Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə13/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   65

27 
 
Dilçilər  dili  nitqin  bazası,  nitqi  isə  dilin  ifadə  forması  hesab  edirlər.  Dil  nitqi 
formalaĢdırma  vasitəsidir,  nitq  isə  özündə  dili  ehtiva  etməklə  onu  canlandırır  və 
yaĢadır.  Dil  nitqə  çevrilməklə  fəaliyyət  göstərir.  Nitq  dil  bazasında  yarandığı  üçün 
nitq  mədəniyyəti  də  dil  normaları  əsasında  formalaĢıb  həyata  vəsiqə  qazanır.  Dil 
normalarını  tənzimləyib  ümumiləĢdirən  dilçilik  elminin  bir  bölməsi  olan  nitq 
mədəniyyəti  fonetik  qanun  və  vasitələrə  əsaslanaraq  fikrin  eskpressivliyini 
artırmağa  xidmət  edir.  Dilin  leksik  tərkibini  mükəmməl  mənimsəmiĢ,  zəngin  söz 
ehtiyatına  malik  olan,  sözlərin  iĢlədilmə  məqamlarını,  emosional  -  ekspressiv 
çalarlarını  yaxĢı  bilən  insan  onlardan  məqamında  ba-carıqla  istifadə  edə  bilir. 
Sözlərin  normativ  və  məcazi  mənalarından  yararlanan  adamın  nitqi  mədəni  və 
məntiqi  olur.  Ədəbi  dilin  leksik  normalarından  kənara  çıxıb  loru,  vulqar  sözlərə, 
jarqonlara,  dialektizmlərə  müəyyən  qədər  yer  verən  adamın  nitqi  dinləyicilərin 
marağının  azalmasına  gətirib  çıxarır.  Qrammatik  normaları,  morfoloji  və  sintaktik 
formaları,  müxtəlif  dil  xüsusiyyətlərini  nitqdə  yerli-yerində  bacarıqla  iĢlətmək 
sayəsində  adamın  düzgün,  məntiqi,  səlis  danıĢığı  baĢqalarında  xoĢ  ovqat  yaradır, 
mənəvi  istirahətə,  müsbət  əhval-ruhiyyəyə  səbəb  olur.  Deməli,  əsas  obyekti  söz 
olan  dilçiliyin  nitq  mədəniyyəti  ilə  bağlılığı  qaçılmazdır.  Məqsəd  və  vəzifələri 
müxtəlif  olan  dilçiliklə  nitq  mədəniyyətini  yaxınlaĢdıran  cəhət  onların  hər  ikisinin 
obyektinin  söz  olmasıdır.  Lakin  nitq  mədəniyyətini  maraqlandıran  əsas  Ģərt 
sözlərin  ədəbi  dil  normalarına  uyğun  seçilib  iĢlədilməsi,  cümlədə  sözlərin  sırasının 
üslubdan asılı olaraq müəyyən yerdəyiĢməsinə  uğraması maraqlandırır. 
 
 
 
                   NİTQ MƏDƏNİYYƏTİ VƏ QRAMMATİKA 
Qrammatika  dilçilik  sahəsi  olub  söz  formalarını,  onların  dəyiĢmə  və  birləĢmə 
qaydalarını,  cümlə  tərtibi  məsələlərini  öyrənən  elmdir.  Məlumdur  ki,  qrammatik 
quruluĢ  hər  hansı  bir  dilin  varlığı  üçün  əsas  Ģərtdir.  Qrammatik  quruluĢ  dilin 
ümumi  qanunları  əsasında  inkiĢaf  edib  formalaĢır  və  təkmilləĢir.  Dilin  qrammatik 
quruluĢu  sözlərin,  söz  birləĢmələrinin  dəyiĢməsi  və  birləĢməsi,  cümlələrin  tərtib 
edilmə  qanun-qaydalarının  məcmusudur.  Qrammatikanın  morfologiya  və  sintaksis 
bölmələri  birlikdə  dilin  qrammatik  quruluĢunu  təĢkil  edir.  "Bütün  elmlərin 
qrammatikaya  ehtiyacı  vardır.  Qrammatikasız  natiqlik  kütdür,  poeziya  pəltəkdir"  - 
deyən  M.Lomonosov  dil  materialına  münasibət  məsələsində  qrammatikanın  rolunu 
həddən  artıq  yüksək  qiymətləndirirdi.  Nitq  mədəniyyətinə  yiyələnməkdə 
qrammatik  qayda-qanunların  gözlənilməsi  düzgün  tələffüz,  intonasiya,  fasilə, 
vurğu,  ritm,  diksiya  kimi  vasitələrlə  vəhdət  təĢkil  etməlidir.  Qrammatik  qaydaları 
üsluba  uyğun  olaraq  iĢlətmədən  nitqin  kommunikativ  keyfiyyət  dəqiqliyi  və 
məntiqliyini  saxlamaq,  nitqin  anlaĢıqlı  və  münasib  verilməsinə  nail  olmaq  çətindir. 
Beləliklə,  aydın  olur  ki,  nitq  mədəniyyəti  qrammatik  qanunlar  çərçivəsində  öz 
həllini  tapır. 
                 NİTQ MƏDƏNİYYƏTİ VƏ ÜSLUBİYYAT 
Nitq  mədəniyyəti  ilə üslubiyyat arasında qarĢılıqlı  əlaqə vardır. Üslubun yaranması 
dilin  özünün  inkiĢafı  ilə  bağlıdır.  Dil  üslubları  dilin  inkiĢaf  səviyyəsindən  asılı 


28 
 
olaraq  meydana  gəlmiĢdir.  Böyük  yunan  alimi  Aristotel  hələ  eramızdan  çox-çox 
əvvəl  üslub  məsələsini  nitq  mədəniyyəti  ilə  əlaqələndirirdi:  "Üslubun  qiyməti  onun 
aydınlığındadır.  Əgər  nitq  aydın  deyilsə,  deməli,  natiq  öz  məqsədinə  nail  ola 
bilməmiĢdir.  Üslub  nitqin  mövzusuna  uyğun  gəlməlidir".  Üslubiyyatın  tarixi 
Azərbaycanda  bir  elm  sahəsi  kimi  XX  əsrin  20-ci  illərindən  baĢlayır.  Bu  gün  dil 
üslubları  çox  və  rəngarəngdir:  akademik  üslub,  dialoq  üslubu,  monoloq  üslubu, 
realist üslub, romantik üslub, funksional üslublar, poetik üslub, Ģair və ya yazıçının 
fərdi  üslubu  və  s.  kimi  çoxlu  üslub  növləri  vardır.  Nitq  mədəniyyəti  və  üslubiyyat 
sözlərin  və  qrammatik  formaların  nitqdə  iĢlədilməsi  keyfiyyətini  və  imkanlarını 
araĢdırıb  tədqiq  edir.  Dilin  lüğət  tərkibi,  orfoqrafiya  və  orfoepiya  məsələləri, 
sözlərin  məna  çalarları  üslubi  rəngarənglik,  sinonimlik  və  s.  kimi  məsələlər  həm 
nitq  mədəniyyəti,  həm  də  üslubiyyəatın  öyrəndiyi  sahələrdir.Nitq  mədəniyyəti  ilə 
üslubiyyatı  eyniləĢdirmək  və  ya  üslubiyyatı  nitq  mədəniyyəti  predmetinin 
içərisində  əritmək  düzgün  deyildir,  amma  nitq  mədəniyyəti  üslubiyyatın  bir  sıra 
məsələlərini  də  əhatə  edir,  üslubun  düzgünlüyünə  qiymət  verir.  Deməli,  nitq 
mədəniyyətini  üslubi  normalardan  məqsədəuyğun  istifadə  olunması  və  ifadəlilik 
məsələləri  maraqlandırırsa,  üslubiyyatı  dil  vahidlərinin  leksik-semantik  əlaqələri, 
üslubi  imkanları,  söz-yaratma  və  söz  iĢlətmənin  normativliyi,  funksional  üslubları 
nəzərdə  saxlayır.  Deməli,  üslubiyyat  dil  və  nitq  üslublarını,  nitq  mədəniyyəti  isə 
müasir  ədəbi  dil  çərçivəsində  söz  və  qrammatik  formaların  nitqdə  iĢlədilmə 
imkanlarını,  onların  əlveriĢliyini,  uyğunluq,  düzgünlük,  səlislik,  ifadəlilik  kimi 
keyfiyyətlərini,  dil  sisteminin  emosional-ekspressiv  çalarlarını,  bədii  ifadə  və  təsvir 
vasitələrinin  formalaĢması  və  təkmilləĢməsinə  təsir  göstərən  amillərin  qarĢılıqlı 
əlaqələrini  öyrənir.  Bədii-üslubi  mahiyyət  daĢıyan  obrazlı  ifadələri,  sözlərin  məna 
qruplarını  və  üslubi  laylarını  əhatə  edən  dil  vasitələri  -  çoxmənalı  sözlər,  sinonim, 
omonim  və  antonimlər,  cinas  və  ya  təzad  yaratmağa,  mənanı  qüvvətləndirməyə, 
təkrardan  qaçmağa  xidmət  edən  və  s.  kimi  məsələlər  ən  çox  leksik  üslubiyyatla 
bağlıdır. 
 
    
NİTQ MƏDƏNİYYƏTİ VƏ ETİKA, ESTETİKA, İNCƏSƏNƏT 
 
Ümumxalq  mədəniyyətinin  ayrılmaz  tərkib  hissələri  olan  etika,  estetika  və 
incəsənətin  nitq  mədəniyyəti  ilə  qarĢılıqlı  əlaqəsi  vardır.  Mədəniyyət  xalqın 
formalaĢdığı  dövrlərdə  etika,  estetika  və  incəsənətlə  birgə  əmək  prosesində, 
insanların  praktik  fəaliyyətində  meydana  gəlir.  Etika  yunan  mənĢəli  latın  sözüdür, 
mənası  əxlaq,  xarakter,  adət  deməkdir.  Ġctimai  Ģüur  formalarından  biri  kimi  etika 
əxlaq,  tərbiyə  və  mənəviyyat  haqqında  fəlsəfi  nəzəriyyə  olub  hər  hansı  sinfin, 
cəmiyyətin,  ictimai  təĢkilatın  əxlaq  qaydalarını  özündə  əks  etdirir.  Natiq  mühazirə, 
məruzə  oxuyarkən,  çıxıĢ  edərkən  bütün  etik  normalara  riayət  etməli,  geyiminə, 
xarici  görkəminə  xüsusi  diqqət  yetirməli,  mimika  və  jestlərdən  mənalı  istifadə 
etməlidir.  Vulqar  və  jarqon  sözlər  iĢlətməkdən  çəkinməli,  ədəbsiz  sözlər 
iĢlətməməlidir.  Üzü  tüklü,  yaxalığı  əzik,  qalstuku  modaya  uyğun  olmayan, 
rəngarəng  paltar  və  ayaqqabılarda  auditoriya  qarĢısına  çıxmaq  da  müəllim, 
mühazirəçi  və  ya  məruzəçi  üçün  etik  normalar  xaricindədir.  O,  heykəl  kimi 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə