Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə20/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   65

42 
 
göstərir.  Məsul  Ģəxs  qarĢısında  baĢqalarının  monoloji  nitqi  çıxıĢ  adlanır.  Ali 
məktəb  rəhbərliyinin  nümayəndələrinin  (rektor,  prorektor,  tədris  hissə  müdiri, 
dekan,  dekan  müavinləri,  kafedra  müdirləri,  kitabxana  müdiri  və  b.),  orta  və  peĢə 
məktəblərinin,  lisey  və  kolleclərin,  mənzil  istismar  sahələrinin,  idarə,  müəssisə  və 
təĢkilatların  rəhbərlərinin  sinfə,  auditoriyaya,  iclas  zalına,  kabinetə  daxil  olub 
danıĢması,  toy  məclisində  masabəyi  və  qonaqların  təbrik  üçün  söz  deməsi, 
mərasimlərdə,  mitinqlərdə,  bir  tikilinin,  qurğunun  açılıĢında,  hər  hansı  bir  görüĢdə 
deyilən  qısa,  yığcam  və  ya  geniĢ  fikirlər  toplusu  çıxıĢdır.  ÇıxıĢda  söz  alıb 
danıĢanın  nitqi  hansı  münasibətlə  deyilməsindən  asılıdır.  Söz  sahibinin  mövqeyi, 
həyatda  tutduğu  yer,  yaxınlıq,  dostluq  münasibəti,  harada  kimin  və  ya  kimlərin 
qarĢısında  söz  deməsi  kimi  məsələlər  çıxıĢın  ahənginə,  tonuna ciddi təsir göstərir. 
Natiq  qəmli,  kədərli  hadisələrdən  kəsik-kəsik,  fasilələrlə  danıĢır,  sözlərində, 
cümlələrində  ləngiyir,  amma  təntənəli,  bayram  görüĢlərində,  ad  günləri  və 
yubileylərdə  sürətli  ritmlə  danıĢır,  bəlağətli  və  fəsahətli  çıxıĢı  ilə  məclisi 
Ģənləndirir,  insanlarda  yaxĢı  əhval-ruhiyyə,  xoĢ  ovqat  yaradır.  Üç  hissədən  -  giriĢ, 
əsas  hissə  və  sonluqdan  ibarət  çıxıĢ  o  vaxt  razılıqla  qarĢılanır  ki,  natiq  özündən  
əvvəl  çıxıĢ  edənlərin  dediklərini  təkrarlamadan,  dilin  fonetik,  leksik  vasitələrindən 
qrammatik  normalar  daxilində,  zəngin  lüğət  tərkibindən  fikrini  orijinal  Ģəkildə 
ifadə  edə  bilsin.  ÇıxıĢ  kiçik  vaxt  kəsiyində,  adətən,  plansız,  konspektsiz  ərsəyə 
gəlir.  Lakin  elmi  konfranslarda  hansısa  fakta,  düstura,  cədvəl  və  rəqəmlərə  ehtiyac 
olarsa, çıxıĢ edən Ģərh edəcəyi məsələni müəyyən plan üzrə qeydlər əsasında apara 
bilər.  Natiq  üçün  əsas  keyfiyyət  onun  yaddaĢıdır.  YaddaĢı  güclü  olan  savadlı 
adamın  həmiĢə  deməyə  sözü  olur,  çıxıĢını  maraqlı  qurur,  faktlardan  yerli-yerində, 
məqamında  istifadə  etməyi  bacarır.  Açıq  havada,  izdihamlı  kütlə  qarĢısında və ya 
böyük  auditoriyada  canlı  təmas  Ģəraitində  çıxıĢ  edənlər  yeri  gəldikcə  əl-qol 
hərəkətlərindən,  mimikadan  da  faydalana  bilər.  Ġfadəli  hərəkətlər  sözlə  ifadə 
olunan  mənanı  nəzərə  çarpdırarkən  mənaya  ekspressivlik  verir,  nitqi  daha  təsirli 
edir.  Mimika  yunanca  "təqlid"  mənasında  olub  üz  hərəkətləri  anlamında  iĢlənir. 
DanıĢıq zamanı bədən hərəkətləri - qaĢı oynatmaq (təəccüb, maraq anlamında), göz 
vurmaq  (öz aramızda, ra-zılıq), baĢı aĢağı salmaq və ya yuxarı qaldırmaq (razılıq, 
narazılıq),  Ģəhadət  barmağını  silkələmək  (hədə,  qalmağa  və  ya  getməyə  iĢarə),  üz-
gözünü  turĢutmaq  (narazılıq),  əlini  boğazına  aparmaq  (yalvarmaq),  əlini  sinəsinə 
və  ya  gözü  üstünə  qoymaq (razılıq) və s. müəyyən mənaya sözün iĢtirakı olmadan 
əlavə  çalar  verir.  Belə  jest  və  mimika  söylənilən  fikrə  uyğun  olmalıdır.  DanıĢanın 
əl,  qol  hərəkətlərinə  yol  verməsi,  üz,  qaĢ  hərəkətlərini  icra  etməsi,  dodaqlarını 
çeynəməsi,  göz  eləməsi,  dodağını  diĢləməsi,  ağzını  marçıldatması  (Ģirin  və  ya 
yaxĢı  nəyəsə  iĢarə  etməsi)  və  s.  Ģifahi  nitqdə  əlavə  emosiya,  təsir  vasitəsidir  və 
məqamında,  Ģəraitdən  asılı  olaraq  müsbət  sayılsa  da,  ciddi  məsələlər  haqqında 
danıĢarkən  bunlar  yol  verilməzdir.  Monoloji  nitqdə  ifadəli  hərəkətlərdə  müəyyən 
ölçü  gözlənilməli,  lüzumsuz  mimika  və  jestlərdən  istifadə  olunmamalıdır.  Ekran  və 
efir  Ģərai-tində  natiq  mimika  və  jestlərdən  deyil,  yalnız  intonasiya  vasitələrindən  və 
fonetik normalardan istifadə hesabına öz çıxıĢını təsirli və effektli olması qayğısına 
qalmalıdır. 


43 
 
MƏRUZƏ. Məruzə ərəb mənĢəli sözdür, bir Ģeyə düçar olan, uğrayan, məruz qalan 
anlamındadır.  Məruzə  bir  mövzu  haqqında  irəlicədən  hazırlanıb  söylənilən 
monoloji nitqdir. Məruzə görülmüĢ iĢ haqqında ona cavabdeh olan Ģəxsin ali orqan 
və  ya  vəzifəli  Ģəxs  qarĢısında  hesabat  çıxıĢıdır.  ÇıxıĢdan  fərqli  olaraq  məruzə 
iĢtirakçılar  arasında  geniĢ  müzakirə  olunur,  məruzə  ətrafında  çıxıĢlar  edilir  və 
yekunda  müvafiq  qərar  qəbul  olunur.  Faktlar,  rəqəmlər,  görülən  iĢlər  yazılı 
formada,  həcmi  qısa  və  ya  geniĢ,  strukturu  isə  giriĢ,  əsas  və  sonluq  hissələrindən 
ibarət  olur.  Məruzə  ədəbi  dildə,  əsasən,  elmi,bəzən  də  publisistik  üslubda  yazılır. 
Məruzədə  sahə  terminlərinə  yol  verilir,  amma  bədii  ifadə  vasitələrinə  geniĢ  yer 
ayrılmır. Məruzələrin  ən çox üç növü qeyd olunur: 
1)  PlanlaĢdırılmıĢ  məruzə;  Ġlin  yekunlarına  həsr  olunmuĢ  məruzə;  Hər  hansı  sahə 
üzrə hesabat - məruzə; 
2)  Yubiley  məruzəsi.  Ġstər  bir  Ģəxsin  -  alimin,  Ģair  və  yazıçının,  ölkə  həyatında 
önəmli  yer  tutan  hadisənin,  dövlət  xadiminin  yubileyinə,  ildönümünə  həsr  olunan 
məruzə.  Bu  tipli  məruzələr  təntənəli  xarakter  daĢıdığından  mərasimlərdə  tənqidə 
yer verilmir. 
3)  Məlumat  -  hesabat  xarakterli  məruzə.  Dövlət  qurumlarının,  partiyaların,  idarə, 
müəssisə və təĢkilatların  hesabat dövründə görülən iĢlər  haqqında məruzə. 
MÜHAZĠRƏ.  Mühazirə  də  ərəb  mənĢəli  olub  "hazırlama"  sözündəndir.  Mühazirə 
natiqlik  üslubunun  çətin,  lakin  ən  geniĢ  yayılmıĢ  növüdür.  Mənası  "ali  məktəbdə 
hər  hansı  bir  fənnin  professor və ya müəllim tərəfindən Ģifahi Ģərhi", "hər hansı bir 
mövzuya  dair  açıq  leksiya"  deməkdir.  Tədris  mühazirələri  problem  xarakterində 
olduğu  üçün  müəllim  (professor  və  ya  dosent)  fikirlərini  elmi  ədəbiyyata 
əsaslanmaqla  qurur,  mühazirənin  sonunda  isə  istifadə  olunmuĢ  ədəbiyyatın 
siyahısını  da  tələbələrə  çatdırır.  Dinləyicilər,  tələbələr  mühazirəni  müzakirə 
etmirlər,  yalnız  mühazirəni  oxuyan  müəllimə,  yaxud  kütləvi  mühazirədirsə,  lektora 
suallar  verirlər.  Mühazirəçi  (lektor)  oxuyacağı,  izah  edəcəyi  mövzunu  əvvəlcə 
müəyyən  plan  üzrə  qeydlərlə  özü  üçün  hazırlayır,  mühazirəni  oxuyarkən  ondan 
istifadə  edir.  Həm  ali  məktəb  mühazirələri,  həm  də  kütləvi  (müəyyən  yerlərdə, 
müəyyən  mövzularda,  məsələn,  ölkə  həyatına,  xüsusən,  ölkə  prezidentinin  əməli 
siyasətinə  aid  məsələlərə  həsr  olunmuĢ)  mühazirələr  konkret  faktlara  əsaslandığı 
üçün  mühazirəçinin  (lektorun)  ustalığı  nəticəsində  maraqla  qarĢılanır,  ümumi  iĢin 
xeyrinə  olur.  Belə  mühazirələrdə  ara-sıra  dialoji  nitq  elementlərinə  də  yer  verilir. 
Məruzə  ilə  mühazirə  arasında müəyyən fərqlər  vardır: 
1)  Məruzəçi çıxıĢ edərkən adamlar qarĢısında mövzusuna görə məsuliyyət daĢıyır, 
mühazirəçi  isə  sərbəstdir.  O,  mövzunu  da,  Ģərh  və  izah  üslubunu  da  seçməkdə 
azaddır; Mühazirə  də, məruzə də elmi  mövzuda ola bilər; 
2)  Məruzə  fərdi  xarakter  daĢıyır,  buna  görə  də  mühazirəçi  dinləyicilərindən  daha 
hazırlıqlı  olur,  mövzunu  dinləyicilərə  nisbətən  daha  dərindən  bilir.  Mühazirə  isə 
ümumi  xarakterlidir,  mühazirəçi  mövzunu,  demək  olmaz  ki,  dinləyicilərin 
hamısından  yaxĢı  bilir,  üstünlük  müəyyən  fakt  və  rəqəmlərin  gətirilməsində  ola 
bilər. 
3)  Məruzə  müzakirə  olunur,  onun  əsasında  qərar  qəbul  edilir.  Əgər  bu,  ali 
məktəbdə  baĢ  verirsə,  məruzənin  ya  özünün,  ya  da  tezisinin  nəĢri  tövsiyə  oluna 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə