c)
XII və XIII fəsillərin şamil olunduğu ərazilərdən başqa, onların
müvafiq olaraq məsuliyyət daşıdıqlan bütün ərazilərdə iqtisadi, sosial və
təhsil şəraitinə aid olan statistik və digər texniki xarakterli məlumatı,
təhlükəsizlik və konstitusiya baxımından zəruri olan məhdudiyyətlər nəzərə
alınmaqla, müntəzəm olaraq məlumat üçün Baş Katibə versinlər.
Maddə 74
Birləşmiş Millətlərin Üzvləri habelə razılaşırlar ki, onların bu
Nizamnamənin şamil olunduğu ərazilərə aid siyasəti, sosial, iqtisadi və
ticarət məsələlərində dünyanın qalan hissəsinin maraqları və əmin-amanlığı
lazımi ölçüdə nəzərə alınmaqla, metropoliyalara münasibətdə heç də az
olmayaraq mehriban qonşuluq ümumi prinsipinə söykənməlidir.
XII FƏSİL
BEYNƏLXALQ QƏYYUMLUQ SİSTEMİ
Maddə 75
Birləşmiş Millətlər Təşkilatı öz rəhbərliyi altında beynəlxalq
qəyyumluq sistemi yaradır; beynəlxalq qəyyumluq sistemi sonrakı fərdi
sazişlər əsasında bu sistemə daxil edilə biləcək əraziləri idarə etmək və
onları nəzarətdə saxlamaq üçün yaradılır. Bu ərazilər bundan sonra «qəy-
yumluq altında olan orazilor» adlanacaqdır.
Maddə 76
Qəyyumluq sisteminin əsas məqsədləri, bu Nizamnamənin 1-ci
maddəsində təsbit olunmuş Birləşmiş Millotlər Təşkilatının Məqsədlərinə
uyğun olaraq, aşağıdakılardan ibarətdir:
a)
beynəlxalq sülhü və
təhlükəsizliyi möhkəmləndirmək;
b)
qəyyumluq altında olan ərazilərin əhalisinin siyasi, iqtisadi, sosial
tərəqqisinə və təhsil sahəsində tərəqqisinə və onlann, bunun hər bir əraziyə
və onun xalqlanna xas olan spesifik hallara və bu xalqların sərbəst ifadə
olunmuş arzularına münasib olduğu dərəcədə və hər bir qəyyumluq
sazişinin şərtləri ilə nəzərdə tutulduğu qaydada, özünüidarəyə və ya
müstəqilliyə doğru tədricən inkişafına
dəstək vermək;
337
c)
irqino, cinsinə, dilinə və ya dini mənsubiyyətinə fərq qoyulmadan
bütün insanlann əsas hüquq və azadlıqlanna hörmət edilməsini
həvəsləndirmək və dünya xalqlannin qarşılıqlı asılılığının tanınmasını
həvəsləndirmək və
d)
Birləşmiş Millətlər Təşkilatının bütün Ü/vlərinə və onlann vətən-
daşlanna sosial, iqtisadi və ticarət məsələlərində bərabər rəftar təmin etmək
və vətəndaşlara habelə, yuxanda göstərilmiş məqsədlərə nail olunmasına
xələl gətirmədən və 80-ci maddənin göstərişlərini nəzərə almaqla, ədalət
mühakiməsinin həyala keçirilməsində bərabər rəftar təmin etmək.
Maddə 77
1.
Qəyyumluq sistemi, qəyyumluq haqqında sazişlər vasitəsilə bu
sistemə daxil edilə bilən ərazilərin aşağıdakı kateqoriyalanna şamil olunur:
a)
hazırda mandat altında
olan ərazilər;
b)
İkinci Dünya müharibəsinin nəticəsində düşmən dövlətlərdən
qoparıla
bilən ərazilər və
c)
idarə edilməsinə görə məsuliyyət daşıyan dövlətlərin könüllü
olaraq bu sistemə daxil etdiyi ərazilər.
2.
Yuxarıda sadalanmış kateqoriyalardan hansılannın və hansı
şərtlərlə qəyyumluq sisteminə daxil edilməsi sonrakı sazişlərin predmeti
olacaqdır.
Maddə 78
Qəyyumluq sistemi Birləşmiş Millətlərin Üzvləri olmuş, aralann- dakı
münasibətlər suveren bərabərlik prinsipinə hörmət üzərində qurulan
ərazilərə şamil edilmir.
Maddə 79
Qəyyumluq sisteminə daxil edilməli olan hər bir ərazi üçün
qəyyumluq şərtləri, bütün dəyişiklik və ya əlavələr daxil olmaqla, birbaşa
maraqlı olan dövlətlər, o cümlədən Təşkilatın Üzvlərindən birinin mandatı
altında olan ərazilərə aid olduqda mandalari tərəfindən razılaşdırılır və
83-cü və 85-ci maddələrdə nəzərdə tutulduğu kimi təsdiq edilir.
Maddə 80
1. 77-ci, 79-cu və 81-ci maddələrə uyğun olaraq bağlanmış, hər bir
ərazini qəyyumluq sisteminə daxil edən qəyyumluq haqqında fərdi
sazişlərdə razılaşdırılan hallardan başqa və bu sazişlərin bağlanmasına
qədər,
338