52
3. Ədəbi dilə yiyələnməyin yüksək mərhələsi hansı nitqdir? Nə üçün?
4. Daxili nitqdə bütün cümlə üzvləri yerli-yerində iĢlənirmi? Fikrinizi nümunələr
əsasında izah edin.
5. Nitq mədəniyyətinin əsasını nələr təĢkil edir?
6. Qeyri-mədəni nitq dedikdə nə baĢa düĢülür?
7. Savad mədəni və qeyri-mədəni nitqdə nə kimi rol oynayır?
8. Mədəni nitqi müəyyənləĢdirən keyfiyyətlər hansılardır?
9. Məktəbdə Azərbaycan dili fənninin öyrənilməsində vəzifə nədən ibarətdir?
10. Savadlı yazmaq Ģifahi, yoxsa yazılı nitqlə ilə əlaqədardır? Nümunələr
gətirməklə fikrinzi əsaslandırın.
ÇalıĢma 43. VerilmiĢ sözlərin hər birinə əvvəlcə kəmiyyət, sonra mənsubiyyət,
daha sonra müxtəlif hal, ardınca xəbərlik (Ģəxs) Ģəkilçilərini artırıb sıra ilə yazın:
stadion, meydança, matç, cığır, məĢqçi, prezident, federasiya
ÇalıĢma 44. Sözlərdən cümlələr düzəldib yazın:
1) idman, zəngin, var, Azərbaycan, qədim, tarix, və
2) müharibə, ölkəmiz, on minlər, gətirmək, insan, fəlakət, Qarabağ
3) Laçın, faciə, ictimaiyyət, də, çatmamaq, dünya, hələ, Kəlbəcər
4) intizamlı, vəzifə, borc, hər, olmaq, bir, və, deyirlər, tələbə
5) sonra, dincəlmək, bir, qəbul, çox, və, faydalı, etmək, duĢ, az, məĢq
ÇalıĢma 45. ağrı, al, at, bel, boğaz, burun, dolu, düz, dil, inci, kök, qaĢ, qol, quru
sözləri həm çoxmənalı, həm də omonim ola bilir. Əvvəlcə omonim, sonra da
çoxmənalı söz kimi cümlələrdə iĢlədin.
ÇalıĢma 46. Səslərin sayı hərflərin sayından çox olan sözləri seçib transkripsiyada
yazın:
Aynurə, cəmiyyət, çiçək, dostluq, ailə, xasiyyət, hökmdar, hovuz, hövsələ, müasir,
neftçi, polad, Faiq, Ģlüz, Ģeir, qulaq, tövbə, üzrlü
ÇalıĢma 47. Vurğusu son hecaya düĢən sözləri göstərin:
kamera, Nəzirə, gümüĢ, qrafika, söyüd, güllük, Asiya, sanki, tirmə, barama, albalı
ÇalıĢma 48. Vurğusunun yerini dəyiĢərkən mənası dəyiĢən sözləri tapın, hansı
mənalarda iĢlənə bildiyini misallarla göstərin:
Xəyyam, əyin, saqqal, gəlin, səpin, ilmə, bildir, gəlir, güldür, süzmə, dondurma
ÇalıĢma 49. Ahəng qanununa tabe olmayan əsl Azərbaycan sözlərini ayrıca yazın,
nə üçün ahəng qanununa tabe olmadığını qeyd edin:
Güldan, ilan, çörək, ilmə, Türkan, hafizə, ilxı, metal, iĢıq, oyun, ilğım, afərin
ÇalıĢma 50. Qrupunuzda xoĢagəlməz bir hadisə baĢ vermiĢdir. Üç nəfər tələbənin
adından akt tərtib edin. Akta verilən tələbləri göstərin.
NİTQİN ƏSAS KEYFİYYƏTLƏRİ
Müasir dövrümüz gənc nəslin qarĢısında yüksək nitq mədəniyyətinə yiyələnmək
vəzifəsini qoyur. Dövlət qurumlarından dəfələrlə narazılıq eĢidilmiĢdir ki,
gənclərimiz, xüsusən Bədən Tərbiyəsi və Ġdman Akademiyasının Olimpiya
oyunlarında, dünya və Avropa çempionatlarında öz gücü, iradəsi, dözümlülüyü ilə
fərqlənərək medallar qazanmıĢ tələbə və məzunları efir və ekran qarĢısında, dövlət
53
baĢçısı Prezidentə məlumat verəndə öz uğurlu nəticələri haqqında olduqca sönük
çıxıĢ edir, 4-5 cümlədən ibarət fikirini gözəl, rəvan, səlis dillə ifadə etməkdə
çətinlik çəkirlər, yüksək idman nəticələri ilə bütün dünyanı heyran qoymuĢ
çempionlarımız öz rabitəsiz və sönük çıxıĢları ilə dinlə-yiciləri çox
təəccübləndirirlər. Doğrudanmı səlis, rəvan, gözəl danıĢmağı bacarmaq belə
çətindir? Axı gözəl danıĢığa yiyələnmək həyatda qazanılır və hər kəsin özündən
asılıdır. Hələ eramızdan əvvəl yunan və Roma natiqlik məktəblərinin görkəmli
nümayəndələri Diogen və Demetriy nitqin beĢ keyfiyyətini - təmizliyini, aydınlığı,
yığcamlığı, məqsədəuyğunluğu və gözəlliyini əsas sayaraq mədəni nitqi
müəyyənləĢdirən mə ziyyətlərin həlledici olduğunu önə çəkirdilər.
NİTQİN DÜZGÜNLÜYÜ
Nitqin düzgünlüyü eyni dərəcədə onun forması və məzmununa hesablanmıĢ
anlayıĢdır, yəni formaca və məzmunca düzgün qurulmuĢ nitqdir. Düzgün nitqə
yiyələnmək üçün təkcə qrammatik qaydalara riayət etmək azdır, ədəbi dilin digər
normaları da nəzərdə saxlanılmalıdır. Ġlk növbədə cümlələr məntiqi cəhətdən
düzgün qurulmalı, dilin fonetik, leksik və qrammatik normaları pozulmamalıdır.
Hadisələr, faktlar, onların səbəb-nəticə əlaqələri bilərəkdən təhrif olunmuĢ Ģəkildə
dilə gətirilməməli, reallıqdan uzaqlaĢma hallarına, yalan məlumatlara, layiq
olmayan təriflərə, nöqsanların ört-basdır edilməsinə yol verilməməlidir. Deməli,
düzgün nitq ifadə olunan fikrin həqiqiliyindən, doğru-dürüstlüyündən çox asılıdır.
Tarixi reallığı düzgün qiymətləndirə bilməyən natiqin, mühazirəçi, məruzəçi,
icmalçının çıxıĢı dil normalarına cavab versə də, düzgün nitq sayıla bilməz. Nitqin
düzgünlüyü yalnız o zaman təmin oluna bilər ki, nitq söyləyən Ģəxs bədii təsvir
vasitələrindən, sinonimlərdən, obrazlı ifadələrdən, yeri gəldikcə atalar sözləri,
zərb-məsəllərdən, aforizmlərdən məqamında da bəhrələnsin. Deməli, nitqin
düzgünlüyü üçün məntiqi və qrammatik cəhətdən düzgün qurulmuĢ cümlələr əsas
götürülməklə ədəbi tələffüz qaydaları gözlənilməli, normal diksiya, nitq fasilələri,
məntiqi vurğu nəzərdə saxlanılmalıdır. Nitqi ağırlaĢdıran, məzmunun dinləyicilərə
çatdırılmasını çətinləĢdirən, həcmcə böyük, dolaĢıq, təm-taraqlı cümlələr
iĢlədilməməlidir. Nitqin düzgünlüyü natiqlə dinləyicilər arasında qarĢılıqlı
anlaĢmanı təmin edir. Nitqin düzgünlüyü ədəbi dil normaları daxilində
mümkündür. Kommunikativ keyfiyyətə xidmət edən düzgünlük gerçəklik
haqqında verdiyi məlumata düz mütənasibdir. Düzgünlük anlayıĢı, əsasən,
mövzuya aiddir. Mövzu dəqiq və konkret olarsa, natiq də öz fikrini dəqiq və
yığcam qura bilər. Deməli, nitqin düzgünlüyü dedikdə cümlələrin qrammatik
cəhətdən düzgün qurulması, sözlərin yerli-yerində iĢlədilməsi, fikrin aydın, dəqiq,
məntiqi ardıcıllıqla və ədəbi tələffüz normalarına uyğun ifadə olunması baĢa
düĢülür.
NİTQİN DƏQİQLİYİ
Dəqiqlik nitqin ilk və əsas Ģərtidir. Fikrin aydın izahı dəqiq düĢüncənin nəticəsidir.
Dəqiqlik və yığcamlıq nitqin əsas məziyyətləri kimi zəngin söz ehtiyatı hesabına
baĢa gəlir. Söz ehtiyatı zəngin olan adamın nitqi dəqiq ola bilər. Dəqiq nitq
Dostları ilə paylaş: |