MühaziRƏ 11. UŞaq qorxulari və utancaqliq problemi



Yüklə 69,16 Kb.
səhifə3/6
tarix21.04.2023
ölçüsü69,16 Kb.
#106623
1   2   3   4   5   6
muhazire 11

2. Xroniki məktəb qorxusu isə zamanla meydana gəlir. Bu qorxunun meydana gəl­m­ə­sində uşaqlıq illərindəki problemlərin rolu böyükdür. Xroniki məktəb qorxusu, akut məktəb qor­xu­­sunun tam tərsinə, bir sıra uyğunlaşma çətinliklərini ehtiva edir. Xroniki məktəb qorxusu olan uşaq­lar yalnız məktəbdən deyil, eyni zamanda, əvvəllər zövq aldıqları fəaliyyətlərdən də uzaq­laş­ma­ğa başlayırlar. Bu uşaqlar nə dərsə hazırlaşır, nə də müəyyən bir maraq sahəsində fəaliyyət gös­tə­rir­lər.
Məktəb qorxusunun ilkin əlamətləri aşağıdakılardır: baş ağrısı; qarın ağrısı, bulantı‐qusma his­si; iştahasızlıq, kefsizlik; yuxu nizamında pozuqluq; məktəb məsuliyyətlərinin yerinə yeti­ril­mə­sin­də axsamalar; ortada bir səbəb yoxkən gözyaşlarına boğulmaq; küsəyən və əsəbi olmaq.
Məktəb qorxusuna tutulan uşaqlar üçün valideyinlər bir sıra qaydalara riayət etməlidirlər. Va­lideyin, ilk növbədə uşağın niyə məktəbə getmək istəməməsi ilə bağlı narahatlıqlarına qulaq as­ma­­lı, bununla bağlı duyğu və düşüncələrini deməsinə şərait yaratmalıdır. Unudul­ma­ma­lı­dır ki, bu prob­lem məktəb və müəllimin ucbatından da ola bilər. Buna görə də ailə və mək­təb daima ortaq olma­lı və uşağın məktəbə getməməsinə imkan verilməməlidir.
Hər ata‐ana uşağın narahatlığını başa düşdüyünü və bunun zamanla keçəcəyini vur­ğu­la­ma­lı­dır. Bundan əlavə, ailəyə bağlılığın azaldılması, tək oynaya biləcəyi oyunların dəstəklənməsi lazım­dır. Valideyinlər məktəb üçün bazarlığı uşaqlarla birgə etməli, bu dövrdəqarşıya çıxa biləcək prob­lem­ləri əvvəlcədən öyrənməlidirlər.
Məktəb qorxusuna tutulan uşaqlar üçün ailələr aşağıdakı tədbirləri görə bilərlər:
1. Uşağın qorxusu barədə danışaraq, səbəbini aydınlaşdırmağa çalışmaq;
2. Məktəbə getmədiyi üçün ona hədə - qorxu gəlməməli və onu qorxutmamaq;
3. Müəlliminə uşağın vəziyyətini danışmaq və lazım gələrsə, müəllimlə birlikdə uşaqla bağlı bir işi təşkil etmək;
4. Uşağın məktəbdən uzaq qalmamasına diqqət yetirmək.
Məktəbdə, xüsusilə sinifdə mühitin təşkil edicisi, idarəçisi müəllimdir. Müəllimin möv­qeyi, qə­rarı əhəmiyyətli yer tutur. Xüsusilə məktəbin ilk günlərində israrla anasından ayrılmaq istəməyən və sinif mühitinə qarşı reaksiyalı olan uşağın yanında, sinif içində söhbət oluna bilər. Ancaq bu və­ziy­yət davamlı olmalı deyil. Bu davranış bir neçə günü keçməməlidir.
Müəllim uşaqlara qarşı həssas olmalı və verilən tapşırıqları mütləq yerinə yetirmələri üçün uşaq­larda məsuliyyət hissi oyatmalıdır. Uşaqlara qarşı sərt davranılma­ma­lı, problemlərinin nə oldu­ğu dinlənilməli və hər zaman onların yanında olduğu hissi aşılanmalıdır. Müəllim uşağa dərsə gəl­mə­yin vacib olduğunu və ona dəyər verdiyini başa salmalıdır.
Qorxu hissi bağça uşaqlarında 3‐5 yaşlar arası və ibtidai sinfə gedərkən müşahidə olunur. Sö­zü­gedən problem 12‐14 yaş arasında da müşahidə olunabilər.
Bağçaya ilk dəfə gedən uşaqlarda zaman və məkan məfhumları tam formalaşmadı­ğı üçün prob­lemlər yaranır.
- Evimiz buradan nə qədər uzaqdır?
- Anam məni gəlib aparacaqmı?
- Buradakı uşaqları tanımıram.
- Ehtiyaclarımı kimdən istəyəcəyəm, kömək edərlərmi?
- Evdə qanunlar yoxdur, bura isə qanunlarla doludur.
Uşaq bu sualların cavablarını yaşayaraq öyrənəcəyi üçün narahatlığı yüksək olur.
İlk gün ana məktəbdə 1‐2 saat qalıb onu müəllimlə tanış etməli, nə etməli olduğunu başa sal­malıdır. Bir neçə gün uşağın görə biləcəyi yerdə oturmaq da faydalı ola bilər. Əgər uşaq 15‐25 gün ərzində məktəbə alışmasa, məktəbdən çıxarılması məsləhətdir. Çünki buna hələ hazır deyil. La­kin əvvəl bağçaya gedən uşaqlarda məktəb qorxusu olmur, olsa da tez unudulur. Çünki o, buna bən­zər mühitlə tanışdır. Uşağa laqeyd yanaşmaq və ya bunun tam əksini etmək onda hissi vəşəxsi in­ki­şafı ləngitdiyi kimi, həm də öyrənmə və adaptasiya problemləri də yaradır.
Hər bir valideyin uşağının tapşırığı ilə maraqlanmalı, yaranan problemləri birlikdə həll et­mə­lidir. Bu, uşaqların xoşuna gələcək. Əgər anlamadıqları yerlər varsa, çəkinmədən kömək istəyə bi­lə­cəkləri deyilməli, onlara bələdçilik edilməlidir. Tapşırıqlarını etmək üçün uşaq çox məcbur olun­mamalıdır. Uşaq məktəbdən gəldikdən sonra ilk iki saat içində ev tapşırıqlarını yerinə yetir­mə­li­dir.
Uşaqlarını məktəbə hazırlamaq üçün ailələr aşağıdakı tədbirləri görə bilərlər:

  • Uşaqları diqqətlə izləmək və onları tanımağa, anlamağa çalışmaq lazımdır. Bu haqda müx­tə­lif qaynaqlardan məlumat alına bilər (müəllimlərdən, mütəxəssislərdən və s. ).

  • İlk vaxtlardan başlayaraq hər axşam kitab oxumaq, sadəcə oxumağa olan marağını yox, dil in­kişafını da artırır.

  • Öz işini özü görmə bacarığı aşılanmalıdır (özü geyinməsi, yeməsi kimi).

  • Valideyinlər məktəbi seçir, lakin uşağın da gedəcəyi məktəb və alacağı təhsil ilə bağlı fi­kir­lə­ri öyrənilməlidir.

  • Məktəb üçün bazarlıq edilib, otağı onu oxumağa sövq edəcək şəkildə döşəməli, baş verəcək ye­nilik həyəcanı ilə birlikdə məsuliyyətləri dəpaylaşılmalıdır.

  • Bilik sadəcə məktəbdə qazanılmır. Bəzən uşaqlarınıza onların bilik səviyyələrini ölçmək üçün suallar verin və onları da sual verməyə təşviqedin.

  • Başladığı işi bitirmə, istəklərini təxirə salma, oyunların qanunlarına uyuşma bacarıqları aşı­lan­ma­lı­dır.




Yüklə 69,16 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə