Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə11/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   65

23 
 
dialektik  vəhdətdə  olub  bir-birini  tamamlasa  da,  aralarında  müəyyən  fərqlər  də 
vardır:  1)Dil  həcmcə  nitqdən  geniĢdir;  2) Dil ümumxalq, nitq fərdi səciyyə daĢıyır; 
3)  Dil  ünsiyyət  vasitəsi,  nitq  ünsiyyət  prosesidir;  4)NĠtq  insan  fikrinin  ifadəçisidir, 
təfəkkürü  formalaĢdırır;  5)  Nitqin  əsas  cəhəti  onun  məzmunluluğu,  aydınlıq, 
mənalılıq,  təsirlilik  və  dəqiqliyidir;  6)  Dil  nitqin  məhsuludur,  kollektivin 
bəhrəsidir,  məna  ilə  akustik  obrazı  birləĢdirən  iĢarələr  sistemidir.  Nitq  dilin  hər 
dəfə  yenidən  iĢlədilməsidir;  7)  Dil  ictimai-tarixi  təcrübənin  mövcudluğu, 
saxlanması  və  verilməsidir.  Nitqə  adlandırmaq,  ümumiləĢdirmək  və  kommunikativ 
funksionallıq  əlamətləri  xasdır;  8)  Dil  ictimai,  ümumi,  nitq  isə  fərdi  hadisədir.  Nitq 
vasitəsilə  fərdin  öz  fikrini  ifadə  etmə  anlama  və  qavrama  aktıdır.  Hər  Ģəxsin  öz 
danıĢıq  manerası  vardır;  9)  Dil  imkana,  nitq  gerçəkliyə  uyğun  gəlir;  10)  Dil  nitqə 
nisbətən  sabit,  nitq  dilə  nisbətdə  dinamikdir.  11)  Dil  dilçiliyin,  nitq  psixologiyanın 
tədqiqat  obyektidir  (18  səh.  40).  Nitq  milli  səciyyəlidir,  hər  bir  xalqın,  millətin 
özünəməxsus  nitqi,  danıĢığı,  tələffüz  forması  vardır.  Xalqın  psixoloji  xarakteri 
maddi  yaĢayıĢ  tərzi  və  mədəniyyəti  dil  ümumiliyi  ilə  bağlıdır.  Məhz  bu  cəhət  hər 
bir  xalqı,  o  cümlədən  də  bizim  xalqımızı,  onun  mədəniyyətini,  eləcə  də  nitq 
mədəniyyətini  baĢqa  xalqlardakından  fərqləndirir.  Azərbaycan  dili  nəinki  hind-
Avropa  dillərindən,  eləcə  də  türk  dillərindən,  hətta  oğuz  qrupuna  daxil  olan 
Türkiyə  türkcəsindən,  türkmən  və  qaqauz  dillərindən  də  fərqlənir.  Dilimizin  lüğət 
tərkibi,  fonetik  sistemi  və  qrammatik  quruluĢu  min  ildən  artıqdır  ki,  müstəqil 
inkiĢaf  yoluna  qədəm  qoymuĢdur.  Azərbaycan  xalqı  öz  varlığını  ortaya  qoyana 
qədər formalaĢmıĢ və öz dilini də formalaĢdırmıĢdır. Dövrdən asılı olaraq ərəb-fars 
sözləri  ilə  nə  qədər  yüklənsə  də  IX-XI  əsrlərdə  meydana  gələn  "Dədə  Qorqud 
kitabı",  XIII  əsrdə  Həsənoğlunun  qəzəlləri  göstərir  ki,  ortaq  əlifbadan,  ərəb-fars 
söz  və  ifadələrindən  istifadə  etsək  də,  fərq  özünü  bütün  dil  qatlarında  göstərir, 
nitqin  ahəngi,  ritmi,  tempi,  intensivliyi,  məntiqi  vurğusu,  tembri,  sintaktik 
mənaların  ifadəsinə  xidmət  edən  intonasiyası  dilimizin  özünə  məxsusluğunu  bu 
gün  bütün  dünyaya  nümayiĢ  etdirir.  Nitq  mədəniyyətinin  bu  xüsusiyyətləri  bütün 
xalqımız  tərəfindən  gözlə-nilir  və  hər  gələn  yeni  nəsildən,  uĢaq  bağçalarından 
baĢlamıĢ  məktəblərə  qədər,  Ģagirdlərdən,  tələbələrdən,  qəzet-jurnal  səhi-fələrində, 
radio-televiziya  veriliĢlərində,  müxtəlif  dərslik,  dərs  vəsaitləri,  siyasi,  elmi,  bədii, 
publisistik  kitablara  qədər  dilimizin  qrammatik  qanun-qaydalarına  əməl  edilməsi 
hamıdan  tələb  olunur.  Sözlərin  fonetik  tərkibi,  düzgün  tələffüzü  və  yazılıĢı, leksik-
semantik  mənası,  cümlə  quruluĢu  hamı  üçün  eynidir.  Bu  da  təbiidir  ki,  əgər  belə 
olmasa  idi,  dil  öz  əsas  vəzifəsini  -  ünsiyyət  vasitəsi  olmaq  funksiyasını  icra  edə 
bilməzdi.  Nitq  mədəniyyətinin  səciyyəvi  cəhətləri  də  vardır.  Dilin  leksik  - 
semantik  və  sintaktik  yaruslarında  fərqli  cəhətlərə  üslubla  bağlı  məqamlarda  yol 
verilir.  Dram  əsərlərində  dialoqlarda,Ģeirlərdə  heca,  qafiyə,  vəzn  xatirinə 
cümlələrdə  söz  sırasının  pozulması  fərdi  səciyyə  daĢıyır.  Mədəniyyətin 
göstəricilərindən  olan  gözəl  nitq  dilin  səlisliyindən,  onun  ifadə  imkanlarından 
düzgün  faydalanmaq  vərdiĢ-ləri  ilə  ĢərtləĢir.  Azərbaycan  dili  lüğət  tərkibi,  fonetik 
sistemi,  morfoloji  və  sintaktik  quruluĢuna  görə  dünyanın  ən  inkiĢaf  etmiĢ  zəngin 
dillərindən  sayılır.  Nitqin  özünəməxsus  xüsusiyyətləri  vardır.  Eyni  məsələdən, 
məlum  faktdan  danıĢan  və  ya  yazan  iki  adamın  nitqi  (əgər  yazılıb 


24 
 
əzbərlənməmiĢdirsə)  məzmunca  eyni  olsa  da,  nəql  etmə  formasına,  quruluĢuna 
görə  bir-birindən  fərqlənəcəkdir.  Həyatda  bir-birinin  eyni  iki  adam  olmadığı  (lap 
ekiz  doğulanlar  da)  kimi,  bir-birinin  eyni  olan  iki  nitq  parçası  da  yoxdur  (hətta  bir 
Ģairineyni  mövzuda  müxtəlif  vaxtlarda  yazılmıĢ  iki  Ģeiri,  hansısa  bir  yazıçının  iki 
variantda  yazılmıĢ  əsərinin  bir  hissəsi  və s.). Ġnsanlar ayrı-ayrı fərdlər olduğu üçün 
onların  nitqi  də  fərdidir,  özünəməxsusdur.  Bəlkə  dünyanın,  həyatın  bənzərsizliyi 
elə  bununla  əlaqədardır.  Xalqlar  müxtəlif  olduğu  kimi,  onların  nitqi  də,  dili  də  bir-
birindən  fonetik,  leksik,  qrammatik  cəhətdən  fərqlidir,  üslub  baxımından 
rəngarəngdir.  Xalqların  xarakteri  dillərində  də  görünür.  Dildəki  milli  fərq 
insanların  nitqində  öz  təzahürünü  tapır.XIX  əsrin  görkəmli  alman  dilçisi 
V.Humboldtun  "Hər  xalq  orijinal  və  təkrarolunmazdır.  Dil  xalqın  zahirə  meydana 
gəlməsidir,  onun  ruhu  dildir"  -  kəlamına  haqq  qazandırmaq  lazımdır.  Nitq 
mədəniyyətinin  elə  xüsusiyyətləri  var  ki,  fərdi  səciyyə-lidir,  yəni  heç  də  hamı  bir 
cür  danıĢmır,  yazmır,  nitq  söyləmir.  Nitq  mədəniyyətinin  inkiĢafında,  ədəbi  dil 
normalarına  düzgün  əməl  olunmasında  məktəbin,  radio  və  televiziya  veriliĢlərinin, 
dövrü  mətbuatın,  kino  və  teatrın  rolu  əvəzsizdir.  Kütləvi  infor-masiya  vasitələri  və 
tədris  müəssisələri  dilin  qayda-qanunlarını  siyasi,  sosial,  mədəni  və  mənəvi 
məsələlər  daxilində  çatdırır,  qrammatik  qaydaları,  dilin  quruluĢunu  bir  fənn  kimi 
yox,  praktik  Ģəkildə nitq prosesində nitq mədəniyyəti kimi verir. Müasir dövrdə hər 
bir  Ģəxsin  ən  gözəl  keyfiyyətlərindən  biri,  bəlkə  də  baĢlıcası  onun  zəngin  nitq 
mədəniyyətinə  malik  olmasıdır.  Nitq  mədəniyyəti  insanın  ümumi  inkiĢafında 
xüsusi  rol  oynayır.  Ġstər  məzmun,  istərsə  də  forma  cəhətdən  gözəl  olan  nitq  fikrin 
təsirli  ifadəsinə  xidmət  edir. 
Sual və tapĢırıqlar 
1. Nitq mədəniyyəti  dilçilik  fənni  kimi  nə vaxtdan formalaĢmağa  baĢlamıĢdır? 
2. Nitq mədəniyyəti  tədris fənni  kimi  neçənci ildən  ali  məktəblərdə  tədris olunur? 
3. Nitqin  əsas məqsədi nədir? 
4. Maddi mədəniyyət  deyiləndə  nələr  nəzərdə tutulur? 
5. Xalqın milli  mədəniyyəti  nələrdə  təzahür edir? 
6. Mədəni nitqin  əsas əlamətləri  hansılardır? 
7. Dilin  vəzifəsi  nədir? 
8. Dil,  yoxsa nitq dəyiĢikliyə  çox uğrayır? 
9. Nitqin  milli  səciyyəli  olduğunu necə izah  edərsiniz? 
10. Nitq mədəniyyətinə  verilən  tələblər  hansılardır? 
11. Azərbaycan dilinin  dövlət dili  statusu alması haqqında nə deyə bilərsiniz? 
12. Dil  ilə  nitq arasında hansı fərqlər vardır? 
 
ÇalıĢma  9.  Mətni  oxuyun,  dilimizi  xarakterizə  edən  fikirlərə  daha  nələri  əlavə 
etməyin  mümkün  olduğunu araĢdırın: 
Dil  millətin  canı  və qanıdır. Vətən və ana dili - bunlar sinonim anlayıĢlardır. Vətəni 
sevmək  doğma  dili  sevmək  deməkdir.  O,  olmadan  xalqın  tarixini,  onun  keçmiĢini, 
mədəniyyətini  öyrənmək  olmaz.  Orta  əsrlərdə  əsgərlərimiz  dodaqlarında  "Doğma 
vətəndən  gözəl,  doğma  dildən  Ģirin  dünyada  yoxdur"  sözləri  ilə döyüĢlərə qalxmıĢ 
və  vətən  uğrunda  canlarından  keçmiĢlər.  XV-XVII  əsrlərdə  Azərbaycanın 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə