Məsələn, şimali Atlantika sahillərində ən iri çirkləndiricilər, hər il
kiçik buxtaya 9 mln. tona yaxın tullantı tökülən Nyu- York
şəhəridir.
Göstərilən misallardan aydın olur ki, okeanın
çirklənməsinə insanın təsiri böyükdür, lakin okeana müxtəlif
yollarla atılan çirkləndiricilərin ümumi miqdarı hələlik məlum
deyil.
Ikinei dünya müharibəsindən sonra Aralıq dənizi
sahillərində çox su işlədən və suya çoxlu çirkab su tökən yeni
sənaye şəhərləri yaradıldı. Tökülən çirkab suların dənizdən
Atlantik okeanına təbii sirkulyasiya vasitəsilə aparılan sudan çox
olması nətieəsində Aralıq dənizi çox çirkləndi. Hazırda Şimal və
Baltik dənizləri xeyli çikrlənib. İçməli suyun mənbələri olan -
Temza, Sena, Selda, Reyn, Elba, Oder, Visla kimi çaylar öz
gözəlliklərini çoxdan itirmişlər. Onların sahillərində Avropada ən
iri kimya sənayesi zavodları fəaliyyət göstərir. Bu çaylara hər il
100 min tonlarla fosforit, 1,5 mln.ton təhlükəli azot birləşmələri
atılır. Son vaxtlar çaylarla Şimal dənizinə 11 min ton qurğuşun, 28
min ton sink, 950 min ton mişyak, 335 ton kadmiy və 75 ton eivə
atılmışdır. Ağır metallar qrunt faunasını (balıqqulağı, xərçəng,
dəniz ulduzu) məhv edir, balıq və suitilərdə təhlükəli şişlər əmələ
gətirir.
Dünya su ehtiyatının beşdə biri, keçmiş İttifaqın şirin su
ehtiyatının isə 70 %-ni təşkil edən, dünyada ən dərin tektonik göl
Baykala ən dəhşətli təhlükə törədən, oradan tikilmiş sellüloz-kağız
kombinatıdır. Ekoloji itgi hər gün milyon manatlarla hesablanır.
Baykaldan həyəcanlı xəbərlər verilir;bahqlarm qırılması. Selenqa
çayında ikibaşlı balıqların və üzgəcsiz balıqların əmələ gəlməsi,
dayazlaşma, Baykal xərçəngi - suyu özündən buraxaraq gölü şəffaf
və təmiz edən - sayının xeyli azalması və s.
Dəniz mühitində aşağıdakı çirkləndiricilərə rast gəlmək
olar;
58
patagen (xəstəlik törədən) mikroorqanizmlər (bakteriyalar,
birhüceyrəlilər, viruslar və göbələklər). Onlardan ən çoxu
çirkab sularla yayılır; bərk tullantılar-tullantıların emalı
zamanı qalıq, həmçinin, işlədilməyən və ya müddəti keçmiş
sənaye məhsullarıdır. ABŞ alimlərinin məlumatına görə hər il
dünya okeanına 6,6mln. tona qədər müxtəlif zibil atılır ki,
onların da, əsas kütləsini plastmas əşyalar təşkil edir, istilik
tullantıları - dəniz mühiti ilə əlavə istiliyin kontaktından onun
səciyyəsi dəyişir və bu canlı orqanizmlər üçün zərərli ola bilər:
şirin su və duzlar-şirin suyun çox olması ciddi problem
yaratmır, lakin əgər saflaşdırmaya meyilli olan zonaya
düşərsə problem yarada bilər;
zəhərlər-qeyri-üzvi zəhərlər adətən sənayedə xəstəlik
törədən orqanizmləri və ya yosunları məhv etmək üçün
istifadə olunur. Üzvi zəhərlər isə dənizə qəsdən və təsadüfən
atılmış müasir kimyəvi maddələrdən ən təhlükəlisidir
(biosid-fungusidlər, herbesidlər, insektisidlər, podensidlər,
həmçinin, karbohidrojenlər, neft məhsulları və sənaye
kimya məhsulları);
-
neft-təbii maneyə malik, üzvi zəhərlərə aid və uzun
müddət ərzində bioloji yolla parçalanan maddələrdir;
-
gübrələr-ən çox yayılanı azot və fosfor birləşmələridir.
Onlar ətraf mühitdə həmişə mövcud olmuşdur və onların
bəziləri çürüyən orqanizmdən ayrılaraq təbii yolla mühitə
qayıdır;
-
radioaktivlik-radioaktiv maddələr dəniz mühitinə nəinki
uran istifadə olunan atom stansiyalarının işləməsi
şəraitində və başqa növ fəaliyyətlə, həm də, kömürün
yandırılması kimi adi şəraitdə də düşürlər;
-
turşular və qələvilər - turşu və qələvilərin dənizə atılması
ekoloji sistemin balansına zərərli təsir edir. Dəniz suyunun
normal turşuluğu təqribən 8,0% olur, yəni dəniz suyu zəif
qələviləşmiş olur.
59
-
estetik baxımdan - xoşa gəlməyən görüntülü və iyli
tullantılar cəlbedici deyillər;
-
nəqliyyat gəmiçiliyi-mütəxəssislər qeyd edirlər ki, Okeana
düşən neft məhsullarının əksəriyyətini motorlu qayıqların
mühərriklərində daxili yanma şəraitində işlənmiş yağlar
təşkil edir. Neftin tankerlərdən qəza nəticəsində dağılması
və daşması prosesi baş verir. İri tankerlər yüklərini
boşaltdıqda gəminin dinamik xüsusiyyəti xeyli dəyişir.
Belə ki, onun çəkisi azalır və onun idarə olunma
xüsusiyyəti tam yüklə dolu olmasını tələb edir. Ona görə
əksəriyyət tankerlərə ballast su vurulur. Tanker neft
götürməyə hazırlaşanda ballast su dənizə buraxılır və o
sularla dənizə xeyli miqdar neft tullantıları atılır.
-
sənayedə suların çirklənməsi;
-
çirkab suların təmizlənməsi sistemi;
-
kənd təsərrüfat mənbələri (süni gübrələr, heyvanların
çirkabı, pestisidlər, herbesidlər və asılı hissəciklər)
-
istirahət zonalarmdakı çirkləndiricilər;
-
tikinti və s. zamanı yaranan çirkləndiricilər.
<^Bir çox tədqiqatçılar hesab edirlər ki, tullantıların
basdırıldığı yerlər gələcəkdə onlarlan insanların təkrar istifadə edə
bilməsi üçün əlçatan yerdə olsun. Yaponiyada tullantıları
pasportlaşdıraraq, ciddi nömrələnmiş konteynerlərə yığıb
bir-birinə yaxın adaların arasında suyun dibinə üst-üstə
endirilməsi və səthə bir neçə metr qalmış üstünün gətirilmə
torpaqla doldurulması sınaqdan keçirilir. Bunun nəticəsində həm
adalar birləşdirilir, yeni torpaq sahəsi əldə edilir, həm də ən
vaciblisi, gələcək nəsillər üçün hazırda istehsalı mümkün
olmayan təkrar istehsal xammal bazası yaradılmış olar. Bəzən
hesab edirlər ki, radioaktiv tullantıların basdırıldığı ərazilər
yaşayış yerlərindən çox uzaqda olmalıdır. Görünür ikuinci üsul
daha təhlükəsizdir.
Hazırda cəmiyyətin ictimai fəaliyyəti və canlıların
həyatı üçün vacib olan içməli su problemi ən vacib
*
60
Dostları ilə paylaş: |