Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə35/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   66

fəaliyyətini gücləndirmək işini fəallaşdıraraq bir neçə beynəlxalq 
konvensiyalara da qoşulmuşdur. 
Azərbaycan Respublikası Qafqaz ölkələri və bütövlükdə 
Avropa  üzrə  ən  zəngin  biomüxtəlifliyə  malik  olan  ölkələrdən 
biridir.  Azərbaycanda  bir  çox  bitgi  və  heyvanat  növləri 
endemikdir və bu ölkədən başqa dünyanın heç bir yerində mövcud 
deyil.  Bu  bioloji  müxtəliflik  bir  çox  təsirlər  nəticəsində  təhlükə 
altındadır. 
Respublikamızda  davamlı  inkişafın  təmin  olunması 
baxımından  bioloji  müxtəlifliyin  qorunması  üçün  aşatğıdakı 
strateji tədbirlərin həyata keçirilməsi məqsədə müvafiqdir: 
Biomüxtəlifliyin  qorunmasına  yönəldilmiş  bütün 
ekoloji  proseslərə,  beynəlxalq  konvensiyalara,  digər 
ölkələrarası və regional müqavilələrə qoşulmaq
-
 
Bioloji  müxtəlifliyin  əhəmiyyətli  komponentlərinin 
müəyyənləşdirilməsi və onların qorunması üçün əlavə 
tədbirlərin hazırlanması və həyata keçirilməsi
Biomüxtəlifliyin  vəziyyətinin  monitorinqi  üçün 
ölkələrin  flora  və  faunasının  Qırmızı  və  Yaşıl 
Kitablarının tərtibi və yeniləşdirilməsi
-
 
Xüsusi mühafizə olunan ərazilərdə müxtəlif qorunma 
statusuna  malik  olan  bitki  və  heyvanlar  aləminin 
bərpası üçün müvafiq şəraitin yaradılması; 
Nadir və kökü kəsilməkdə olan bitki və heyvan 
növlərinin genefondunun qorunmasının təmin 
edilməsi və onların xüsusi qorunan zooloji parklarda 
saxlanılması üçün yaradılması; Biomüxtəliflik üçün 
təhlükənin və bu təhlükə nəticəsində ilk növbədə təsir 
altına düşə bilən təbii bitgi və heyvan növlərinin 
proqnozlaşdırılması; 
117 


Biomüxtəlifliyin  qorunması  məqsədiilə  yeni  milli 
parkların yaradılması. 
3.5.
 
Biosferin qlobal ekoloji böhranları 

Planetimizdə  həyatın  ekoloji  böhranlarını  iki  böyük 
qrupa ayırmaq olar: təbii və antropogen ekoloji böhranlar. Təbii 
ekoloji böhranlar mövcud həyatın inkişafının yeni bir səviyyəsinə 
yüksəlməsilə  nəticələnir.  Amma  antropogen  böhranlarda  belə 
olmur. 
Biosferin  ilk  böhranı  fotosintezə  qədərki  həyatın 
vəziyyəti hesab edilə bilər. O vaxt oksigen çatışmadığı üçün həyat 
geniş inkişaf edə bilmirdi. Xlorofili olan bitkilərin əmələ gəlməsi 
oksigen  çatışmazlığını  aradan  qaldırdı.  Canlı  maddə  çoxaldı, 
onların  parçalanıb  minerallaşdırılması  böhranı  əmələ  gəldi. 
Viruslar zəif orqanizmləri məhv etməyə, həyatı sağlamlaşdırmağa 
başladı. 
Bakteriyalar 
üzvi 
birləşmələri 
parçalayıb, 
minerallaşdırmaqla  onların  yeni  istehsalına  (fotosintez)  şərait 
yaratdılar. Bu işdə göbələklər daha böyük rol oynadılar. Göy-yaşıl 
yosunların  atmosferdən  azotu  fiksə  etməsi  həyat  üçün 
əhəmiyyətinə görə fotosintezdən heç də qeyri qalmadı. 
Nüvəli  canlılar  əmələ  gəldi.  Biosferin  müxtəlifliyi 
çoxaldı  və  yaşama  imkanı  gücləndi.  Lakin  onlar  maddələrin 
bioloji  dövriyyəsi  baxımından  nüvəsizlərdən  asılı  qaldılar. 
Nüvəsizlər  ilə  nüvələrin  «dostluğu»  bu  çətinliyi  də  aradan 
qaldırdı. 
Çoxhüceyrəlilərin  əmələ  gəlməsi  bioloji  müxtəlifliyi 
müqayisə edilməz səviyyədə çoxaltdı. Heyvanların məkana görə 
hərakəti maddələrin öz-özünə axınına qarşı (şaquli) daşınmasını 
təmin etdi. Mühitlər arasında və onların ayrı- ayrı tərkib hissələri 
arasında maddə dövriyyəsi və enerji çevrilməsi sürətləndi. 
118 


Onurğalı  heyvanlar  çox  fəal  olduqları  üçün  maddələrin 
bioloji  dövriyyəsinə  daha  çox  yararlı  idilər.  Biosferin  təkamül 
prosesi  bunları  da  yaratdı.  Balıqlar  500  mln.  ildir  ki,  gah  şirin 
sulara, gah da dənizlərə can atmaqla yaşayırlar. 
Təxminən  400  mln.  il  öncə  düzənliklərdə  və  dağlarda 
eroziya başlandı, sular lilləndi, suda oksigen azaldı, heyvanların 
quruya çıxması və atmosfer oksigeni ilə tənəffüs etməsi problemi 
yarandı.  Suda-quruda  yaşayanlar  əmələ  gəldilər  və  su  ilə  quru 
arasında  maddələr  dövriyyəsində  fəal  iştirak  etdilər.  Geoloji 
baxımdan  çox  çəkmədi  ki,  dünyada  quraqlıq  gücləndi. 
Suda-quruda yaşayanlar üçün təbii böhran yarandı. Onların çoxu 
qırıldı, bəzi nəsillərdən isə sürünənlər əmələ gəldi və 140 mln. il 
dünyada hakim heyvan oldular. 
Bir  xeyli  sonra  hündür  dağ  sistemləri  yarandı,  iqlimdə 
kəskin dəyişikliklər əmələ gəldi, örtülü toxumlu bitkilər materikin 
dərinliyinə  doğru  geniş  yayıldı,  eyni  vaxtda  cücülərin  güclü 
inkişaf dövrü başlandı. Bu vəziyyət sürünənlər qarşısında böyük 
böhran  yaratdı.  O  vaxtın  şəraiti  üçün  çox  fəal,  cəld  hərəkətli, 
bədən temperaturu sabit olan heyvanlar olan məməlilər və quşlar 
inkişaf etdilər. 
Yer  planetində  insanın  əmələ  gəlməsilə  yeni  və  güclü 
faktor-antropik  və  antropogen  faktorlar  formalaşdı,  ətraf  mühiti 
tamam  başqa  xarakterli  etdi  və  özünəməxsus  ekoloji  böhranlar 
yaratdı (Cədvəl 3.1). 
Cədvəldə  hazırkı  dövrdə  planetin  canlılar  yaşayan 
sferalarında  elmin,  texnikanın,  sənayenin  və  kənd  təsərrüfatının 
sürətlə  inkişafının  nəticəsində  baş  vermiş  qlobal  dəyişiklərin 
xülasəsi verilir. 
Dünya  əhalisini  ərzaqla  təmin  edən  əsas  dağ  və 
düzənliklərin  torpaqlarının  daha  çox  dəyişikliyə  məruz  qalması 
qabarıq  göstərilir.  Belə  ki,  hər  yerdə  torpağın  və  onun 
münbitliyinin  tükənməsi,  şum  və  otlaqların  altında  qalan 
torpaqların 40-60%-nin eroziyaya və defliyasiyaya 


uğraması, suvarılan torpaqların  isə 40%-ə qədərinin şorlaşmaya 
məruz qalması, torpaqda toksik biosidlərin və gübrələrin artığının 
toplanması,  torpaqların  qlobal  çirkləndirilməsi  kimi  qlobal 
problemlərin yaranması göz qabağındadır. 
Cədvəldə  həmçinin  atmosferin,  saf  suların,  okean  və 
buzlaqların, meşə və kol örtüyü, canlı orqanizmlər, planetin canlı 
maddələri,  iqlimi  və  havasında  gedən  qlobal  dəyişilmələr 
göstərilir. 
Eramızın  əvvəllərində  dünya  əhalisi  250  mln.  nəfər 
olmuşdur. Onun iki dəfə artması üçün 1500 il lazım olub. 1920-ci 
illərdə 2 milyard, hazırda isə 6,5 milyarda yaxınlaşır. 
Artan  insanın  texniki  imkanlarının  genişlənməsi  onun 
gücünü  artırır,  təbiət  üzərində  «qələbəsini»  çoxaldır.  Lakin  bu 
«qələbələrin»  hər birində çoxlu  uğursuzluq  vardır.  İnsanın təbii 
ətraf  mühitə  təsiri  intensivləşib  qlobal  miqyas  aldıqca  ekoloji 
böhranlar da dünyəvi olur. Ekoloji partlayış qorxusu çoxalır. XX 
əsrin  ortalarında  atom  bombası  yaradıldı  və  eləcə  də.  Atom 
Elektrik Stansiyaları tikildi. 
Aral  dənizinin  qurudulması  mühüm  ekoloji  böhrana 
çevrildi.  Bu  dənizin  dibindəki  toksiki  tozu  külək  qaldırıb  min 
kilometrlərlə uzağa aparır. 
Sənaye  tullantıları  çox  böyük  ekoloji  böhran  yaradır. 
Təbii  sərvətlərin  məhsula  çevrilib  istifadə  ediləni  3-5%  təşkil 
edir,  qalanı  tullantıya  çevrilir.  Potensial  ekoloji  təhlükə  daha 
çoxdur.  Ənənəvi  təbii  sərvətlərin  tükənməsi,  ozon  qatının 
zəiflənməsi,  planetin  səthində  istiliyin  çoxalması,  iqlimin 
dəyişməsi,  oksigenin  azalması,  karbon  qazının  çoxalması  və  s. 
potensial ekoloji təhlükələr yaradır. 
Radioaktiv  sənaye  tullantılarının  basdırılması  problem 
olaraq qalır. Ətraf mühitin kimyalaşdırılmasmm ekoloji təhlükəsi 
görünənə nisbətən daha çoxdur. 
120 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə