Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə16/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   65

33 
 
xalqların  mədəniyyətinə  təsir  edərək  onların  formalaĢması  və  inkiĢafına  əvəzsiz 
xidmət  göstərir.  Dahi  Azərbaycan  bəstəkarı  Üzeyir  bəy  Hacıbəyovun  musiqisinin 
bütün  ġərq  xalqlarına  örnək  olması,  Azərbaycan  dilinin  ətrafımızda  yaĢayan 
xalqların  -  erməni,  gürcü,  çeçen,  avar,  ləzgi,  kürd,  talıĢ  və  s-lərin  dilinə  təsiri 
danılmazdır.  QarĢılıqlı  mədəni  əlaqələr  milli  mədəniyyətimizin  inkiĢafına  da  öz 
müsbət  təsirini  hiss  etdirir.  Qərb  və  rus  simfonik  və  balet  musiqisinin,  rəssamlıq, 
boyakarlıq,  heykəltəraĢlıq  nümunələrinin  Azərbaycan  incəsənətinə  təsiri  çox 
böyükdür.  Belə  münasibətlərin  nəticəsidir  ki,  Qara  Qarayevin,  Fikrət  Əmirovun, 
Arif  Məlikovun  musiqisi,  Tahir  Salahovun  rəsm  əsərləri  dünya  incəsənətinə  dəyərli 
töhfədir.  BĠz  dünya  sivilizasiyasına  inteqrasiya  etməklə  mədəniyyətlərarası 
əlaqələri  geniĢləndiririk.  Milli  mədəniyyətin  göstəricilərindən  biri  olan  gözəl  nitq 
(Ģifahi  və  yazılı)  dilin  səlisliyini,  ifadə  imkanlarını  bütün  məziyyətləri  ilə  çatdıra 
bilən  yazıçılardan,  söz  ustalarından,  natiqlər-dən  çox  asılıdır.  "Dədə  Qorqud 
kitabı"nı,  Nəsimini,  Füzulini,  M.F.Axundovu,  C.Məmmədquluzadəni,  M.Ə.Sabiri, 
Ü.Hacıbəyovu  və  onlarla  digər  söz-sənət  korifeylərini  dünyaya  bəxĢ  etmiĢ 
Azərbaycan  xalqı  bu  dahi  sənətkarların  söz  incilərində  zəngin  nitq  mədəniyyətinin 
varlığını  nümayiĢ  etdirmiĢdir.  Hər  bir  azərbaycanlı  -  müəllim,  həkim,  nazir,  tələbə, 
Ģəhərli,  kəndli  nitq  mədəniyyətinə  dərindən  yiyələnməli,  ana  dilimizdə  düzgün, 
gözəl  danıĢmağa,  savadlı,  dəqiq,  aydın  yazmağa  borcludur.  Öz  dilini  yaxĢı 
bilməyəni,  onun  incəliklərini  dərindən  mənimsəməyəni  yüksək  mədəniyyətli  adam 
hesab etmək olmaz.  
Sual və tapĢırıqlar 
1.  Azərbaycan  dilinin  dövlət  dili  olması  haqqında  Azərbaycan  Respublikasının 
ümummilli  lideri  Heydər  Əliyevin  fərman  və  sərəncamlarının  əhəmiyyətini  izah 
edin. 
2. Mədəniyyətin  inkiĢaf  mənbəyi  nədir və onu necə baĢa düĢürsünüz? 
3. Xalq mədəniyyətinin  tərkib  hissələri  hansılardır? 
4. Mədəni nitq hansı cəhətləri  ilə  fərqlənir? 
5. Nitq mədəniyyətinin  qoruyucusu və daĢıyıcısı anlayıĢını necə baĢa düĢürsünüz? 
6. Nitqin  funksiyaları  və əsas cəhətlərini  deyin. 
7. Nitq fəaliyyəti  nədir? 
 
ÇalıĢma  25.  Mətni  oxuyun,  linqvistik  təhlil  aparın,  ədəbi  dilimizin  hansı 
normalarının pozulduğunu qeyd edin: 
Nağaraçı  Ġsabalı  ortada  heykəl  kimi dinməz-söyləməz dayanmıĢ Cəbodan gözlərini 
çəkmədən  var  gücü  ilə  qıĢqırdı:  Sağ  olsun  müəllimlər!  Sağ  olsun  Cəbo  qağa!  Bu 
vaxt  Bahəddin  vizqanı  baĢının  üstünə  qaldırıb  havada  çalır,Vəli  zurnasını  zilə 
qaldırıb  sifətinin  qarĢısında  sağa-sola  fırladırdı…  Toybəyi  yerdəki  pulları  yığıb 
toyçuların  qarĢısındakı  çantaya  atdı.  Elə  bu  an  həyət  qapısından  içəri  girən  Pısı 
Ələkbər  dili  topuq  vura-vura:  ə…ə…ə…  nə  d…d…d…  durubsuz,  yanır! 
K..k…k…  köməyə  gəlin!  T…  ənbəki  anbarı  y…y…y…  yanır  ey!  Pısı  Ələkbər 
pəltək  olduğundan  sözləri  deyəndə  zıqqına-zıqqına  deyir  və  hərdən  elə  gücə 
düĢürdü  ki…  BaĢını  fırladaraq  öz  orbitində  dairə  cızır,  yalnız  bundan  sonra 
deyəcəyi  sözü  tələffüz  edirdi…  sözü  deyəndə  isə sifəti qıpqırmızı   qızarırdı  Pısı 


34 
 
Ələkbərin…  Toyçular  dayandı,  camaatın  bir  qismi  toyxanadan  çıxdı.  Cəbo 
yerindəcə  dayanıb  durmuĢdu…  O,  indiki  vəziyyətində  uçurulan  və  sağ  çiyni 
üstündə  əyilmiĢ  heykələ  oxĢayırdı…  (ġamil  Zaman.  Qarabağları  tərənnüm  edirəm. 
Bakı, 2007, səh.88) 
 
ÇalıĢma  26.  Sizin  adınıza  gəlmiĢ  bağlamanı  poçtdan  almaq  üçün  bir  nəfərə 
etibarnamə  yazın. 
 
 
 
      NİTQİN NÖVLƏRİ 
Dilin  mövcudluq  forması  olan  nitq  fəaliyyəti  danıĢma,  dinləmə,  yazı  və  oxu 
proseslərini  birləĢdirir.  Buna  görə  də  nitq  daha  çox  Ģifahi  və  yazılı,  monoloji  və 
dialoji,  zahiri  və daxili  (lal)  növlərinə  bölünür. 
                                       ŞİFAHİ NİTQ 
Xalq  danıĢıq  dilinin  cilalanmıĢ  forması  olan  Ģifahi  ədəbi  dil  ciddi  fonetik,  leksik, 
morfoloji  və  sintaktik  normalar  əsasında  fəaliyyət  göstərir.  Bu  normalarla 
dialektlərə  qarĢı  duran  ədəbi  dilin Ģifahi forması qədim dövrlərdən, yəni eramızdan 
çox-çox  əvvəllər,  hələ  əlifba  və  yazı  meydana  gəlməmiĢdən  xalq  yaradıcılığı  dili 
kimi  insanlar  arasında  holavarlar,  sayaçı  sözləri,  ağılar,  atalar  sözləri,  zərb-
məsəllər,  qaravəlli,  tapmaca,  nağıllar,  bayatılar,  mahnılar,  xalq  oyun-tamaĢaları 
Ģəklində  iĢlənmiĢdir.  Bugünkü  Ģifahi  ədəbi  dil  ali  və  orta  məktəb  müəllimlərinin, 
səhnədə  aktyorların,  söz  ustalarının,  radio  və  televiziya  veriliĢlərində  diktorların və 
baĢqa  sahələrdə  ziyalıların  hesabına  səlisləĢir  və  zənginləĢir.  ġifahi  nitqi 
xarakterizə  edən  baĢlıca  cəhət  onun  eĢidilməsidir.  Bu  nitq  danıĢılan,  söylənilən, 
səslənən  nitqdir.  O,  əl-qol,  bədən  hərəkətləri,  üz,  göz,  qaĢ,  dodaq  (mimika) 
hərəkətləri  və  səsin  ahəngi  ilə  müĢayiət  olunur,  baĢqa  cür  desək,  Ģifahi  nitqdə 
danıĢan  in-tonasiyadan,  mimika  və  jestikulyasiyadan  istifadə  edə  bilir.  ġifahi  nitqin 
ayrılmaz  hissəsi  olan  səsin  ahəngi  və  bədən  üzvlərinin  hərəkətləri  sözlərlə  verilən 
fikri  müxtəlif  çalarda  çatdırmağa  əlavə  imkan  yaradır.  Məsələn:  "Bu  oğlan  əla 
tələbədir"  -  cümləsini  biz  hiss,  həyəcanla,  ahəngdar  səs  tonu  ilə  səsləndirib  sağ 
əlimizi  azacıq  qaldıraraq  və  baĢ  barmağımızı  yuxarı  tutmaqla  bu  tələbənin  əla, 
baĢqalarından  çox  seçilən  bir  oğlan  olmasına  öz  rəyimizi  bildirmiĢ  oluruq.  Əgər 
həmin  cümləni  biz  sual  intonasiyası  ilə  deyərək  üst  dodağımızı  burnumuza  tərəf 
qaldırıb,  yaxud  üz-gözümüzü  turĢudub  əl  barmaqlarımızı  azca  qaldırıb  ani  tərzdə 
aĢağı  salmaqla  həmin  tələbəyə  mənfi  münasibətimizi  bildirmiĢ  olarıq,  həm də onun 
yaxĢı tələbə olmasını Ģübhə altına alarıq. Biz bu cümləni adi, nəql edilən intonasiya 
ilə  deyib  fikri  təsdiqləyiriksə,  onda  baĢımızı  hörmətlə  endirib  qaldırırıq.  Əgər  bu 
fikirlə  (oğlanın əla tələbə olması ilə) razılaĢmırıqsa, baĢımızı  qismən arxaya aparıb 
gətiririk,  bəzən  də  dilimizdə  mənfi  münasibət  bildirən  və  "yox"  anlamında  iĢlədilən 
"çık"  vokativ  səs-sözdən  istifadə  edirik. ġifahi nitq eĢitmə, dinləmə, qavrayıĢ üçün 
nəzərdə  tutulan  səsli  nitqdir.  ġifahi  nitqin  baĢ  vermə  səbəbi  insanın  beyin 
fəaliyyəti,  düĢünmə  qabiliyyəti  ilə  idarə  olunur,  danıĢıq  üzvləri  fəallıq  göstərir, 
danıĢan  dinləyicilərinə  təsir  mexanizmi  kimi  intonasiya,  mimika  və  jestlərdən 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə