MühaziRƏ 11. UŞaq qorxulari və utancaqliq problemi



Yüklə 69,16 Kb.
səhifə1/6
tarix21.04.2023
ölçüsü69,16 Kb.
#106623
  1   2   3   4   5   6
muhazire 11


MÜHAZİRƏ 11. UŞAQ QORXULARI VƏ UTANCAQLIQ PROBLEMI


11.1. Qorxu və fobiyanın psixoloji təhlili.
11.2. Məktəb qorxusu.
11.3. Qorxuların diaqnostika və korreksiyası.
11.4.Uşaqlarda mövcud olan sosial davranış pozuntuları
11.5.Uşaqlarda utancaqlıq problemi, səbəbləri və korreksiyası.


1-ci sual. Qorxu insanın gündəlik yaşantısının vacib bir parçasıdır. İnsanın qorxması, qor­xu­lu və­ziy­yət­­lər yaşaması, qorxunu hiss etməsi təbii bir haldır. Dünyada elə bir insan yoxdur ki, o, təhlükəli və­­ziyyətlərdən və ya nədənsə qorxmasın. Qorxu - insanın təhlükəyə təbii reaksiyasıdır.
Psixoloji ədəbiyyatlarda “qorxu” termini ilə yanaşı “fobiya” terminindən də istifadə olunur. “Fo­biya” yunan dilindən götürülüb. Phobos yunan mifologiyasında Dəhşət Allahıdır. Fobiya qor­xu­nun şəxsin gündəlik həyatına neqativ yöndə təsir edən və bu mənada nəzarətdən çıxmış halıdır. Fo­biya - gerçəkdə qorxu yaratmayacaq bir obyektə, fəaliyyətə və ya vəziyyətə qarşı həddindən ar­tıq qorxu duyma və qaçma davranışında olmağa deyilir. Hər bir fobiya özünəməxsus ada malikdir, mə­sələn, klaustrafobiya – bağlı məkan qorxusu və ya aqorafobiya – açıq məkan, kütlə qorxusu və s. Fo­bik pozuntular narahatlığın xarici yaşantılar və ya indiki anda təhlükəli olmayan obyektlər tə­rə­fin­dən yaranmasıdır. Nəticədə bu yaşantılar qorxu hissi ilə müşayiət olunur.
Qorxunun yaş dinamikasını nəzərdən keçirdikdə görmək olar ki, müxtəlif yaş dövrlərində uşaq­larda qorxunun dinamikası olduqca fərqlidir. Onların hər birini ayrı-ayrılıqda nəzərdən ke­çi­rək.



Uşağın 6-ci ayına qədər

Həqiqi mənada qorxu haqqında danışa bilmərik.

7 aylığında uşaq

Uzun müddət anasından ayrı qalanda artıq güclü narahatlıq keçirir. Be­lə qorxunun əsasında dayanan narahatlıq hissi dərk olunan reak­si­yadır. Narahatlığın bu forması qızlarda 2,5 ya­şa, oğlanlarda 3 yaşa qə­dər maksimal səviyyədə ifadə olunur.

8 aylığında uşaq

Yad adamlardan, xüsusilə də anasına bənzəməyən qadınlardan qorxmağa başlayır. Bu adətən 2 yaşın ortalarınadək keçib gedir.

2 yaşda uşaqların

Demək olar ki, yarısı yad adamların yaxınlaşmasından, sərt səsdən, ağ­rı­dan, hündürlükdə olmaqdan və tək qalmaqdan qorxurlar. Bu yaş­da həmçinin uşaqlar heyvanlardan, xüsusilə itlərdən və hərəkət edən nəqliyyatdan da qorxa bilərlər.

3 yaşında

Cəzalanmaq qorxusu yaranır. Bu uşağın öz hərəkətlərinin nəticələ­ri­ni necə başa düşməsini əks etdirir.

3 yaşdan 5 yaşa qədər uşaqların

Əksəriyyəti nağıl personajlarından, sudan, nəqliyyatdan, təklikdən, qa­ranlıqdan və qapalı məkandan qorxurlar.

Qorxu uşaqlarda olduğu kimi, böyüklərdə də təsadüf olunur və ya bəlkə də uşaq dövründən bö­yük yaş dövrlərinə məzmununu dəyişmədən olduğu kimi ötürülür. Adətən, böyüklərdə fobiyalar nev­roz və ya nevroza bənzər hallar zamanı müşahidə olunur.


Uşağa və onun yaxınlarına əzab verən, sosial və məişət həyatında müxtəlif pozuntular yara­dan davamlı, özünü aydın göstərən qorxular valideyinləri narahat etməli və problemlərin həlli üçün mü­təxəssisə-psixoloqa, psixonevroloqa müraciət olunmalıdır.
Qorxuların necə meydana gəlməsi də maraq doğuran məqamlardandır:

  • Qorxular uşağa tərbiyə verərkən yanlış sözlərdən istifadə etməklə yaranır (yeməyini ye­mə­sən, həkim əmi sənə iynə vurar; əgər uzağa getsən, qaraçılar səni qaçırar, sözümə qulaq as­ma­san, xala sənə hirslənər və s…)

  • Sərt rəftara malik olan valideyinlərin uşaqları fərdiləşmə problemi yaşaya biləcəyi üçün, uşaq məktəbə başlama dövründə narahat hisslər keçirə bilər. Məktəb həyatına uyğunlaşmaq pro­sesində də ciddi çətinliklər yaşaya bilər.

1. Uşaqdan edə biləcəklərindən daha çox vəzifələr gözlənilirsə yaxud ailə uşağın müvəffə­qiy­yət qazanmasına həddindən çox əhəmiyyət verirsə və bunlar üzərində çox dayanırsa, uşaqda icra et­mək qayğısı meydana gələ bilər. Xüsusilə, məktəbdə imtahan qayğıları, müvəffəqiyyətsizlik qor­xu­su, dərslər xaricində də ailənin çox xəbərdarlığı varsa, uşaqda səhvetmə qorxusu ortaya çıxa bi­lər.
2. Uşaq ani bir qorxu hissi keçirmiş, həqiqətən zərər görmüş, ya da gözləmədiyi hadisəni gör­müşsə (it dişləməsi, evə oğru girməsi, yol qəzası, adam öldürülməsi, zəlzələ və s.) onda bu ha­di­sə­lərdən və insanlardan qorxu hissi meydana gələ bilər.
3. Valideyinlərin narahatlığı yüksək səviyyədədirsə, evdə prob­lem­lər haqqında davamlı ola­raq danışılırsa, belə bir ailədə yaşayan uşaqda da qorxu hissləri meydana gələ biləcək.
Qorxuların mövcudluğu normal əlamət sayılır, lakin uşağa zərər verəcək ölçüdədirsə, müt­ləq peşəkar mütəxəssisə müraciət edilməsi zəruridir.Uşaq psixiatrı və psixoloqu ilə əməkdaşlıq edil­məlidir.Uşağın verdiyi siqnalları şüurlu şəkildə qiymətləndirmək vacibdir.Bütün bunlara əhə­miy­yət verməmək, laqeyd yanaşmaq, ona lağ etmək, uşağı mühakimə etmək, ya da daha çox təzyiq edə­rək “sən kişi adamsan, qorxma­malısan” kimi mülahizələr söyləmək problemi həll etmir, əksinə möv­cud olan problemi daha da artırır. Ailələr hansı qorxuların normal, hansılarının isə mütəxəssis kö­mə­yinə möhtac olduğu ölçüsünə nəzarət etməlidirlər.
Qorxulara daha çox 2 – 9 yaş arası uşaqlarda rast gəlinir. Bu yaşda uşaqlar çox şey görür, çox şey bilir, lakin hələ heç də onların hamısını anlamırlar. Məhz bu yaşda uşaq fantaziyası real möv­cud olanlar və dünya haqqında biliklərlə üst-üstə düşmür. Bəzən qorxulara iki yaşdan əvvəl də rast gəlmək olur. Kiçik məktəbli öz qorxuları haqqında çəkinib heç kimə deməyə bilər. Xüsusilə də əgər valideyinlər onun gərginliyini və nədənsə qorxmağını anlamayıb ona gülürlərsə.
Yeniyetmələrin də özünəməxsus qorxuları olur. Özünəinamsızlıqla müşayiət olunan bu qor­xu­lar sosial funksionallaşma prosesi, öz xarici görünüşlərinin, ağıllarının, bütövlükdə şəxsiy­yət­lə­ri­nin qiymətləndirilməsi ilə bağlıdır.
Uşaqların nədən qorxurmaları da maraq doğuran suallardandır. Praktiki olaraq istənilən real və ya uydurulmuş predmet, yaxud situasiya qorxu obyekti ola bilər. Adətən uşaqlar qaranlıqdan (və ya qaranlıqda gəzən ruhlardan) qorxurlar. Bu qorxu bizə kollektiv şüursuzluq səviyyəsində (K.Yunq) əcdadlarımızdan gəlir. Məktəbəqədər yaşlı uşaqların əksəriyyəti heyvanlardan qorxurlar. Uşaq­larda rast gəlinən qorxulardan biri sağlamlıqları ilə bağlı - xəstələnmək, virusa yoluxmaq qor­xu­­sudur. Bundan başqa, kiçik yaşlılarda (5-6 yaş) iynədən, həkimdən qorxu olur.
Az da olsa uşaqlarda “manyak” qorxusuna rast gəlinir. Əslində onlar manyakın kim oldu­ğu­nu bilmirlər. Bu obrazı onlarda böyüklər hədə-qorxu gələrək formalaşdırırlar.
Məktəbyaşlı uşaqlarda geniş rast gəlinən qorxu lövhə qarşısında və ya sadəcə sinif qarşı­­sın­da şifahi cavab vermək olur. Belə uşaq çox asanlıqla yazılı tapşırıqların öhdə­sin­dən gəlir və müəl­lim­lərlə, valideyinlərlə şəxsi söhbətlərdə suallara təəccüblü dərəcədə məntiqli cavablar verə bilir. Bu isə sosiofobiyanın ilk əlamətləri kimi özünü göstərir.
Bir sözlə, uşaq qorxuları ən az onların fantaziyaları qədər fərdi və müəmmalıdır.
Qorxu və ya fobiya uşaqda qəfildən yarandıqda onu hansısa real hadisə ilə əlaqələndirmək asan olur (məs., uşaq liftdə qalıb və bundan sonra liftə girməkdən qorxur, yuyunanda hamamın qa­pı­sını bağlamır...).
Bəzən isə uşaqda fobiya tədricən inkişaf edir. Əvvəl uşaq işıqsız yatmaqdan imtina edir, lam­panı söndürməməkdə, qapını açıq qoymaqda valideyinlərinə təkid edir və s.
Uşaq nədənsə çox qorxanda, onda hərarət yüksəlir, ürək döyüntüsü sürətlənir, əlləri əsir, si­fə­ti qızarır, daban və ovucları tərləyir. Sidik ifrazının çoxalması və ürəkbulanma müşahidə oluna bi­lər (vegetativ-damar və nevroloji simptomlar).
Bəzi uşaqlarda yuxarıda qeyd edilmiş əlamətlər fobik şəraitə düşməyi təsəvvür edərkən ya­ra­n­a bilər. (məsələn, məktəbli təsəvvür edir ki, növbəti dərsdə onu lövhə qarşısına dərs danışmağa ça­­ğı­racaqlar, artıq bu zaman eyni simptomlar yaranır.)
Uşaqlarda qorxuların yaranma səbəbləri:

  • uşağın həqiqətən başına gəlmiş müəyyən bir ekstremal hadisə;

  • qorxuların yaranmasına yol açan xarakter xüsusiyyətləri (narahatlıq, pessimizm, özünə­inam­sızlıq, başqalarından hədsiz dərəcədə asılılıq, qeyri-müstəqillik, fiziki və psixi cəhəd­dən qeyri-yetkinlik, uşağın ümumi somatik zəifliyi və hansısa xəstəliyi);

  • “Yatmasan, şeytan gəlib səni aparacaq!” kimi qorxu vasitələrilə tərbiyə;

  • Valideyinlərdən ötürülən qorxu. Bəzən uşaq öz-özünə qorxmur, ona görə qorxur ki, va­li­de­yin­ləri qorxur. Bəzi valideyinlər daim düşünürlər ki, uşağın başına nəsə bir iş gələ bilər (ona nə­sə ola bilər) - narahatlıqla müşayiət olunan tərbiyə;

  • Uşağın səbəbini aydınlaşdıra bilmədiyi hadisələrdən qorxması - ətraf aləmdən təəc­cüb­lən­mə.

Bəzən isə qorxu başqa ciddi pozuntunun bir hissəsi ola bilər. Məsələn, şizofreniya xəs­təsi olan uşaq 7 yaşını qeyd edərkən ölümə bir addım da yaxınlaşdığını düşünərək qor­xur.
Uşaqda qorxu ilə yanaşı digər davranış pozuntuları – aqressivlik, yuxu pozulması, dur­ğun­luq da müşahidə olunursa, bunları nevrozun əlamətləri hesab etmək olar. Uşağın qor­xu­ları qeyri-adi­­­dirsə, əgər uşaq onu hədələyən səslər eşidirsə, digər ailə üzvlərinin gör­mədiyi yerdə nəsə gö­rür­sə, belə qorxular ağır psixi xəstəliyin - şizofreniyanın gös­tə­ri­ci­ləri ola bilər.
Qorxu insanın fundamental emosiyaları kateqoriyasına daxildir. Qorxu hissi bilavasitə təh­lü­kə anlayışı ilə bağlı olub, müəyyən xarici təsirlərə cavab reaksiyası kimi meydana çıxır. Təhlükə de­­dikdə, insanın hər hansı hadisə və ya proses zamanı dərin narahatlıq keçirməsi ilə nəticələnən, ona naməlum olan müəyyən bir vəziyyətin yaranması başa düşülür. Qeyd etmək lazımdır ki, təh­lü­kə­ni hiss etmək insanın özünümüdafiəsindən irəli gəlir və təhlükə hiss etmədiyi hallarda o, qorxu his­sindən də tamamilə uzaq olur. Qorxu təhlükə hissi əsasında formalaşan və birbaşa olaraq insanın özü­nümüdafiə instinktləri ilə bağlı olan təhlükədən müdafiə formasıdır.
Davamlı qorxu nə böyüklərin, nə də kiçiklərin özbaşına bacara bilmədikləri bir hissdir və in­san xarakterində arzuolunmaz cəhədlərin yaranmasına gətirib çıxara bilər.
Uşaqlarda baş qaldıran qorxu hissi, ona düzgün yanaşıldıqda, onun yaranma səbəbləri dərk edil­dikdə, əksər hallarda, tamamilə yox olur. Bu hissin həddindən artıq kəskinləşmiş olması, uğur­suz­luğun, uşağın fiziki və sinir sisteminin qeyri-sabitliyinin, ailədə valideyinlərin səhv dav­ra­nış­la­rı­nın, münaqişələrin olmasının göstəricisidir.
Ancaq qorxunun yalnız mənfi təsirindən bəhs etmək, ona birtərəfli yanaşmaq da düzgün ol­maz­­dı. Şübhəsiz ki, qorxunun uşağın və cəmiyyətin həyatındakı müsbət rolu da qeyd olunmalıdır.
Qorxu özünü passiv və aktiv formalarda büruzə verir, psixoloji və psixofizioloji dep­res­si­ya­la­ra da səbəb olur.
Uşaq aşağıda göstərilən tip cümlələrin yalnız ikinci tərəfini dərk edir: "Getmə, yıxılarsan!", "Gö­türmə, əlini yandırar!". Uşağa əks halda nə baş verə biləcəyi hələ aydın deyil. Məhz elə bu və­ziy­yətlərdə də narahatlıq hissi yaranır və təbii olaraq o, qorxuya çevrilir. Qorxu özünü davamlı ola­raq möhkəmləndirir. Uşağın yanında ölüm, xəstəlik, yanğın barədə söhbətlər onun psixikasmda də­rin iz qoyur. Bütün bunlar bir daha qorxunun şərti-reflektor xarakter daşımasını ifadə edir. Əgər uşaq gözlənilmədən qapı döyüləndə və ya səs olduqda diksinirsə, bu, həmin halın nə vaxtsa xoşa­gəl­məz hadisə və ya hiss ilə bağlı olduğunu göstərir. Bu hal uşağın yaddaşında müəyyən bir emo­sional iz qoyduğu üçün, onun özündən asılı olmayaraq hər dəfə qəfildən bir səs eşidilən zaman tək­rar olunur.
Qorxular müxtəlif cür təsnif olunur. Məsələn, kəskin və xroniki; instruktiv (qeyri-iradi) və ira­di.
İfadəolunma dərəcələrinə görə qorxular müxtəlifdir: dəhşət, vahimə, həqiqi qorxu, təşviş, eh­­tiyatlılıq, narahatlıq, həyəcan və təlatüm.
Həyəcan qorxudan fərqli olaraq həmişə neqativ xarakter daşımır. O, özünü sevinc həyəcanı for­masında da göstərə bilər. Emosional, qeyri-sabit uşaq şəxsiyyətinin psixoloji strukturundan, hə­yat təcrübəsindən, vaildeynləri və yaşıdları ilə münasibətindən asılı olaraq o həm həyəcan, həm də qorxu hiss edə bilər. Narahatlıq hissi qorxu və həyəcan hisslərini birləşdirən cəhəd kimi çıxış edir. Bu hiss uşağın özünü itirməsi ilə əks olunur, ona sual verilən zaman cavab tapa bilmir, səsi titrəyir və ümumiyyətlə, susur. Daxilində hər şey soyuyur, bədənindən sanki "qurğuşun axır", əlləri tər­lə­yir. Belə hallarda o, çoxsaylı lazımsız hərəkətlər edə bilər və ya ümumiyyətlə, hərəkətsiz qala bilər.
Əgər uşaq qorxunun, hətta yarana bilməsi faktından ehtiyat etməyə başlayırsa, bu, çox vaxt onun həddini aşan yüksək təşviş halından xəbər verir. Belə ki, bu zaman uşaq öz həyatına və uğur­la­rına, hətta bilavasitə təsir edə biləcək hər şeydən qorxur, daha doğrusu, ehtiyat edir. Həyəcan, təh­lü­kənin öncədən hiss edilməsi, narahatlığın qeyri-müəyyən duyumu kimi çox vaxt çətin proq­noz­laş­dı­rılan və öz xoşagəlməz nəticələri ilə təhlükə yarada biləcək hər hansı bir hadisənin baş ver­mə­si­ni gözləyərkən üzə çıxır.
Qorxu və həyəcan arasında fərqləri şərti olaraq aşağıdakı kimi göstərmək olar:

  • Həyəcan - təhlükə siqnalı, qorxu isə ona cavab reaksiyasıdır.

  • Həyəcan daha çox nəyisə qabaqcadan hiss etməkdir, qorxu isə təhlükə hissidir.

  • Həyəcan - oyadıcı xarakterə malikdir, qorxu isə insan psixikasına tormozlayıcı təsir göstərir. Hə­yəcan daha çox xoleriklər üçün, qorxu isə fleqmaliklər üçün xarakterikdir.

  • Həyəcanın səbəbləri daha çox ümumi, qeyri-müəyyən və abstrakt xarakter daşıyır, qorxu isə psi­xoloji qapalı mühit yaradaraq müəyyən və konkıet olur.

  • Həyəcan gələcəyə istiqamətləndirilmiş təhlükənin gözlənilməsi, qorxu isə keçmişlə bağlı təc­rübədən qaynaqlanan həyəcan haqqında xatirədir.

  • Həyəcan özünün qeyri-müəyyənliyinə baxmayaraq daha cox rasionaldır, qorxu isə emo­sional xarakter daşıyır. Həyəcan sol yarımkürədə, qorxu isə sağ yarımkürədə formalaşır.

  • Həyəcan sosial, qorxu isə instinkt əsasında yaranan narahatçılığa psixoloji cavab reak­si­ya­sı­dır.

Qorxu və həcanı bir-hirinə bağlayan əsas mənbə - narahatçılıqdır.

Yüklə 69,16 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə