Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə18/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   65

37 
 
Baranla  Məminin  üst-baĢlarının  toz-torpağını  çırpa-çırpa  yola  düzəldiklərinə 
tamaĢa  etməyə  baĢladı.  Baran  bir  az  gedib  dayandı,  arxaya  çevrilib  sağ  əlinin 
Ģəhadət barmağını havada Məmmədə tərəf silkələyərək  dedi: 
-  Köpək  oğlu,  bir  dayan,  gör  sənin  baĢına  nə  oyun  açacağam?!  Məmməd  daha 
cavab vermədi. Onlar uzaqlaĢdılar. Məmi Baranı darta-darta aparırdı. Onlar gözdən 
itənə  qədər  Məmməd  arxadan  baxdı.  (ġamil  Zaman. Qarabağları tərənnüm edirəm. 
Bakı, 2007, səh.128-129) 
 
ÇalıĢma  28.  Qrupunuzda  aparılan  milli-vətənpərvərlik  iĢləri  haqqında  hesabat 
yazın. Əvvəlcə hesabata verilən  tələbləri  və hesabatın formasını qeyd edin. 
 
 
MONOLOJİ NİTQ 
ġifahi  nitqin  özünün  də  iki  forması  vardır:  monoloji  nitq  və  dialoji  nitq.DanıĢıq 
səsi  formasında  mövcud  olan  monoloji  nitq  son  dərəcə  fəal  və  sərbəst  Ģifahi  nitq 
növüdür.  Monoloji  nitq  özünü  iki  formada  -  Ģifahi  və  yazılı  formalarda  göstərir. 
Monoloji  nitqin  yazılı  forması həcminə görə geniĢ, Ģifahi monoloji nitq isə, əsasən, 
qısa,  yığcam  və  konkret  olur.  Nitq  üçün,  ümumiyyətlə,  monoloji  və  dialoji 
formalar  səciyyəvidir.  Bu  terminlər  monoloq  və  dialoq  sözlərindəndir.  Monoloq 
sözü mənĢəcə latın dilinə məxsusdur; mono-bir, loqos - nitq, nəzəriyyə, elm sözləri 
mənasındadır,  "bir  Ģəxsin  nitqi"  deməkdir.  Nəzm  və  nəsr  əsərlərində  müəllifin 
danıĢığı,  təhkiyə  dilində  söylədiyi  nitq  monoloq  formasındadır.  Səhnə  əsərlərində 
surətlərdən  birinin,  adətən,  baĢ  qəhrəmanın  dilindən  verilir,  onun  öz-özünə,  tək 
danıĢığı  və  ya  aktyorun  tamaĢaçılara  xitabən  təkbaĢına  söylədiyi  nitq  monoloq 
adlanır.Dialoq  sözü  isə  yunan  mənĢəli  olub,  dia-iki  və  loqos  hissələrindən 
yaranmıĢdır.  Dialoq,  ümumiyyətlə,  iki  və  daha  artıq  Ģəxs  arasında  olan  söhbət 
deməkdir.  Ədəbi əsərdə “iki Ģəxsin söhbəti Ģəklində yazılmıĢ hissə” mənasındadır. 
Deməli,  dialoqda hadisə iki Ģəxsin danıĢığı yolu ilə canlandırılır. Dramatik əsərlər - 
pyes,  faciə  və  komediyalar  dialoq  Ģəklində  qurulur.  Monoloji  nitqdə  bir  nəfər 
danıĢır,  baĢqaları  onu  dinləyirlər.  Monoloji  nitq  dinləyicilərlə  ünsiyyət  formasıdır. 
Bu  nitq  dinlənilir,  eĢidilir  və  nəticə  çıxarılır.  Bu  nitq  ailədə,  məiĢətdə, elm və təhsil 
ocaqlarında,  məhkəmə  iclaslarında  daha  çox  iĢlədilir.  Monoloji  nitq  hər  hansı 
müəyyən  fikir, ideya, məsələ, xəbər və s. haqqında bir nəfərin rabitəli ardıcıl, geniĢ 
və  ya  qısa  məlumatıdır.  Bu  nitqdə  fasilə,  (pauza),  ritm,  ahəng,  temp,  sürət,  ton 
danıĢanın  istəyi  və  bacarığı  daxilində  məzmunla  bağlı  olaraq  bir-birini  əvəzləyir. 
Bu  nitq  növü  mühazirə,  məruzə,  çıxıĢ,  məqalə,  məktub,  məlumat  və  s.  Ģəkillərdə 
təzahür  tapır.  Monoloji  nitq  müxtəlif  məqsəd  və  məzmunda olur. Burada danıĢma, 
dinləmə,  oxuma  proseslərində  məlumat  vermə,  inandırma,  öyrətmə,  təbiət  və 
cəmiyyət  hadisələri  haqqında  nəzəri  bilikləri  çatdırma,  insanın  daxili  hiss  və 
həyəcanını  ifadə  etmə  və  s.  kimi  hallar  əhatə  olunur.  Bu  zaman  danıĢan  Ģəxs  öz 
elmi,  nəzəri,  faktiki  düĢüncələrini  də,  oxuyub  mənimsədiyi  məsələləri  də  Ģərh  və 
ya  izah  edir.  Deməli,  Ģəxsin  fikir  və  mülahizələri  öz  fərdi  düĢüncələrinin  məhsulu 
da  ola  bilər,  özünə  qədər  deyilmiĢ  və  ya  yazılmıĢların  onun  tərəfindən, 
özünəməxsus  tərzdə  səsləndirilməsi  aktı  da  ola  bilər.  Bu  baxımdan  öz  monoloji 


38 
 
nitqini  quran  Ģəxs  özünün  hansı  missiyanı  yerinə  yetirəcəyini,  hansı  vəzifə 
daĢıdığını  nəzərə  almaqla  nitqini  kimə,  ya  kimlərə  ünvanlayacağını,  harada  çıxıĢ 
edəcəyini  və  nitqinə nə qədər vaxt ayrıldığını dəqiq bilməlidir. Ġfadə edəcəyi fikrin, 
mövzunun  həcm  və  xarakterini  müəyyənləĢdirməli,  müraciət  forması  və  dil 
materialı  seçməli,  dinləyicilərinin  səviyyəsini,  eləcə  də  danıĢacağının  onlara  necə 
təsir  edəcəyini  təsəvvüründə  canlandırmalı,  dinləyicilərin  reaksiyasına  özünü 
hazırlamalıdır.  Monoloji  nitq  danıĢandan  yüksək  nitq  mədəniyyəti,  rabitəli  danıĢıq 
qabiliyyəti  tələb  edir.  Təlim-tədris  müəssisələrində  monoloji  nitqin  öyrənilməsində 
hər  hansı  bir  mövzunun  və  ya  mətnin  nəql  edilməsi  xüsusi  əhəmiyyət  daĢıyır. 
Biliklərin  möhkəmləndirilməsində  bu,  baĢlıca,  ilkin  mərhələdir.  Mövzunun 
(mətnin)  oxunması,  ardınca  mövzu  üzrə  sual-cavabın  aparılması  mövzunun 
məzmunca  mənimsənilməsi  və  danıĢılması  sonuncu  mərhələdir.  Mövzunun  belə 
öyrədilməsi  mətnin  uzun  müddət  yadda  qalmasına  zəmin  yaradır.  ġifahi  monoloji 
nitqin  bir  forması  da  spontan,  yəni  xüsusi  hazırlıq  olmadan,  bədahətən  söylənilən 
nitqdir.  DanıĢıqda  improvizasiya  kimi  xatırlanan  belə  iti,  tez,  sürətli,  qabaqcadan 
düĢünülməmiĢ 
nitqə 
ekspromt 
da 
deyilir. 
Belə 
nitq 
əvvəlcədən 
planlaĢdırılmadığından  çoxları  üçün  çətinlik  törədir.  Ani  vaxt  ərzində,  danıĢıq 
prosesində  öz  fikirlərini  cəmləĢdirməyi,  nədən  danıĢacağını,  öz  mülahizə  və 
fikirlərini  necə  çatdıracağını  hər  adam  hər  məqamda  bacarmır.  Spontan  nitqdə 
danıĢanın  həyat  təcrübəsi,  dünyagörüĢü,  zəngin  müĢahidələri,  həyat  məsələlərinə 
bələdliyi  əsasdır.  O,  istənilən  Ģəraitdə  öz  fikrini  toplamağı, onu münasib söz, ifadə 
və  cümlələrlə  çatdırmağı  bacarır.  Monoloji  nitq  bədii  əsərlərdə  janr  müxtəlifliyi 
nəzərə  alınarsa  məiĢət  danıĢığından  fərqlənir.  Monoloji  nitqin  nəqletmə,  təsviri, 
məlumatverici,  daxili,  inandırma  və  təbliği  növləri  qeyd  olunur.  Monoloji  nitqdə 
əksər  hallarda  danıĢan  Ģəxs  öz  həyatını,  öz  daxili  aləmini,  həyat  və  hadisələrə  öz 
baxıĢını  ifadə  edir.  N.Vəzirovun  "YağıĢdan  çıxdıq,  yağmura  düĢdük" 
komediyasında  Cəvahir  xanımın,  "Müsibəti-Fəxrəddin"  faciəsində  Fəxrəddin  bəy 
və  Səadət  xanımın,  Ə.Haqverdiyevin  "Bəxtsiz  cavan"  faciəsində  Rüstəm  bəyin, 
C.Məmmədquluzadənin  "Ölülər"  pyesində  ġeyx  Nəsrullah  və  kefli  Ġsgəndərin, 
S.Vurğunun  "Vaqif"  dramında  Vaqifin  monoloqları  məĢhurdur. Dialoji nitqdə əsas 
yeri  iki  və  daha  çox  Ģəxsin  qarĢılıqlı  söhbəti,  fikir  mübadiləsi  tutur.  Ġnsanlar  bir 
araya  gələrək  mədəni  ölçülər  çərçivəsində  bir-biri  ilə  danıĢır,  müəyyən  məsələləri 
müzakirə  edirlər.  Dialoji  nitqdə,  birincisi,  hər  replika  birbaĢa  reaksiya-cavab  tələb 
edir,  ikincisi,  dialoq  rabitəli  nitq  Ģəraitində  gedir,  üçüncüsü,  dialoq  müəyyən 
konkret  Ģərait  və  ya  obyektlə  bağlı  olur  və  bu  zaman  ünsiyyət  ikitərəfli  canlı 
prosesə  çevrilir.  Məlumdur  ki,  dialoq  replikalardan  təĢkil  olunur.  Dialoqun  ilkin 
ünsürü  olan  replikalar  xüsusi  tərzdə  hazırlanır.  Əsərdə  cərəyan  edən  ümumi 
situasiya  ilə  əlaqədar  olan  replikalar  özündən  əvvəl  və  sonra  deyilənlərə  cavab 
reaksiyası  kimi  özünü  göstərir.  Dialoqda  ifadəlilik  intonasiyanın  fərqli  formaları, 
mimika  və  jest  vasitələri,  plastik  əl  hərəkət  siqnalları  ilə  ifadə  olunur,  nitqin 
təsirlilik,  ekspressiv  -  emosional  çalar  qazanmasında  xüsusi  yer  tutur.  Dialoq 
ifadələrin  qısa  və  yığcamlığı,  cümlələrin  sintaktik  quruluĢunun  sadəliyi,  elliptik 
cümlələrin  çoxluğu  ilə  səciyyələnir.  Dialoji  nitqin  sual-cavab  forması  ən  çox  dram 
janrında  özünü  göstərir.  Nitqin  bu  növündə  cümlələrin  əksəriyyəti  yarımçıq, 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə