Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə28/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   65

58 
 
hədiyyələri  tutmuĢdular.  Bu  hədiyyələr  bayraq,  qılınc,  xirqə,  toppuz,  tac  və 
fərmandan  ibarət idi. (Y.V.Çəmənzəminli.  "Ġki od arasında" romanından) 
 
ÇalıĢma  52.  Mətndəki  dialekt  xüsusiyyətlərini  ədəbi  dildəki  fonetik,  leksik  və 
morfoloji  qarĢılıqları ilə müqayisə edin: 
Bir  paccah  öz  vəzirinə  der:  "Bu  Ģarabı  içənnən  soramı  söypət  eləsəx  Ģirin  olar, 
iĢməmiĢdənmi  söypət  eləsəx  Ģirin  olar?"  Vəzir  der:  "Ġndi  deəmmərəm,  vaxt  ver 
fikirrəĢim,  sora  deərəm".  Bir-iki  günnən  sora  varellar  meĢiyə  oya  gedellər,  göröllər 
bu  öydə  iĢıx  gəler.  ġah der: "Ay vəzir, hərəmiz bir öyəmi gessəx, qonax Ģirin olar, 
ikimiz  birinəmi  gessəx  Ģirin  olar".  Vəzir  der  kin,  tək  gessəx  Ģirin  ollux.  Çünki 
atalar def kin, qonax qonağı söməz, öy yəsi də heç hasını. Tək gessəx yaxĢıdı. Ġndi 
hərəsi  bir  iĢığa  geder.  Kəndin  baĢındakı  iĢıxda  vəzir  geder,  qapıyı  döyör  (17, 
səh.380) 
ÇalıĢma  53.  Bir  tələbənin  ailə  tərkibi  haqqında  mənzil-istismar  sahəsindən 
gətirdiyi  arayıĢı təqdim edin. ArayıĢ formasını olduğu kimi verin. 
 
NİTQİN YIĞCAMLIĞI 
Mədəni  nitqin  keyfiyyətlərindən  olan  yığcamlıq  müxtəsərlik  və  qısalıq 
anlamındadır. Ġnsanlar adi danıĢıqdan tutmuĢ mühazirə, məruzə, çıxıĢlara, eləcə də 
bədii  əsərlərə  qədər  yığcamlıq  tərəfdarı  olub  uzunçuluğun,  sözçülüyün 
əleyhinədirlər.  Fikri  əhatə  etməklə  qısa  demək  bacarığı  bu  da  istedad  əlamətidir. 
Ġstedadla  bağlı  olan  yığcamlıq  söz  söylə-yəndən  deyəcəklərini  ölçülü-biçili,  geniĢ 
mətləbləri  yığcam  Ģəkildə  deməyi,  vaxt  almamağı,  təkrarçılıqdan  qaçmağı,  məlum 
olanları  yenidən  xatırlamamağı,  baĢqalarını  yormamağı  tələb  edir.  Əbəs  yerə 
deyildir  ki,  indi  insanların  vaxtını  qiymətləndirmək,  uzunçuluq  etməmək  naminə 
mühazirəyə  əvvəlcədən  bir  saat,  məruzəyə  on  dəqiqəyə  qədər,  çıxıĢlara  iki-üç 
dəqiqə  vaxt  reqlamenti  planlaĢdırılır.  Nitqin  yığcamlığını  həmiĢə  vacib  amil  hesab 
etmiĢlər.  Yığcam  nitq  insandan  dərin bilik, yüksək təfəkkür, aydın düĢüncə, zəngin 
söz  ehtiyatı  tələb  edir.  "Sözlər  az,  fikir  geniĢ,  məna  dərin"olsun  deyən  sənətkarlar 
da,  "uzun  sözün  qısası"  fikrini  bəyan edən atalar sözü də, "uzunçuluq eləmə" kimi 
xalq  tövsiyəsi  də  göstərir  ki,  vaxt  almamaq,  eyni  fikri  oxĢar  cümlələrlə  təkrar  eĢit-
dirməmək üçün ən yaxĢı üsul fikri qısa və aydın ifadə etməkdir. Dəmir seyf, cədvəl 
Ģəkli,  taksi  maĢını,  qara  neft,  pensiya  pulu və s. söz birləĢmələrindəki dəmir, Ģəkil, 
maĢın,  qara,  pul  sözləri  artıqdır,  axı  seyf  dəmirdən  olur,  taksinin  maĢın  olduğu, 
neftin  qara  olması  hamıya  aydındır.  Yaxud,  "Məndə  ona  qarĢı  məhəbbət  var", 
"Ürəyim  fərəh  hissi  ilə  döyünürdü",  "Ta  qədimdən  yaradıcı  sənətkarlara  hörmət 
var"  və  s.  cümlələrində  qarĢı,  hissi,  ta,  yaradıcı  sözlərinin  lüzumsuzluğu  göz 
önündədir.  Görəsən,  yaradıcı  olmayan  sənətkar  varmı?  Ta  ədatı  uzaqlıq 
bildirdiyindən  "ta  qədimdən"  iĢlətməyə  ehtiyac  yoxdur  və  s.  Bu  tipli  cümlələrdə 
uzunçuluqdan  irəli  gələn  bəzi  sözləri  atmaqla  fikri  yığcam  ifadə  etmək 
mümkündür.  Dilə  yaxĢı  bələd  olmayan  adamların  nitqində  konkretlik  və yığcamlıq 
kimi  keyfiyyətlərin  çatıĢmaması  təbiidir.  Ġndi  xarici  ölkələrə  yazıĢmalar, 
göndərilən  məktublar,  teleqramlar,  Ali  Məhkəməyə  appelyasiya  Ģikayətləri  çox 
yığcam  verilir.  Ġnternet  saytlarında  artıq  cümlə  və  təkrar  fikirlər  oxunmur.  Bunları 


59 
 
nəzərə  almaq  və  yığcam  yazıb  danıĢmaq  hamı  üçün  mədəniyyət  forması,  qanun-
qayda əlaməti  olmalıdır. 
 
NİTQİN SADƏLİYİ 
Nitqin  sadəliyi  onun  aydınlığından,  asan,  anlaĢıqlı,  təbii  və  düzgün  olmasından 
asılıdır.  Sadə  nitq  ümumxalq  danıĢıq  dili  elementlərindən,  bəsit  cümlələrdən,  elmi 
və  ya  bədii  üslubdan  qaçmaq  anlamında  yox,  fikrin  asan  qavranılmasına  kömək 
edən,  əĢya  və  hadisələrin  mahiyyətini  yığcam  və  dəqiq  verən  ifadə  tərzi  kimi  baĢa 
düĢülür.  Dinləyicilərin  ümumi  səviyyəsinə  uyğun  olmaqla  hər  cür  qondarma,  süni 
ifadələrdən,  təmtəraqlı,  gurultulu,yalançı  pafosdan,  gerçəkliyi  əks  etdirməyən  söz 
birləĢmələrindən  (vicdanın  böyük  heykəli,  ölməzlik  zirvəsi,  Ģeirin  günəĢi,  dağın 
ciyəri,  kadr  potensialı,  horizontal  xətt  və  s.)  istifadə  nitqin  sadəliyi  baxımından 
məqbul  sayılmır.  AnlaĢılmayan  və  ya  az  anlaĢıqlı,  lakin  konkretlik  və  təbiilikdən 
uzaq  söz  birləĢmələri,  mürəkkəb  konstruksiyalar  anlaĢılmazlıq  yaradır,  məfhumun 
canlandırılmasını  mümkünsüz  edir  ("vicdanın  böyük  heykəli"  kimi)  və  nitqin  asan 
baĢa düĢülməsini  çətinləĢdirir. 
 
NİTQİN MÜNASİBLİYİ 
 Nitqin  münasibliyi  üçün  misallar  və  sitatlar  elə  seçilməlidir  ki,  konkret  dil 
situasiyalarının,  ədəbi  üslubların,  zəruri  söz  və  ifadələrin  iĢlədilmə 
qanunauyğunluğu  nəzərə  alınsın.  Ünsiyyətin  müxtəlif  sahələrinə  xidmət  edən 
funksional  üslubların  hər  birinin  özünəməxsus  dil  materialını  seçmə  və  iĢlətmə 
üsulları  vardır.  Bədii  yazıda  dil  elementlərinin  uyğunluğu  digər  yazı  növlərindən 
fərqlənir.  Bədii  əsərdə  yazıçı  janrdan  asılı  olaraq  yaratdığı  obrazları  dövrün həyat 
normalarını  gözləməklə  bədii  ifadə  və  təsvir  vasitələri  ilə  qələmə  alır,  xalqın  sosial 
həyat  Ģəraitini  yeri  gəldikcə  frazeologizmlərlə,  atalar  sözləri  və  zərb-məsəllərlə, 
Ģifahi  xalq  ədəbiyyatı  nümunələri  ilə  zənginləĢdirir,  əxlaqi-psixoloji  faktorları  ön 
planda  bədii  sözün  qüdrəti  ilə  nümayiĢ  etdirir,  insanlarda  kiməsə  nifrət,  kiməsə 
məhəbbət  hissi  ilə  dolu  əsl  sənət  nümunələri  yaradır.  Bu  üslubda  elmi  terminlərə, 
hər  növ  neologizmlərə,  dilin  təmizliyini  pozan  yad-yabançı  sözlərə,  Ģablon, trafaret 
fikirlərə  az  rast  gəlirik.  Amma  iĢgüzar  (rəsmi-kargüzarlıq,  rəsmi-əməli)  yazı 
növlərində  standart  formalar  üstünlük  təĢkil  edir.  Bunlar  rəsmi  sənədlərin 
pozulmaz  forması  kimi  sabitliyini  saxlayır.  Nitq  mübadiləsinin  informasiya 
məqsədinə  xidmət  etməsi  üçün  natiqdən  dil  strukturuna  bələdlik  və  savad,  dilin 
ifadə  vasitələrindən  istifadə  bacarığı,  nitq  vərdiĢi,  materialın  məzmunu  və  həcmi 
haqqında  aydın  təsəvvür,  dinləyici  və  ya  oxucuya  veriləcək  məlumatın  zəruriliyi 
tələb  olunur.  Bu  zaman  nitqin  ünsiyyət  mühitinə  uyğunluğu,  dinləyən  və  ya 
oxuyanların  anlama  səviyyəsinə  müvafiqliyi  nəzərdə  saxlanılır.  Nitqin 
münasibliyini  Ģərtləndirən  amillər  içərisində  aĢağıdakılar  daha  önəmlidir:  1) 
Mövzunun  (fikrin)  məzmununa  uyğun  dil  materialının  seçilməsi;  2)  Dil 
vasitələrinin  nitqin  məqam  və  Ģəraitinə  uyğunluğu;  3)  Nitq  üslubundan  asılı  olaraq 
d  vasitələrinin  məqsədəuyğunluğu;  4)  Dil  materialının  natiqin  Ģəxsiyyətinə,  yaĢına, 
savadına,  dünyagörüĢünə,  sənətinə  uyğunluğu.  Nitq  prosesində  kimin  kimlə,  hansı 
Ģəraitdə  (təklikdə,  yoxsa  auditoriya  qarĢısında,  ya  da  ekran  və  ya  efir  vasitəsilə) 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə