39
bitməmiĢ, sətiraltı mənalı olur. Ġnsanlar ictimai yerlərdə, iclaslarda, konfranslarda,
tədris otaqlarında, radio və televiziya veriliĢlərində normal fikir mübadiləsi üçün
müəyyən qaydalara, etiknormalara əməl edirlər. Dialoqun mikrodialoq və
makrodialoq formaları da vardır. Mikrodialoq bir neçə Ģəxsin qısa
mükalimələrindən ibarət olur. Mikrodialoqlara bədii əsərlərdə - epik növə daxil
olan Ģifahi ədəbiyyat nümunələrində: təmsil, nağıl, əfsanə, lətifə və dastanlarda,
eləcə də yazılı ədəbiyyat nümunələrində - xatirə, oçerk, hekayə, novella, povest və
romanlarda rast gəlirik. Makrodialoq bədii əsərlərin quruluĢunu əhatə edir.
Draməsərləri makrodialoq əsasında yaradılır. Dialoji nitqin beĢ dialoq forması
qeyd edilir: 1) monoloji dialoq; 2) söhbət və ya danıĢıq dialoqu; 3) sual-cavab
dialoqu; 4)müsahibə dialoqu; 5) müzakirə dialoqu. Monoloji dialoqun iĢtirakçıları
haqqında söhbət gedən hadisəni, Ģəxsi və ya hər hansı əĢyanı bütün təfərrüatı ilə
söyləyir, onlara öz mənfi və ya müsbət münasibətini bildirir, haqqında danıĢılan
Ģəxsi, əĢya və ya hadisəni öz müsahibinə, qulaq asanlara müxtəlif sübut və
dəlillərlə çatdırırlar. Dialoji dialoqda intonasiyanın tez-tez dəyiĢməsi bədii vasitə
kimi əlavə sözlərə müraciət olunmadan danıĢığın emosionallığını, təsir gücünü
artırır. Dialoji nitqin sual-cavab dialoqunda fikrin dinləyiciyə aydın çatmasında
danıĢanın zəngin söz ehtiyatına malik olması və dilimizin qayda-qanunlarına
mükəmməl yiyələnməsi baĢlıca Ģərtdir.
Sual və tapĢırıqlar
1. Yazılı nitqdə Ģifahi nitq ünsürlərini əvəz edən vasitələr nədir?
2. Monoloji nitq özünü hansı formalarda göstərir?
3. Monoloji nitqin yazılı forması ilə Ģifahi forması arasında hansı fərqlər vardır?
4. Monoloji nitq nədir, onun əsas keyfiyyəti nədən ibarətdir?
5. Monoloji nitqin hansı növləri vardır?
6. Dialoq nədir və nələrdən təĢkil olunur?
7. Dialoji nitqin formaları hansılardır?
8. Dialoji nitq hansı Ģəkillərdə olur?
9. Mikrodialoq nələrdən təĢkil olunur və bədii əsərlərin hansı janrlarında iĢlədilir?
10. Makrodialoq nədir və hansı əsərlər makrodialoq əsasında yaradılır?
ÇalıĢma 29. Mətni oxuyun, onun monoloji, yoxsa dialoji nitqə aid olduğunu
müəyyənləĢdirin. Dialoji nitqdirsə dialoq formasını göstərin:
… Hə, yadıma düĢdü, günlərin bir günü onun oğlu Bahəddin gəlmiĢdi bizə, yəni
Bakıya; bir ay qaldı bizdə. Ġstəiyrdi ki, hərbi-komandirlik məktəbinə daxil olsun…
Və bir gün Bahəddin mənə nə desə yaxĢıdır?
- Nə?
- Deyim?
- De da bə? Hələ durubsan?
- YaxĢı deyirəm, üstümə qıĢqırma… Hə, dedi ki, pul lazımdır, beĢ yüz dollar…
Dedim ki, məndə dollar nədir, heç milli pulda yoxdur, qəpiyə güllə atıram, maaĢı
hələ dörd gündən sonra alacağam… Bundan sonra Bahəddin məndən incidi,
sabahısı günü gedib təyyarəyə bilet aldı və kəndə yola düĢdü; ancaq evdən çıxanda
"sağ olun" demək əvəzinə baĢladı ki:
40
- Sən də alimsən? Böyük bir yerdə dərs deyirsən, pul xəzəl kimi….Ġstəsən bir ilin
içində oğlanlarının hərəsinə bir ev alarsan, al da?!
- Nə? Haradan? Kimdən?
- RüĢvətlə! Evində pendir-çörəkdən və çaydan savayı heç nəyin yoxdur…
… Qərəz, nə baĢınızı ağrıdım. Yenə kəndə getmiĢdim. Çayxanada Ģahmat
oynayırdım. Qəfildən bir əl uzandı və fiqurları qarıĢdırdı. Baxdıq ki, kim?
- Ə, kim?
- Daha Cəlil kiĢidən baĢqa kim olar bu "mədəniyyətin" sahibi? Hə, qardaĢ, Cəlil
baĢladı nə baĢladı:
- Səninki Bakıda kitab, kənddə Ģahmat olsun! Daha sözüm yoxdur, heç demirsən
Cəlil acından öldü, qaldı? Arpası - samanı, muĢqurdu var, yoxsa, yox?
- Allah səni bu kəndə, bu camaata çox görməsin… Allahdan bir arzum var!
- Arzun nədir ki?
- Arzum budur ki, Allah mənim ömrümdən kəsib sənin ömrünə çalasın ki,
kəndimizi gələcəyə tanıda biləsən…
Mən dərhal dedim:
- Yenə axmaq-axmaq danıĢırsan ha, mənə axmaq adamın ömrü lazım deyil…
Əlqərəz, Cəlil məndən dönə-dönə üzr istədi, qanmadığını, baĢını daĢa döydüyünü
dedi və bildirdi ki, səhv edir, sözü bir az köntöy çıxıbdır… Mən də onu bağıĢladım,
əlacım yox idi… Axı mən müəlliməm. Çox belə qanmazları bağıĢlayıb
müəllimlər…(ġamil Zaman, Qarabağları tərənnüm edirəm. səh. 120)
ÇalıĢma 30. Pyesi oxuyun, dialoji nitqin xüsusiyyətlərini deyin, mikrodialoq
haqqında fikirlərinizi izah edin:
Təbrizdə, yoxsul Musanın evi, Nəbi yaralıdır. Yataqda uzanmıĢdır. (Qapı döyülür,
Qasım dayı kiçik səbətdə Nəbiyə üzüm gətirir).
Nəbi: - Aha, Qasım dayı, xoĢ gördük səni.
Qasım: - Vəfasız düĢünmə o qədər məni.
Musa: - Qasım, nə xəbərlə gəlmisən?
Qasım: - ĠĢ var…
DüĢmənlər Nəbiyə quyu qazırlar.
Musa: - Bəs niyə gecikdin?
Qasım: - Bir səbəb oldu
Nəbi: - Tez danıĢ, ürəyim Ģübhəylə doldu.
Qasım: - Təbriz hakiminə Tiflis hakimi
Haqqında yazıbdır belə bir fərman:
"Gərək təslim etsin Nəbini Ġran"
… Odur ki, bu saat PaĢa bəy, divan
Səni axtarırlar, səni, Nəbi can…
Nəbi: - Deyirsən, buradan çəkilmək geri!
Qasım: - Deyəsən, duyublar olduğun yeri.
Nəbi: - Kim verdi sənə bu qara xəbəri?
Qasım: - Haman PaĢa bəyin qoca nökəri.
Musa: - Nəbi, biz onunla qohumuq bir az,
O, bizim adamdır, yalan danıĢmaz.
41
Qasım (xatirinə salaraq): - Hə… bir də deyir ki, dəstədən kimsə bu iĢə qol qoyub…
Nəbi (həyəcanla): - Necə?
Qasım: - Nə isə… Bir az ehtiyatlı olsan nə olar? Göz-qulaq olmağın nə zərəri var?
Nəbi: - Dəstəmdə Kərimdir Təbrizdən ancaq (fikirləĢir)
Qasım: - O, yalan danıĢmaz, ayıq ol, Nəbi! Hər tərəf casusdur, sayıq ol, Nəbi!
(Qapı üç dəfə döyülür. Qurd Kərim gəlir, həyəcanlanır)
Qurd Kərim (Nəbiyə): - QardaĢım, necəsən?
Nəbi: - YaxĢıyam bir az.
Qurd Kərim: - Dolub dilənçiylə küçə və meydan Ġlan oynadanla meymun oynadan
Bütün camaatı yığır baĢına…
Musa (kinayə ilə): - Yaman darıxırsan deyəsən, aĢna!
Küçədən bir neçə güllə səsi eĢidilir. Hamı bir an qulaq asır.
(Süleyman Rüstəm. "Qaçaq Nəbi" pyesindən)
ÇalıĢma 31. Oxuyun, sözlərin vurğusunu qoyun:
hakimiyyət, baĢqa, mehmanxana, spartakiada, atletika, göstərmək, tennis, marĢrut,
sessiya, yarıĢ, problem, kommersiya,kənarlaĢdırmaq, həkimdir, voleybol,
göndərmə.
ÇalıĢma 32. AĢağıdakı sözləri söz birləĢmələri daxilində elə iĢlədin ki, vurğunun
yeri dəyiĢərkən məna dəyiĢsin:
alma, asma, bağlama, basdırma, burun, çəkmə, əyin, dolama, dondurma, gəlin,
süzmə, biçin.
ÇalıĢma 33. Mətni tələffüz qaydalarına uyğun oxuyun, sözlərin orfoepik Ģəklini
mötərizədə qeyd edin, ədəbi dildə danıĢıq üslubuna aid məqamları göstərin:
Koroğlunun bir bəzirgan dostu var idi. Adı Xoca Əziz idi. Xoca Əziz neçə illər
Koroğlu ilə dostluq eləmiĢdi. Ġndi Eyvazgilin tutulan vaxtda o da mallarını satmaq
üçün Bağdada gəlmiĢdi. QoĢun elə ki, Eyvazgili tutub Ģəhərə tərəf gəlməyə üz
qoydu, bazara səs düĢdü ki, bəs üç nəfər quldur tutublar, asmağa aparırlar. Bazar
adamı hamısı çıxdı onların tamaĢasına. Xoca Əziz də bu adamların içində idi.
Gözlə ha gözlə, axırda dəstənin ucu açıldı. Aslan paĢa keçdi, qoĢun böyükləri
keçdi, atlılar keçdi. Bir də baxdılar ki, budu, bir bölük qoĢun dustaqları ortalığa
alıb gətirir. Xoca Əziz gördü nə? Tutulan Eyvazdı, Dəmirçioğlu, bir də Bəlli
Əhməddi. Dünya - aləm Xoca Əzizin gözündə qaraldı. Dedi: "Ey dadi-bidad!.. Bu
zalım oğlu zalım uĢaqları öldürəcək". Qaldı mat-məətəl ki: "Nə təhər eləyim?
Mənim burda əlimdən bir iĢ gəlməyəcək. Burada qılınc vurmaq lazımdır. Xəbərə
getsəm də buradan Çənlibelə azı bir həftəlik yoldu.("Koroğlu" dastanından)
ÇalıĢma 34. Ġmtahana gəlməmisiniz. Dekana izahat yazın. Ġzahata verilən tələbləri
göstərməklə onun formasını da qeyd edin.
MONOLOJİ NİTQİN NÖVLƏRİ
Monoloji nitqin natiqlik üslubunda ən çox yayılmıĢ növləri çıxıĢ, mühazirə və
məruzədir.
ÇIXIġ məiĢət üslubunun ən geniĢ yayılmıĢ növüdür. Monoloji nitqin bu növü daha
çox prezident yanında ilin yekunlarına və ya istehsalatın hər hansı bir sahəsinə aid
toplantıda, nazirlərin hesabatında, yığıncaqlarda, qurultay və iclaslarda özünü
Dostları ilə paylaş: |