Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə29/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   65

60 
 
informasiya  mübadiləsi  aparması  gözlənilməli,  nitqin  məzmunu,  məqsədi, 
istiqaməti  aydın  olmalı,  natiqin  (müəllimin,  lektorun,  mühazirəçi,  məruzəçi  və  ya 
çıxıĢ  edənin)  nəzəri  və  praktik  hazırlığı  iĢtirak  edənlərin,  dinləyən  və  ya 
oxuyanların  marağı  dairəsində  olmalıdır.  Ġctimai  yerlərdə  dövlət  əleyhinə  müəyyən 
sirləri  danıĢmaq,  dövlət  kəĢfiyyat  iĢlərindəki  müəyyən  məlumatları  danıĢmaq 
olmaz.  Hərbi  hissələrin  nömrəsini,  yerini  bildirmək  də  bu  qəbildəndir.  Buna  görə 
də  "N"  hərfi  ilə  hissəyə  iĢarə  edilir.  Yaxud,  danıĢıqda  əxlaq  normalarına  görə  heç 
kəs  öz  arvadının adını yad kiĢilər arasında çağırmır. Ümumiyyətlə, azərbaycanlılar 
qadın  qız  adlarını  məclislərdə,  ictimai  yerlərdə  kiĢilər  arasında  çəkməyi  düzgün 
saymırlar.  Cavan  gəlin  və  ya  ər  hətta  valideynlərinin  yanında  belə  "mənim 
arvadım",  "mənim  ərim"  ifadələrini  iĢ-lətmir,  baĢqalarının  yanında  isə  onların 
adlarını  çəkməyi  əxlaq  qaydalarına  görə  münasib  görmürlər.  Dilçilikdə  buna  tabu 
deyilir. 
Elə 
bu 
səbəbdən 
A.Bakıxanovun  "Kitabi-Əsgəriyyə"  əsərində, 
Ə.Haqverdiyevin  "Xəyalat"  pyesində,  A.ġaiqin  "Məktub  yetiĢmədi"  hekayəsində 
qadın  obrazı  verilməmiĢ,  qadın  adı  çəkilməmiĢdir. KeçmiĢ əxlaq normalarına görə 
kiĢi  arvadının  adını  böyüklərinin  yanında  deyə  bilməzdi,  "uĢaqların  anası"  və  ya 
"filankəsin  qızı"  (əgər  tanınmıĢ  kiĢinin  qızı  idisə)  deyə  iĢarə  edərdi.  Bu  hal  baĢqa 
xalqlar  üçün  xarakterik  deyil.  Ruslar  "maya  je-na",  fransızlar  "ma  fam"  deməkdən 
nəinki  çəkinmirlər,  əksinə,  qürur  duyurlar.  YaxĢı  danıĢmaq,  sərt  mənanı 
yumĢaltmaq  üçün  evfemizmlərdən  də  istifadə  olunur.  "Yox"  əvəzinə  "xeyr"; 
"yalandır"  əvəzinə  "doğru  deyil",  "həqiqətə  uyğun  deyil";  "xoĢ  getdin"  əvəzinə 
"xoĢ  gəldin";  "demək"  əvəzinə  "buyurmaq";  "ölmək"  əvəzinə  "rəhmətə  getmək", 
"ömrünü  bağıĢlamaq"  və  s.  kimi  sinonim  söz  və  ifadələri  iĢlətməyə  üstünlük 
verilir.  Nitqin  münasibliyi  üçün  formaca  eyni,  məzmunca  müxtəlif  olan  sözlərə  - 
omonimlərə  yazılı  nitqdə  geniĢ  yer  ayrılır.  Çünki  Ģifahi  nitqdə  sözün  mənasına 
daha  çox  fikir  verildiyi  halda  yazılı  nitq  həm  forma,  həm  də  məzmun  cəhətdən 
münasib  və  dəqiq  olmalıdır.  YazılıĢına  görə  müxtəlif,  səslənməyə  görə  eyni  olan 
sözlər  -  omofonlar  nitq  prosesində  səslərin  təhrifi  ilə  meydana  çıxır.  Məsələn: 
Külək qapını aĢdı (açdı)  - O, baryeri aĢdı. ġeirdə belə sözlər ritm və qafiyə xatirinə 
omofon  Ģəklinə  salınır.  AĢıq  Ģeirinin təcnis janrında qafiyələr cinas sözlər üzərində 
qurulur: 
Mən qurban eylərəm  yara canımı, 
Götürüb doğraya, yara canımı. 
Alıb təpə-dırnaq yara canımı, 
Bilmirəm  dərmanı, ay ana, ana. 
(A.Ələsgər) 
ġair  "yara"  sözlərini  cinas  məqamında  iĢlətmiĢdir.  Birinci  "yar"  ismi  yönlük  halda, 
ikinci  "yarmaq"  feilinin  arzu  forması,  üçüncü  isə  "əzik,  xəstəlik"  mənasında  olan 
"yara"  sözüdür.  Belə  omofonlar  həm  fonetik-üslubi,  həm  də  semantik-  məntiqi 
cəhətdən  fikri  qüvvətləndirməyə  xidmət  edir.  Dildə  yazılıĢı  eyni,  səslənməsi 
müxtəlif  olan  sözlərə  -  omoqraflara  isə  həm  yazılı,  həm  də  Ģifahi  nitqdə  çox  rast 
gəlirik:  gəlin  (isim)  -  gəlin  (felin  əmr  forması),  açar  (isim)-  açar  (felin  qeyri-qəti 
gələcək  zamanı),  bağlar  (isim,  cəm  halda)-  bağlar  (bağlamaq  feli qeyri-qəti gələcək 
zamanda)  və  s.  Belə  sözlər  mənasına,  vurğunun  yerinə  görə  bir-birindən  fərqlənir. 


61 
 
Dildə  mənanı  daha  dəqiq  ifadə  etmək  baxımından  sinonimlərin  də  rolu  böyükdür. 
Müxtəlif  məna  çalarlıqlarına  malik  anlayıĢları  bildirən  sinonimlər  ifadə  formasına 
görə  fərqlidir.  Ağ  eləmək  -  ağ  yalan  danıĢmaq,  əyləĢmək  -oturmaq,  dinləmək- 
eĢitmək-qulaq  asmaq,  yaĢlı-qoca-ağsaqqal,  qaçmaq-yüyür-mək,  ölmək-gözlərini 
əbədi  yummaq-dünyasını  dəyiĢmək-dünyadan  köçmək  və  s.  sinonimləri  nitqdə 
danıĢıq Ģəraitindən, iĢlənmə məqamından, üslubi və subyektiv münasibətindən asılı 
olaraq danıĢanın və ya yazanın fikrinə  uyğun  Ģəkildə öz ifadəsini  tapır. 
NİTQİN RABİTƏLİYİ 
 Nitq  prosesində  əgər  sözlər  yerli-yerindədirsə,  cümlələr  düzgün  qurulmuĢsa, 
mövzu  rabitəli,  əlaqəli  Ģəkildə  Ģərh  olunursa,  deməli,  informasiya  verən  ifadə etdiyi 
fikri  yaxĢı  bilir,  onun  mahiyyətini  hərtərəfli  dərk  edir.  Belə  vaxt  hadisənin,  faktın 
izah  olunma  ardıcıllığı  məntiqə  əsaslanır.  Ümumiyyətlə,  ardıcıllıqla  Ģərh  olunan 
material  yaxĢı  anlaĢılır,  mənimsənilir.  Bunun  üçün  materialın  əsas  və  ikinci 
dərəcəli  məsələləri  bir-birindən  ustalıqla  ayrılmalı,  ikinci  dərəcəlilərin  üzərində 
çox  durmayıb  əsas  məsələnin  izahına  keçmək  vacibdir.  Natiq  əsas  məsələnin 
üzərində  xüsusi  dayanmaqla  onun  mahiyyətini  öz  sözləri,  düĢüncəsi  və  üslubu  ilə 
rabitəli  ifadə etməlidir. 
NĠTQĠN ORĠJĠNALLIĞI 
Özünəməxsusluğu  ilə  seçilən,  bir  sıra  məziyyətləri  ilə  fərqlənən  nitq  orijinal 
sayılır.  Təbii  ki,  belə  nitq  bir  konfransda,  iclasda,  toplantıda  yalnız  bir  və  ya  iki 
nəfərdə alına bilər. Nitqin  orijinallığı  özünü nədə göstərir? 
1)  ġifahi  nitqdə  baĢqalarından  seçilən  fərdi,  bəzi  hallarda  tələffüz  tərzində.  Natiq 
cümlələrdəki  ayrı-ayrı  sözləri,  məqamında  ayrı-ayrı  hecaları,  məntiqi  vurğunu  çox 
aydın  diksiya  ilə  tələffüz  edir,  söz  və  qrammatik  formalarda  orfoepik  normaları 
tam  gözləyir,  ucadan,  lakin  aramla,  tələsmədən  danıĢır,  intonasiya  çalarlarından, 
sözlərin  avazlanmasından  məzmuna  uyğun  bacarıqla bəhrələnir. 
2)  Mövzu  ilə  əlaqədar  sitatlardan,  poetik-üslubi  ifadələrdən,  aforizmlərdən,  atalar 
sözləri,  zərb-məsəllərdən  bacarıqla  istifadə  olunmasında.  Natiq  fikirlərini  aydın, 
ifadəli  və  maraqlı  çatdırmaq  üçün  az  iĢlədilən,  lakin  münasib  formalardan 
yararlanmaqla  nitqini  orijinal  qurur.  Bu  zaman  mühazirə,  məruzə  və  ya  çıxıĢda 
mövzunun  aktuallığı  nəzərə  tez  çarpır,  mövzunun  məzmunu  bütün  təfərrüatı  ilə 
izaha  cəlb  olunur,  axırda  da  nəticə  çıxarılmaqla  deyilənlər  yekunlaĢdırılır. Əlbəttə, 
mövzunun  aktuallığını  ön  plana  çəkməmiĢdən  natiq  öz  dediklərinə  diqqəti  cəlb 
etmək  məqsədilə  bir  atalar  sözünü,məĢhur  bir  Ģairdən  bir  beyt  və  ya  bir  misra Ģeir 
deyə  bilər,  yaxud  mövzu  ilə  bağlı  bir  görkəmli  tarixi  Ģəxsiyyətdən,  dövlət 
xadimindən  bir  sitat  gətirməklə  fikrini  əsaslandıra  bilər.  Bədii  təsvir  vasitələri  də 
nitqin  orijinallığını  təmin  etməyə  yönəldilə  bilər.  Əlbəttə,  bu  hal  natiqin  savad  və 
bacarığından,  aldığı  ixtisasdan,  bədii  sözün  sirlərinə  bələdliyindən  asılıdır.  Bədii 
əsərləri  müntəzəm  mütaliə  edən,  Ģair,  yazıçı  və  ya  söz  ustalarının  dilində  səslənən 
aforizm  və  hikmətli  sözləri  öyrənib  yaxĢı  mənimsəmiĢ  Ģəxslər  obrazlığa  xidmət 
edən  bədii  təsvir  vasitələrinə  (ritorik  suallara,  məcazi  mənada  iĢlədilən  metafora, 
metonimiya,  sinekdoxa,  anafora,  epifora  və  s.  kimi  təsirli  və  obrazlı  ifadələrə) 
geniĢ  yer  verməklə  öz  nitqini  bədii,  daha  yararlı  və  münasib  edən  orijinal  üsullarla 
gözəlləĢdirə  bilir. 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə