Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə15/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   65

31 
 
ÇalıĢma  22.  Mətndə  fonetik  normanın  pozulduğu  sözlərin  altından  xətt  çəkin, 
düzgün variantını qarĢısında mötərizədə yazın: 
Dilimizdə  iĢlənən  "ədəbiyat"  ərəb  dilindəki  "ədəb"  sözündəndi.  Mənası  "zərifliy", 
"gözəlliy",  "tərbiyyə",  "elim"  və  s.  deməkdi,  "hərif",  "yazı",  yəni həriflərdən ibarət 
yazı  mənasındadı."Ədəbiyat"  sözünün  ayid  olduğu sahələr çoxdu. Bədiyi ədəbiyat 
bədiyi  söz  sənəti  də  adlanır  və  incə  sənədin  bir  növü  sayılır.  Bədiyi  ədəbiyat  öz 
varlığında  sözə,  həm  də  bədiyi  sözə  əsaslanır.  Yəni  bədiyi  ədəbyat  həyətda, 
cəmiyyətdə  rastlaĢdığımız,  Ģəhidi  olduğumuz  hadisələri,  əhvalatları  necə  varsa, 
elənçik  də  təqdim  etmir.  O,  hadisə  və  əhvalatları  bədiyi  sözlərin  vasitəsi  ilə  bədiyi 
dilnən,  bədiyi  lövhələrnən  obrazlı  Ģəkildə  təsvir  eləyir.  Bədiyi  söz  sənədi  olan 
ədəbyat incəsənətin  digər növləriyçün  həm də siyasi müraciyət  mənbəsidir. 
ÇalıĢma  23.  Sözlərin  çoxmənalı,  yoxsa  omonim  olduğunu  izah  edin,  omonimlərin 
mənalarını  göstərin: 
ayağ, ağıl, boy, qarı, don, ətək, ləpə, göz, baĢ, qol, biz 
ÇalıĢma  24.  Bir  məsələdən  ötrü  dərslərdən  icazə  almaq  məqsədilə  dekana  ərizə  ilə 
müraciət  edin. 
 
 
 
 
NİTQ MƏDƏNİYYƏTİ MİLLİ MƏDƏNİYYƏTİN TƏRKİB HİSSƏSİ 
KİMİ 
 
Dil  və  mədəniyyət  arasında  qarĢılıqlı  əlaqə  vardır.  Bu  bağlılıq  hesabına  dil 
mədəniyyətə,  mədəniyyət  də  dilin  inkiĢafına  öz  təsirini  göstərir.  Dil  olmadan 
mədəniyyəti,  mədəniyyət  olmadan  da  dilin  varlığını  təsəvvür  etmək  çətindir. 
Maddi  mədəniyyət  abidələri,  ədəbiyyat  və  incəsənət  əsərləri,  cəmiyyət,  din,  dövlət 
quruculuğu,  sosial  münasibətlər  ümumbəĢəri  mədəniyyətin  əlamətləridir.  Odur  ki, 
mədəniyyəti  insanların  əsrlər  boyu  ictimai əmək prosesində yaratmıĢ olduğu maddi 
və  mənəvi  sərvətlərin  toplusu  hesab  etmək  olar.  Bütövlükdə  götürdükdə 
mədəniyyət  insanların  maddi  və  mənəvi  fəaliyyəti-nin  nəticəsi  kimi  təzahür  edir. 
Bu  təkamülün  nəticəsi  olaraq  insan  həm  özü,  həm  də  onun  əqli,  zehni  fəaliyyəti 
fiziki  bacarığı  və  iĢ  qabiliyyəti  ilə  qovuĢmuĢ,  inkiĢaf  etmiĢ  yaratdığı  maddi  və 
mənəvi  sərvətlər  də  təkmilləĢmiĢ,  özündən  sonra  gələn  nəsillərə  ötürülmüĢdür. 
Təsadüfi  deyildir  ki,  əcdadlarımızın  ovçuluq,  dənizçilik,  maldarlıq  və  s. 
sahələrində  yaratdıqları  ibtidai,  elementar,  sadə  əmək  alətləri  və  onların  divarlara, 
qəbirüstü  daĢlara, görünən böyük qaya-daĢ üzərinə (məs; Qobustan təsvirləri) nəqĢ 
edilmiĢ  yazıları  indi  müasir  dövrün  müxtəlif  ölçülü,  tutumlu  gəmiləri,  balıq, quĢ və 
ya  heyvan  ovlamaq  üçün  hazırlanmıĢ  alətlər,  silahlar,  maĢınlarla,  neft  və  qaz 
sahəsində  bütün  dünyaya  nümayiĢ  etdirdiyimiz  layihə,  təklif  və  əməli  iĢlərimizlə, 
Bazardüzü  zirvəsində,  Arktika,  Antarktikada  ümummilli  liderimiz  Heydər  Əliyevin 
Ģərəfinə  sancılmıĢ  vımpellərlə,  qoyulmuĢ  barelyeflərlə,  öz  süni  peykimizə  qədər 
əsrimizin  tələb  etdiyi  elmi  araĢdırmalarla  əvəzlənir.  Bütün  bu  tətbiqi  iĢlər,  elm  və 
texnika  sahəsindəki  yeniliklərlə  birgə  Azərbaycan  xalqı  da,  onun  oğul-qız 
övladlarının  mənəvi-əxlaqi  həyatı  da  dəyiĢir.  Azərbaycan  vətəndaĢı  maddi  və 


32 
 
mənəvi  sərvətlər  yaratdığı  kimi,  ümumbəĢəri  qanunauyğunluqlar  əsasında  özünü 
də  dəyiĢdirir.  Mədəniyyətdə  xalq  yaddaĢı,  xalqın  özü  yaĢayır,  yaratdığı 
mədəniyyətlə  özünü  soydaĢlarına,  dünyanın  bugünkü  və  gələcək  nəsillərinə  təqdim 
edir,  sanki  özünün  pasportunu  bəĢəriyyətə  nümayiĢ  etdirir.  Ġnsan  zəkası  və  əli  ilə 
yaradılmıĢ  mədəniyyət  onun  yaradıcı  əməyinin  məhsuludur.  Lakin  mədəniyyət  bir 
Ģəxsin  deyil,  bir  neçə  nəslin  təcrübəsinin  toplanması,  onların  maddi  və  mənəvi 
fəaliyyətinin  nəticəsi  kimi  formalaĢır.  Deməli,  mədəniyyət  insanın  (insanların) 
təbiətə,  cəmiyyətə  və  eyni  zamanda  özünə,  öz  təfəkkürünə  münasibətdə  yaranır. 
Nəzakətli  və  ədəbli  olmağı,  gözəl  davranıĢ  normalarına  əməl  etməyi, 
savadlanmağı,  ədəbiyyat  və  incəsənət  əsərlərini  baĢa  düĢüb  anlamağı  və  onları 
təhlil  etməyi,  öz  ixtisasına  dərindən  yiyələnməyi  də  mədəniyyət  adlandırırlar.  Bu 
mənada  deyirlər  ki,  mədəniyyət  insanların  maddi  və  mənəvi  tələbatını  ödəmək 
üçün  fiziki  və  zehni  əmək  prosesində  yaradılmıĢ  nailiyyətlərin  (sərvətlərin) 
toplusudur.  Mədəniyyət  sözü  insan  fəaliyyətinin  müxtəlif  sahələrini  özündə  ehtiva 
edir:  xalq  mədəniyyəti,  milli  mədəniyyət,  nitq  mədəniyyəti,  yazı  mədəniyyəti, 
ziyalı  mədəniyyəti,  müəllim  mədəniyyəti,  idmançı  mədəniyyəti,  həkim 
mədəniyyəti,  yazıçı  (Ģair)  mədəniyyəti,  musiqi  mədəniyyəti,  ticarət  mədəniyyəti, 
ailə  mədəniyyəti,  Qərb  mədəniyyəti.  ġərq  mədəniyyəti,  əmək  mədəniyyəti,  iĢ 
mədəniyyəti,  istirahət  mədəniyyəti,  məiĢət  mədəniyyəti,  tələbə  mədəniyyəti,  siyasi 
mədəniyyət,  dövlətçilik  mədəniyyəti,  teatr  mədəniyyəti,  idman  mədəniyyəti, 
demokratik  mədəniyyət,  müraciət  mədəniyyəti,dil  mədəniyyəti  və  s.  və  ilaxır.  Dil 
mədəniyyətin  tərkib  hissəsidir.  Mədəniyyət  kimi  dil  də  millətin,  milli  mədəniyyətin 
ən  mühüm  əlaməti,  həm  də  xalqın  milli  mədəniyyətinin,  eləcə  də  nitq 
mədəniyyətinin 
ifadəçisidir. 
Dil 
və 
mədəniyyət 
xalqın  etnik  birliyinin 
fərqləndirilməsində  əsas  ölçü  vahididir.  Elə  buna  görə  də  biz  qədim  Yunanıstan 
mə-dəniyyəti, 
qədim 
Roma 
mədəniyyəti, 
Fransa 
mədəniyyəti, 
Amerika 
mədəniyyəti,  Azərbaycan  mədəniyyəti  və  s.  ifadələrini  iĢlədirik.  Mədəniyyət 
cəmiyyətlə,  təsərrüfatla,  ictimai,  siyasi,  iqtisadi  və  ideoloji  həyatla  sıx  bağlı 
olduğundan  insanların  ictimai  Ģüu-runda,  onların  əxlaq  və  hərəkətlərində,  fiziki  və 
zehni  fəaliyyətində  öz  əksini  tapır.  Mədəniyyət  maddi  və  mənəvi  formada  özünü 
göstərir,  yəni  həm  zehni,  həm  də fiziki əmək nəticəsində yaradıldığından biz onları 
gözlə  görüb,  müĢahidə  edirik.  Onlar  insanların  həm  mənəvi  ehtiyaclarının,  həm  də 
gündəlik  qayğılarının  ödənilməsinə  xildmət  edir.  Buraya  əmək  alətləri,  ev  əĢyaları, 
geyim,  bəzək  əĢyaları,  döyüĢ  silahları,  idman  ləvazimatı,  incəsənət  əsərləri, 
ədəbiyyat  nümunələri,  yazılı  sənədlər,  din,etik  və  estetik  qayda-qanunlar  daxildir. 
Mənəvi  mədəniyyətin  tərkib  hissəsi  olan  nitq  mədəniyyəti  təfəkkür  mədəniyyətidir. 
Hər  bir  xalqın  yaratdığı  maddi  və  mənəvi  sərvətlər  o  xalqın  milli  mədəniyyəti 
sayılır.  Milli  mədəniyyətdə  hər  bir  xalqın  özünəməxsus  təfəkkür  tərzi,  mənəvi 
dəyərləri,  özünü  və  həyatı  dərketmə  -  anlama  Ģüuru,  bədii-estetik  duyumu, 
dünyagörüĢü  öz  əksini  tapır.  Bu  silsilədə  dilin  özünəməxsus  yeri  vardır.  Dil 
mədəni,  əxlaqi,  dini,  estetik  normaların  saxlanılması  və  gələcək  nəsillərə 
ötürülməsində  yeganə  olmasa  da,  aparıcı  və  əsas  vasitələrdəndir.  Azərbaycan 
mədəniyyəti  ümumbəĢəri  mədəniyyətin  tərkib  hissəsidir.  O,  milli  çərçivədə 
məhdudlaĢıb  qalmır,  baĢqa  millətlərin  mədəniyyətindən  bəhrələnir  və  baĢqa 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə