Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə26/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   65

54 
 
deyildikdə  sözlərin  ifadə  olunan  fikrə  uyğun  seçilməsidir  ki,  bunlar  nitqin 
mənasına,  məzmununa  münasib  olmaqla  fikrin  gerçəkliyi  əks  etdirməsinə  Ģərt 
sayılır.  Dəqiqlik,  bir  tərəfdən,  nitqin  gerçəklik  və  təfəkkürlə  əlaqəsinin,  digər 
tərəfdən,  fikrin  dil  vasitələri  ilə  düzgün  verilməsinin  göstəricisidir.  Məlumdur  ki, 
söz  anlayıĢa  uyğun  yaranır  və  fikir  ifadə  edir.  Əlbəttə,  o,  ifadə  etdiyi  fikrə  uyğun 
olmalıdır.  Nitqin  məntiqliyi,  ardıcıllığı,  izahın  uyarlığı  fikrin  aydın  ifadəsinə 
köklənmiĢdir.  Dəqiq  söz  iĢlətmə  dilin  leksik  sistemində  olan  sözlərin  semantik 
mənasını,  sinonimliyi,  çoxmənalığı,  terminləri,  müxtəlif  funksional  üslubları  və 
qrammatik  formaları  yaxĢı  bilməyi  tələb  edir.  Dilin  sinonimlik  imkanlarından 
istifadə  edərək  lazım  olan  sözün  seçilib  iĢlədilməsi  nitq  üçün  çox  vacibdir. Dilimiz 
respublikamızın  müstəqillik  qazananması  ilə,  həqiqi  mənada  dövlət  statusu 
almasından,  bütün  sahələrdə  qeyd-Ģərtsiz  tam  və  yeganə  ünsiyyət  vasitəsi  kimi 
hərtərəfli  iĢlənməyə  baĢlamasından  bəri  bədii,  elmi  və  publisistik  yazıların,  mətbu 
orqanların  dili  də,  radio-televiziya  veriliĢlərində,  teatr  tamaĢalarında  aktyor  və 
diktorların,  müəllim,  Ģagird  və  tələbələrin  nitqi  də  dəqiqləĢmiĢ,  düzgün 
iĢlədilməkdə  sistem Ģəklini  almıĢdır. 
 
NİTQİN AYDINLIĞI 
Aydınlıq  ifadə  üsuludur,  ifadə  olunan  fikrin  asan  qavranılması  üçün  o,  həmiĢə 
diqqət  mərkəzində  olur.  Nitq  üçün  aydınlıq,  səlislik  və  yığcamlıq  yüksək 
qiymətləndirilir.  Bunların  içərisində  aydınlıq  ən  vacib  üslubi  keyfiyyət  kimi  ön 
sırada  durur.  Nitqin  düzgünlüyü  fikrin  aydın  ifadəsinin  ilkin  Ģərti  sayılır.  Ġnsan 
ifadə  edəcəyi  mövzu  haqqında  mükəmməl  məlumata  malik  olub  onu  dərindən  və 
yaxĢı  bilirsə,  müvafiq  dil  vasitələri  hesabına  nitqində  sözçülüyə  yol  verməz,  fikrini 
maraqlı  qurar,  dolaĢıq  cümlələrə  deyil,  sadə,  münasib  cümlələrlə  deyəcəyi  faktları 
ifadə  etməyi  bacarar.  Nitq  zamanı  aydınlığın  pozulması  bir  sıra  hallarla  bağlıdır. 
Bura  danıĢanın  sözlərin  mənasını,  iĢlənmə  məqamlarını  yaxĢı  bilməməsi,  zəngin 
söz  ehtiyatına  mükəmməl  yiyələnməməsi  daxildir.  Məsələn,  danıĢıqda  belə 
cümlələr  eĢidirik:  O,  qapının  zəngini  çaldı.  At  ilxısında  yaxĢı  atlar  vardı.  Sənə 
müvəffəqiyyət  uğurları  arzulayıram.  Biz  bunlara  müdaxilə  göstərməyə  çalıĢırıq  və 
s.  "Aydın  nitq  aydın  təfəkkürün,  düĢüncənin  məhsuludur",  "Dili  dolaĢıq  Ģəxsin 
fikri  də  dolaĢıq  olur"  -  cümlələrinin  təsdiqinə  Ü.Hacıbəyovun  "O  olmasın,  bu 
olsun"  musiqili  komediyasında  MəĢədi  Ġbadın  Rza  bəyə  dediyi  bir  replikasında 
aydın  görünür:  -"A  kiĢi,  sən  elə  qəliz  danıĢırsan  ki,  "Tarixi  -  Nadiri"  yarıya qədər 
oxumuĢam,  mən  baĢa  düĢə  bilmirəm.  Bu  yazıqlar  haradan  baĢa  düĢsünlər?"  Biz 
tələbələri  ixtisaslarına  aid  idman  ədəbiyyatını  oxuyub  öyrənməklə,  izah  edib 
misallar  gətirməklə  məhdudlaĢmamağa  çağırırıq.  Onlar  siyasi,  sosial,  elmi,  iqtisadi 
yenilikləri  özündə  əks  etdirən,  gündəlik  mətbu  orqanlarda  çap  olunan  publisistik 
yazıları  da  oxuyub  təhlil  etməli,  biliklərini  artırmağa  xidmət  edən  bədii 
ədəbiyyatla,  oçerklərlə,  həyatın  hər  sahəsinə  aid  müxtəlif  materiallarla  bir  vətəndaĢ 
kimi  tanıĢ  olmalıdırlar.  Nitqin  aydınlığı  tələffüzlə  sıx  bağlıdır.  Dil  səsləri  öz 
məxrəcində  deyilməsə,  hecanın  tələffüzdən  düĢməsi,  normal  intonasiyaya  əməl 
olunmaması,  bütün  cümlələrin  ya  yüksək,  ya  da  alçaq  templə  deyilməsi,  idmanla 
bağlı  çəki  dərəcələrinin  və  ya  rəqəmlərin  ardıcıl  və  sürətlə  sadalanması,  bəzi 


55 
 
hərflərin  sözlərin  sonunda  buraxılması  Ģəxsin  savadı,  dünyagörüĢü,  mütaliəsi  ilə, 
söz  ehtiyatının  kəmiyyət  və  keyfiyyətcə  azlığının  nəticəsidir.  Sadalanan nöqsanları 
aradan qaldırmaq üçün aĢağıdakılar nəzərdə saxlanılmalıdır: 
1)  Nitqin  aydınlığına  nail  olmaq  üçün  danıĢılacaq  mövzu  öncə  ətraflı  öyrənilməli, 
lazımi  material  hazırlanmalıdır. 
2) Material  fikirdə  və ya yazılı qeydlərdə sistemləĢdirilməlidir. 
3)  Nəzərdə  tutulmuĢ  sübut,  dəlil  və  ya  faktları  ifadə  edəcək  sözlər  məntiqi  vurğu 
hesabına aydın nəzərə çarpdırılmalıdır; 
4)  Nitqin  əsas  hissəsindəki  söz,  ifadə  və  cümlələr  aydın  tələffüz  edilməli,  "bunun" 
əvəzinə  "munun",  "gətirdi"  əvəzinə  "gətdi",  "gəl  gedək"  əvəzinə  "gə  gedəy",  "ona 
görə" əvəzinə  "oa gora", "nə üçün" əvəzinə "nöĢün" və s. deyilməməlidir. 
5)  Məzmuna  uyğun  intonasiya  seçilməli,  düzgün  diksiya  ilə  ifadə  olunan  nitqin 
baĢa  düĢülməsinə  (Diksiyanın  pozulması  sözlərin,  ifadələrin  baĢa  düĢülməsini, 
fikrin  anlaĢılmasını  çətinləĢdirir)  cəhd  göstərilməlidir.  ÇıxıĢ  edənlər  (mühazirəçi, 
məruzəçi,  lektor,  diktor,  müəllim  və  baĢqaları) səsini, nəfəsini idarəetmə bacarığını 
təkmilləĢdir-məli,  diksiya  ilə  bağlı  Ģivə  qüsurlarını  düzəltməlidir,  yəni  nitqin  səs 
mədəniyyətinə  yiyələnməlidirlər. 
NİTQİN TƏMİZLİYİ 
Mədəni  nitqə  verilən  tələblərdən  biri  də  onun  təmizliyi  hesab  olunur.  Ədəbi  dilin 
qaydalarından  kənara  çıxmamaqla  ifadə  olunan  nitq  təmizdir.  Nitqin  təmizliyi 
digər  keyfiyyətlər  kimi  nitq  sahibinin  ümumi  mədəniyyəti,  savadı  və  dil 
vahidlərindən  istifadə  bacarığı  ilə  düz  mütənasibdir.  Nitqin  təmizliyinin 
pozulmasının bir neçə ümumi  səbəbi vardır: 
1.Nitqdə  yerli  dialekt  və  Ģivəyə  məxsus  dil  vahidlərinə  yer  verilməsidir.  Xalqın 
böyük hissəsi canlı danıĢıq dilində danıĢsa da, müəyyən qismi ya dialekt Ģəraitində 
yaĢadığına  görə,  ya  da  uĢaqlıq  illərində  ailəsinin,  yaxud  yaĢayıĢ  yerinin  danıĢıq 
tərzinin  təsiri  altında  dialekt  danıĢığına  meyilli  olur.  Onların  danıĢığında  əgər, 
asanlıqla, yenə, dərman, manat, Ģəkil, nə üçün, olacağıq, o qədər, lap az, sən demə, 
tamam,  qaldırmaq  əvəzinə  əyərrəri,  hasannıxnan,  genə,  dərmən,  manıt,  Ģikil,  nöĢ, 
olacoux,  oxar-tanan,  cıqqana,  deməynən,  eyzan,  qalxızmağ  kimi  dialekt  tələffüzlü 
sözlər  iĢlənir.  Dialektizmlərin  ədəbi  bədii  dildə  iĢlədilməsinə  yol  verilir. 
Paytaxtdan  uzaq  bölgələrdən,  xüsusən  ucqar  dağ  kəndlərindən  bəhs  edən  bədii 
əsərlərdə  yerli  koloriti  saxlamaq  xatirinə  yazıçı  dialekt  leksikasına  müəyyən  qədər 
yer  verir  və  təbiilik  üçün  belə  sözlərə  müraciət  edir.  Bədii  əsərdə  yerli,  məhəlli 
sözlərin  məqsədəuyğunluq  tələbinə  görə  obrazların  nitqində  iĢlədilməsi  zəruridir. 
Dialektizmlər  dil  qanunları  əsasında  yaransa  da,  onların  hamısının  ədəbi  dilimizdə 
iĢlənməsi  mümkün  deyildir.  Ədəbi  dil  seçmə  və  əvəzetmə  yolu  ilə  yarandığından 
müxtəlif  bölgələrdəki  dialektizmlərin  hamısı  bura  daxil  ola  bilməz.  Dialekt  sözləri 
bədii  üslubda  nə  qədər  zəruri  sayılsa  da,  onlar  elmi  və  publisistik  üslublarda 
iĢlənmir,  nəsr  əsərlərində  yazıçının  öz  dilində,  təhkiyə  dilində  yer  alması  da 
arzuolunmazdır.  Nəzm  əsərləri  isə  yüksək  üslubda  yazıldığından  Ģairlər  belə 
sözlərə bilə- 
rəkdən  müraciət  etmirlər.  Ümumiyyətlə,  dialekt,  Ģivə  sözləri  fikrin  hamı  tərəfindən 
asanlıqla  qavranılmasına  maneçilik  törədir.  Ədəbi  dildə  yazıb  oxuyan,  dil 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə