Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə12/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   65

25 
 
dövlətçilik  mədəniyyətinə  yiyələnmiĢ,  ġərqdə  böyük  nüfuza  malik  Qaraqoyunlu, 
Ağqoyunlu  və  Səfəvi  dövlətlərinin  baĢında  Azərbaycan  sülalələri  dayanırdılar. 
Uzun  Həsənin  dövründə  Ağqoyunlu  Yaxın  və  Orta  ġərqin  qüdrətli  dövlətinə 
çevrilmiĢdi.  Onun  nəvəsi  ġah  Ġsmayıl  Xətainin  yaratdığı  Səfəvi  dövləti  bütün 
Azərbaycan 
torpaqlarınıbirləĢdirirdi.  Burada  Azərbaycan  dili  dövlət  dili 
səviyyəsinəyüksəlmiĢdi,  ondan  diplomatik  yazıĢma,  hərbi-təlim  dili  kimi  istifadə 
olunmuĢdur.  Sonralar  Azərbaycan  dilinə  çox  təcavüzlər  olmuĢdur.  Zaman-zaman 
bir  etnos  kimi  xalqımızı  tarix  səhnəsindən  çıxarmağa  çalıĢan  düĢmənlərimiz  ilk 
növbədə  dilimizi  məhv  etməyə  səy  göstərmiĢlər.  Fəqət  buna  nail  ola  bilməmiĢlər. 
Əcdadlarımız  Azərbaycan  dilini  yad  təsirlərdən  qoruyub  saxlamıĢ  və 
yaĢatmıĢlar.1918-1920-ci  illərdə  Azərbaycan  Demokratik  Respublikası neçə əsrdən 
sonra  Azərbaycan  dilini  ikinci  dəfə  dövlət  dili  elan  etmiĢdi.  1991-ci  ildə 
respublikamız  müstəqillik  qazanandan  sonra  Azərbaycan  dilinə  rəsmi  dövlət  dili 
statusu  verilmiĢdir.  Bu  gün  dilimiz  zəngin  ifadə  vasitələrinə,  mükəmməl 
qrammatik  quruluĢa,  kamil  əlifbaya,  orfoqrafiya  və  orfoepiya  qaydalarına,  üslubi 
normalara  malik  bir dil səviyyəsinə  yüksəlmiĢdir. 
ÇalıĢma  10.  Ədəbi  dil  normalarına hansı Ģəraitdə (evdə, küçədə, yaxud məktəbdə) 
əməl  edirsiniz?  Səbəbini aydınlaĢdırın. 
ÇalıĢma  11.  Cümlələrdə  yerinə  düĢməyən,  səhv  hesab  etdiyiniz  sözləri  tapın, 
altından xətt çəkin, qarĢısında düzgün qarĢılığını mötərizədə yazın: 
1)  Nənəm  namaz  üstə  dua  deyirdi;  2)  Ona  elə  gəlirdi  ki,  bu  gün  sabah  yuxusu 
mütləq  doğruya  çevriləcək;  3)  Uzaqda,  yolun  qalın  meĢəyə  qovuĢduğu  yerdə  toz 
dumana  qalxırdı;  4)  Qulağıma  hardansa  bir  səs  toxundu;  5)  Onun  addımlarında 
yaĢına  uyğun  olmayan  bir  səbir  və  iradə  səslənirdi;  6)  Otağa  bağ-bağçanın 
güllərinin  bihuĢedici  ətri gəlirdi. 
ÇalıĢma  12.  Mətndəki  terminləri  tapın,  idman  sahəsi  üzrəayrı-ayrı  qruplarda 
birləĢdirib  yazın: 
Ġdmançıların  göstərdikləri  fəaliyyətlərdən  asılı  olaraq  idman  növləri  aĢağıdakı  beĢ 
qrupa ayrılır: 
Fiziki  və  iradi  keyfiyyətləri  nümayiĢ  etdirən  və  aktiv  hərəkət  fəaliyyəti  olan  idman 
növləri.  Bu  qrupa  bizim  tanıdığımız  idman  növlərinin  çoxu  aid  edilir.  Ġdmançılar 
idman  növlərindən  asılı  olaraq  öz  qüvvə,  sürət,  dözümlülük,  elastiklik, cəldlik kimi 
fiziki  qabiliyyətlərini,  texniki  və  taktiki  hərəkətləri  nümayiĢ  etdirmək,  qorxmazlıq, 
qələbəyə  inam,  mübarizə  aparmaq  ustalığını  göstərirlər.  Bura:  yeriĢ,  akrobatika, 
futbol,  boks,  yunan-Roma;  qaçıĢ,  aerobika,  voleybol,  karate,  sambo;  tullanmalar, 
batutda  hərəkətlər,  reqbi,  taekvondo,  cüdo;  əĢya  atmalar,  bədii  gimnastika,  otüstü 
hokkey, kikboksinq, sərbəst güləĢmə daxildir. 
ÇalıĢma  13.  Oxuyun,  buraxılmıĢ  orfoqrafik,  qrammatik  və  üslubi  səhvləri 
düzəldərək  mətni  köçürün: 
Oğlan  qapıyı  aĢdı.  Ġçəri  qarannıx  idi.  Əvvəl  gözdəri  heç  nə görmədi, yavaĢ-yavaĢ 
qarannıxa  alıĢannan  sora  inəylərini  gördü.  Ġnəy  təzəcə  doğmuĢ  balasın  yalayırdı. 
Oğlan  yaxın-yaxın  gəlif  bizoya  diqqətnən  baxdı.  Yenicə-yenicə  dünyaya  gəlmiĢ 
bizo  anasının  nəfəsiynən  oxranırdı,  əyaxa  durmax  isdiyirdi,  angax,  hələm 
bajarmırdı. Oğlan tələm-tələsiy bayıra qaĢdı. Nənəsin qıĢqırdı. Nənəsi baĢı qarıĢıx 


26 
 
olduğundan  eĢitmədi.  Oğlan  bir  də  qıĢqırdı.  Nənə  səsi  eĢidip  gəldi.  Nənə  və nəvə 
töylüyə  girdilər. 
ÇalıĢma  14.  ġifahi  xalq  ədəbiyyatında  nitq  mədəniyyətinin  əsas  göstəricilərini 
müəyyən-  ləĢdirin: 
Koroğlu yaxın gəlib  soruĢdu: 
- Ay əmi,  niyə  ağlayırsan? 
Qoca heç baĢını da qaldırmayıb dedi: 
- Neynirsən?  Səndən ki mənim  dərdimə dərman olmayacaq, çıx yolunla get! 
Qoca sözü nə qədər yayındırmaq istədisə, Koroğlu əl çəkmədi. 
KiĢi  gördü olmayacaq axırda dedi: 
- Ġndi ki əl çəkmirsən, qabaqca mənə de görüm, sən kimsən? 
Bu baĢındakı dəstə-tifaq nədi? 
-  Mən  Muradbəyli  tərəflərdənəm.  Buradan  mal  almağa  gəlmiĢik.  Yollar  Ģulluqdu 
deyin, yaraqlı-yasaqlı gəlmiĢik. 
Qoca Muradbəyli sözünü eĢidəndə bir fikrə  cumdu. Dedi: 
-  YaxĢı,  deyirsən  ki,  Muradbəyli  tərəfdənsən.  De görüm, Koroğlunu tanıyırsan, ya 
yox? 
Koroğlu gördü qocada söz var. Dedi: 
- Tanıyıram. Niyə tanımıram! 
Qoca dedi: 
- Ġndi ki tanıyırsan, mənə de görüm Koroğluya dost adamsan, ya düĢmən? 
Koroğlu dedi: 
- Dost olarıq. Nə var ki? Bu Ģeyləri  məndən niyə  soruĢursan? 
("Koroğlu" dastanının "Durna teli"  qolundan) 
 
ÇalıĢma  15.  AĢağıdakı  sözlərin  orfoqrafiyasındakı  səhvləri  müəyyənləĢdirin  və 
onları düzgün yazın: 
Vırmax,  tilvizor,  bağıĢda,  qarannıx,  boĢdux,  riyaziyat,  lahiyə,  prakror,  sürücməy, 
niyət,  bulut, kaseta, məkəmə,  həyət-baja. 
ÇalıĢma 16. VerilmiĢ  frazeoloji  birləĢmələri  sözlə ifadə edin: 
dincini  almaq,  qəlbə  dəymək,  baĢ  sındırmaq,  göz  qoymaq,  yada  salmaq, burnunu 
sallamaq,  ağzına dil  atmaq, bel bağlamaq, ailə  qurmaq, dünyaya göz açmaq. 
ÇalıĢma  17.  Protokola  verilən  tələbləri  qeyd  edin.  Qrup  iclasının  protokolunu 
yazın. 
ÇalıĢma 18. Haradasa iĢləyirsiniz.  Müəssisə rəhbəri ilə  müqavilə  bağlayın. 
 
 
NİTQ MƏDƏNİYYƏTİNİN BAŞQA ELMLƏRLƏ ƏLAQƏSİ 
 
Nitq  mədəniyyəti  həm  tədris  fənni,  həm  də  elm  kimi  dilçiliyin  fonetika,  orfoepiya, 
orfoqrafiya,  leksikologiya,  qrammatika,  üslubiyyat  Ģöbələri  ilə,  həm  də  etika, 
estetika  və incəsənətlə  bağlıdır. 
                     NİTQ MƏDƏNİYYƏTİ  VƏ DİLÇİLİK 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə