Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə24/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   65

50 
 
yaranır,  məntiqli,  səlis,  aydın  danıĢığa  istiqamət  verir.  Mədəni  nitqin  əsası  ailədə, 
bağçada,  daha  sonra  məktəbdə  qoyulur.  UĢaqların  mədəni  nitqi  anadan,  bağça 
tərbiyəçisi-müəllimdən, 
məktəb 
illərində 
oxu 
kitablarından, 
ədəbiyyat 
dərsliklərindən,  əlavə  bədii  oxu  vəsaitlərindən,  hər  məktəbin  dil-ədəbiyyat 
müəllimlərinin  verdikləri  biliklərdən,  zəngin  dil  nümunələri  ilə  dolu  radio-
televiziya  veriliĢlərindən  qaynaqlanır,  onların  gərgin  zəhməti  hesabına  formalaĢıb 
yaranır.  Məhz  bütün  bunların  sayəsində  uĢaqların  söz  ehtiyatı  artır,düzgün  dil 
vərdiĢləri,  mədəni  danıĢıq  adəti  formalaĢır.  ġəxsi  ünsiyyət,  təfəkkür  tərzi, 
dünyagörüĢ, elmi təsəvvürlər də bu iĢdə əvəzsiz rol oynayır. Orfoqrafik və orfoepik 
normalara  yiyələnməklə  sinifdə  müəllim  və  yoldaĢları  qarĢısında  ifadəli  oxu,  ayrı-
ayrı  fənn  mövzularını  səliqəli  və  rəvan  danıĢma  uĢaqların  mədəni  nitqinin 
inkiĢafını  gündən-günə,  aydan-aya,  ildən-ilə  stimullaĢdırır,  müəllimlərinin  və  sinif 
yoldaĢlarının  gözəl  danıĢığını  yamsılamaq  hesabına  onların  düzgün  tələffüz 
vərdiĢləri  də,  mədəni  danıĢığı  da,  yazı  mədəniyyəti  də  (inĢa  yazılarda)  təfəkkürlə 
bağlı  olaraq  yüksək  səviyyəyə  çatır.  Qrammatika  təlimi  dili,  dil  qanunlarının 
tətbiqini  öyrədir.  Ġfadəli  oxu,  Ģeirlərin  əzbər  söylənilməsi  prosesində  Ģagirdlərin 
nitqi  daha  da  püxtələĢir,  səlisləĢir,  həm  də  onların  elmi  və  bədii  düĢüncəsinin 
formalaĢmasına  öz  təsirini  göstərir.  Bu  vaxt  ana  dili  müəlliminin  nitqi,  pedaqoji 
ustalığı,  rəvan  oxusu,  gözəl  danıĢığı,  Ģeirlər  söyləməsi,  nəcib  hərəkətləri,  geyimi, 
mimika  və  jestləri  Ģagirdlərin  nitqinin  mədəniləĢməsinə  kömək  olur,  canlı  nümunə 
kimi  onların  bədii  və  estetik  zövqünün  formalaĢmasında  mühüm  rol  oynayır. 
Beləliklə,  ailədən,  bağçadan,  məktəbdən  formalaĢ-  mağa  baĢlanan  nitq  ədəbi 
əsərlərin,  ifadəli  oxu  və  rabitəli  yazının,  müəllimlərin  mətbuatın,  radio-televiziya 
veriliĢlərinin  kompleks  köməyi  ilə  səlisləĢir.  Deməli,  valideynlərin,  müəllimlərin, 
diktorların, aparıcıların gündəlik və saatlarla danıĢıq üsulu Ģagirdləri gözəl danıĢığa 
ruhlandırır.  Məktəblilər  fikrin  dəqiq  ifadəsi  üçün  sözləri  düzgün  seçməyə,  hər 
sözün,  ifadənin  məna  tutumunu  bilməyə,  onları  öz  yerində  iĢlətməyə  çalıĢırlar. 
Mövzuya,  mətnə  uyğun  lazımi  sözləri  seçib  iĢlətmək,  fonetik normaları gözləməklə 
nitqin  təbiiliyinə,  axarlığına,  gözəlliyinə  xələl  gətirən  kitab  tələffüzündən  qaçmaq, 
cümlələri  qrammatik  və  üslubi  cəhətdən  düzgün  qurmaq,  hər  sözün,  ifadənin 
ahənginə,  vurğusuna  fikir  vermək  mədəni  nitq  üçün  əsas  Ģərtlərdir.  Gözəl  Ģifahi 
nitq  qabiliyyətinə  yiyələnmək  üçün  aĢağıdakı  qaydaları  öyrənib  mənimsəmək 
olduqca vacibdir: 
1.  Nəqli  keçmiĢ  zamanın  düzəldilməsində  iĢtirak  edən    -  mıĢ4  Ģəkilçisi  II  Ģəxsin 
təkində  -  mı4  kimi  tələffüz  olunmalıdır,  yəni  Ģ  samiti  tələffüzdən  düĢməlidir: 
Məsələn:  oxumuĢsan  [o-xumusan],  yazmıĢsan - [yazmısan], gəlmiĢsən - [gəlmisən] 
və s. 
2.  II  Ģəxsin  cəmində  Ģəxs  (xəbərlik)  Ģəkilçisi  orfoqrafiya  qaydalarına  görə - sınız4 
yazılır,  lakin  orfoepiya  normalarına  görə  -  sız4  Ģəklində  tələffüz  olunmalıdır: 
oynayırsınız  [oynayırsız],  gəlirsiniz  -  [gəlirsiz],  futbolçusunuz  -  [futbolçusuz], 
tələbəsiniz  - [tələbəsiz]  və s. 
3.  Xəbərlik  kateqoriyasının  III  Ģəxs  tək  və  cəmində  -  dır4,-  dırlar4  orfoepiya 
normalarına  görə  -  dı4,  -  dılar4  Ģəklində  tələffüz  olunur,  yəni  r  samiti  deyilmir: 


51 
 
oyunçudur  -  [oyunçudu],  tələbədirlər  -  [tələbədilər],  məĢqçidir  -  [məĢqçidi], 
uĢaqlardır - [uĢaqlardı] və s. 
4.  nb  samit  səs  birləĢməsi  bir  çox  sözdə  tələffüz  zamanı  mb  səs  birləĢməsi  kimi 
tələffüz  olunur:  Ģənbə  [Ģəmbə],  sünbül  -  [sümbül],  zənbil  -  [zəmbil]  və  s.  ġifahi 
nitqi  gözəlləĢdirən  amillərlə yanaĢı onu pozan səbəblər də vardır. Bu səbəbləri belə 
qruplaĢdırmaq olar: 
a)  Dialekt  tələffüzü:  hansı  [ha:sı],  daha-  [da:],  mənim  [mə:m],  sahibini  -  [sa:bını] 
sabah - [saba], Ģəhər - [Ģə:r] və s. 
b)  fonetik  hadisələrlə  bağlı  tələffüz:  tapmaq  -  [tappağ],  qazlar  -  [qazdar],  doğru  - 
[dorğu],  bunun  [munun],  bu  gün  [bu  gün-nəri],  bunlar  -  [bular],  nə  edək  - 
[nağayrağ],  sevindi  -  [söyündü],  dalısınca  -  [dalıynan],  öyrənmək  [örgənməy], 
sonra - [so:ra], on-lar - [olar], yemək - [yımax], bütöv - [bütöy], xəbər [xəvər], [xa-
var], həmən - [haman], tüfəng - [tüəy], tökmək - [töhməx], ye-nə - [genə], məsləhət 
- [məslət], sənə - [sə:], xalq - [xalx], ona- [oya] və s. 
c)  Ərəb  mənĢəli  sözlərin  tələffüzü:  layihə  -  [lahiyə],  rayihə  -[rahiyə],  məĢhur  - 
[məhĢur], sürət - [surət] və s. 
ç)  fonetik  cəhətdən  oxĢar,  mənaca  müxtəlif  sözlərin  diqqətsizlik  üzündən 
tələffüzcə  qarıĢdırılması və ya təhrif olunması: 
müĢahidə  -  [müĢayit],  icra  -  [icarə],  məsul-  [məhsul],  məhrum-[mərhum],  rəğbət-
[rəqabət], Ģəhid-[Ģahid] və s. 
d)  orfoepiya  normalarından  dialekt  tələffüzünə  keçilməsi:  vaxt-vaxıt,  çünki-
çünkinə, qorumaq-qourunmaq, görə-gora,,amma-əmbə və s. 
e)  Adların  təhrif  olunmuĢ  Ģəkildə  tələffüzü:  Kəmalə  -KəmoĢ,  Zərifə-Zəri-ZəroĢ, 
Qurban-QubiĢ, Təranə-TəroĢ və s. 
ə)  Tüfeyli,  mətləbə  dəxli  olmayan  sözlərin  iĢlənməsi:  belə  deyək,  belə  deyək  də, 
necə  deyərlər,  öz  aramızdı,  canım  sənə  desin,  onu  da  qeyd  etmək  olar  ki,  elə 
götürək bunu, məlum  olduğu kimi,  yeri  gəlmiĢkən  deyim  ki və s. 
f)  Qeyri-mədəni  nitqdə  ədəbsiz  sözlər,  söyüĢ  və  qarğıĢlar  da  özünə  yer  tapır. 
Bunlar  dilçilikdə  vulqarizmlər  adlanır.  Vulqar  sözlər  dilin  ən  aĢağı  üslubi  layını 
təĢkil  edir  və  bunların  böyük  əksəriyyəti  lüğətlərə  düĢmür,  lakin  müəyyən 
məqamlarda  insanlar  onları  iĢlədirlər.  Ədəbi  dildə  müəlliflərin  təhkiyə  dilində 
iĢlədilməsə  də,  bədii  surətlərin  daxili  aləmini  açmaq  üçün  onlara  müəyyən  qədər 
yer  verilir.  Məsələn:  it  oğlu,  itin  balası,  eĢĢək,  qoduq,  heyvan,  mürtəd,  allah  lənət 
eləsin  və s. 
g)  Mənanı  sərt,  kobud,  lakin  təsirli  ifadə  edən  sözlər  disfemizmlər  adlanır. 
Evfemizmlərin  əksi  olan  disfemizmlər  sinonimi  olan  sözlərdir,  amma  onlara  ədəbi 
dilin  bütün  üslublarında  deyil,  ən  çox  məiĢət,  qismən  də  bədii  üslubda  - 
personajların  nitqində  rast  gəlirik.  Məsələn:  "ölmək"  əvəzinə  "gorbagor  olmaq", 
"cəhənnəmə  vasil  olmaq";  "getmək"  əvəzinə  "rədd  olmaq",  "cəhənnəmə  itilmək", 
"itilib  getmək";  "get"  əvəzinə  "bas  bayıra";  "baĢ"  əvəzinə  "kəllə"  və  s.  ifadələri 
disfemizmlərdir  və qeyri-mədəni  nitq nümunələri  sayılır. 
Sual və tapĢırıqlar 
1. Mədəni nitq nədir və onun qeyri-mədəni  nitqdən fərqi nədədir? 
2. Daxili  nitqin  əsas xüsusiyyətləri  hansılardır? 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə