Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə39/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   66

artması  ilə  və  2)  meteoroloji  dəyişiklilklərin  (uzun  müddətli 
quraqlıq)  olması  ilə.  Mal-qaranın  ardıcıl  otarılması  otlaqlarda 
artıq  təzyiqin  olmasına,  onsuz  da  seyrək  olan  bitki  örtüyünün 
məhv  olmasına  səbəb  olur.  Səhralaşmaya  həm  də  ot  örtüyünün 
kütləvi  yandırılması,  xüsusilə  yağış  dövründən  səhra,  intensiv 
şumlanma, qrunt suyunun səviyyəsinin aşağı düşməsi və s. şərait 
yaradır. Məhv edilmiş bitki örtüyü və torpağın çox xırdalanması 
torpağın  üst  qatının  intensiv  sovrulmasma  (deflyasiya)  şərait 
yaradır. 
Yer  kürəsi  əhalisinin  sürətlə  artması  «insan-torpaq» 
problemlərinə daha çox əhəmiyyət verməyi və qida məhsullarının 
istehsalının durmadan artırılmasını tələb edir. Bunun isə əsasını 
kənd  təsərrüfatı  əkinləri  tutur,  ən  əsası  isə  istifadə  olunan, 
şumlanan torpaqlardır. 
BMT  mütəxəsisslərinin  qiymətləndirməsinə  əsasən 
səhralaşma  gələcəkdə  bir  mlrd,  nəfərdən  çox  insanı  və  kənd 
təsərrüfatı  üçün  mənimsənilən  torpaqların  üçdə  birini  əhatə  edə 
bilər. Xüsusilə də Şimali Afrika, Orta Asiya, Cənub- Şərqi Asiya, 
Avstraliyanın,  Şimali  və  Cənubi  Amerikanın  bəzi  hissələrini, 
həmçinin Avropanın Cənubi kimi regionlara daha çox aiddir. 
Səhralaşmanm  nəticələri  ekoloji  və  iqtisadi  cəhətdən 
xeyli hiss edilən olmaqla və demək olar ki, həmişə mənfi nəticələr 
verir. 
İqlimşünaslar təsdiq edirlər ki, yer kürəsinin tropik zonası 
genişlənir. Belə bir fikir süni peyklərdən tədqiqatlar nəticəsində 
alınmış  məlumatlara  əsas  verir.  Atmosferin  aşağı  qatlarında 
temperaturun ölçülməsi 1979-cu ildən 2005 ilin  sonlarına qədər 
aparılmışdır (New Scientist məlumat verir). Səhralaşmaya səbəb 
olan  amillər  bunlardır:  təbii  amillər  və  antropogen  amillər. 
Səhralaşmanm  baş  verməsinə  səbəb  olan  amillərə:  iqlim, 
hidroloji, litoedafik, biotik amillərdir ki, bunlar da ekosistemlərin 
və təbii fəlakətlərin dinamikası ilə əlaqədardır. 
Səhralaşmaya şərait yaradan antropogen amillər isə 
131 


insanın  müxtəlif  təsərrüfat  fəaliyyəti  ilə  olur.  Əsas  amillərə: 
mal-qaranın  otarılması,  əkinçilik,  yerin  təkinin  istifadəsi,  su 
anbarlarının  tikilməsi,  xətti  tikintilər,  çay  axarlarının 
tənzimlənməsi və s. aiddir. 
Suvarma əkinçiliyində irriqasiya 
sistemlərinin 
nasazlığı, aqrotexnikanm aşağı olması, kənd təsərrüfat bitkilərinin 
düzgün  seçilməməsi,  suyun  çalışmaması,  kübrələrin  norma  ilə 
verilməməsi,  pestisidlər  və  s.  hadisələr  səhralaşmaya  səbəb  ola 
bilər. 
BMT-nin  məlumatına  görə  hər  il  bu  proses  nəticəsində 
50-70  min  km^  münbit  məhsuldar  torpaq  yararsız  hala  düşərək 
kənd  təsərrüfatı  dövriyyəsindən  çıxır  və  istifadəsiz  qalır. 
Səhralaşmanm səbəbləri və əsas amilləri müxtəlifdir (Şəkil 12). 
Adətən,  səhralaşma  bir  neçə  amilin  birgə  fəaliyyəti  ilə 
baş verərək 
ekoloji 
durumu xeyli pisləşdirir. 
Səhralaşmaya  məruz  qalmış  ərazilərdə  torpağın  fiziki  xassələri 
pisləşir,  bitki  örtüyü  məhv  olur,  qrunt  suları  şorlaşır,  bioloji 
məhsuldarlıq  kəskin  azalır  və  bununla  da  ekosistemin  bərpa 
imkanları  azalır.  Bu  proses  əsasən  arid  rayonlarda  təbii,
 
əksərən  də antropogen amillərin 
(meşələrin  məhvi,  otlaqların  bacarıqsız  istifadəsi,  torpaqları 
suvararkən su ehtiyatlarından səmərəsiz istifadə və b.) təsirilə baş 
verir. 
Torpağın  aridləşməsi  birgə  proseslərin,  yəni  geniş 
ərazilərin  rütubətlənməsinin  azalması  və  bunun  nəticəsində 
«torpaq-bitki»  ekoloji  sistemlərin  bioloji  məhsuldarlığının 
azalması kimi mürəkkəb və müxtəlif proseslərdir. 
Yerin  tarixində  susuz  səhraların  ərazisinin  sürətlə 
azalması  dövrləri  olmuşdur.  Həmçinin  quraqlıq  arid  ərazilərin 
genişləndiyi dövrlər də olmuşdur. Üçüncü dövrün sonundan Yer 
üzərində  buzlaşma  ilə  növbələşərək,  mütəmadi  olaraq  iqlim 
zonalhğı seçilirdi və buzlaşmanın 
xeyli azalmasından, sonrakı 10-20 min illikdə arid zonalar 
132 


və geniş səhralar formalaşmışlar. 
Son  50-60  ildə  bəşəriyyət  və  xüsusən  mütəxəssislər 
problemin  ekoloji  krizisə  çevrilməsi  və  ərzaq  təhlükəsizliyi 
yaratmasını başa düşdülər. 
Azərbaycanda  bu  problemlər  dəfələrlə  akad.H.Ə.Əliyev 
tərəfindən  qaldırılmış,  həyəcan  təbili  çalmış  mütəxəssislər  və 
ictimaiyyət tərəfindən qəbul olunmuşdur. Avrasiyada, o cümlədən 
Azərbaycanda  səhralaşma  aqroekoloji  balansın  pozulmasında 
bioloji  müxtəlifliyin  itirilməsində,  torpaqların  deqradasiyasında, 
dağlıq  ərazilərdə  ekosistemlərin  şiddətli  eroziyasında  özünü 
göstərir. 
1994-cü  il  17  iyun  tarixində  Parisdə  səhralaşmaya  qarşı 
mübarizə  konvensiyası  qəbul  olunmuş  və  1996-cı  ildə  qüvvəyə 
minmişdir. Azərbaycan  Respublikası Konvensiyanı  1998-ci  ildə 
imzalamış və Respublika Prezidentinin 24 aprel 1998-ci il tarixli 
fərmanı ilə qüvvəyə minmişdir. 
Hal-hazırda  dünyada  ümumi  suvarılan  torpaqlar  148 
milyon hektardan bir qədər artıqdır ki, bunun da 43 milyon hektarı 
və ya 30 %-ə qədəri müxtəlif növ deyradasiyaya uğramışdır. Bu 
torpaqlarda əsasən, şorlaşma, bataqlaşma və eroziya nəticəsində 
deqradasiya prosesi baş vermişdir. 
Azərbaycan 
Respublikası 
ərazisinin 
bioiqlim 
göstəricilərindən  aydın  olur  ki,  ölkədə  səhralaşma-  torpaqlann 
deqradasiyasının inkişaf potensialı böyükdür. 
Ölkəmizdə  torpaq  deqradasiyası  bir  çox  iqtisadi  bioloji, 
siyasi  problemlər  yaradır.  İlkin  hesablamalara  görə  torpaq 
ehtiyatlarının 80 % (7 mln.ha) bu və  ya digər dərəcədə təbii və 
antropogen  deqradasiyaya  məruz  qalmışdır.  Burada  3,6  milyon 
hektar  torpaq  eroziyası  yuyulma  və  deflyasiyaya,  2,4  milyon 
hektar  kimyəvi  amillərdən-şorlaşma,  çirklənmə,  qida  maddələri 
çatışmamazhğı, 600 min hektar fiziki və 400 min hektar isə bioloji 
deqradasiyaya məruz qalmışdır. 
133 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə