Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə22/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

46 
 
sözünü  gizli  saxlamağa  çalıĢır.  Kiçik  yaĢlardan  ev  quran,  Ģəkil  çəkən,  əĢyalarla 
oynayan, təkbaĢına domino, dama, nərd oynayan (əgər ailədə lazımi fiqurlar, daĢlar 
varsa)  uĢaqlar  sorğu-sual  olmadan  ucadan,  səsli  danıĢığa  girib  kiminləsə 
həmsöhbət  olmamıĢdan  əvvəl  daxili  nitqlə  düĢünməyi,  düĢündüklərinri  fikrinə 
gətirərək  sözlərə,  dilə,  ünsiyyət  vasitəsinə  çevirməyi  lazımınca bacarmırlar. Bu halı 
uĢaqların  ümumi  inkiĢaf  səviyyəsinin  göstəricisi  kimi,  əqli,  zehni  düĢüncənin  zəif 
formalaĢması  kimi  də  yozmaq  olar.  Daxili  nitq,  əsasən,  söz  sənətkarlarında  -  Ģair 
və  yazıçılarda  güclüdür.  ġeir  yazanlarda  daxili  nitq  həmiĢə  zahiri  yazılı  nitqdən 
qabağa  düĢür  və  yazıçılara  nisbətən  daha  erkən  yaĢlardan  baĢlanır.  ġeirin  nə 
olduğunu  biləndən,  heca,  qafiyə,  rədif  haqqında  fikir,  mülahizə  formalaĢandan 
sonra  məktəb  illərində  (kimi  lap  erkən,  kimi  yuxarı  yaĢlarda)  onlar  qəlblərindən 
keçənləri  ipə-sapa  düzməyə,  dilə  gətirməyə,  səsli,  zahiri  nitqə  keçməyə  can  atırlar. 
Burada  ailənin,  bağçanın  rolunu  da  kiçiltmək  olmaz.  Söz  deməyi,  söz  incilərini 
qiymətləndirməyi  bacaran,  Ģeiri,  nəğmə,  mahnı,  bayatıları  məlahətlə  söyləyən, 
kitablardan  uca  səslə  oxu-yub  eĢitdirməyi  xoĢlayan  Ģəxslərin  əhatəsində  olanlarda 
bu  proses  daha  güclü  gedir.  Əlbəttə,  məqalə  yazmağı  bacarmayanlar  hekayə 
yazmağa  giriĢməzlər.  Alimlərə  gəldikdə  isə  nəticələr  bilavasitə  dərin  təfəkkürün 
məhsulu  olduğu  üçün  onlar  öz  növbələrini  hələ  ali  məktəb  skamyalarında 
əyləĢəndən  sonra  iĢə  giriĢə  bilərlər.  Axı  onlar  elmi  axtarıĢların  nəticələrini 
ümumiləĢdirib,  mülahizələrini  ardıcıl,  sistemli  Ģəkildə,  terminlər,  düsturlar, 
sxemlər,  rəqəmlərlə  formalaĢdırmalı  olurlar.  Daxili  nitqi  siyasətdən,  etik 
normalardan  uzaq  nitq  kimi  xarakterizə  edənlər  də  vardır.  Bu  fikir  hər  məqamda 
özünü  doğrultmur.  Daxili  nitq  eĢidilmək  üçün  olmadığından  bəzi  insanlar  özündə 
sərbəstlik  hiss  edir,  fikrindən  keçən  vulqar,  loru  sözləri,  arqo  və  jarqonları, 
dialektizmləri,  məhəlli  sözləri  düĢünməkdə,  iĢlətməkdə  sərbəstdirlər,  çünki 
baĢqasının  yanında  deyilməyən,  yaxud  yazılmayan  söz  və  ifadələr,  söyüĢlər, 
qarğıĢlar  onsuz  da dildə mövcuddur və nitq sahibi onların mənasını baĢqaları kimi 
yaxĢı  dərk  edirlər.  Bu,  çox  ciddi  məsələdir,  amma  ciddi  olan,  öz  mənliyini  uca 
tutan,  nitq  mədəniyyətinin,  əxlaq  normalarının  sirlərini  bilən  mədəni  adam  heç 
vaxt  öz  daxili  nitqində  deyilməsi  məqbul  sayılmayan  söz  və  ifadələri  hətta  öz 
ailəsinin  yanında  belə  iĢlətməz  (4,  səh.142)  Daxili  nitqə  ədəbi  bədii  əsərlər 
içərisində  ən  çox  dramatik növlərdə rast gəlirik. Bu nitq manerasına, quruluĢuna və 
dil  vahidlərindən  istifadəsinə  görə  bədii  bir  priyom  kimi  seçilir.  Dram  əsərlərində 
daxili  nitq  personajları  müĢayiət  edir,  gah  obrazın  replikasından  əvvəl,  gah  da 
sonra  gələrək  müəllifin  münasibətini,  personajın  daxili  düĢüncəsini  əks  etdirməyə 
yönəlir,  tamaĢaçıları  obrazın  daxili  aləmini  görməyə  hazırlayır.  Müəllif 
replikalardan  əvvəl,  yaxud  surətin  adından  sonra  mötərizədə  "səktə","öz-özünə, 
"öz-özünə  yavaĢca",  "öz-özünə  mırıldanır  (deyinir,  donquldanır)",  "fikrə  gedir", 
"öz-özündən soruĢurmuĢ kimi" və s. söz, söz birləĢmələri, elliptik  cümlələr  iĢlədir. 
 
Nümunə: 
Tələbə  qız  (Ģən  tərzdə  Cavadla  MüĢfiqə  müraciətlə):  Keçən  dəfə  siz,  Belə  Ģərt 
kəsdiniz:  Bədahətən  qəzəl deyilsin! 
Cavid: Misraların  birini  Cavad Ġkincisini  MüĢfiq söyləsin! 


47 
 
Tələb qız (Cavadla MüĢfiqə müraciətlə)  Hə, indi  baĢlayın görək. 
MüĢfiq:  Bəs rədif? (Cavada iĢarə ilə)  FikirləĢ  bir az… 
Tələbə qız: Olar mən deyim? - Rədifi  "Olmaz" 
(Cavad  ilə  MüĢfiq  Cavidə  və  məclisə  baxırlar.  Onlar  iĢarə  ilə  razı  olduqlarını 
bildirirlər).  (ġamil  Zaman. Zamana  sözüm. "MüĢfiq" pyesi. Bakı, 2006 səh. 491).  
 
Daxili  nitq  müəllif  baxıĢının,  müəllif  münasibətinin  təzahürü  kimi  verilir.  Daxili 
nitq  özü  üçün  nitq  olsa  da,  sözsüzdür.  Söz  nəzərdə  tutulur,  lakin  səslənmir,  fikrin 
mənasını,  məzmununu  for-malaĢdırır.  Zahiri nitqlə daxili nitqi qarĢılaĢdırsaq nəticə 
kimi  demək  olar:  1)  Daxili  nitq  tələffüz  edilməyən,  səssiz  lal  nitqdir,  zahiri  nitq  isə 
səsli,  eĢidilən  nitqdir;  2)  Zahiri  nitq  Ģifahi  və  yazılı  formada,  daxili  nitq  isə  ancaq 
Ģifahi  formadadır.  3)  Zahiri  nitqi  bütün  dil  vasitələri  ilə  müxtəlif  üslublarda 
səsləndirmək  mümkündür,  daxili  nitqdə  isə  sürətlilik,  subyektivlik,  yığcamlıq, 
elliptivlik  səciyyəvidir,  cümlə üzvləri  yerli-yerində  iĢlənmir  və s. (18,səh.52) 
 
Sual və tapĢırıqlar 
1. Ünsiyyət  Ģəraitindən  asılı olaraq nitq hansı növlərə bölünür? 
2. Zahiri  nitq və onun əsas Ģərtləri nədir? 
3. Ədəbi bil normaları  hansı nitqdə tam gözlənilir? 
4. Daxili  nitq necə prosesdir? 
5.  Tələffüz  olunmyan  səssiz  nitq  necə  təzahür  edir  və  hansı  formalarda  özünü 
göstərir? 
6. Kiçik  yaĢlı uĢaqlarda daxili  nitq hansı formada gedir? 
7.  Daxili  nitq  hansı  əsərlər  üçün  səciyyəvidir?  Daxili  nitqi  bədii  bir  priyom  kimi 
götürmək olarmı? 
8. Zahiri  nitqin  hansı formaları vardır? Bəs daxili  nitq hansı formada olur? 
9. Daxili  nitq zahiri  nitqdən nə ilə  fərqlənir? 
10.  Zahiri  və  daxili  nitqin  xüsusiyyətlərini  ayrı-ayrılıqda  göstərin  və  onları 
müqayisə edin. 
ÇalıĢma 38. Mətni  oxuyun, nitqin  növlərini  aydınlaĢdırın. 
…  Oğlan  gözlərini  qızdan  çəkməyərək  ikinəfərlik  oturacaqdan  nə  vaxt  ayağa 
qalxdığını bəlkə özü də hiss etmədi. 
- Buyurun,  əyləĢin,  xanım qız! 
Qız  birdən-birə  ona  edilən  təklifdən  azca  tutuldu.  Əvvəlcə  nə  cavab  verəcəyini 
kəsdirə  bilmədi.  Nəhayət:  -  Sağ  olun!  Mənə  belə  yaxĢıdır.  -  deyə  dilucu  cavab 
verdi. 
- O…O… Dəyməz. Buyurun, əyləĢin.  Borcumuzdur. 
Oğlan  son  cümləsini  elə  yavaĢca  dedi  ki,  bəlkə  də  onunla  yanaĢı  oturmuĢ  qadın 
belə bunu eĢitmədi. Sonra o, gözucu qoca kiĢiyə tərəf baxdı. Sol əlini cibinə qoyub 
bir  addım  kənara  çəkildi,  əks  tərəfə  baxan  pəncərəyə  yanaĢdı,  baĢı  üzərində 
avtobus  boyu  uzanmıĢ  tutacaqdan  yapıĢdı.  Pəncərədən  baxa-baxa  ürəyindən 
keçirtdi:  -  Canı  yanmıĢ,  nə  qızdır!  Yerini  verəndə  də gərək beləsinə verəsən, daha 
uĢaqlı qadına yox.Hədsiz bir sevincin iĢartısı onun gözlərində oynayırdı. "Hörmət, 
bax  budur".  Sonra  "himm…"  edərək  dodaqlarına  çatmayan  səslə  öz-özünə  dedi: 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə