Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə27/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   65

56 
 
vasitələrinə  norma  kimi  yanaĢan  oxucular  buna  ədəbilikdən  kənar  nitq  vahidləri 
kimi  yanaĢırlar.  Məsələn:  "Çoban  quzuların  saytalından  bir  neçəsini  ayırdı". 
“MaĢın  keçalata  çatanda  sürətini  azaltdı”  -  cümlələrindəki  saytal,  keçalat  sözləri 
hər  oxucuya  və  ya  dinləyiciyə  aydın  olmadığından  dilin  təmizliyinə  ziyan  gətirir, 
onu korlayır. 
2.  Dilin  təmizliyini  pozan  ikinci  cəhət  alınma  sözlərin  lüzumsuz  iĢlədilməsidir. 
Bəzi  hallarda  Ģifahi  və  yazılı  nitqdə  ehtiyac  olmadan  mənası  çətin,  anlaĢılmayan 
alınma  sözlərdən  istifadə  nəticəsində  mövzunun  məzmununda  nəzərdə  tutulan  fikir 
oxucu  və  dinləyiciyə  qaranlıq  qalır.  "köçürülmək"  əvəzinə  "evakua-iya  edilmək", 
"baxıĢ  keçirmək"  əvəzinə  "monitorinq  keçirmək",  "nüfuz"  əvəzinə  "prestij", 
"vəzifə"  əvəzinə  "missiya"  sözlərinin  iĢlənməsinə  doğrudanmı  böyük  ehtiyac 
vardır?  Kütləvi  informasiya  vasitələrində,  mətbuat  səhifələrində,  müxtəlif  elm 
sahələrində yazılmıĢ əsərlərdə öz əksini tapan alınma sözlər həddən artıq çoxdur və 
onlara  gün  ərzində  az  qala  hər  yerdə  rast gəlirik. Son illər alınma sözlər dilimizə iki 
istiqamətdən  -  türk  və  rus  dilləri  vasitəsilə  dünyanın  bütün  dillərindən  siyasi, 
iqtisadi,  elmi  və  digər  sahələr  üzrə keçir. Sahə üzrə alınmalar daha çoxdur və onlar 
danıĢıq  dilində  az  iĢlənsə  də,  bədii  üslub  istisna  olmaqla  digər  üslublarda  bol-bol 
istifadə  olunur:  rassionalizm,  abbreviatür,  respondent,  dispozisiya,  monitorinq, 
prestij, akkumilyasiya,  orator və s. 
3.  Nitqin  səlisliyini  pozan  amillər  içərisində  terminlər  də  müəyyən  yer  tutur.  Lakin 
terminlər  öz  sahəsində  iĢləndikdə  zərurət  sayılsa  da,  bədii  üslubda  yaxud  adi 
danıĢıqda,  çıxıĢlarda,  elmi  mövzudan  kənarda  anlaĢılmazlıq  törədir.  Son  illərdə 
türk  dilinə  aid,  yaxud  türk  dilinin  təsiri  ilə  yaranan  söz  və  terminlər  təkcə  texniki 
və  elmi  ədəbiyyatda  deyil,  bütün  sahələrdə,  hətta  danıĢıq  dilində  də  iĢləklik 
qazanmıĢdır:  dəstək,  bilgi,  öncül,  durum,  anlam,  bölgə,  öncə, olay, yetərsay, özəl, 
önəmli,  yaĢam, tanıtım, təpki, öndər, çağdaĢ, dönəm, yüzillik və s. onlarla, yüzlərlə 
söz məna, səslənmə, tələffüz baxımından münasib və ruhumuza yaxın olduğu üçün 
çox  tezliklə  və  asanlıqla  ünsiyyət  vasitəsinə  çevrilmiĢdir.  Dilimizdə  kalka  yolu  ilə 
yaranmıĢ  sözlər  də  çoxalmaqdadır.  Kalka  üsulu  dedikdə  sözün  milli,  anlayıĢın 
uzun  illər  gəlmə  dilə  aid  olması  nəzərdə  tutulur.  Deməli,  baĢqa  dildən  gəlmiĢ 
anlayıĢı  dilimizin  milli  bazasından  istifadə  edərək  adlandırırıq.  Bura  açıqca, 
dabankeĢ,  əyləc,  soyad,  soyuducu,  sərinkeĢ,  tozsoran,  yelçəkər  və  s.  kimi  sözlər 
daxildir. 
4.  Nitqin  təmizliyini  pozan  amillər  içərisində  tüfeyli  sözlərin  də  müəyyən  qədər 
rolu  var.  Nitq  zamanı  cümlələr  arasında  əlaqə  yaratmaq,  yaxud  iĢlədilməli  olan 
zəruri  sözü  düzgün  tapmayan  Ģəxs  boĢluğu  doldurmaq,  fikrə  "körpü"  salmaq 
istəyəndə  ya  yersiz  fasilələr  edir,  ya  da  mövzu  ilə  əlaqəsi  olmayan  ara  söz  və  ya 
cümlə  tipli  söz  birləĢmələri  (deməli,  zaddı,  Ģey, adı nədir, hansı ki, baxanda baxıb 
görürük ki, canım sənə desin və s.) iĢlətmək məcburiyyətində  qalır. 
5.  Elmi  üslubda  iĢlədilməsi  məqbul sayılmayan söz qrupları sırasına loru sözlər də 
daxildir.  Ədəbi  bədii  üslubda  iĢlənən  bu  sözlərə  personajların  nitqində  və  canlı 
danıĢıqda  rast  gəlirik:  gop  eləmək,  goplamaq,  zollamaq,  ağzından  nallamaq, 
güpəmək,  angırmaq,  donguldanmaq,  burcutmaq,  qatıqlamaq,  eĢĢək,  heyvərə, 
qoduq,  tülkü,  sən  qıfılla,  qırıldatmaq,  çərənləmək,  hırıldamaq  və  s.  sözlər  nitqdə 


57 
 
rəqibini  alçaltmaq,  təhqir  etmək,  pis  münasibət  bildirmək  məqsədi  daĢıyır. 
SöyüĢlər,  qarğıĢlar,  ədəbsiz  və  qeyri-etik  sözlər  ictimai  yerlərdə  vulqar  xarakterli 
olduğundan,  mətbu  əsərlərdə  nitqin  təmizliyi  baxımından  iĢlədilməsi  caiz 
görülmür. 
6.  Kobud  sözlər  sırasında  jarqonlar  da  qeyd  olunmalıdır.  Süni  ünsiyyət  vasitəsi 
sayılan  jarqon  sözlər  cəmiyyətdə  müəyyən  qrup  insanlar  tərəfindən  düzəldilir  və 
elə  onlar  tərəfindən  də  baĢa  düĢülür.  Jarqonlar  öz  fikirlərini  baĢqalarından 
gizlətmək  və  ya  baĢqa-larından  fərqlənmək  üçün,  konkret  bir  zümrə  tərəfindən 
iĢlədilən  elə  sözlərdir  ki,  onlar  adi  halda  müstəqil  mənada  iĢlədilib  hamı  tərəfindən 
anlaĢılsa  da,  jarqon  səviyyəsində  baĢqa  cür  mənalandırılır.  Məsələn:  iĢini  bitirmək 
(öldürmək),  əriĢtəsini  kəsmək  (həbs  etmək),  Ģestyorka  (satqın),  hərifləmək 
(aldatmaq),  ütmək  (pulunu  əlindən almaq), baĢını qırxmaq (aldadıb almaq), atanda 
(ayıq ol, səni axtarırlar)  və s. 
7.  Dilin  təmizliyinə  xələl  gətirən  söz  qruplarından  biri  də  ar-qolardır.  Fransız 
dilindən  keçmiĢ  bu  termin  altında  məhdud  dairədə  iĢlənib  baĢqalarının  baĢa 
düĢmədiyi  Ģərti  ifadə  və  ya  söz  nəzərdə  tutulur:  tələbələrin  iĢlətdiyi  "quyruq" 
"kəsir",  "akademik  borc"  mənasında,  müəllimlərin  iĢlətdiyi  "pəncərə"  "dərslər 
arasında qalan boĢ vaxt, saat" mənasındadır. 
Sual və tapĢırıqlar 
1. Dəqiq nitq dedikdə nə baĢa düĢülür? 
2. Dəqiq nitq necə meydana gəlir? 
3. Nitqin  dəqiqliyi  üçün ölçü nədir? 
4. Nitqin  düzgünlüyü  hansı hallarda  mümkündür? 
5. Düzgün nitq nə deməkdir? 
6.  Düzgünlük  kommunikativ  keyfiyyətdirmi?  Nitqdə  kommunikativliyi  necə  baĢa 
düĢürsünüz? 
7.  ġifahi  danıĢıqda  və  ya  oxuda  kitab  tələffüzü  əsas  götürülürmü?  Kitab  tələffüzü 
dedikdə nə baĢa düĢülür? 
8. Bədii  nitqin  dəqiqliyi  hansı Ģərtlərlə  bağlıdır? 
 
ÇalıĢma  51.  Mətndən  nitq  normalarının  köhnəlmiĢ  göstəricilərini  müəyyənləĢdirib 
izah  edin: 
Qoltuqçu malları  açıb tökdü: gözəl firəng və Ġstanbul qumaĢları Ģairi  heyran qoydu. 
Bu adam Axalsıq paĢasının nümayəndəsi idi. Qoltuqçu sözə baĢladı: 
-  QardaĢım,  bu  yollar yalnız  əsgər deyil, ağır toplar və cəbbəxanalar daĢınaq üçün 
yapılmıĢ.  Bu  gün  Tiflis,  yarın  Qarabağ,  o  biri gün isə Ġran və dövləti - Osmaniyyə 
torpaqları  yəğma  olunacaq,  gavur  xəncəri  islamın  bağrına  soxulacaq…Süleyman 
paĢanın  müməssili  uzun-uzadı  danıĢdı  və  bütün  xanlıqları  ittihada  və  müqavimətə 
dəvət etdi. 
-  Əfəndim,  -  dedi,  -  səkkiz  il  əvvəl  yapılmıĢ  Küçük  Qaynarça  müahidəsi 
mövcibincə  Mosqovla  hali  sülhdə  olduğumuz  məlumi-alinizdir.  Müahidə  bu 
altıillik  Ģiddətli  müharibənin  bir  sənədi  olaraq  bizi  hala,  bəzi  təĢəbbüsatdan 
məhrum  qoyur.Bu  əsnada  qapı  açıldı,  nökər  mehmandarın  gəldiyini  xəbər  verdi. 
Qafilə  tərpəndi.  Rus  zabitləri  əllərində  rus  çarıçasının  Ġrakliyə  göndərdiyi 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə