Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya


Şəkil 11. Torpaq əmələ gətirən amillər



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə38/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

 
 
Şəkil 11. Torpaq əmələ gətirən amillər 
127 


yeraltı  qrunt  sularının  səviyyəsinin  qalxmasına  təkan  verir. 
Beləliklə,  su  və  torpaq  fondundan  kortəbii  istifadə  nəticəsində, 
hazırda  Azərbaycanda  500-600  min  hektara  qədər  suvarma 
sahələrinə malik torpaq sahəsi yarasız haldadır. 
Rəsmi məlumatlara əsasən Azərbaycanda 300 min hektar 
otlaq və biçənək sahələri vardır. 
Son  25  ildə  85-90  min  hektar  torpaq  sahəsi  sənaye 
obyektləri,  yol  tikintisi,  faydalı  qazıntılar,  zibilxanalar,  inşaat 
materialları və s. altındadır. Respublikanın torpaq fondu müəyyən 
dərəcədə suvarma sistemlərində hidro- ekoloji məsələlərin kifayət 
dərəcədə  nəzərə  alınması  olmuşdur.  Məsələn,  Kür-Araz  çayları 
məcrasında  yaradılan  su  hövzələrində  bir  sıra  məsələlər  nəzərə 
alınmamışdır. Təkcə Kürdə yaradılan su anbarları ilə əlaqədar yüz 
min hektarlarla torpaq, o cümlədən 30-40 min hektara yaxın tuqay 
meşəsi  itirilmişdir,  neft  məhsulları  ilə  30-33  min  hektar  torpaq 
çirklənmişdir.  Meşələrin  məhv  edilməsi,  Kür-  Araz  ovalığında 
təbii  göllərin  qurudulması  müvafiq  regionlarda  havada,  torpqda 
nəmliyin  tənzim  olunma  qanunauyğunluğunu  pozmuşdur. 
Məsələn,  Kür  çayının  Azərbaycana  aid  sahələrində  Tovuzdan  - 
Yevlaxadək  və  Bərdəyə  kimi  45  min  ha  tuqay  meşəsi  məhv 
edilmişdir. 
Xalq  təsərrüfatında  torpaq  əsas  və  ümumi  istehsal 
vasitəsidir.  Torpağın  əhəmiyyəti  əsasən  onun  münbitliyi  ilə 
müəyyən  olunur.  Torpaqda  aparılan  aqrotexniki  və  meliorativ 
tədbirlər  nəticəsində  onun  münbitliyini  müntəzəm  artırmaqla 
kənd  təsərrüfatı  bitkilərinin  normal  qidalanmasını  təmin  etmək 
mümkündür. 
Torpaq  bizim  əsas  və  əvəzedilməz  sərvətlərimizdir. 
Ondan  nə  dərəcədə  səmərəli  istifadə  olunmasından  cəmiyyətin 
taleyi və xalq təsərrüfatının gələcək inkişafı asılıdır. Torpaq bütün 
ictimai  formasiyalarda  insana  qüdrət,  ölkəyə  bərəkət  və 
cəmiyyətin inkişafına həlledici istiqamət vermişdir. İnsan təbiəti, 
ilk növbədə torpaq sərvətləri ilə 
128 


məhsuldar  edir,  lakin  insan  torpaqdan  səmərəli  istifadə  etməklə 
təbiəti  dəyişə  bilir,  səhralarda  yaşıl  zonalar  yaradır  və  s.  Başqa 
istehsal  sahələrindən  fərqli  olaraq  torpaqdan  düzgün  istifadə 
edildikdə  torpaq  məhsuldar  olur,  xassələri  pisləşmir,  əksinə 
tədricən yaxşılaşır və münbitləşir. 
Torpaqdan  düzgün  istifadə  edilmədikdə  pisləşir 
məhsuldarlığını azaldır, nəticədə bəzən bütöv bir ərazi səmərəsiz 
səhralara  çevrilə  bilir.  Deməli,  torpaq  gələcək  insan  nəslinin 
yaşaması  üçün  əvəzolunmaz  maddi  varlıqdır.  Torpaqlardan 
səmərəli istifadə edilməsi xüsusi tədbirlərin həyata keçirilməsini 
tələb  edir.  Həmin  tədbirlər  torpağın  təbii  şəraitindən,  relyef 
formalarından  asılı  olaraq  müxtəlif  olur.  Sellərə,  sürüşmələrə, 
uçqunlara,  eroziyaya  məruz  qalmış,  bataqlaşmış,  şorlaşmış, 
sənaye  və  kənd  təsərrüfatı  tullantıları  ilə  çirklənmiş  və  s. 
torpaqların  yaxşılaşdırılması  xüsusi  və  bir  çox  yerdə  kompleks 
tədbirlər tələb edir. Bəzi regionlarda olduğu kimi Azərbaycanda 
da  qoruyucu  meşələrin  salınması,  kollektor-drenaj  şəbəkəsinin 
tikilməsi  kimi  işlər  görülməli,  torpaqlarda  rekultivasiya  və 
transfonnasiya aparılması tələb olunur. 
3.7.
 
Torpaqların səhralaşmasının qanunauyğunluqları və 
antropogen təsirlərin nəticələri. Müasir səhralaşma 
problemləri 
Müasir  dövrün  ən  kəskin  qlobal  problemlərindən  biri 
fəlakətli  quraqlıqların  çoxalması  və  bunun  nəticəsində  ərzaq 
təsərrüfatında məhsuldarlığın 
kəskin 
azalmağa 
başlamasıdır. 
B.Q.Rozanova  görə  (1984)  səhralaşma-torpağın  və 
bitkilərin  deqradasiyası  və  onların  bioloji  məhsuldarlığının 
azalması  prosesidir. 
Səhralaşmaekstremal hallarda 
biosferin  potensialının  tam məhv 
olmasına  və ərazinin 
səhraya 
çevrilməsinə  səbəb olur. Son 
onilliklərdə 
səhralaşma prosesinə və onun yaratdığı problemlərə maraq 
129 


əhəmiyyətli  dərəcədə  artmışdır.  Səhralaşma  əslində  təbii  yolla 
gedən  prosesdir,  insanın  təsiri  olmadan  təbiətdə  səhralaşmanm 
getməsi təbii-tarixi prosesin nəticəsidir. Bununla yanaşı insanların 
təbiətə geniş miqyaslı təsirləri nəticəsində səhralaşma sürətlənir. 
Səhralaşma  dedikdə  daha  geniş  mənada  yerin  bioloji 
potensialının azalması və ya məhvedilməsi, antropogen fəaliyyət 
və iqlim dəyişməsi nəticəsində yer üstü ekosistemlərin tükənməsi 
nəzərdə tutulur. BMT ekspertləri səhralaşma proseslərini və onun 
yayılmasını  ekoloji  situasiyanın  pisləşməsi  kimi  qiymətləndirir, 
qeyd edirlər ki, bu proses nəticəsində quraq, yarımquraq ərazilərin 
məhsuldarlığı  səhra  səviyyəsinə  kimi  enir.  Bu  proses  əsasən 
tədriclə  gedir.  Aridləşmə  prosesi  səhralaşmanm  ilkin 
mərhələlərindən biridir. 
Torpaqların  aridləşməyə  məruz  qalması  dedikdə- 
mürəkkəb  və  müxtəlif  kompleks  proses  olub,  geniş  ərazilərin 
rütubətləşməsini  azaldan  və  bununla  əlaqədar  «torpaq-bitki» 
ekoloji  sistemlərinin  bioloji  məhsuldarlığının  azalması  başa 
düşülür.  Aridləşmənin  əmələ  gəlməsi  yemin,  suyun,  yanacaq 
problemlərini  kəskinləşdirir  və  ekosistemdə  dərin  dəyişiklik 
yaradır. Səhraların ətrafında olan əkinlər təzyiqə davam gətirmir 
və  səhrahqlarm  ərazisinə  qatılır  ki,  bu  da  hər  il  min  hektarlarla 
əkinə yararlı torpaqlar itirilir. 
Səhralaşma eyni  zamanda sosial-iqtisadi və təbii proses 
olmaqla təqribən 3,2 mlrd, hektar torpaq sahəsini təhlükə altında 
saxlamaqla, 700 mln-dan çox insanın yaşadığı əraziləri əhatə edir. 
Daha  təhlükəli  vəziyyət  Afrikanın  Sahel  zonasında  (Seneqal, 
Nigeriya,  Burkino  Foso,  Mali  və  b.)  keçici  bioiqlim  zonasında 
(təqribən  400  km-ə  qədər  enində),  şimalda  Saxara  və  cənubda 
Savannalar arasında yaranmışdır. 
Saheldə  kritik  vəziyyətin  yaranması  əsasən  iki  amilin 
təsirilə baş verir: 1) sürətlə artan əhalini ərzaq məhsulları ilə təmin 
etmək məqsədilə insanın təbii ekosistemlərə təsirinin 
130 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə