  hissəsi  kimi  normal  həyatı  zəruridir. 
Sivilizasiya inkişaf etdikcə onun təbiətə təsiri artır. Getdikcə yer 
üzərində  daha  çox  ərazilər  -  şəhərlər,  qəsəbələr,  yollar,  kənd 
təsərrüfatı  əraziləri  altında  qalaraq,  heyvanların  təbii  şəraitdə 
yaşama ərazilərini 
azaldır. Nəticədə canlı 
144 


orqanizmlərin  sayı  kəskin  azalır  və  hətta  bir  çox  canlı  növlər 
məhv olur. Əgər  ekoloji  tarazlığı  pozan bu proses bu miqyasda 
davam edərsə, son mərhələdə bu insanın öz əksinə çevrilə bilər. 
Təbiəti  və  təbii  resursları  mühafizə  üzrə  Beynəlxalq 
ittifaqın məlumatlarına görə hər il heyvanat aləminin orta hesabla 
bir növ və yarım növü yox olur. Onların böyük əksəriyyəti insanın 
təsərrüfat  fəaliyyətinin  qurbanı  olur.  Quşların  məhv  olmasının 
səbəblərindən  biri  onların  qanadlarının  neft  və  mazutla 
bulaşmasıdır  ki,  bununla  da  onlar  qanadlara  hoparaq  onların 
strukturunu  dəyişir,  üzmək  və  istilik  mübadiləsi  xassələrini 
pisləşdirir. Neftlə bulaşma dəniz eanhlarma - balina, delfmlər, su 
itlərinə  də  böyük  zərər  vurur.  Onlar  hava  udmaq  üçün  tez-tez 
suyun  üzünə  çıxırlar.  Suitilər  neftlə  çirklənmiş  ərazidə  üzə 
çıxdıqda onların dərisi neftlə çirklənir, istilik mühafizə xassəsini 
itirir ki, bu da bədənin soyumasına və ya zəhərlənməsinə səbəb 
olur.  Yaxın  onilliklərdə  növlərin  məhv  olmasının  bu  yolla 
çirklənmədən daha çox baş verəcəyi güman olunur. 
Genofondu saxlamaq - ətraf mühitin bütün heyvanat və 
bitki  aləmini  saxlamaq  deməkdir.  Bəşəriyyət  həmişə  buna  can 
atmış və bu məqsəd müəyyən əfsanələrdə də əks olunmuşdur. 
Hazırda gen mühəndisliyinə böyük ümid edilir. Alimlər 
müəyyən  genləri  almağı  artıq  öyrənmişlər,  indi  bu  sahədə 
tədqiqatı  genişləndirmək  lazım  gəlir.  Hazırda  gen  mühəndisliyi 
sürətlə  inkişaf  edir  və  çox  güman  ki,  nə  vaxtsa  bioloqlar  məhv 
olmuş növlərin DHT-lərini hazırda yaşayan ona yaxın orqanizmin 
yumurtalığına yerləşdirməklə bərpasına nail olaeaqlar. 
Planetimizin  canlı  aləmi  biosferin  aktiv  amillərindən 
biridir. Yer üzərində 1-1,5 milyon növ heyvanat yaşayır ki, bu da 
bitki  növlərindən  3  dəfə  çoxdur.  Heyvanlar  landşaft  qabığının 
normal fəaliyyəti üçün vacibdir. 
145 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə