MühaziRƏ 11. UŞaq qorxulari və utancaqliq problemi



Yüklə 69,16 Kb.
səhifə2/6
tarix21.04.2023
ölçüsü69,16 Kb.
#106623
1   2   3   4   5   6
muhazire 11

Vəziyyətdən uzaqlaşma - əgər vəziyyət uşağa çox mürəkkəb görünürsə, uşaq ondan sadəcə ola­raq, fıziki və ya fikrəıı uzaqlaşır.
Proyeksiya - bu, qoruyucu mexanizmdir. Bu mexanizmdən istifadə edən zaman insan özü­nün yolverilməz hərəkət və fikirlərini başqasının ayağına yazır və bununla da həqiqəti təhrif edir.
Dəyişmə - bu, real qorxu mənbəyinin daha az təhlükəli fıqur və ya obyekt ilə əvəz edil­mə­si­dir.
İnkaretmə - həyəcanlı vəziyyətin, həqiqətən, mövcud olduğunu və ya həyəcan yaradan ha­di­sə­nin nə vaxtsa keçmişdə baş verdiyini, ümumiyyətlə, qəbul etməməkdir (məsələn, yaxın ada­mı­nın ölümü zamanı vəfat etmiş insanın sağ olduğu və onunla birlikdə yaşadığı barədə fikir for­ma­laş­dı­ra bilər).
Sıxışdırılıb çıxarılma - inkaretmənin ifrat forması kimi, qorxu yaradan hadisə və ya şəraitin tə­si­ri altında insan yaddaşının şüurlu idarə olıına bilən hissəsinə qeyri-iradi müdaxilə edilməsidir.
Reqressiya - bu, mövcud yaşa müvafiq olmayıb, daha erkən yaş dövrünə uyğuıı hərəkətlərlə na­ra­hat­lıq yaradan hadisə və ya vəziyyətin öhdəsindən gəlməkdir.
Reaktiv davranış - insanın öz yolverilməz fikir və istəklərini qeyri-ixtiyari olaraq ört-basdır et­mək yolu ilə bunun birbaşa əks tipi olan davranışa əl atdığı qoruyucu mexanizmdir.


2-ci sual. Məktəb qorxusu məktəbə qarşı hiss edilən ifrat qorxu və həyəcan hissi, məktəbə yeni gedən uşa­ğın məktəbə getməməkdə inad et­məsi, dost­larını qə­bul etməməsi, ağlaması və s. kimi davranış­la­rı nümayiş etdirməsidir. Bu hissin əsas səbibi uşağın valideyinlərdən və emosional olaraq bağ­lan­dı­ğı insandan ayrılmasıdır. Məktəb qor­xusu oğlan və qız­­­lar­da eyni dərəcədədir və bu, uşaqların təh­sil alacağı mühitə öyrəş­mə­sini əngəlləyir. Uşaqlara gö­­rə qor­xu, şəraitə uyğunlaşmağın, narahatlıq do­ğuran vəziy­yət­lərin öhdəsindən gəlməyin bir yo­ludur. Bu qorxuya tez müdaxilə edildikdə, unu­du­­lur. Ümumiyyətlə, yeni bir vəziyyətlə qar­şı­laş­dı­ğı­mız za­man problemlərin olması nor­mal­dır. Bu vaxt­larda uşaqları məktəbə yola salmaq çətindir, ona gö­­rə ki, uşaq ilk dəfə ana­sından ayrı qalacaq. Nor­mal inkişaf prosesində belə vəziyyətlərin yaşan­ma­sı tə­bii­dir. Bu problemlərin yaranmasına uşa­ğın ana ilə olan münasibəti də səbəb ola bilər; ana­nın uşa­ğın şəxsiyyətinin formalaşmasına imkan ver­məməsi, bir növ, ananın da uşağa bağlı olma­sı, ev­də təz­yiqli və narahat şəraitin mövcudluğu, ye­ni bir uşağın dünyaya gəlməsi və uşa­ğın bu prosesi hələ dərk edə bilməməsi, ata və ananın na­ra­hat insanlar olması, ailə üzv­lərindən birinin itirilməsi və ya xəs­tələnməsi kimi faktlar təsir edə bilər. Uşa­ğın mək­təbə başlamazdan əvvəlki dostluq təcrübəsinin key­fiyyəti, duyğu və düşün­cə­lə­ri­ni çat­dır­maqda rahat olması bu dövrdəki problemlərin öhdəsindən gəl­məyə kömək edir. Baş­qaları ilə mü­nasibət qura bilməyən, ailəsinə bağ­lı, dostları ilə oyun oyna­maq­dan qa­çan, anası ilə normal mü­na­­sibəti olmayan uşaqların məktəbə baş­­larkən problem yaşa­ma­sı göz­lənilə bilən bir şeydir. Belə uşaq­larda enerji itirilməsi, məhdud­laş­ma, baş və qarın ağrıların­dan şikayətlənmə də qarşıya çıxan əsas problemlərdəndir.
Uşaqda məktəbə qarşı müsbət fikirlər oyatmaq üçün ona məktəblə bağlı real məlumatlar ve­ril­məli, məktəb dövründən əvvəl ana öz uşağını yeni dostluqlar qurmağa yönləndirməlidir. Bundan əla­və, ailənin digər üzvləridə məktəblə bağlı yaşanmış hekayələrini uşağa danışa bilər.
Hər valideyin uşağın özünün geyinməsinə, yeyib‐içməsinə şərait yaratmalıvə hər yaş döv­rün­də onları dinləməli, problemlərinin ola biləcəyini unutmamalıdır. Uşaqlarda məktəb qorxusu iki cür olur:
1. Akut (irəliləmiş, şiddətli) məktəb qorxusu olan uşaqlar evdə qaldıqları müddətdə xoş­bəxt­dirlər. Yoldaş əlaqələrində və ictimai fəaliyyətlərdə tez təsirə düşürlər. Bu uşaqlar hətta, evdə qaldıqları müddət içində ev tapşırıqlarını yerinə yetirirlər.

Yüklə 69,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə