Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə19/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   65

39 
 
bitməmiĢ,  sətiraltı  mənalı  olur.  Ġnsanlar  ictimai  yerlərdə,  iclaslarda,  konfranslarda, 
tədris  otaqlarında,  radio  və  televiziya  veriliĢlərində  normal  fikir  mübadiləsi  üçün 
müəyyən  qaydalara,  etiknormalara  əməl  edirlər.  Dialoqun  mikrodialoq  və 
makrodialoq  formaları  da  vardır.  Mikrodialoq  bir  neçə  Ģəxsin  qısa 
mükalimələrindən  ibarət  olur.  Mikrodialoqlara  bədii  əsərlərdə  -  epik  növə  daxil 
olan  Ģifahi  ədəbiyyat  nümunələrində:  təmsil,  nağıl,  əfsanə,  lətifə  və  dastanlarda, 
eləcə  də  yazılı  ədəbiyyat  nümunələrində  -  xatirə, oçerk, hekayə, novella, povest və 
romanlarda  rast  gəlirik.  Makrodialoq  bədii  əsərlərin  quruluĢunu  əhatə  edir. 
Draməsərləri  makrodialoq  əsasında  yaradılır.  Dialoji  nitqin  beĢ  dialoq  forması 
qeyd  edilir:  1)  monoloji  dialoq;  2)  söhbət  və  ya  danıĢıq  dialoqu;  3)  sual-cavab 
dialoqu;  4)müsahibə  dialoqu;  5)  müzakirə  dialoqu.  Monoloji  dialoqun  iĢtirakçıları 
haqqında  söhbət  gedən  hadisəni,  Ģəxsi  və  ya  hər  hansı  əĢyanı  bütün  təfərrüatı  ilə 
söyləyir,  onlara  öz  mənfi  və  ya  müsbət  münasibətini  bildirir,  haqqında  danıĢılan 
Ģəxsi,  əĢya  və  ya  hadisəni  öz  müsahibinə,  qulaq  asanlara  müxtəlif  sübut  və 
dəlillərlə  çatdırırlar.  Dialoji  dialoqda  intonasiyanın  tez-tez  dəyiĢməsi  bədii  vasitə 
kimi  əlavə  sözlərə  müraciət  olunmadan  danıĢığın  emosionallığını,  təsir  gücünü 
artırır.  Dialoji  nitqin  sual-cavab  dialoqunda  fikrin  dinləyiciyə  aydın  çatmasında 
danıĢanın  zəngin  söz  ehtiyatına  malik  olması  və  dilimizin  qayda-qanunlarına 
mükəmməl  yiyələnməsi  baĢlıca Ģərtdir. 
Sual və tapĢırıqlar 
1. Yazılı nitqdə Ģifahi  nitq ünsürlərini  əvəz edən vasitələr  nədir? 
2. Monoloji  nitq özünü hansı formalarda göstərir? 
3. Monoloji  nitqin  yazılı forması ilə Ģifahi  forması arasında hansı fərqlər vardır? 
4. Monoloji  nitq nədir, onun əsas keyfiyyəti  nədən ibarətdir? 
5. Monoloji  nitqin  hansı növləri  vardır? 
6. Dialoq nədir və nələrdən təĢkil  olunur? 
7. Dialoji  nitqin  formaları  hansılardır? 
8. Dialoji  nitq hansı Ģəkillərdə  olur? 
9. Mikrodialoq  nələrdən  təĢkil  olunur və bədii əsərlərin  hansı janrlarında  iĢlədilir? 
10. Makrodialoq nədir və hansı əsərlər makrodialoq əsasında yaradılır? 
 
ÇalıĢma  29.  Mətni  oxuyun,  onun  monoloji,  yoxsa  dialoji  nitqə  aid  olduğunu 
müəyyənləĢdirin.  Dialoji  nitqdirsə dialoq formasını göstərin: 
…  Hə,  yadıma  düĢdü,  günlərin  bir  günü  onun  oğlu  Bahəddin  gəlmiĢdi  bizə,  yəni 
Bakıya;  bir  ay  qaldı  bizdə.  Ġstəiyrdi  ki,  hərbi-komandirlik  məktəbinə  daxil  olsun… 
Və bir gün Bahəddin mənə nə desə yaxĢıdır? 
- Nə? 
- Deyim? 
- De da bə? Hələ durubsan? 
-  YaxĢı  deyirəm,  üstümə  qıĢqırma…  Hə,  dedi  ki,  pul  lazımdır,  beĢ  yüz  dollar… 
Dedim  ki,  məndə  dollar  nədir,  heç  milli  pulda  yoxdur,  qəpiyə  güllə  atıram,  maaĢı 
hələ  dörd  gündən  sonra    alacağam…  Bundan  sonra  Bahəddin  məndən  incidi, 
sabahısı günü gedib təyyarəyə bilet aldı və kəndə yola düĢdü; ancaq evdən çıxanda 
"sağ olun" demək əvəzinə  baĢladı ki: 


40 
 
-  Sən  də  alimsən?  Böyük  bir  yerdə  dərs  deyirsən,  pul  xəzəl  kimi….Ġstəsən  bir  ilin 
içində oğlanlarının  hərəsinə  bir ev alarsan, al da?! 
- Nə? Haradan? Kimdən? 
- RüĢvətlə! Evində  pendir-çörəkdən və çaydan savayı heç nəyin yoxdur… 
…  Qərəz,  nə  baĢınızı  ağrıdım.  Yenə  kəndə  getmiĢdim.  Çayxanada  Ģahmat 
oynayırdım. Qəfildən bir əl uzandı və fiqurları  qarıĢdırdı. Baxdıq ki, kim? 
- Ə, kim? 
-  Daha  Cəlil  kiĢidən  baĢqa  kim  olar  bu  "mədəniyyətin"  sahibi?  Hə,  qardaĢ,  Cəlil 
baĢladı nə baĢladı: 
-  Səninki  Bakıda  kitab,  kənddə  Ģahmat  olsun!  Daha  sözüm  yoxdur,  heç  demirsən 
Cəlil  acından öldü, qaldı? Arpası - samanı, muĢqurdu var, yoxsa, yox? 
- Allah  səni bu kəndə, bu camaata çox görməsin… Allahdan  bir arzum  var! 
- Arzun nədir ki? 
-  Arzum  budur  ki,  Allah  mənim  ömrümdən  kəsib  sənin  ömrünə  çalasın  ki, 
kəndimizi  gələcəyə  tanıda biləsən… 
Mən dərhal dedim: 
- Yenə axmaq-axmaq danıĢırsan ha, mənə axmaq adamın ömrü lazım deyil… 
Əlqərəz,  Cəlil  məndən  dönə-dönə  üzr istədi, qanmadığını, baĢını daĢa döydüyünü 
dedi və bildirdi  ki, səhv edir, sözü bir az köntöy çıxıbdır… Mən də onu bağıĢladım, 
əlacım  yox  idi…  Axı  mən  müəlliməm.  Çox  belə  qanmazları  bağıĢlayıb 
müəllimlər…(ġamil  Zaman, Qarabağları tərənnüm  edirəm. səh. 120) 
ÇalıĢma  30.  Pyesi  oxuyun,  dialoji  nitqin  xüsusiyyətlərini  deyin,  mikrodialoq 
haqqında fikirlərinizi  izah  edin: 
Təbrizdə, yoxsul Musanın evi, Nəbi yaralıdır. Yataqda uzanmıĢdır. (Qapı döyülür, 
Qasım dayı kiçik səbətdə Nəbiyə üzüm gətirir). 
Nəbi:  - Aha, Qasım dayı, xoĢ gördük səni. 
Qasım: - Vəfasız düĢünmə o qədər məni. 
Musa: - Qasım, nə xəbərlə gəlmisən? 
Qasım: - ĠĢ var… 
DüĢmənlər  Nəbiyə quyu qazırlar. 
Musa: - Bəs niyə  gecikdin? 
Qasım: - Bir səbəb oldu 
Nəbi:  - Tez danıĢ, ürəyim Ģübhəylə doldu. 
Qasım: - Təbriz hakiminə  Tiflis  hakimi 
Haqqında yazıbdır belə bir fərman: 
"Gərək təslim  etsin Nəbini  Ġran" 
… Odur ki, bu saat PaĢa bəy, divan 
Səni axtarırlar,  səni, Nəbi can… 
Nəbi:  - Deyirsən,  buradan çəkilmək  geri! 
Qasım: - Deyəsən, duyublar olduğun yeri. 
Nəbi:  - Kim  verdi sənə bu qara xəbəri? 
Qasım: - Haman PaĢa bəyin qoca nökəri. 
Musa: - Nəbi, biz onunla  qohumuq bir az, 
O, bizim adamdır, yalan danıĢmaz. 


41 
 
Qasım (xatirinə  salaraq):  - Hə… bir də deyir ki, dəstədən kimsə bu iĢə qol qoyub… 
Nəbi (həyəcanla):  - Necə? 
Qasım: - Nə isə… Bir  az ehtiyatlı  olsan nə olar? Göz-qulaq olmağın nə zərəri  var? 
Nəbi:  - Dəstəmdə Kərimdir  Təbrizdən ancaq (fikirləĢir) 
Qasım: - O, yalan danıĢmaz, ayıq ol, Nəbi! Hər tərəf casusdur, sayıq ol, Nəbi! 
(Qapı üç dəfə döyülür. Qurd Kərim gəlir,  həyəcanlanır) 
Qurd Kərim (Nəbiyə):  - QardaĢım, necəsən? 
Nəbi:  - YaxĢıyam bir az. 
Qurd  Kərim:  -  Dolub  dilənçiylə  küçə  və  meydan  Ġlan  oynadanla  meymun  oynadan 
Bütün camaatı yığır baĢına… 
Musa (kinayə  ilə):  - Yaman darıxırsan deyəsən, aĢna! 
Küçədən bir neçə güllə  səsi eĢidilir.  Hamı bir an qulaq asır. 
(Süleyman  Rüstəm. "Qaçaq Nəbi" pyesindən) 
ÇalıĢma 31. Oxuyun, sözlərin  vurğusunu  qoyun: 
hakimiyyət,  baĢqa,  mehmanxana,  spartakiada,  atletika,  göstərmək,  tennis,  marĢrut, 
sessiya,  yarıĢ,  problem,  kommersiya,kənarlaĢdırmaq,  həkimdir,  voleybol, 
göndərmə. 
ÇalıĢma  32.  AĢağıdakı  sözləri  söz  birləĢmələri  daxilində  elə  iĢlədin  ki,  vurğunun 
yeri  dəyiĢərkən məna dəyiĢsin:   
alma,  asma,  bağlama,  basdırma,  burun,  çəkmə,  əyin,  dolama,  dondurma,  gəlin, 
süzmə, biçin. 
ÇalıĢma  33.  Mətni  tələffüz  qaydalarına  uyğun  oxuyun,  sözlərin  orfoepik  Ģəklini 
mötərizədə  qeyd edin, ədəbi dildə danıĢıq üslubuna aid məqamları göstərin: 
Koroğlunun  bir  bəzirgan  dostu  var  idi.  Adı  Xoca  Əziz  idi.  Xoca  Əziz  neçə  illər 
Koroğlu  ilə  dostluq  eləmiĢdi.  Ġndi  Eyvazgilin  tutulan  vaxtda  o  da  mallarını  satmaq 
üçün  Bağdada  gəlmiĢdi.  QoĢun  elə  ki,  Eyvazgili  tutub  Ģəhərə  tərəf  gəlməyə  üz 
qoydu,  bazara  səs  düĢdü  ki,  bəs  üç  nəfər  quldur  tutublar, asmağa aparırlar. Bazar 
adamı  hamısı  çıxdı  onların  tamaĢasına.  Xoca  Əziz  də  bu  adamların  içində  idi. 
Gözlə  ha  gözlə,  axırda  dəstənin  ucu  açıldı.  Aslan  paĢa  keçdi,  qoĢun  böyükləri 
keçdi,  atlılar  keçdi.  Bir  də  baxdılar  ki,  budu,  bir  bölük  qoĢun  dustaqları  ortalığa 
alıb  gətirir.  Xoca  Əziz  gördü  nə?  Tutulan  Eyvazdı,  Dəmirçioğlu,  bir  də  Bəlli 
Əhməddi.  Dünya  -  aləm  Xoca  Əzizin gözündə qaraldı. Dedi: "Ey dadi-bidad!.. Bu 
zalım  oğlu  zalım  uĢaqları  öldürəcək".  Qaldı  mat-məətəl  ki:  "Nə  təhər  eləyim? 
Mənim  burda  əlimdən  bir  iĢ  gəlməyəcək.  Burada  qılınc  vurmaq  lazımdır.  Xəbərə 
getsəm də buradan Çənlibelə  azı bir həftəlik  yoldu.("Koroğlu" dastanından) 
ÇalıĢma  34.  Ġmtahana  gəlməmisiniz.  Dekana  izahat  yazın.  Ġzahata  verilən  tələbləri 
göstərməklə  onun formasını da qeyd edin. 
 
  
 
 
 MONOLOJİ NİTQİN NÖVLƏRİ 
Monoloji  nitqin  natiqlik  üslubunda  ən  çox  yayılmıĢ  növləri  çıxıĢ,  mühazirə  və 
məruzədir.   
ÇIXIġ  məiĢət üslubunun ən geniĢ yayılmıĢ növüdür. Monoloji nitqin bu növü daha 
çox  prezident  yanında  ilin  yekunlarına  və  ya  istehsalatın  hər hansı bir sahəsinə aid 
toplantıda,  nazirlərin  hesabatında,  yığıncaqlarda,  qurultay  və  iclaslarda  özünü 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə