50
yaranır, məntiqli, səlis, aydın danıĢığa istiqamət verir. Mədəni nitqin əsası ailədə,
bağçada, daha sonra məktəbdə qoyulur. UĢaqların mədəni nitqi anadan, bağça
tərbiyəçisi-müəllimdən,
məktəb
illərində
oxu
kitablarından,
ədəbiyyat
dərsliklərindən, əlavə bədii oxu vəsaitlərindən, hər məktəbin dil-ədəbiyyat
müəllimlərinin verdikləri biliklərdən, zəngin dil nümunələri ilə dolu radio-
televiziya veriliĢlərindən qaynaqlanır, onların gərgin zəhməti hesabına formalaĢıb
yaranır. Məhz bütün bunların sayəsində uĢaqların söz ehtiyatı artır,düzgün dil
vərdiĢləri, mədəni danıĢıq adəti formalaĢır. ġəxsi ünsiyyət, təfəkkür tərzi,
dünyagörüĢ, elmi təsəvvürlər də bu iĢdə əvəzsiz rol oynayır. Orfoqrafik və orfoepik
normalara yiyələnməklə sinifdə müəllim və yoldaĢları qarĢısında ifadəli oxu, ayrı-
ayrı fənn mövzularını səliqəli və rəvan danıĢma uĢaqların mədəni nitqinin
inkiĢafını gündən-günə, aydan-aya, ildən-ilə stimullaĢdırır, müəllimlərinin və sinif
yoldaĢlarının gözəl danıĢığını yamsılamaq hesabına onların düzgün tələffüz
vərdiĢləri də, mədəni danıĢığı da, yazı mədəniyyəti də (inĢa yazılarda) təfəkkürlə
bağlı olaraq yüksək səviyyəyə çatır. Qrammatika təlimi dili, dil qanunlarının
tətbiqini öyrədir. Ġfadəli oxu, Ģeirlərin əzbər söylənilməsi prosesində Ģagirdlərin
nitqi daha da püxtələĢir, səlisləĢir, həm də onların elmi və bədii düĢüncəsinin
formalaĢmasına öz təsirini göstərir. Bu vaxt ana dili müəlliminin nitqi, pedaqoji
ustalığı, rəvan oxusu, gözəl danıĢığı, Ģeirlər söyləməsi, nəcib hərəkətləri, geyimi,
mimika və jestləri Ģagirdlərin nitqinin mədəniləĢməsinə kömək olur, canlı nümunə
kimi onların bədii və estetik zövqünün formalaĢmasında mühüm rol oynayır.
Beləliklə, ailədən, bağçadan, məktəbdən formalaĢ- mağa baĢlanan nitq ədəbi
əsərlərin, ifadəli oxu və rabitəli yazının, müəllimlərin mətbuatın, radio-televiziya
veriliĢlərinin kompleks köməyi ilə səlisləĢir. Deməli, valideynlərin, müəllimlərin,
diktorların, aparıcıların gündəlik və saatlarla danıĢıq üsulu Ģagirdləri gözəl danıĢığa
ruhlandırır. Məktəblilər fikrin dəqiq ifadəsi üçün sözləri düzgün seçməyə, hər
sözün, ifadənin məna tutumunu bilməyə, onları öz yerində iĢlətməyə çalıĢırlar.
Mövzuya, mətnə uyğun lazımi sözləri seçib iĢlətmək, fonetik normaları gözləməklə
nitqin təbiiliyinə, axarlığına, gözəlliyinə xələl gətirən kitab tələffüzündən qaçmaq,
cümlələri qrammatik və üslubi cəhətdən düzgün qurmaq, hər sözün, ifadənin
ahənginə, vurğusuna fikir vermək mədəni nitq üçün əsas Ģərtlərdir. Gözəl Ģifahi
nitq qabiliyyətinə yiyələnmək üçün aĢağıdakı qaydaları öyrənib mənimsəmək
olduqca vacibdir:
1. Nəqli keçmiĢ zamanın düzəldilməsində iĢtirak edən - mıĢ4 Ģəkilçisi II Ģəxsin
təkində - mı4 kimi tələffüz olunmalıdır, yəni Ģ samiti tələffüzdən düĢməlidir:
Məsələn: oxumuĢsan [o-xumusan], yazmıĢsan - [yazmısan], gəlmiĢsən - [gəlmisən]
və s.
2. II Ģəxsin cəmində Ģəxs (xəbərlik) Ģəkilçisi orfoqrafiya qaydalarına görə - sınız4
yazılır, lakin orfoepiya normalarına görə - sız4 Ģəklində tələffüz olunmalıdır:
oynayırsınız [oynayırsız], gəlirsiniz - [gəlirsiz], futbolçusunuz - [futbolçusuz],
tələbəsiniz - [tələbəsiz] və s.
3. Xəbərlik kateqoriyasının III Ģəxs tək və cəmində - dır4,- dırlar4 orfoepiya
normalarına görə - dı4, - dılar4 Ģəklində tələffüz olunur, yəni r samiti deyilmir:
51
oyunçudur - [oyunçudu], tələbədirlər - [tələbədilər], məĢqçidir - [məĢqçidi],
uĢaqlardır - [uĢaqlardı] və s.
4. nb samit səs birləĢməsi bir çox sözdə tələffüz zamanı mb səs birləĢməsi kimi
tələffüz olunur: Ģənbə [Ģəmbə], sünbül - [sümbül], zənbil - [zəmbil] və s. ġifahi
nitqi gözəlləĢdirən amillərlə yanaĢı onu pozan səbəblər də vardır. Bu səbəbləri belə
qruplaĢdırmaq olar:
a) Dialekt tələffüzü: hansı [ha:sı], daha- [da:], mənim [mə:m], sahibini - [sa:bını]
sabah - [saba], Ģəhər - [Ģə:r] və s.
b) fonetik hadisələrlə bağlı tələffüz: tapmaq - [tappağ], qazlar - [qazdar], doğru -
[dorğu], bunun [munun], bu gün [bu gün-nəri], bunlar - [bular], nə edək -
[nağayrağ], sevindi - [söyündü], dalısınca - [dalıynan], öyrənmək [örgənməy],
sonra - [so:ra], on-lar - [olar], yemək - [yımax], bütöv - [bütöy], xəbər [xəvər], [xa-
var], həmən - [haman], tüfəng - [tüəy], tökmək - [töhməx], ye-nə - [genə], məsləhət
- [məslət], sənə - [sə:], xalq - [xalx], ona- [oya] və s.
c) Ərəb mənĢəli sözlərin tələffüzü: layihə - [lahiyə], rayihə -[rahiyə], məĢhur -
[məhĢur], sürət - [surət] və s.
ç) fonetik cəhətdən oxĢar, mənaca müxtəlif sözlərin diqqətsizlik üzündən
tələffüzcə qarıĢdırılması və ya təhrif olunması:
müĢahidə - [müĢayit], icra - [icarə], məsul- [məhsul], məhrum-[mərhum], rəğbət-
[rəqabət], Ģəhid-[Ģahid] və s.
d) orfoepiya normalarından dialekt tələffüzünə keçilməsi: vaxt-vaxıt, çünki-
çünkinə, qorumaq-qourunmaq, görə-gora,,amma-əmbə və s.
e) Adların təhrif olunmuĢ Ģəkildə tələffüzü: Kəmalə -KəmoĢ, Zərifə-Zəri-ZəroĢ,
Qurban-QubiĢ, Təranə-TəroĢ və s.
ə) Tüfeyli, mətləbə dəxli olmayan sözlərin iĢlənməsi: belə deyək, belə deyək də,
necə deyərlər, öz aramızdı, canım sənə desin, onu da qeyd etmək olar ki, elə
götürək bunu, məlum olduğu kimi, yeri gəlmiĢkən deyim ki və s.
f) Qeyri-mədəni nitqdə ədəbsiz sözlər, söyüĢ və qarğıĢlar da özünə yer tapır.
Bunlar dilçilikdə vulqarizmlər adlanır. Vulqar sözlər dilin ən aĢağı üslubi layını
təĢkil edir və bunların böyük əksəriyyəti lüğətlərə düĢmür, lakin müəyyən
məqamlarda insanlar onları iĢlədirlər. Ədəbi dildə müəlliflərin təhkiyə dilində
iĢlədilməsə də, bədii surətlərin daxili aləmini açmaq üçün onlara müəyyən qədər
yer verilir. Məsələn: it oğlu, itin balası, eĢĢək, qoduq, heyvan, mürtəd, allah lənət
eləsin və s.
g) Mənanı sərt, kobud, lakin təsirli ifadə edən sözlər disfemizmlər adlanır.
Evfemizmlərin əksi olan disfemizmlər sinonimi olan sözlərdir, amma onlara ədəbi
dilin bütün üslublarında deyil, ən çox məiĢət, qismən də bədii üslubda -
personajların nitqində rast gəlirik. Məsələn: "ölmək" əvəzinə "gorbagor olmaq",
"cəhənnəmə vasil olmaq"; "getmək" əvəzinə "rədd olmaq", "cəhənnəmə itilmək",
"itilib getmək"; "get" əvəzinə "bas bayıra"; "baĢ" əvəzinə "kəllə" və s. ifadələri
disfemizmlərdir və qeyri-mədəni nitq nümunələri sayılır.
Sual və tapĢırıqlar
1. Mədəni nitq nədir və onun qeyri-mədəni nitqdən fərqi nədədir?
2. Daxili nitqin əsas xüsusiyyətləri hansılardır?
Dostları ilə paylaş: |