Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə36/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   66

Cədvəl 3.1. 
Biosferdə qlobal dəyişilmələrin xülasəsi 
Biosferin 
komponetlər
i 
Dəyişilmənin istiqamətləri 
Atmosfer 
Yad  aerozollarla,  antropogen  tozlarla,  küllərlə, 
hislə,  qazlarla  (CO
2
,  Co,  CH
4
,  H
2
O,  SO
2
,  N,  0) 
çirklənmə.  Ozon  ekranının  dağılması  ehtimalı, 
turşu çöküntüləri (H
2
SO
4
, NHO
3
), istixana effekti, 
rütubətrin  artması  və  atmosfer  çöküntülərinin 
qütblərə  doğru  aparılması.  Oksigen  çatışmaması 
təhlükəsi. 
Saf sular 
Saf  qrunt  suları  tükənir;  dərin  qatlara  keçirlər; 
çayların  suyu  şorlaşır,  antropogen  təsirlərlə 
çirklənir.  Çöllərin  və  çayların  saf  yararlı  suları 
çirklənmə,  şorlaşma  nəticəsində  və  aqrar  sənaye 
və şəhərlərin tələbatı nəticəsində tükənir. 
Okean və 
Buzlaqlar 
Arktikada, 
Antarktikada, 
yüksək  dağlarda 
buzların  əriməsi  hesabına  Dünya  okeanının 
səviyyəsinin qalxması təhlükəsi yaratmışdır. Sahil 
zonalarının, körfəzlərin, çayların töküldüyü delta 
hissələrində  çirklənməsi.  Yosunların  və  manqr 
bitgilərinin məhv olması.  Balıq ovunun və dəniz 
canlılarının kasıblaşması. 
Meşə və kol 
örtüyü 
Quruda  meşə  və  meşə-kol  örtüyünün  40-50%-i 
itirilmişdi. Hər il tropik meşələrin sahəsi 11 mln. 
ha  azalır,  31  mln.  ha  meşə  atmosferdəki  zəhərli 
maddələrlə 
(Şimal 
yarımkürəsində) 
zədələnmişdir.  Dağ  landşaftlanndakı  meşələrin 
intensiv dağılması prosesi davam edir. 
121 


Düzənliyin 
və dağ 
çəmənliyinin 
ot bitgiləri 
Düzən  və  dağların  ərazisindəki  ot  florasının 
35-40%  dağılmış  və  ya  xeyli  zəifləmişdir  (10- 
11% - şum), 30-35% otlaq sahələri (o cümlədən 
hərəkət edən qumlar). _____________________  
Dağ və 
düzənliklərin 
torpaq 
örtüyü 
Demək olar ki, hər yerdə torpağın və onun 
münbitliyinin tükənməsi davam edir. 
Yaşayış məntəqələri, yollar, anbarlar və s. 
altında 2 mln ha-ya qədər torpaq 
mənimsənilmiş; hər il şum və otlaqlar 
altındakı torpaqların 40-60% epoziyaya və 
deflyasiyaya uğrayır. Dünyanın suvarılan 
torpaqlarının 40%-ə qədəri şorlaşmaya 
məruz qalmışdır. Torpaqlarda hər yerdə 
bioenerji ehtiyatlarının azalması, həmçinin, 
torpaq faunasının və mikroorqanizmlərin 
ölməsi (torpağın sterilizə olunması) baş verir. 
Toksik biosidlər və kübrələrin artığının 
toplanması baş verir. Quruda torpağın 
duzlaşması (turşu yağışları, qurutma, 
sulfıdlərin oksidləşməsi) xeyli ərazidə baş 
verir. 
Biosfer  üçün  qiymətli  olan  müxtəlif  orqanizmlərin 
növləri  (xüsusilə  avtotroflar)  itirilmişdir.  Bir  çox  bitgi  növləri, 
canlı,  həşəratlar  məhv  olmuş,  planetin  fitobiokütləsi  və 
zobiokütləsi azalmışdır. Hər il ən azı bir növ 
Canlı 
canlı 
itir. Meşələrin məhv edilməsilə əlaqədar 
orqanizm- 
şumlama, quruda otlaqların sahəsinin artmasını 
lər; planetin  0,5-1 
sırası ilə qiymətləndirmək olar. Bu halda 
canlı 
dünya okeanında biokütlənin azalması nəzərə 
maddələri 
alınmır. Nəticədə qlobal fotosintez və oksigen 
dövranı zəifləyir. Bu ölçüləri dəqiq qiymətləndirmək 
lazımdır. Biogeokimyəvi dövran O2, N, S, P, Ca, K 
pozulmuşdur.  Ekosistemlərdə  aktiv  biogen  enerji 
axını və ehtiyatları zəifləyir. ___________________  
122 


Planetin 
iqlimi və 
havası 
Qütb  zonalarında  buz  örtüyünün  azalması  ola 
bilər. Qurunun xeyli hissəsinin səhralaşması, yer 
səthinin  40%-ə  qədərini  əhatə  etmişdir.  Orta 
rəqəmlə hər il səhralaşan landşaftların sahəsi 5-7 
mln.  ha-ya  çatır.  Quraqlıqlar,  sellər  (subasma), 
qeyri-normal 
qış, 
fəlakətli 
qasırğalar 
çoxalmışdır.  ____________________________  
3.6.
 
Torpaqların ekocoğrafiyası və onun mühafizə edilməsi 
Torpaq  örtüyü  min  illər  ərzində  mürəkkəb  fiziki, 
kimyəvi,  bioloji  proseslərin  qarşılıqlı  təsiri  nəticəsində 
formalaşaraq  biosferin  inkişafında  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Torpaqların  əkinçilikdə  tutduğu  mövqe  və  insan  həyatı  üçün 
zəruriliyi əvəz olunmazdır. Genetik torpaqşünaslıq elminin banisi 
V.V.Dokuçayev  qeyd  etmişdir  ki,  çöl  bitkiləri  altında  yaranmış 
rus  qaratorpaqları  daş  kömürdən,  neftdən  və  hətta  qızıldan  da 
bahadır  və  qiymətlidir.  Ümumiyyətlə,  torpaq  örtüyü  təbii 
landşaftın  əsas  komponentlərindən  biri  olmaqla,  insanın  həyat 
fəaliyyətində  müstəsna  rol  oynayır.  Torpaq  məlum  coğrafi 
amillərin  qarşılıqlı  əlaqəsi  və  təsiri  nəticəsində  yaranan 
münbitliyə malik olan və 1-1,5 metrdən artıq olmayan qatdır. 
Məlum olduğu kimi planetdə qurunun 11%-ni buzlaqlar; 
2,1%  göllər,  su  anbarları  və  çaylar;  3,3%-ni  çılpaq  qayalar, 
subnival  sahələr;  7,4%-ni  suvarılmayan  arid  sahələr  və  sahil 
qumluqları,  27%  meşələr,  19%-ni  kolluqlar,  otlaqlar  və 
çəmənliklər, 2,0%-ni sənaye müəssisələri, yollar, şəhərlər altında 
qalan sahələr; 3%-ni antropogen bedlendlər (yəni insan tərəfindən 
yaradılan boş ərazilər), qalanını və s. torpaqlar təşkil edir. 
Planetimizdə əkin sahələri 19 mln. km^ qədərdir. 
123 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə