Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə45/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

qalmış, təbii sərvətlər xeyli azalmış, bir çox qiymətli heyvanların 
nəsli kəsilmiş, çoxunun isə kəsilmək üzrədir. Son iki əsr ərzində 
150  növə  qədər  heyvanın  nəsli  Yer  üzərindən  tamamilə 
silinmişdir.  Hazırda  daha  1000  növün  nəsli  kəsilməkdədir. 
Nyu-Yorkdakı  zoologiya  bağında  nəsli  tamamilə  kəsilmiş  200 
heyvan «qəbr abidəsi» nümayiş etdirilir. Bakı ətrafında Binəqədi 
kəndi  yaxınlığında  «Qır  gölü»  mövcuddur.  1930-cu  illərdə 
tapılmış bu göldə nəsh kəsilmiş çoxlu heyvan qalıqları var. 
Hesab  olunur  ki,  əgər  əsaslı  tədbirlər  görülməsə  yaxın 
25-30 ildə bir çox heyvanların məhv olunması ehtimal olunur. 
XX  əsrin  başlaşğıcmda  qara  kərkədan  Mərkəzi,  Şərqi  və 
Cənubi Afrikanın geniş ərazilərində yayılmışdır. Zaman keçdikcə 
Cənubi Afrikada onlar tamam qırılmış, başqa ərazilərdə isə ancaq 
milli  parklarda  və  qoruqlarda  rast  gəlinir.  1967-ci  ildə  yalnız 
Keniyada qara kərkədanlarm sayı 18000 baş olmuşdur. 1984-cü 
ildə onların sayı minə enmişdir. Bir neçə il bundan əvvəl İrkutsk 
zooparkında  nəsli  tamam  kəsilmiş  hesab  olunan  Кар 
pələnglərinin balaları alınmışdır. 
Tur  -  ilkin  vəhşi  öküz,  Avropada  yayılmış  iri  buynuzlu 
malın sələfi kimi Avropanın meşə və çöl zonasında yayılmışlar. 
Meşələrin  qırılması,  torpağın  şumlanması,  ovçuluq  və 
maldarlığın  inkişafı  turları  öz  yaşayış  yerlərindən  sıxışdırıb 
çıxarmışlar.  XI  əsrdə  bu  heyvanlar  yalnız  Polşanın  və  Litvanın 
qalın  meşələrində  qalmışdır.  1627-ci  ildə  Polşanın  kral 
qoruqlarında axırıncı tur (dişi tur) ölmüşdür. 
Vəhşi at tarpan, keçmiş SSRİ-nin Avropa hissəsinin çöl və 
meşəçöl zonasında yaşamışlar və XIX əsrin 70-ci illərində hamısı 
ölmüşdür. 
Cənubi  Afrika  zebrası  -  kavaqqa,  dərisindən  ötrü 
vəhşicəsinə qırılmışdır. O dərilərdən  yerli əhali taxıl məhsulları 
saxlamaq  üçün  istifadə  edirdilər.  1873-cü  ildə  axırıncısı 
öldürülmüşdür. 
152 


Dəniz inəklərinin taleyi daha faciəli olmuşdur. İlk dəfə onu 
Komandor  adaları  yaxınlığında  Berinqin  rus  ekspedisiyası 
görmüşdür.  Bu  tərkibdə  akademik  Steller  də  olmuşdur.  Bu 
heyvanın  əti  və  piyi  yüksək  dada  malik  olduğu  üçün  onların 
intensiv ovlanması başlanmış və 27 il sonra sonuncu inək məhv 
edilmişdir. 
Hazırda Yer üzərində ən iri heyvan olan balinaların aqibəti 
də  təhlükəlidir.  Onların  sayı  sürətlə  azalır.  Göy  balinanın 
uzunluğu 32 metrə çatır. 25 metrlik balinanın (dişisi) çəkisi 110 
ton olur. Onların ömrü 40 il olur. 
Şimali Amerikada bizonlarm qırılması davam edir. Hazırda 
bu heyvanlar yalnız milli parklarda qalmışlar. 
XVII  əsrdən  başlayaraq  Afrikanın  heyvanat  aləmi  məhv 
edilməyə  başlanmışdır.  Hazırda  yalnız  milli  parklarda  zebr,  fil, 
müxtəlif antilopları, zürafə və başqa heyvanları görmək olar. 
Avstraliyanın da canlı aləmi dəyişmişdir. Hazırda 34 növ 
kisəlilər məhv olunub getmək üzrədir. 
Avropa  və  Asiyada  bir  çox  heyvanlar  tükənsə  də  bitki 
aləmi  nisbətən  yaxşı  qalmışdır.  Ən  böyük  faciəyə  okean 
adalarının faunası məruz qalmışdır. 
Azərbaycana  bir  çox  xəz  dərili  heyvanlar  (Cənubi 
Amerikadan  Amerika  norkası,  skuns,  Amerika  yenotu,  digər 
ölkələrdən yenota bənzər it, Ussuri yenotu, ada dovşanı, qunduz 
gətirilərək mühitə uyğunlaşdırılmışdır. 
Respublikamızın  heyvanat  aləmi  də  zəngindir.  158  növ 
heyvan  (27  növ  məməli,  50  növ  sürünən,  11  növ  suda-  quruda 
yaşayan),  35  növ  quş  və  92  balıq  Azərbaycan  təbiətinin 
sakinləridir.  Azərbaycanda  da  heyvanat  aləminin  qorunmasına 
ciddi ehtiyac var. Azərbaycanda 4 növ heyvanın (şir, qulan, bəbir, 
pələng) və üç növ quşun (çöl toyuğu, dəvəquşLi, müqəddəs ibis) 
nəsli kəsilmişdir. 
Ceyran,  muflan,  dağ  qoyunu  kimi  heyvanların,  turac, 
qırqovul, kəklik, qaratoyuq və s. quşların, Xəzərin və Kürün qızıl 
balığının «Qırmızı kitab»a adının düşməsinə 
153 


ehtiyac vardır. Tək Kür çayının ölkəmizə ildə 33 min sentner balıq 
verdiyi vaxtlar (1926-1946) olmuşdur. 
Azərbaycanda  Xəzər  dənizində  və  bir  çox  çaylarda 
qiymətli  əti  və  kürüsü  ilə  məşhur  olan  nərə  balığı,  uzunburun 
balıq, bölgə, ilanbahğı, qızıl balıq, qızıl xallı balıq, ağ qızılbahq, 
ziyad  balığı.  Xəzər  külməsi,  xəşəm,  xarmuliya,  şamayı,  çəki 
balığı, çapaq və s. yayılmışdır. 
Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir çox neftayırma 
və  kimya  zavodlarının  Xəzərə  atdıqları  neft  və  zəhərli  kimya 
məhsulları  tullantılarının  təsirindən  Xəzərin  canlı  aləmi  təhlükə 
qarşısındadır. 
1977-ci  ildə  Azərbaycanda  Nazirlər  Sovetinin  qərarı  ilə 
Azərbaycan SSRİ-də nadir və nəsli kəsilməkdə olan heyvanat və 
bitki  növlərini  qeydə  alan  kitab  -«Qırmızı  kitab»  tərtib 
olunmuşdur. 
Heyvanları  ənənəvi  qorumaq  forması  -  Qoruqlardır. 
Təbiəti mühafizənin qoruqlarda aparılması fikri XIX əsrin ikinci 
yarısından  həyata  keçirilməyə  başlanmış  və  XX  əsrdə  davam 
etdirilmişdir.  O  dövrdə  belə  fikir  mövcud  idi  ki,  təbiətin 
mühafizəsi ondan istifadəyə mütləq əks mütənasibdir. Yəni təbiəti 
mühafizənin  marağı,  təbii  sərvətlərin  istifadəsi  ilə  uyğun  gələ 
bilməzdi. Ona görə də uzun müddət təbiətin mühafizəsinin əsas 
üsulları  qoruqlar  yaradılmasına  əsaslanırdı,  yəni  təsərrüfatın 
dövriyyəsindən 
müxtəlif 
əkinlərin, 
landşaftların, 
canlı 
heyvanların və bitkilərin ayrılıb ayrıca qorunması yolu ilə və s. 
Qoruqlar  müxtəlif  təbii  ərazilərin  elmi  və  estetik 
əhəmiyyət  kəsb  edən  xarakter  landşaftlarını,  aradan  çıxmaq 
təhlükəsinə 
məruz 
qalan 
təbii 
kompleksləri, 
onların 
komponentlərini  mühafizə  edib  saxlamaq,  nadir  və  nəsli 
kəsilməkdə  olan  fauna  və  flora  nümunələrini  qoruyub  artırmaq, 
təbiət komponentləri arasındakı qarşılıqlı əlaqə və asılılıqları təbii 
halda  davam  etdirmək,  mühüm  torpaqqoru-  yucu,  iqlim 
mülayimləşdirici, sutəmizləyici, sanitariya və 
154 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə