bal nəticələri dərhal dünya alimlərinin və ictimaiyyətinin
diqqətini cəlb etmişdir. Birincisi, NASA - ABŞ-m Milli
Aerokosmik Agentliyinin məlumatlarına əsasən bu Yer
planetinin formalaşmasının sürətinin dəyişilməsinə və sutkanın
uzunluğunun 2,68 mikrosekund çoxalmasına səbəb olmuşdur.
Yerin coğrafi oxu 2,5-dən 6 sm-ə qədər öz yerini dəyişmişdir.
Alimlər hesab edirlər ki, bu yerdəyişmə bir neçə metr olmuşdur.
Nəhəng litosfer tavasının mantiyanm altına sürətlə keçməsi Yerin
deformasiyasına və onun Orta Radiusunun dəyişilməsinə səbəb
olmuşdur.
Yuxarıda göstərilənlərdən aydın olur ki, bu proseslər qısa
vaxt ərzində nəinki dünya okeanın sularında böyük dəyişikliklər
əmələ gətirə bilər,eyni zamanda Yer kürəsində qlobal iqlim
dəyişikliyinə, atmosferin tərkibini göstərə bilər.
Bundan əlavə hazırda Günəş sunamilərinin də baş
verməsi artıq hamıya bəllidir. Günəşin üzərində ləkələr Günəşdə
gedən fiziki proseslər nəticəsində yaranır, yanacaq yanarkən
termo üzrə prosesləri zəifləyir. Ləkə-Günəş ətrafında daima
yaranan günəşətrafı «qara» dəlikdir. Bu qara dəliklərin
(deşiklərin) Yer səthinə istiqamətlənməsi Yerdə çoxsaylı
katoklizmlərin: tayfunların, tornadonun, sunamilərin, siklon və
antisiklonların yaranmasına şərait yaradır.
Yuxarıda qeyd etdiyimiz belə qlobal hadisələr, onların
yaranma səbəbləri. Yer kürəsinə etdiyi təsirlər, törətdikləri
fəlakətlər, insan tələfatı, dəyən maddi ziyanlar, sosioloji
sarsıntılar göstərilməklə, onların tarixi ardıcıllığı gözlənilmişdir.
Fikrimizcə belə təbii katoklizmlərin geniş izahı, araşdırılması və
proqnozlaşdırılması günün ən aktual vəzifələrindəndir. İndi
hamıya məlumdur ki, hansı ölkələrdə ki, vulkanlar, zəlzələlər,
sunamilər, fırtına və tornado haqqında geniş məlumtalar var
(Yaponiya, ABŞ və s.) və onlar xalqa təbliğ olunursa, orada bu
fəlakətlərə qarşı xeyli hazırlıq olur və nəticədə həmin ölkələrdə
maddi və mənəvi
64
itgibr xeyli az olur.
İnsanlar öz həyatlarında çoxsaylı təbii katoklizmlərlə
üzləşmişlər. Onlardan biri - ən təhlükəlisi, geniş yayılmışı, çoxlu
bəlalar gətirən, çoxsaylı insan tələfatı ilə nəticələnən sunami
dalğalarıdır.
Sunami (yunan sözüdür, «iri dalğa» deməkdir) - bu
okean və başqa su hövzələrində suyun təlatümə gəlməsi
nəticəsində yaranan uzun dalğalardır. Əksər sunamilərin
yaranmasına səbəb qüvvətli sualtı zəlzələlər hesab olunur. Zəlzələ
nəticəsində bir neçə dalğa yayılır ki, onlardan birincisi həmişə ən
güclü olmur. Sunamilərin 80%-dən çoxu Sakit okeanın hər iki
sahillərində baş verir.
Açıq okeanda sunami dalğaları
-yjg-H
sürəti ilə yayılır
ki, burada g - sərbəst düşmənin sürətlənməsi, H-isə Okeanın
dərinliyidir (Dalğanın uzunluğu onun dərinliyindən xeyli uzun
olduqda, az su sahilə yaxınlaşır). Okeanın orta dərinliyi 4000 m
olarsa, dalğaların yayılma sürəti 200 m/san və ya 720 km/saat
olar. Açıq dənizdə dalğaların hündürlüyü əksər hallarda metrdən
artıq olmur, dalğanın uzunluğu isə (dalğalar arasındakı məsafə)
500-1000 km-ə çatır və ona görə də gəmiçilik üçün təhlükəli
deyil.
Dalğalar dayaz, sahillərə yaxınlaşdıqda, sahil xəttinə
yaxın, onların sürəti azalır, yüksəkliyi isə artır. Sahilə çatdıqda
sunamilərin hündürlüyü bir neçə on metrlərə çata bilər. Daha
hündür dalğalar, yəni 30-40 m hündürlükdə sərt sahillərdə,
buxtalarda və fokusirovka yaranması mümkün olan hər yerdə
yaranır. Sahil rayonlarında qapalı buxtalar az təhlükəli yerlər
sayılır.
Sualtı zəlzələlər. Bütün sunamilərin 85%-i su altında
zəlzələ nəticəsində, okean dibinin şaquli hərəkəti ilə baş verir.
Dibin bir hissəsi aşağı düşür, bir hissəsi isə yuxarı qalxır. Suyun
səthi şaquli istiqamətdə hərəkətə gəlir və ilkin səviyyəyə
qayıtmağa çalışır, dənizin orta səviyyəsinə doğru bir neçə dalğa
əmələ gətirir. Heç də bütün sualtı zəlzələlər SLinamilərlə müşayət
ouinmur. Sunami yaradan dalğalar
65
adətən zəlzələ ocağının çox dərində olmadığını bildirir.
Təsəvvür edək ki, zəlzələ nəticəsində, sualtı vulkanın
püskürməsi və ya dənizin dibinin müəyyən hissələri üçqun
nəticəsində sürətlə yerini dəyişir. Məs. Yuxarıya doğru suyun heç
vaxt sıxılmadığını nəzərə alsaq, onda həmin anda su yuxarıya
qalxır və dəniz səthinin müvafiq sahəsi - su səthində çox da
hündür olmayan tənə əmələ gətirir. Həmin bu dalğa sunami ocağı
hesab olunur; ondan suya atılmış daş kimi hər tərəfə dalğalar
yayılır.
Titrəmə dənizin dibindən səthə doğru baş verir; bilavasitə
beləliklə sunami dalğaları yaranır. Aneaq titrəmənin belə
ötürülməsi açıq dənizdə qüvvətli dalğa əmələ gətirmir. Dənizin
ortalarında belə dalğalar zərərsizdir; onun kəskin təzahürü yalnız
onda hiss olunur ki, dalğalar sahilə gəlib çatmış olsun.
Dalğalar dayaz sahilə çatdıqda, sahil xəttinə yaxın onların
sürəti azalır, hündürlüyü isə artır.
Sunami dalğalarının davamiyyəti ardıcıl dörd mərhələyə
bölünə bilər. Birinci mərhələ dalğanın yaranması, ikinci mərhələ
dalğaların okean səthində hərəkəti, üçüncü mərhələ dalğalarla
sahil zonasının qarşılıqlı əlaqəsi, dördüncü mərhələ - dalğanın
zirvəsinin sahil zonasına çırpılması, su kütləsinin quru üzərinə
hərəkəti.
1-ci şəkildə sxematik surətdə sunaminin iki halda
yaranması göstərilir:
a)
dəniz dibinin sahəsi yuxarıya qalxır;
b)
dəniz dibi aşağı enir.
Birinci halda sunami gətirmə dalğası ilə yayılır, ikinci
halda isə çəkilmə dalğası ilə irəli gedir.
İkinci halda dənizin qısa müddətli sahildən geri çəkilməsi
prosesi sunami dalğalarının
zirvəsinin
yaxınlaşması ərəfəsində müşahidə olunur.
66
Dostları ilə paylaş: |