Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə30/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   65

62 
 
Sual və tapĢırıqlar 
1.  Dəqiqlik  hansı  üslubun  (bədii,  publisistik,  elmi,  iĢgüzar  və  ya  ailə-məiĢət) 
səciyyəvi  xüsusiyyətidir? 
2. Sözləri düzgün tələffüz  etmək nəyin  göstəricisidir? 
3.  Düzgün  olmayan  tələffüzün  sözün  mənasını  dəyiĢdirdiyini  xatırlayaraq  bir  neçə 
nümunə  göstərin. 
4. Hansı nitq forması düzün hesab olunur? 
5. Hansı nitq təmiz  hesab edilir? 
6. Nitqin  təmizliyinin  pozulmasına gətirib  çıxaran səbəblər hansılardır? 
7.  Bədii  əsərlərdə  dialekt  sözlərinə  nə  vaxt  yer  verilir?  Bəs  hansı  məqamlarda 
dialektizmlərə  yer verilməsi  məqbul sayılmır? 
8.  Məhəlli  elementlərə,  loru  sözlərə,  jarqonizmlərə,  əcnəbi  sözlərə  təmiz nitqdə rast 
gəlmək  olurmu?  Əgər rast gəliriksə,  belə nitqi  necə adlandırırlar? 
9. Nitqin  aydınlığını necə baĢa düĢürsünüz? 
10. Nitqin  münasibliyi  üçün əsas Ģərtlər hansılardır? 
 
ÇalıĢma  54.  Kiçik  bir  məqalə  yazın,  onun  giriĢ,  orta  (əsas)  hissə  və  sonluğunun 
həcm nisbətini  izah  edin. 
ÇalıĢma  55.  Mətndəki  fonetik,  leksik  və  morfoloji  dialektizmləri  göstərin.  Məhəlli 
xüsusiyyətlərin  hansı dialektə  aid olduğunu müəyyənləĢdirin: 
…  Hamı  əsəbiləĢmiĢdi,  hətta  cavanlardan  bir  neçəsinin  çıxıb  evlərinə  getdiklərini 
görən Cəbo yenidən baĢladı və: 
-  Ə,  noldu  ə?  Bir  kiĢi tapılmadı mənim maĢınımı yusun? Pul verirəm da bə, müftə 
yumayacaq  ki?  -dedi.  Bu  sözlərdən  sonra  Zalı  Məmmədoğlu  Cəbonu  nə  ilə,  necə 
vurdusa onu çul kimi  yerə sərdi və dedi: 
- Ədə, köpəyin balası, bu kənddə səni tanımırlar kimsən? 
Hansını  deyim  ə?  Niyə  belə  qudurdun,  bala?  Və  Zalı  Məmmədoğlu  özünü 
dədəsinin  üstünə  atan  Kamranı  görən  kimi:  -  Ədə,  qoduq,  apar  onu  əvə,  ayılsın, 
sonra  buraxın  adam  içinə.  Bəsdir,  adam  qudurur  ey,  ta  belə  yox!  Ġtin  balaları,  elə 
bilirsiniz  camaatın  mənliyi-filanı  yoxdur?  Ə,  qanın  da  buları?!  Dünənə  kimi 
acından köpük qusurdunuz dana! Bir tikə, Allah yetirən çörəyi nə üçün adam balası 
kimi  yemirsiniz  ə,  hi?  Zalı  Məmmədoğlu  kənddə  montyor  iĢləyirdi  və  ailəsini 
namusla  dolandıran  kiĢilərdən  idi;  bir  tikə  çörəyi  o,  daĢdan  çıxarırdı,  əlindən inni-
cinni  qurtarmazdı:  pəncərələrə  ĢüĢə  salmaq,  qapı-pəncərə  qayırmaq,  elektrik 
avadanlıqları  təmirçisi,  xolodilnik  ustası,  radiyo,  televizor, bir sözlə, necə deyərlər, 
Zalı  belə  Zalı  idi.  (ġamil  Zaman.  Qarabağları  tərənnüm  edirəm.  (...  Bakı,  2007, 
səh.83) 
 
NİTQİN MƏNTİQLİYİ 
Obyektiv  gerçəkliyi doğru, dürüst əks etdirən hökm, fikir məntiqə əsaslandığı üçün 
məntiqi  nitq  adlanır.  Məntiqə  əsaslanaraq  mülahizə  və  mühakimələrini  düzgün  və 
konkret  ifadə  edən  natiqin  nitqi  kommunikativ  keyfiyyət  kimi  dəqiq  olur,  yəni 
məzmun  insan  təfəkkürünün  məhsulu  kimi  meydana  gəlir.  Məntiqilik  Ģifahi  xalq 
ədəbiyyatı  nümunələrində  -  əfsanə,  nağıl,  qaravəlli  və  təmsillərdə  Ģüurlu  olaraq 


63 
 
pozulur,  söz  və  ifadələrin  semantikası  bilərəkdən  ĢiĢirdilir,  ya  da  kiçildilir.  Məs: 
Yeddi  gün,  yeddi  gecə  yol  getdi;  Koroğlu  yeddi  qazan  plovu yedi; Qırx gün, qırx 
gecə  yatdı;  Dərələrdən  sel  ki-mi,  təpələrdən  yel  kimi  keçdi;  Göydən  üç  alma 
düĢdü;  Uçan  xalçaya  mindi;  Sehirli  papağı  geyib  görünməz  oldu;  Yeddi  baĢlı 
əjdahanın canını aldı; Zümrüd quĢunun qanadına minib qaranlıq dünyadan çıxdı və 
s.  Məntiqilik  nitqin  ən  mühüm  keyfiyyətidir.  Elmi  informasiya  məntiqə  əsaslanır, 
insanlar  onu  dərk  etməkdə  çətinlik  çəksələr  də,  fikrin  düzgünlüyü  və  həqiqiliyi 
kimlərdəsə  Ģübhə doğurmur. 
 
 
NİTQİN AHƏNGDARLIĞI 
Nitqin  ahəngdarlığı  deyiləndə  onun  səlisliyi,  gözəlliyi,  axıcılığı,  rəvanlıq 
gözlənilməklə  materialın  alçaq  tondan  baĢlayaraq  uca  tona  doğru  yüksəlməsi,  eyni 
zamanda  avazın,  tempin  dəyiĢməsi,  dinləyiciləri  özünə  cəlb  etmə  qabiliyyəti,  dilin 
fonetik  imkanlarından  bəhrələnməklə  cümlədə  eyni  köklü  üzvlərin  ardıcıl 
sıralanması  və  sadə  fikirlərin  mürəkkəbə  doğru  faktlar  və  rəqəmlərlə  ahəngdar 
verilməsi  nəzərdə tutulur. 
 
NİTQİN ZƏNGİNLİYİ 
Zəngin  söz  ehtiyatına  malik  natiq  yalnız  dilin  incəliklərinə  bələdlik  nəticəsində  öz 
nitqini  rəngarəng  qura  bilir.  Nitqin  zənginliyinin  baĢlıca  amili  onda  dil  vahidlərinin 
təkcə  çoxluğu  deyil,  rəngarəngliyidir.  Natiq  öz  fikirlərini  daha  münasib  sözlərdən  - 
sinonimlərdən,  antonimlərdən,  frazeoloji  birləĢmələrdən,  ibarələrdən,  məcazların 
müxtəlif  növlərindən  istifadə  hesabına  nitqini  maraqlı  qurur,  onların  asan  dərk 
edilməsi  ilə  dinləyicilərə  xoĢ  təsir  bağıĢlayır.  Deməli,  nitqin  zənginliyi  dilin  ifadə 
və  təsvir  vasitələri  hesabına  baĢa  gəlir.  Nitqin  zənginliyi  dil  strukturundan, xüsusən 
aktiv  söz  ehtiyatının  kəmiyyət  və  keyfiyyətindən  asılı  olan  məsələdir.  Nitqin 
zənginliyi  bütün  üslublar  üçün  vacib  olsa  da,  bədi  üslubda  o  daha yüksək, elmi və 
publisistik  üslublarda  nisbətən  aĢağıdır.  Səbəbi  də  onunla  izah  edilir  ki,  bədii 
əsərlərdə  yazıçının  dilin  bütün  laylarında  iĢlənən  sözlərdən  istifadə  etmək  hüququ 
var,  amma  elmi  və  publisistik  üslublarda  mövzu  ilə  əlaqədar  sahə  sözləri  və 
terminlər  çoxluq  təĢkil edir. Bədii əsərdə yazıçının söz ehtiyatı zəngin olduğu üçün 
o,  hadisələri  dəqiq,  incə,  ifadəli,  obrazlı  və  orijinal  üsulda  ifadə  imkanına malikdir. 
O,  sözlərin  leksik-semantik  zənginliyindən  tutmuĢ  intonasiya  və  ritm  incəliklərinə 
qədər  bütün  dil  vasitələrinə  müraciət  etməkdə  azaddır.  Nitqin  zənginliyinin  əsas 
əlaməti  onda  iĢlənən  sözlərin  təkrar  olunmadan  kəmiyyətcə  çoxluğudur.  GeniĢ 
dünyagörüĢünə,  mükəmməl  savada,  daimi  mütaliəyə  malik  Ģəxsin  söz  ehtiyatı 
kəmiyyət  və  keyfiyyətcə  çox  zəngin  olur.  Söz  sənətkarlarının  -  Ģair  və  yazıçıların 
bədii  nitqinin  zənginliyi  məhz  bu  hesabadır.  Biz  tələbələrimizin,  o  cümlədən, 
gələcək  məĢqçi  və  bədən  tərbiyəsi  müəllimlərimizin  zəngin  nitq  mədəniyyətinə 
nail  olmasını,  mədəni  və  savadlı  Ģəxs  kimi  yetiĢməsini  istəyiriksə,  onlara  ana 
dilimizdə  radio-televiziya  veriliĢlərini  diqqətlə  izləməyə,  mütaliə  etməyə  maraq 
oyatmalı,  müxtəlif  vasitələrlə  -  disputlar,  bədii  gecələr,  Ģair  və  yazıçılarla  görüĢlər 
keçirməklə,  sözlərin,  ifadələrin,  cümlələrin  ifadə  tərzinə  diqqəti  yönəltməklə, 
nitqin 
məziyyətlərini 
mənimsətməklə 
onların 
söz 
ehtiyatını 
artırıb 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə