Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə33/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   65

68 
 
gülüĢ  doğurur.  Bu  baxımdan  məktəblilər  onlar  üçün  nəzərdə  tutulmuĢ  orfoqrafiya-
orfoepiya  lüğətlərindən  fayda-lanmalıdırlar.  (Abdullayev.N,  Məmmədov.Z. 
Orfoqrafiya  -  orfoepiya  lüğəti,  Bakı,  2004;  Quliyeva  A.,  Soltanov  M.Məktəblinin 
orfoqrafiya  -  orfoepiya  -qrammatika  lüğəti.  Bakı.2009)  MüĢahidələr  göstərir  ki, 
sözlərdə  vurğunun  yeri  səhv  salınanda  təkcə  sözün  deyil,  bəzən  cümlənin  də 
mənası dolaĢıq düĢür: dəymədüĢər- dəymə, düĢər; düymə- düymə, dimdik- dimdik, 
görməmiĢ-görməmiĢ,  bağla-bağla,  yağsa-yağsa,  qızdır-qızdır,  azdır-azdır,  qazdır-
qazdır,  gülün-gülün  və  s.  kimi  omoqraf  sözlər  yalnız  vurğu  vasitəsilə  fərqlənir  və 
məna  dəyiĢikliyi  baĢ  verir,  eləcə  də  vurğurnun  qüsurlu  tələffüzü  zamanı  nitqin 
intonasiyasında  o  andaca  yaranan  qeyri-adilik  dərhal  nəzərə  çarpır,  nitqin  təsiri 
azalır, natiqin mədəni səviyyəsi və savadlı olması Ģübhə altına alınır. Heca vurğusu 
yazılıĢı  eyni,  səslənməsi  müxtəlif  olan  sözləridə  əhatə  edir.  Dildə  omofonlar, 
omoqraflar,  omoformlar  kimi  iĢlənən  sözlərdə  vurğu  əsas  rol  oynayır.  Omoqraflar 
müxtəlif  nitq  hissələrinə  aid  olub,  hər  hansı  bir  morfoloji  əlamət  qəbul  edərək  və 
ya  etməyərək  eyni  Ģəkildə  yazılan,  lakin  vurğuya  görə  fərqlənən  sözlərdir. 
Məsələn:  çəkmə  (isim)-çəkmə  (feil,  əmr  forması  ll  Ģəxsin  təkində),  sərin  (sifət)-
sərin  (feil,  əmr  forması,    Ģəxsin  cəmi),  alma,  dondurma,  qovurma  (hamısı  isim)-
alma,  dondurma,  qovurma  (hər üçü feil, əmr forması, inkarda, ll Ģəxsin təkində) və 
s.  Mürəkkəb  sözlərin  vurğusu  düzgün  qoyulmadıqda  məna  pozğunluğuna  gətirib 
çıxarır,  tərkib  qovuĢmuĢ  bir  söz  kimi  deyilir,  söz  birləĢməsinə  oxĢayır.  Məs: 
Ağdam,  AğdaĢ,  Ağsu,  ildönümü,  sübhçağı,  Göyçay  sözlərində  vurğu  birinci 
hecaya,  Qarabağ,  dünyagörüĢü  sözlərində  vurğu  ikinci  hecaya,  alagöz,  qaraqaĢ, 
Həsənoğlu,  yadelli,  əlyazması,  boyunbağı,  beĢillik,  ayaqqabı,  ilanbalığı,  qayınana 
tipli  mürəkkəb  sözlərdə  vurğu  tərkibin  ikinci  tərəfinin  üzərinə  düĢür.  Birinci  tərəfi 
saitlə  bitib,  ikinci  tərəfi  saitlə  baĢlanan  xüsusi  mürəkkəb  isimlərdə  vurğu  ikinci 
tərəfin  üzərinə  keçməndə  birinci  tərəfin  son  saiti  ixtisar  olunaraq tələffüzdən düĢür: 
Əli  Ağa-  Əlağa,  Əli  Əsgər-Ələsgər,  Vəli  Ağa-Vəlağa,  Əli  Əkbər-Ələkbər  və  s. 
Tərkibində  qeyri  sözü  olan  sifətlərdə  söz  vurğusu  qeyri  sözünün  üzərinə  düĢür: 
qeyri-adi,  qeyri-rəsmi,  qeyri-məqbul,  qeyri-müəyyən  və  s.  Tərkibi  əvəzliklərdə 
vurğu  ikinci  tərkibin  üzərinə  keçir:  heç  kəs,  heç  kim,  hər  kəs,  heç  biri,  hər  biri,  nə 
cür?,  nə  vaxt?  ,  nə  zaman?  və  s.  Avazlanmanın  ən  vacib  elementi  olan  vurğu 
düzgün iĢlədilmədikdə nitqin ümumi ahəngi pozulur, yad, əcnəbi adamın danıĢığını 
xatırladır. 
 
MƏNTİQİ VURĞU 
Cümlədəki  sözlərdən  birinin  digərlərinə  nisbətən  qüvvətli  deyiliĢi  məntiqi  vurğu 
adlanır.  Məntiqi  vurğu  cümlənin  məna  yönümünü  dəyiĢir.  Cümlənin  istənilən 
üzvünü  məntiqi  vurğu  altına salmaq danıĢanın məqsədindən asılıdır. 
Məsələn: 
Dünən biz məĢqçimizlə  məĢqə baĢladıq. 
Dünən biz məĢqə məĢqçimizlə  baĢladıq. 
Dünən məĢqə məĢqçimizlə  biz baĢladıq. 
Biz  məĢqçimizlə  məĢqə dünən baĢladıq. 


69 
 
Göründüyü  kimi,  birinci  cümlədə  "məĢqə"  sözü,  ikinci  cümlədə  "məĢqçimizlə", 
üçüncü  cümlədə  "biz",  dördüncü  cümlədə"dünən"  sözü  vurğu  altına  düĢmüĢdür, 
qalan  sözlər  adi  kəmiyyətdə  tələffüz  olunur.  Beləliklə,  məntiqi  vurğu  cümlədə  hər 
dəfə  yeni  söz  üzərinə  düĢdükcə  xüsusi  məna  çaları  yaratmıĢ  olur.  Misal 
gətirdiyimiz  cümlədə  dinləyiciyə  xüsusi  tonla  çatdırılan  sözlər  hər  dəfə  xəbərin 
qarĢısında  gəlmiĢdir.  Lakin  intonasiya  vasitəsilə  məntiqi  vurğulu  sözün  yerini 
məqsədli  Ģəkildə  dəyiĢmək  olur.  Hər  hansı  cümlədəki  sözləri  məqsədimizə 
müvafiq  olaraq  məntiqi  vurğu  altında  tələffüz  edə  bilərik:  Məsələn:  Vüqar  Vaqifə 
futbol  topu  bağıĢladı.  Vüqar  Vaqifə  futbol  topu  ba-ğıĢladı.  Vüqar  Vaqifə  futbol 
topu bağıĢladı. Natiq cümlədə söz sırasını saxlamaqla məntiqi vurğunu istədiyi söz 
üzərində  tətbiq  edə  bilər.  Bəzən  nitqdə  xəbəri  də  məntiqi  vurğu altına salmaq olur. 
Bu  zaman  cümlənin  xəbəri  Ģəxs  əvəzlikləri  ilə  ifadə  edilir.  Məsələn:  Respublika 
yarıĢlarında  birinci  yeri  tutan  mənəm. Dərslərə müntəzəm gələn odur. Yazılı nitqdə 
deyilənlərdən  baĢqa daha bir sıra hallarda məntiqi  vurğu özünü göstərir: 
1)  Müqayisə  edilən  sözlər  vurğulu  olur:  -  GüləĢçilər  Ģir  kimi  pəncələĢirdilər. 
Valideyn  xəstə balasına daha çox qayğı göstərər. 
2) QarĢılaĢdırılan zidd mənalı sözlər: - Biz uĢağa da, qocaya da hörmətlə yanaĢırıq. 
Dünyada kədərlə  sevinc, ölümlə  həyat ekizdir. 
3)  Cümlədə  həmcins  üzvlər  vurğulu olur: Topla oynayan uĢaqlar bərkdən çığırıĢır, 
sevinir,  gülürdülər.  Böyük həyətdə toyuqlar, ördəklər, qazlar bir-irinə  qarıĢmıĢdı. 
4)  ÜmumiləĢdirici  sözlər  vurğu  ilə  deyilir:  -  Mənim  arzum  budur  ki,  hamı  - 
müəllim  də, tələbə də, məĢqçi də vətənimizə  layiqli  vətəndaĢ olsunlar. 
5)  Cümlələrdə  müəyyən  sözlərin  Ģüurlu  olaraq  müəllif  priyomu  kimi  təkrarlanması 
vurğunun  yerini  müəyyənləĢdirir,  təkrar  olunan  sözün  birinci  tərəfi  qüvvətli 
tələffüz  edilir:  Məsələn:  Günlər  bircə-bircə  keçir,  məqsədimizə  biz  çatırıq  yavaĢ-
yavaĢ. Bir məqsədimiz  olmuĢdur:  öyrənmək, öyrənmək, yenə də öyrənmək. 
6)  Kəskin  etiraz,  təĢviq  bildirən  sözlərə  vurğu  düĢür:  Yox,  belə  olmayacaq.  Xeyr, 
belə oxumaq olmaz. Haydı, iĢ baĢına. 
7) Hiss, həyəcan bildirən  nidaların  üzərinə  vurğu düĢür: 
Məsələn:  Aman, olmasın azar! Əfsus, günlər boĢ keçir. Heyhat, vaxt gözləmir. 
8)  Tərzi-hərəkət  zərflərinə  məntiqi  vurğu  düĢür:  Məsələn:  O,  otağa  yavaĢca  keçdi. 
Külək  birdən baĢladığı kimi, qəflətən  sakitləĢdi. 
9) Xitablar,  müraciət  bildirən  sözlər məntiqi  vurğu  qəbul edir: 
Məsələn:  Vaqif, indi  get. Əsmə, ey külək, yağma, ey yağıĢ. 
10)  Sual  cümlələrində  sual  əvəzlikləri  və  sual  ədatları  ilə  iĢlənən  sözər:  Məsələn:  - 
Adın,  soyadın  nədir?  Yolumuz  hayanadır?  Harada  yaĢayırsan? Sən dərsdən sonra 
stadionamı gedəcəksən? 
11)  -da/də  bağlayıcıları  ilə  iĢlənən  sözlər:  -  Mən  idmançılara  da,  məĢqçilərə  də 
təĢəkkür edirəm. 
12)  Qüvvətləndirici  və  məhdudlaĢdırıcı  ədatlardan  (hətta,  məhz,  əksərən,  ancaq, 
yalnız,  bircə,  təkcə  və  s.)  sonra  gələn  sözün  üzərinə  düĢür:  Hətta  hakim  də 
təəccüblə  baxdı.  Yalnız  yaxĢı  oxumaq  azdır, həm də yarıĢlarda yaxĢı çıxıĢ etmək 
lazımdır. 
 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə