Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə44/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

əlaqədar dəyişikliklər baş verir. Yeni Zelandiyada boyu 3,5 m-ə 
çatan nəhəng dəvə quşuların nəsli kəsilmişdir. Havay adalarında 
68 yerüstü quş növünün 60%-i məhv olmaq təhlükəsi altındadır. 
Afrikada antilop inəyi tamamilə yoxa çıxmışdır. Afrikada 
heyvanların vəhşicəsinə məhv edilməsi XVII əsrdən başlamışdır. 
Bu  dövrdə  kontinentin  cənubunda  savannalara  minlərlə  fillər, 
müxtəlif antilop növləri, zebr, zürafə və digər dırnaqh heyvanlar 
miqrasiya  edirdi.  Bu  otyeyən  heyvanları  şirlər,  leopardlar, 
kaftarlar və başqa yırtıcılar ovlayırdılar. Qısa müddətdə atabənzər 
antilop  və  onun  digər  növləri  və  bəzi  yanmnövləri  -  kvaqqa, 
burçellova və başqaları məhv edilmişdir. Saxaradan cənubda fillər 
yox edilmişdir. Zürafə və kərkədanlarm sayı hər yerdə azalmışdır. 
Madaqaskar  və  Maskaren  adalarında  nadir  heyvanlar  vardır. 
Təxminən 200 il əvvəl bu adaların kəşfindən sonra 24 quş növü 
məhv edilmişdir. 
3.8.2.
 
Heyvanat aləminin mühafizə edilməsində 
Beynəlxalq Təşkilatların əhəmiyyəti 
Beynəlxalq  «Qırmızı  kitab»-m  yaradılmasına  1948-ci 
ildən  başlanmışdır.  Təbiətin  mühafizəsi  üzrə  Beynəlxalq  İttifaq 
1966-cı  ildən  «Qırmızı  kitab»  buraxır.  Oraya  məhv  olmaq  üzrə 
olan canlılar daxil edilir. Qırmızı kitab vəzifəsindən asılı olaraq 
beynəlxalq, milli və regional olur. 
Həmin kitaba daxil olunan növlər təbiətin qorunması üçün 
ictimai  əsaslarla  yayılan  Beynəlxalq  Fond  hesabına  öyrənilir. 
Milli  Qırmızı  kitablar  konkret  dövlətlərin  ərazisindəki  fauna  və 
floranı  qorumağa  xidmət  edir.  Məsələn,  Azərbaycanın
 
«Qırmızı kitab»ı, Rusiyanın 
«Qırmızı  kitab»!  və  s.  Ərazisi  genis  və  təbii  kompleksləri 
müxtəlif olan ölkələrdə milli  «Qırmızı  kitab»dan əlavə regional 
«Qırmızı kitab»lar tərtib edilir. 
149 


Beynəlxalq  «Qıranzı  kitab»a  daxil  edilmiş  bitki  və  ya 
heyvan növü hansı  ölkənin fauna və florasına daxildirsə, həmin 
ölkənin milli «Qırmızı kitab»ına mütləq daxil edilməlidir. 
«Qırmızı  kitab»dan  basqa  yüzlərlə  bioloji  növlərin 
ovlanması  ticarəti  ölkələrarası  və  beynəlxalq  müqavilələrlə 
əsasən,  məhdud  və  va  tamam  qadağan  edilmişdir.  Bu 
müqavilələrin  bir  sırasına  Azərbaycan  Respubhkası  da 
qoşulmuşdur. 
Beynəlxalq  «Qırmızı  kitab»a  daxil  edilmiş  bitki  və 
heyvanlar  üzərində  Beynəlxalq  ictimai  təşkilatların  nəzarəti 
altında  monitorinq  təşkil  edilir  və  onun  nəticələrinə  uyğun 
tədbirlər  həyata  keçirilir.  Milli  «Qırmızı  kitab»a  daxil  edilən 
bioloji  növlər  konkret  dövlət  tərəfindən  nəzarət  altına  alınır  və 
onların  populyasiyasmın  optimal  sıxlığını  bərpa  etmək  üçün 
tədbirlər həyata keçirilir. 
4 oktyabr «Ümumdünya Heyvanlar günü»dür. Bu gün 
bütün  dünyada  heyvanların  mühafizəsi,  onların  qorunub 
saxlanılması  günü  kimi  qeyd  olunur  və  eyni  zamanda,  insanlar 
tərəfindən onlara qayğı  göstərilməsinin vacibliyi kimi məsələlər 
ictimaiyyətin diqqətinə çatdırılır. 
Bioloji  müxtəlitlik  insansız  ən  azı  iki  milyard  il  yaşayıb 
inkişaf etmişdir. İnsanın təsir gücü təkcə qoruyucu deyil, həm də 
dağıdıcıdır.  İnsanın  qurucu  gücü  bioloji  müxtəlifliyi  onun 
dağıdıcı gücündən qoruyub saxlamağa çalışır. Bu sahədə inkişaf 
etmis  ölkələr  zəif  ölkələrə  köməklik  edirlər.  Məsələn,  Xəzər 
dənizinin  və  Qafqazın  bioloji  müxtəlifliyinin  qorunmasına 
Avropa  ölkələri  iqtisadi  yardım  edirlər.  Dünyanın  bioloji 
müxtəlifliyinin qorunması «İnkişaf proqramı»na daxildir və buna 
isə BMT ümumi rəhbərlik edir. 
Heyvanat 
aləminin 
qorunmasına 
aid 
aparılan 
müzakirələrdən üç əsas üsul qeyd olunmuşdur: 
1)
 
Heyvanat aləminin yaşadığı yerlərin qorunmasıdır. 
Bunun üçün vəhsi heyvanların qidalandığı yerdən 
150 


və o yerin 
təsərrüfat məqsədilə istifadə etmək 
toxunulmazlığını təmin etmək lazımdır; 
2)
 
Vəhşi heyvanların, balıqların, quşların sayının artıb- 
azalmasına daimi nəzarət etməklə ovçuluq və balıqçılıqdan 
vəhsi heyvanlar faunasından səmərəli istifadə olunmadır; 
3)
 
Vəhşi heyvanların tam toxunulmazlığını təmin etmək, 
onların genetik fondlarını saxlamaqla qoruqlar, 
yasaqlıqlar və s. ərazilərin yaradılmasıdır. Bu ərazilərdə 
relikt, endemik və sayca azalan heyvan növləri artırılmalı 
və mühafizə edilməlidir. «Qırmızı kitab»m təşkili forması 
da bu layihənin proqramına daxil olmalıdır. 
Quruda yaşayan heyvanları qorumaq üçün vacib olan 
şərtlər: 
1.
 
Heyvanların qorunması və onlardan səmərəli istifadə 
haqqında qanuna əməl edilməsi və onun üzərində dövlət 
nəzarəti olması; 
2.
 
Köçəri quşların və başqa heyvanların qorunmasına dair 
beynəlxalq müqavilələrin həyata keçirilməsi. Biosfer qo- 
ruqlarının genişləndirilməsi və onların rejiminə əməl 
edilməsi; 
3.
 
Ovçuluq cəmiyyətinin əsasnaməsinə əməl edilməsi, yəni 
ov yerlərinə, ovun vaxtına, qaydasına və miqdarına 
düzgün münasibət olunmalıdır; 
4.
 
Qoruqlar təşkil edildikdə orada heyvanların təbii 
komplekslərinin orjinallığı və nümunəvi olması, onun 
kəmiyyət və keyfiyyət göstəricilərinin nəzərə alınması. 
3.8.3.
 
Kökü kəsilmiş və kəsilməkdə olan heyvanlar. 
Azərbaycanın «Qırmızı kitab»ı 
Əvvəlki  bölmələrdən  aydın  olur  ki,  insan  cəmiyyətinin 
ərzaq  məhsulları  ilə  təmin  olunması  zamanı  Yer  üzərində  təbii 
mühit, həmçinin heyvanat aləmi bir çox dəyişikliklərə məruz 
151 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə