Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə25/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   65

52 
 
3. Ədəbi dilə yiyələnməyin  yüksək mərhələsi  hansı nitqdir? Nə üçün? 
4.  Daxili  nitqdə  bütün  cümlə  üzvləri  yerli-yerində  iĢlənirmi?  Fikrinizi  nümunələr 
əsasında izah edin. 
5. Nitq mədəniyyətinin  əsasını nələr təĢkil  edir? 
6. Qeyri-mədəni  nitq dedikdə nə baĢa düĢülür? 
7. Savad mədəni və qeyri-mədəni  nitqdə nə kimi  rol oynayır? 
8. Mədəni nitqi  müəyyənləĢdirən  keyfiyyətlər  hansılardır? 
9. Məktəbdə Azərbaycan dili  fənninin  öyrənilməsində  vəzifə  nədən ibarətdir? 
10.  Savadlı  yazmaq  Ģifahi,  yoxsa  yazılı  nitqlə  ilə  əlaqədardır?  Nümunələr 
gətirməklə  fikrinzi  əsaslandırın. 
 
ÇalıĢma  43.  VerilmiĢ  sözlərin  hər  birinə  əvvəlcə  kəmiyyət,  sonra  mənsubiyyət, 
daha sonra müxtəlif  hal, ardınca xəbərlik  (Ģəxs) Ģəkilçilərini  artırıb sıra ilə yazın: 
stadion, meydança, matç, cığır, məĢqçi, prezident, federasiya 
ÇalıĢma 44. Sözlərdən cümlələr  düzəldib yazın: 
1) idman, zəngin,  var, Azərbaycan, qədim, tarix,  və 
2) müharibə,  ölkəmiz,  on minlər,  gətirmək,  insan, fəlakət,  Qarabağ 
3) Laçın, faciə, ictimaiyyət,  də, çatmamaq, dünya, hələ, Kəlbəcər 
4) intizamlı,  vəzifə,  borc, hər, olmaq, bir, və, deyirlər, tələbə 
5) sonra, dincəlmək, bir, qəbul, çox, və, faydalı, etmək, duĢ, az, məĢq 
ÇalıĢma  45.  ağrı,  al,  at,  bel, boğaz, burun, dolu, düz, dil, inci, kök, qaĢ, qol, quru 
sözləri  həm  çoxmənalı,  həm  də  omonim  ola  bilir.  Əvvəlcə  omonim,  sonra  da 
çoxmənalı söz kimi  cümlələrdə  iĢlədin. 
ÇalıĢma  46.  Səslərin  sayı  hərflərin  sayından  çox olan sözləri seçib transkripsiyada 
yazın: 
Aynurə,  cəmiyyət,  çiçək,  dostluq,  ailə,  xasiyyət, hökmdar, hovuz, hövsələ, müasir, 
neftçi, polad, Faiq, Ģlüz, Ģeir, qulaq, tövbə, üzrlü 
ÇalıĢma 47. Vurğusu son hecaya düĢən sözləri göstərin: 
kamera, Nəzirə,  gümüĢ, qrafika, söyüd, güllük, Asiya, sanki, tirmə,  barama, albalı 
ÇalıĢma  48.  Vurğusunun  yerini  dəyiĢərkən  mənası  dəyiĢən  sözləri  tapın,  hansı 
mənalarda  iĢlənə  bildiyini  misallarla  göstərin: 
Xəyyam,  əyin, saqqal, gəlin,  səpin, ilmə,  bildir,  gəlir,  güldür,  süzmə, dondurma 
ÇalıĢma  49.  Ahəng  qanununa  tabe  olmayan  əsl  Azərbaycan  sözlərini ayrıca yazın, 
nə üçün ahəng  qanununa tabe olmadığını qeyd edin: 
Güldan, ilan,  çörək, ilmə, Türkan, hafizə,  ilxı, metal,  iĢıq, oyun, ilğım, afərin 
ÇalıĢma  50.  Qrupunuzda  xoĢagəlməz  bir  hadisə  baĢ  vermiĢdir.  Üç  nəfər  tələbənin 
adından akt tərtib edin. Akta verilən  tələbləri  göstərin. 
 
NİTQİN ƏSAS KEYFİYYƏTLƏRİ 
Müasir  dövrümüz  gənc  nəslin  qarĢısında  yüksək  nitq  mədəniyyətinə  yiyələnmək 
vəzifəsini  qoyur.  Dövlət  qurumlarından  dəfələrlə  narazılıq  eĢidilmiĢdir  ki, 
gənclərimiz,  xüsusən  Bədən  Tərbiyəsi  və  Ġdman  Akademiyasının  Olimpiya 
oyunlarında,  dünya  və  Avropa  çempionatlarında  öz  gücü,  iradəsi,  dözümlülüyü ilə 
fərqlənərək  medallar  qazanmıĢ  tələbə  və  məzunları  efir və ekran qarĢısında, dövlət 


53 
 
baĢçısı  Prezidentə  məlumat  verəndə  öz  uğurlu  nəticələri  haqqında  olduqca  sönük 
çıxıĢ  edir,  4-5  cümlədən  ibarət  fikirini  gözəl,  rəvan,  səlis  dillə  ifadə  etməkdə 
çətinlik  çəkirlər,  yüksək  idman  nəticələri  ilə  bütün  dünyanı  heyran  qoymuĢ 
çempionlarımız  öz  rabitəsiz  və  sönük  çıxıĢları  ilə  dinlə-yiciləri  çox 
təəccübləndirirlər.  Doğrudanmı  səlis,  rəvan,  gözəl  danıĢmağı  bacarmaq  belə 
çətindir?  Axı  gözəl  danıĢığa  yiyələnmək  həyatda  qazanılır  və  hər  kəsin  özündən 
asılıdır.  Hələ  eramızdan  əvvəl  yunan  və  Roma  natiqlik  məktəblərinin  görkəmli 
nümayəndələri  Diogen  və  Demetriy  nitqin  beĢ  keyfiyyətini  -  təmizliyini,  aydınlığı, 
yığcamlığı,  məqsədəuyğunluğu  və  gözəlliyini  əsas  sayaraq  mədəni  nitqi 
müəyyənləĢdirən  mə ziyyətlərin  həlledici  olduğunu önə çəkirdilər. 
 
NİTQİN DÜZGÜNLÜYÜ 
Nitqin  düzgünlüyü  eyni  dərəcədə  onun  forması  və  məzmununa  hesablanmıĢ 
anlayıĢdır,  yəni  formaca  və  məzmunca  düzgün  qurulmuĢ  nitqdir.  Düzgün  nitqə 
yiyələnmək  üçün  təkcə  qrammatik  qaydalara  riayət  etmək  azdır,  ədəbi  dilin  digər 
normaları  da  nəzərdə  saxlanılmalıdır.  Ġlk  növbədə  cümlələr  məntiqi  cəhətdən 
düzgün  qurulmalı,  dilin  fonetik,  leksik  və  qrammatik  normaları  pozulmamalıdır. 
Hadisələr,  faktlar,  onların  səbəb-nəticə  əlaqələri  bilərəkdən  təhrif  olunmuĢ  Ģəkildə 
dilə  gətirilməməli,  reallıqdan  uzaqlaĢma  hallarına,  yalan  məlumatlara,  layiq 
olmayan  təriflərə,  nöqsanların  ört-basdır  edilməsinə  yol  verilməməlidir.  Deməli, 
düzgün  nitq  ifadə  olunan  fikrin  həqiqiliyindən,  doğru-dürüstlüyündən  çox  asılıdır. 
Tarixi  reallığı  düzgün  qiymətləndirə  bilməyən  natiqin,  mühazirəçi,  məruzəçi, 
icmalçının  çıxıĢı dil normalarına cavab versə də, düzgün nitq sayıla bilməz. Nitqin 
düzgünlüyü  yalnız  o  zaman  təmin  oluna  bilər  ki,  nitq  söyləyən  Ģəxs  bədii  təsvir 
vasitələrindən,  sinonimlərdən,  obrazlı  ifadələrdən,  yeri  gəldikcə  atalar  sözləri, 
zərb-məsəllərdən,  aforizmlərdən  məqamında  da  bəhrələnsin.  Deməli,  nitqin 
düzgünlüyü  üçün  məntiqi  və  qrammatik  cəhətdən  düzgün  qurulmuĢ  cümlələr  əsas 
götürülməklə  ədəbi  tələffüz  qaydaları  gözlənilməli,  normal  diksiya,  nitq  fasilələri, 
məntiqi  vurğu  nəzərdə  saxlanılmalıdır.  Nitqi  ağırlaĢdıran,  məzmunun  dinləyicilərə 
çatdırılmasını  çətinləĢdirən,  həcmcə  böyük,  dolaĢıq,  təm-taraqlı  cümlələr 
iĢlədilməməlidir.  Nitqin  düzgünlüyü  natiqlə  dinləyicilər  arasında  qarĢılıqlı 
anlaĢmanı  təmin  edir.  Nitqin  düzgünlüyü  ədəbi  dil  normaları  daxilində 
mümkündür.  Kommunikativ  keyfiyyətə  xidmət  edən  düzgünlük  gerçəklik 
haqqında  verdiyi  məlumata  düz  mütənasibdir.  Düzgünlük  anlayıĢı,  əsasən, 
mövzuya  aiddir.  Mövzu  dəqiq  və  konkret  olarsa,  natiq  də  öz  fikrini  dəqiq  və 
yığcam  qura  bilər.  Deməli,  nitqin  düzgünlüyü  dedikdə  cümlələrin  qrammatik 
cəhətdən  düzgün  qurulması,  sözlərin  yerli-yerində  iĢlədilməsi,  fikrin  aydın,  dəqiq, 
məntiqi  ardıcıllıqla  və  ədəbi  tələffüz  normalarına  uyğun  ifadə  olunması  baĢa 
düĢülür. 
 
   NİTQİN DƏQİQLİYİ 
 Dəqiqlik  nitqin  ilk və əsas Ģərtidir. Fikrin aydın izahı dəqiq düĢüncənin nəticəsidir. 
Dəqiqlik  və  yığcamlıq  nitqin  əsas  məziyyətləri  kimi  zəngin  söz  ehtiyatı  hesabına 
baĢa  gəlir.  Söz  ehtiyatı  zəngin  olan  adamın  nitqi  dəqiq  ola  bilər.  Dəqiq  nitq 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə