MühaziRƏ 11. UŞaq qorxulari və utancaqliq problemi



Yüklə 69,16 Kb.
səhifə6/6
tarix21.04.2023
ölçüsü69,16 Kb.
#106623
1   2   3   4   5   6
muhazire 11

5-ci sual. Uşaq dövrlərində rast gəlinən və bəzən sonrakı dövrlərə də olduğu kimi sirayət edən prob­lem­­­lərdən biri də utancaqlıqdır. Əksər hallarda utancaqlığın bir səbəbi göstərilir – özünü­qiy­mət­lən­dir­­mənin həddən artıq aşağı olması.
Adətən, aşağı özünüqiymətləndirmənin səbəbi hansısa real və ya uşaq tərəfindən uydu­rul­muş fiziki qüsurdur.
Utancaqlıq – müdafiə mexanizmini əks etdirən davranışdır. Utancaq uşaq maksimal dərə­cə­də gözəgörünməz olmağa çalışır. Ailədə və yaxşı tanıdığı, etibar etdikləri insanlarla münasibətdə utan­caq uşaqlar tamamilə rahat olurlar, başqa insanlardan fərqlənmirlər.
Utancaqlıq, asan olmasa da, tədricən özünəinam artdıqca öz-özünə keçib gedə bilər.
Çox təəssüf ki, bəzi hallarda insan “utancaqlıq” problemini uşaqlıq dövründən böyük yaş dövr­lərinə dəyişməz şəkildə, onunla barışaraq və heç bir mübarizə aparmadan (hətta uğursuz da ol­sa!) ötürür.
Uşağın çatışmazlıqları və üstün keyfiyyətlərinə düzgün qiymət verməklə, ailədə onun möv­qe­yinə hörməti artırmaqla onu hədsiz utancaqlıqdan sığortalamaq olar.
Utancaqlıqla mübarizə terapiyası. Bu terapiya qrup şəklində aparılır. Burada yalnız dav­ranı­şı dəyişmək (davranış psixoterapiyasında olduğu kimi) yox, uşağın özünüqiy­mət­lən­dir­məsini yük­səlt­mək lazımdır. Utancaqlığa səbəb travmatik qorxular olduqda, davranış psixo­terapiyası daha sə­mə­rəlidir.
Qrup psixoterapiyasında utancaq uşaqlar daim qrup aparıcısının müdafiəsi və diqqəti altın­da ol­ma­lıdırlar. Aparıcının dəstəyi ona öz fikrini söyləməyə, digər uşaqların onun fik­rini eşitməsinə və uşa­ğın öz fikrinə cavab almasına şərait yaradır. Nadir hallarda isə fərdi psixoterapiya tətbiq olunur.
Psixoloqun uşaqlara yardımının səmərəliliyi qarşıya çıxan bu və ya digər proble­min səbəb­lə­ri­nin düzgün müəyyən edilməsindən asılıdır. Uşaq haqqında ilkin infor­masiyanın toplanması za­ma­nı psixoloq uşağın normal yaşamasına və inkişafına əngəl törə­dən amillərin müəyyən edilməsinə xü­su­silə həssaslıq göstərməlidir. Belə səbəblər sıra­sın­da utancaqlıq və qapalılığın təsiri olduqca bö­yük­dür. Bu cür problemləri olan uşaqlar daim həyəcanlı görünür, həyatlarında baş verən dəyişik­lik­lə­rə çətinliklə alışır, yeni şəraitdə və yad adamların əhatəsində qorxu hissi keçirirlər.
Utancaq uşaq qrupda və ya sinifdə o qədər də nəzərə çarpmır, fəal həmyaşıdlarının təsi­rinə asan­lıqla düşür, onlardan qorxur. Bir çox valideyinlər yanlış olaraq utancaqlığı uşa­ğın yaxşı tərbiyə olun­masının əlaməti hesab edir, onun daxili həyəcan və qorxusunun, diskom­fortunun səbəblərini an­la­mırlar. Psixoloji tədqiqatlar nəticəsində müəyyən edil­miş­dir ki, qorxu hissi uşağın yalnız emo­sio­nal deyil, həm də intellektual aləminin inkişafını blo­kadaya alır. Belə uşaqlarda özünü­qiy­mət­lən­dir­mə­nin səviyyəsi qeyri-adekvat olur. Utan­caq uşaqlar böyüdükdən sonra da şəxsi həyatda və peşə­kar fəaliyyətdə işgüzar əlaqələr yarat­maqda çətinlik çəkir, ünsiyyətdən qaçırlar. Psixoloqların fik­rin­cə, utancaq uşaqlara daha çox avtoritar valideyinləri olan ailələrdə rast gəlinir. Qadağanlar, dan­laq və cəza lap ki­çik yaşlarından uşaqlarda uyğunsuzluq kompleksinin inkişafına yol açır. Nəti­cə­də uşaq hər addımda müstəqil hərəkət etməkdən qorxur, onda təşəbbüskarlıq inkişafdan qalır. O, səhv edə­rək danlanacağından və ya cəza alacağından qorxur. Bu da uşaqda “fəaliyyətdən qaçma” simp­­tomunun yaranmasına səbəb olur. Yaşlıların uşağın bacarıqsız, fərsiz və qabiliyyətsiz olması haq­qındakı rəyi onda dərin sarsıntı yaradır, psixoloji müdafiə mexanizmlərinin formalaş­masına ən­gəl törədir.
Utancaq uşaqlara daha çox ünsiyyət dairəsi məhdud olan təkuşaqlı ailələrdə və ana ilə uşa­ğın birgə yaşadığı natamam ailələrdə rast gəlinir. Yeganə uşağını itirməkdən qorxan analar onları daim nəzarətdə saxlayır, həmyaşıdları ilə ünsiyyətdən məhrum edirlər.
Qorxu utancaqlığın simptom komplekslərinə aid edilən əlamətlərdən biridir. Qor­xu­nun me­xa­niz­mi ondan ibarətdir ki, uşaq daim problem və münaqişələrin yaranmasına bais olmaq­dan eh­ti­yat­lanır, xoşagəlməz hallara qarşı gözləmə mövqeyində olur.
Utancaq uşaqlarla iş zamanı psixoloq aşağıdakı istiqamətlərə üstün diqqət yetirməlidir:

  • pozitiv özünüdərketmənin inkişaf etdirilməsi;

  • uşaqda özünü və öz qüvvəsinə inamın yüksəldilməsi;

  • başqalarına qarşı inam hissinin inkişaf etdirilməsi;

  • qorxunun korreksiya edilməsi;

  • bədən gərginliyinin aşağı salınması;

  • öz emosiyalarını ifadə etmək bacarıqlarının inkişafı;

  • kollektiv iş vərdişlərinin inkişaf etdirilməsi;

  • özünənəzarət vərdişlərinin formalaşdırılması;

Uşaqlarda utancaqlığın səbəblərinin diaqnostikasında psixoloq aşağıdakı metodika­lar­dan is­ti­fadə edə bilər:

  1. “Ailə rəsmi” testi;

  2. Qorxunun diaqnostikası metodikası (Amen testinin modifikasiyası);

  3. P.Beyker və M.Alvordun “Uşaqda həyəcanlılığın müəyyən edilməsi kriteriyaları” sorğusu;

Utancaq uşaqlarla iş zamanı əsas çətinlik onlarla əlaqənin, etibarlı münasibətlərinin yara­­dıl­ma­sında özünü göstərir. Bu zaman tələsmək lazım deyil. Psixoloq çalışmalıdır ki, uşaq ona alışsın, qar­şı­lıqlı ünsiyyətə qoşulmağa təşəbbüs göstərsin. Bundan sonra psixo­lo­qun iş otağında uşaqla fər­di iş aparmaq olar. Kiçikyaşlı uşaqlarla psixoterapiya, onun tera­pi­yası və tanışlıq situasiyaları me­to­­dikalarından istifadə etmək məqsədəuyğundur. Psixoloq çalış­malıdır ki, fəaliyyət zamanı uşağın ən kiçik uğurları belə, təqdir edilsin, bəyənilsin. Psixo­loq uşaqla sakit tonda, yumşaq səslə da­nış­ma­lı, onunla nəzakətli rəftar etməlidir. Burada əsas şərt psixoloqun səbirliliyi və taktiki məharətə ma­lik olmasıdır.
Yüklə 69,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə