Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə34/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

edərək hər yerdə mövcud olan həyatın müxtəlifliyini əks etdirir. 
Ona  meşələrin  çay,  bulaq,  dəniz  mühitlərinin,  heyvan  və  bitgi 
aləmi,  torpaqlar  və  müxtəlif  iqlim  zonaları,  kənd  təsərrüfatı 
bitkiləri,  ev  və  vəhşi  heyvanların  növləri  həmçinin 
mikroorqanizmlər daxildir. 
Avropada biomüxtəlifliyin səviyyəsi eyni cinsli deyildir. 
Ekosistemlərin, eləcə də bioloji növlərin ən zəif səviyyəsi 
Şimali  Avropada  müşahidə  edilir.  Biomüxtəlifliyin  yüksək 
səviyyəli  mərkəzləri  Aralıq  dənizi  rayonunda  (İspaniya,  Fransa, 
İtaliya, 
Yunanıstan, 
Bolqarıstan, 
Ukrayna, 
Gürcüstan, 
Azərbaycan,  Türkiyə,  Ermənistan)  yerləşir.  Bu  təkcə  orada 
yaşayan  çoxsaylı  canlı  orqanizm  növləri  ilə  deyil,  həmdə  bu 
regionda  5000-dən  çox  endemik  bitgi  növlərinin,  yəni  yalnız  bu 
ölkələrdə rast gəlinən növlərin mövcudluğu ilə təsdiq olunur. Eyni 
zamanda  bu  region  mədəni  bitgilərin  mənşəyinin  dünya 
mərkəzlərindən biridir. 
Ekosistemin  davamhğı  onu  təşkil  edən  elementlərin 
müxtəlifliyi  ilə  təyin  olunur.  Müxtəliflik  təbiətin  varlığının  əsas 
qanunauyğunluğudur.  Bizi  əhatə  edən  mühit  müxtəlifdir. 
Müxtəliflik  tərəqqi,  inkişaf  və  təkamül  deməkdir.  Müxtəliflik 
davamhqdır, həyatdır. 
Yer üzərində müxtəliflik yox olarsa, bununla bərabər biz 
aşağıdakıları da itirə bilərik: 1) inkişaf qabiliyyətini; 2) davamhğı; 
3) həyatı. 
Beləliklə,  müxtəliflik  bizim  planetimizdə  bütün  canlı 
aləmin mövcudluğunun həlledici amilidir. 
Bioloji  növmüxtəlifliyin  qorunması  hazırki  dövrdə  çox 
böyük əhəmiyyət kəsb edir. Lakin planetin ən vacib böyük hissəsi 
və  iqtisadi  cəhətdən  bioloji  növmüxtəlifliyi,  onun  ekosistemi 
göründüyü  kimi  sürətlə  azalır.  İohanesburqda  2002  (Cənubi 
Afrikada)  və  Rio  de-Janeyroda  (1992)  tarazlı  inkişaf  barədə 
keçirilmiş  dünya  sammitlərində  (1992)  və  BMT-nin  bioloji 
növmüxtəlifliyi istiqamətində yaradılmış 
114 


Bioloji  növmüxtəlifliyi  konvensiyasının  (BNK)  vədləri  yerinə 
yetirilmir və daima pozulur. Bu YUNEP-təşkilatmm 2007-ci ilin 
sonunda  çap  olunmuş  «Global  Enviran  mental  Outlook  4» 
məruzəsində qeyd olunmuşdur. Orada qeyd olunur ki, növlər 100 
dəfədən  də  sürətlə  ölürlər,  nəinki  qazıntıların  qalıqlarının 
nəticələrinə  görə.  Bu  insan  fəaliyyətinin  nəticəsidir.  Qaldı  ki, 
analiz olunmuş onurğalılar qrupuna, onların 30% ilanların, 23% 
südyeyənlərin  və  12%  -  toyuqlar  ölüm  təhlükəsi  qarşısında 
qalmışlar. 
Hazırda 
yerin 
quru 
hissəsinin 
12%-dən 
çoxu 
təbiətqoruyucLi zonalardır, məsələn Milli parklar şəklində. Lakin 
görülən tədbirlər - təbiətin bu cağrışma miqyas və sürətinə cavab 
vermir.  Bu  qlobal  miqyasda  tarazlı  inkişaf  ilə  bağlı  bir  çox 
məsələlərə  aiddir.  2008-ci  il  bioloji  növmüx-  təlifliklə  davamlı 
davranılmasmda  müsbət  hal  kimi  qiymətləndirilir.  2007-ci  ildə 
Almaniyanın 
Podstam 
şəhərində 
nazirlər 
səviyyəsində 
Beynəlxalq  yığıncaq  keçirilir.  Yığıncağın  nəticələrində  qeyd 
olunur ki, bioloji növmüxtəlifliyin qorunması və sabit istifadəsi, 
ayrılmaz  əsas  kimi,  ekosistemlər  tərəfindən,  təbii  sərvətlərin 
dünya  iqtisadiyyatına  verilməsi  kimi  həyati  vacib  xidmətləri 
həlledici mövqe tutur. 
Sabit  təsərrüfatçıhğm  qüvvətli  faktorlarından  biri  iqlim 
dəyişilməsidir.  Meşənin  qırılması  20%  parnik  (istixana) 
qazlarının  atılmasına  səbəb  olur.  Çərçivə  konvensiyası  (BMT) 
tərəflərin  axırıncı  konvensiyasında  (Braziliya-Bali  şəh.)  qeyd 
olunur  ki,  Braziliyada  50%  Amazonka  rayonunda  qırılmanın 
sürəti azaldılmışdır. Bu qanunlara daha mükəmməl əməl olunması 
və  bütün  sutka  ərzində  süni  peyklərdən  aparılan  müşahidə 
sahəsində  baş  verir.  Meşələrin  qırılması  ilə  əlaqədar  atılmanın 
azalması  iki  rejimin  əsas  hissəsi  2002-ci  ildən  sonra  iqlimin 
qorunması ilə əlaqədardır. 
İqlimin  dəyişkənliyi  bioloji  növmüxtəlifliyi  və  təbii 
resurslara iqtisadi əhəmiyyət verilməsi növlərin itməsinə 
115 


təsir  edə  bilər.  Təhlükəli  növlərin  təhlükə  altında  qalması  çoxlu 
faktlara əsaslanır. Bu heyvanların bütöv növünün təhlükə altıünda 
qalması insanlar tərəfindən təcrübədə işlədilən istifadə və istehsal 
prosesində daimi xarakter daşımır. 
Bütün  dünyada  bioloji  növmüxtəlifliyinin  qorunmasının 
çətinliyi  bir də onunla izah olunur ki, bu işə az  maliyyə  ayrılır. 
Bununla  əlaqədar  olaraq  bütün  dünyada  iqlimlə  bağlı 
dəyişikliklərə daha çox diqqət yetirilməlidir. 
1992-ci  ildə  Rio-de-Janeyro  şəhərində  təqdim  olunmuş 
«Biomüxtəlifliyin  qorunması»  Konsepsiyasını  Azərbaycan 
Respublikası  imzalandıqdan  sonra  bu  konvensiyanın  tələblərini 
həyata keçirmək üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Belə 
ki,  1995-ci  ildən  Azərbaycan  «Pan-Avropa  bioloji  landşaft 
müxtəlifliyinin  qorunması»  strategiyasının  daimi  iştirakçısı 
olmuşdur.  Respublikada  bu  strategiyanın  ayrı-ayrı  bölgələrinə 
dair, o cümlədən, xüsusi mühafizə olunan ərazilərin inkişafı, nadir 
və nəsli kəsilmək üzrə olan flora və fauna növlərinin qorunması,
 
su-bataqlıq ərazilərinin 
bərpası, dağ 
ekosistemlərinin  inkişafı  istiqamətində  fəaliyyət  proqramı 
hazırlanmışdır. 
Azərbaycan 
Respublikası 
BMT-nin 
«Biomüxtəlifliyin  qorunması»  konvensiyasını  2000-ci  ildə 
radifikasiya 
etmişdir. Konvensiyadan 
irəli gələn 
öhdəliklərin  yerinə yetirilməsi üçün 
Azərbaycan 
Respublikasının Prezidentinin  sərəncamı ilə 200 i-ci  ildə bioloji 
müxtəlifliyin  genetik  ehtiyatları  üzrə  komissiyası  yaradılmışdır. 
Hazırlanmış  milli  proqram  və  layihələr  2001-  ci  ildə  Qlobal 
Ekoloji  Fond  və  BMT  İnkişaf  proqramı  dəstəyi  ilə 
«Biomüxtəlifliyin  qorunması»  üzrə  milli  məruzə  və  fəaliyyət 
planında  göstərilərək  Azərbaycan  höküməti  tərəfindən  qəbul 
olunub təsdiq edilmişdir. 
Respublikamız  2001-ildə  Avropa  Şurasına  qəbul 
olunmaq ərəfəsində təbii mühitin qorunması istiqamətində 
116 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə