Dərslikdə Bakı Dövlət Universitetinin Coğrafiya



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə20/66
tarix30.04.2018
ölçüsü2,79 Kb.
#40545
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

məsələlərdən biridir. 
Hazırda  sənaye  və  mətbəx  axarlarının  çirkablarının 
90%-dən  çoxu  bilavasitə  su  hövzələrinə  axıdılır.  Son  illərdə 
aparılan tədqiqatlar nəticəsində açıq sularda iki minə yaxın zəhərli 
maddələr olduğu aşkar edilmişdir. Torpaq və havada olan zəhərli 
maddələrin  əksəriyyəti  qar  və  yağış  suları  vasitəsilə  açıq  su 
hövzələrinə qaytarılır. İri sənaye müəssisələrində, xüsusilə, böyük 
sənaye  şəhərlərində  (Tokio,  London,  Paris,  Nyu-York)  yağış 
sularında  müşahidə  edilən  civə,  mərgümüş  və  qurğuşunun 
miqdarı qonşu ərazilərdən 100-1000 dəfə artıqdır. 
Hazırda  açıq  sularda  DDT-in  miqdarı  500  000  tondan 
artıqdır.  Göründüyü  kimi,  suların  çirklənməsi  təhlükəsi  artır. 
Azərbaycanın 
su 
hövzələrinin 
mikrobiooji 
cəhətdən 
öyrənilməsinə 1958-ci ildən başlanmışdır. Respublikamızın əsas 
su arteriyası olan Kür çayı öz axımı boyu üç hissəyə; yuxarı, orta 
və aşağı hissələrə bölünür. Orta və aşağı Kür uzun illərdən bəri 
dəfələrlə  tədqiq  edilmiş,  yuxarı  Kürün  tədqiqinə  isə  ilk  dəfə 
1965-ci ildə başlanmış, həmin işlər 1974-76-cı illərdə, 1984-86-cı 
illərdə təkrar edilmişdir. 
Gürcüstanın ən iri sənaye mərkəzlərindən olan Tbilisi və 
Rustavi  şəhərlərinin  çirkabları  Kür  çayına  axıdılır.  Son  vaxtlar 
lES-lərin 
işləyən  aqreqatlarının  soyudulması  nəticəsində 
qızdırılmış  sular  da  çirkab  sular  sırasında  su  hövzələrinə  daxil 
edilir. 
Respublikamızın  ərazisinə  qədər  Araza  sol  sahil  boyu 
Ermənistanın çayları qarışır. Arazın əsl mənada bəlası da buradan 
başlayır. Yerevan şəhərindən keçən Zəngi  (Razdan) çayı əhalisi 
milyon nəfərdən artıq olan, sənaye və inkişaf etmiş şəhərin çirkab 
axınını Araza gətirir və  nəticədə onu fəlakət  mənbəyinə çevirir. 
Çirkab axnla yanaşı Razdan çayı vasitəsilə Araza Yerevan atom 
stansiyasından  (Mutsomor)  isti  sular  axıdılır  ki,  bu  da  canlılara 
öldürücü  təsir  göstərir.  Bundan  əlavə  bu  İsti  sularla  həm  də 
radionukleidlər Araza tökülür. Bu azmış kimi, Qafan- 
61 


Qaçaran  mis  yataqlarının  istismarı  prosesində  bütün  zəhərli 
maddələr Oxçuçay vasitəsilə Araza atılır və bütün hallarda Araza 
tökülən çaylardan Ermənistan demək olar ki, istifadə etmir. 
Respublikamızda  kənd  təsərrüfatının  intensiv  inkişafının 
təşkili  nəticəsində  ərazisinin  su  hövzəsi  yararsız  vəziyyətə 
gətirilmiş, müvafiq olaraq içməli su ehtiyatı kəskin azalmışdır. 
Su  təbiətin  ən  lazımlı  və  nəcib  hissəsidir.  Susuz  həyat 
yoxdur,  buna  görə  də  su  insanın  həyatının  varlığını  təmin  edən 
vasitə kimi əvəzedilməzdir. 
2.5.5.
 
Sunamilorin törətdikləri fəlakətlər və onlardan 
qorunmaq tədbirləri 
2004-cü  il  dekabrın  26-da  Asiyanın  cənub-şərqində. 
Sumatra adası yaxınlığında Andaman dənizində baş vermiş sualtı 
zəlzələ  nəticəsində  yaranmış  sunami  dalğalarının  hərəkətini 
göstərən,  müxtəlif  telekanalların  fantastik  və  dəhşətli  kadrlarını 
yaddan  çıxarmaq  mümkün  deyil;  «Sahilə  doğru  18-20  metr 
hündürlükdə  sürətlə  nəhəng  sunami  dalğası  yaxınlaşır.  Bu  vaxt 
sahildə  Cənub-Şərqi  Asiyanın  gözəl,  mənzərəli  sahilindəki 
çimərlikdə müxtəlif yaşlarda olan, minlərlə istirahət edən insanlar 
görünür. Qəfildən  yaxınlaşmaqda olan nəhəng sunami dalğasını 
görən  insanlar  çaşaraq,  hər  şeyi  unudaraq  tam  fəlakətin 
qanunlarına tabe olurlar. Çaşğmhqdan və özünü itirmiş minlərlə 
insan  olduqları  vəziyyətdə,  kim  necə  bacarsa  dalğanın 
caynağından canlarını qurtarmaq üçün, uzağa qaçmağa çalışırlar. 
Bir anda ən dəhşətli hadisə baş verir, insanlar arxaya baxmayaraq, 
bir-birinə kömək etmədən qaçırlar. Bir an telekadr- larda nəsə çox 
dəhşətli  bir  hadisə-mənzərə  baş  verir:  ən  cavan  və  qüvvətli 
insanlar  geriyə  baxmadan  lap  qabaqda  qaçırdılar,  onların 
arxasınca nisbətən az sağlamlığa malik insanlar həyatlarını xilas 
etmək arzusu ilə qaçırdılar. On- 
62 


larin ardınca qocalar, xəstələr, əlillər və ata-anaları özlərini itirib 
qabaqda  qaçanların  körpə  uşaqları  var  qüvvələrilə  sahildən 
uzaqlaşmağa  çalışırdılar.  Ana  uşaqsız,  ər-arvadsız,  sağlam 
insanlar  isə  qocalara,  xəstələrə,  əlillərə,  hətta  uşaqlara  məhəl 
qoymadan  qaçırdılar.  Onların  ardınca  sürətilə  nəhəng  sLinami 
dalğaları  yaxınlaşırdı.  Ən  dəşhətlisi  isə  bu  idi  ki,  arxadan 
yaxınlaşan  nəhəng  dalğalar  əjdaha  kimi  ağzını  nəhəng  açaraq 
qaçan insanların hamısını udurdu... 
Son nəticədə hamını ağuşuna alan dalğaları təsvir edən bu 
dəhşətli, təsadüfi və tarixi kadrlar dünyanın müxtəlif ölkələrinin 
müxtəlif  letekanallarmda  cəmisi  bircə  dəfə  göründü,  çünki  çox 
dəhşətli və ürəkağrıdıcı idi. Sunamilərin dəhşətli nəticəsi belədir. 
Bu  əsil  təbii  fəlakətdir.  Onun  təsir  dairəsi  çox  böyük  əraziləri 
əhatə  edir.  Vurduğu  maddi,  mənəvi,  ekoloji  ziyanları  aradan 
qaldırmaq çox böyük vəsait və vaxt tələb edir. 
Yer  kürəsində  biosferanm  tarixinin  öyrənilməsi 
göstərmişdir ki. Yer planetinin bioloji həyatında dəfələrlə qlobal 
hadisələr baş vermiş, qısa tarixi müddət ərzində bir qrup canlılar 
məhv olmuş, ümumiyyətlə, az bir fasilədən sonra tamamilə yeni, 
keçmişdəkinə  tamam  oxşamayan  həyat  şəraiti  əmələ  gəlmişdir. 
Yer kürəsinin bütün tarixi boyu vulkan püskürmələri, zəlzələlər, 
sunamilər  insan  və  heyvanlar  arasında  böyük  tələfatlara  səbəb 
olmuşlar.  Amma  sivilizasiya  tarixində  elə  fəlakətlər  də  baş 
vermişdir ki, bütün planetin tarazlığı pozmuşdur. 
Son  200  ildə  planetimizdə  qlobal  dəyişikliklər  yaratmış 
iki  təbii  fəlakəti  misal  göstərmək  olar.  Onlardan  biri  XIX  əsrin 
sonlarında  İndoneziyada  Krakatau  vulkanının  püskürməsi  və 
qüvvətli  zəlzələlərin  baş  verməsi,  ikincisi  isə  İndoneziyada  26 
dekabr  2004-cü  ildə  baş  vermiş  11  balhq  zəlzələ  və  bunun 
nəticəsində nəhəng sunami dalğalarının əmələ gəlməsi olmuşdur. 
Hər iki fəlakət nəticəsində 400 minə yaxın insan tələf olmuşdur. 
Qeyd etmək lazımdır ki, İndoneziyada zəlzələnin qlo 
63 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə