Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə41/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   65

85 
 
tələffüzün  təsiri  altında  belə  sözlərin  yazılıĢını  da  orfoepik  tələffüzlə  yazaraq 
orfoqrafik səhvə yol verirlər. 
2.  Açıq  saitlə  bitən  çoxhecalı  isimlərə  yönlük  hal  Ģəkilçisi  artırıldıqda  bitiĢdirici  y 
samitindən  əvvəlki  açıq  sait  qapalı  saitə  keçir:  anaya-[anıya],  babaya-[babıya], 
nənəyə-[nəniyə],  tələbəyə-[tələbiyə]  və  s.  Bu  hal  dialektlərdə  təsirlik  hal  Ģəkilçini 
qəbul  edərkən  də  müĢahidə  edilir:  ananı-[anıyı],  nənəni-[nəniyi],  xalanı-[xalıyı]  və 
s. 
Sual və tapĢırıqlar 
1.  Ədəbi  dilin  normaları  hansı  əsasda  formalaĢmıĢdır?  Bu  proses  indi  də  davam 
etməkdədirmi? 
2. Nitq mədəniyyətinin  ədəbi dil normalarına  bağlılığını necə baĢa düĢürsünüz? 
3. Fonetik norma nəyə əsaslanır? 
4. Orfoqrafiya və orfoepiya anlayıĢını necə baĢa düĢürsünüz? 
5. Orfoepiya prinsipəri  hansılardır? 
6. Orfoepik qüsurların əmələ  gəlmə  səbəblərini  sadalayın. 
7.  Eyni  cinsli  qoĢa  saitlərin  və  yanaĢı  gələn  müxtəlif  cinsli  saitlərin  orfoepiyasında 
hansı prinsip əsas götürülür? Nümunələrlə  fikrinizi  izah  edin. 
8. Nitq mədəniyyəti  və üslubiyyatın  tədqiqat obyektləri  hansılardır? 
9. ġifahi  nitqdə hansı vasitələrdən  istifadə  olunur? 
10. Nitqin  ədəbi dil normalarına  uyğunluğunu  necə izah  edərsiniz? 
ÇalıĢma  72.  Mətndə  yazılıĢı  tələffüzündən  fərqli  sözləri  tapın,  altından  xətt  çəkin, 
sözün tələffüz  Ģəklini  deyin: 
-  Yox,  mən  heç  yerə  getməyəcəyəm!  -  Südabə  ananın  üzünə  baxmadan  cavab 
verdi. 
-  Heyfsiniz,  müəllim  xanım!  Deyirlər  onlar  arvadlara,  uĢaqlara  da  rəhm  eləmirlər. 
Kimdən  bir az Ģübhələnirlər,  boğazından asırlar… 
Müəllim  sakit və soyuqqanlı səslə: 
-  Gör  kimdir?-  deyə  oğlana  müraciət  etdi.  Ġldırım  yüyürüb  qapını  açdı.  Çadraya 
bürünmüĢ  bir  qadın  içəri  keçdi,  o,  üzünü açdıqda müəllim analığı Zərintac xanımı 
gördü. Qadın göz yaĢları içində qızlığına dedi: 
- Səhər tezdən gərək  buradan çıxasan, özünə yazığın gəlsin. 
Deyir,  onlar  sənin  kimilərini  sorğusuz-sualsız  asırlar.  Ġldırım  iri-iri  açılmıĢ  gözləri 
ilə  müəllimə  baxırdı. 
Birdən müəllim: 
- Yox!-dedi. - Bu mümkün  deyil!  Mən heç yerə getməyəcəyəm! 
- Deyən, Azərbaycan haqqında nəğmə öyrədirsiniz,  xanım? 
- Bəli,  ağa! Bəs siz, niyə  sinif  otağına silahlı  əsgərlə girirsiniz? 
…-  Sağ  olun,  uĢaqlar!  Məni  yadınızdan  çıxarmayın.  Böyük  oğlanlar  olanda 
vətənimizin  səadəti uğrunda mübarizə  edin. 
- Bu, hansı MəĢədi Tağının qızıdır? 
- Bu qəribə sual hamını təəccübə saldı. 
- ġikayətin  kimdəndir? 
- Bax, o müəllimdən.  (Ġlyas Əfəndiyevin  "Xəncər" hekayəsindən) 
ÇalıĢma 73. VerilmiĢ  sözləri cümlələr  daxilində  antonim kimi  iĢlədin: 


86 
 
ağa-nökər,  varlı-yoxsul,  yaxĢı-pis,  gözəl-çirkin,  az-çox,  hamı-heç  kim,  gəlmək-
getmək, oturmaq-durmaq, ağlamaq-gülmək,  irəli-geri,  aĢağı-yuxarı. 
ÇalıĢma  74.  Bakı  Ģəhər  Təhsil  Ġdarəsinin  əmrinə  əsaslanaraq  bir  müəllimi  direktor 
müavini  vəzifəsinə  təyin  etmək  haqqında sərəncam verin. 
 
 
SAMİTLƏRİN TƏLƏFFÜZÜ İLƏ BAĞLI  QAYDALAR 
Samitlərin  müəyyən  fonetik  məqam  və  Ģəraitdə  öz  məxrəcindən  fərqli  Ģəkildə 
tələffüzü  normativ  üslubla  əlaqədardır.  Azərbaycan  dilində  kar  və  cingiltili 
samitlərin  bir qismi heç də həmiĢə yazıldığı kimi  tələffüz  olunmur. 
1. b samiti. 
a) b samiti çoxhecalı sözlərin sonunda karlaĢır: kitab-[kitap], corab-[corap], doĢab-
[doĢap], məktəb-[məktəp] və s. 
b)  Alınma  sözlərin  ortasında  dominant  samitlərdən  birincisi  karlaĢır:  Abbas-
[apbas], Cabbar-[capbar], təĢəbbüs-[təĢəpbüs] və s. 
2. c samiti. 
a) c samiti sözün sonunda karlaĢır: çəkic, dinc, sinc, kərpic və s. 
b) cingiltili  samitin  qarĢısında c samiti j kimi tələffüz  olunur: 
əcdad-[əjdad], gecdir-[gejdir],  səcdə-[səjdə], vicdan-[vijdan]  və s. 
c) c samiti "bacarmaq" sözündə Ģ kimi -[baĢarmax] tələffüz  edilir. 
3. ç samiti. 
ç  samiti  ilə  bitən  təkhecalı  sözlərdən sonra d, t, z, s, n samitləri ilə baĢlanan Ģəkilçi 
və ya söz gəldikdə ç əvəzinə  Ģ deyilir: 
qaçdı-[qaĢdı], keçdi-[keĢdi], içdi-[iĢdi],  biçdi-[biĢdi], uçdu-[uĢdu], Üçtəpə-[üĢtəpə], 
üç dənə-[üĢ dənə], heç zaman-[heĢ zaman],  heç nə-[heĢ nə] və s. 
4. d samiti. 
a)  d  samiti  sözlərin  sonunda  karlaĢır:  ad,  dad,  yad,  od,  qanad,  həsəd,  məqsəd, 
armud, bulud və s. 
b) təkhecalı sözlərdə karlaĢır:  dörd-[dört], kənd-[kənt], qənd-[qənt]. 
5. f samiti. 
f  samiti  söz  ortasında  kar  samitdən  sonra  cingiltiləĢir:  məxfi,[məxvi]  lütfən-
[lütvən],  lütfkar-[lütvkar],  lütfi-[lütvi]. 
6. g samiti. 
a)  g  samiti  sözün  ortasında  iki  sait  arasında  y  kimi  tələffüz  olunur:  əgər-[əyər], 
igid-[iyit],  məgər-[məyər],  Nigar-[niyar]. 
b)  g  samiti  sözün  sonunda  karlaĢır:  qəĢəng-[qəĢə(n)k],  [pələng-pələ(n)k],  tüfəng-
[tüfə(n)k],  əhəng, [əhə(n)k],  zəng-[zə(n)k]  və s. 
7. ğ samiti. 
ğ samiti  sözün ortasında kar samitdən əvvəl x,səsinə keçir: 
bağça-[baxça], sağsağan-[saxsağan], ağça-[axça] və s. 
8. k samiti. 
a)  k  (ke)  samiti  sözün  ortasında  kar  samitdən  sonra  cingiltiləĢir:  küskün-[küsgün], 
məskun-[məsgun],  yetkin-[yetgin],  əskər-[əsgər],  seçki-[seçgi],  ötkün-[ötgün], 
təĢkil-[təĢgil]  və s. 


87 
 
b) k (ke) samiti  sözün sonunda y səsi kimi tələffüz  olunur: 
çürük-[çürüy], köpük-[köpüy], çörək-[çörəy] və s. 
c) k (ke) samiti  ilə  bitən sözlərdən sonra samitlə  baĢlayan Ģə- 
kilçi  və  ya  söz  gəldikdə  həmin  səs  y  samitinin  kar  qarĢılığı  kimi  tələffüz  olunur 
(yazıda x, 
iĢarəsi  ilə  göstərilir):  küləklər-[küləxlər],  ipəkdən-[ipəxdən],  kötükdə-[kötüxdə], 
köpüklü-[köpüxlü]. 
ç)  Söz  ortasında  gələn  qoĢa  k  samitlərindən  ikincisi  cingiltiləĢir:  Məkkə-[məkgə], 
mütəkkə-[mütəkgə],  səkkiz-[səkgiz],sikkə-[sikgə],  təĢəkkür-[təĢəkgür]. 
d)  k  (ka)  samiti  alınma  sözlərdə  q  kimi  tələffüz  olunur:  kadr,tank,  kombayn, 
yarmarka, kommunist, mikrob, klub, kran, konfet. Qalın sait qarĢısında k dilarxası, 
partlayan  və  kar  vəziyyətdə  müəyyən  Ģərait  və  məqam  daxilində yazılıĢından fərqli 
tələffüz  olunur. 
9. q samiti. 
a)  söz  ortasında  iĢlənən  qoĢa  q  samitlərindən  ikincisi  k,  kimi  -kar  tələffüz  edilir: 
baqqal-[bakqal],  çaqqal-[çakqal],  diqqət-[dik-qət],  doqquz-[dokquz],  haqqında-
[hakqında],  naqqal-[nakqal],  saqqız-[sakqız],  saqqal-[sakqal],  Ģaqqa-[Ģakqa], 
toqqa-[tokqa]  və  s.  Bu  sözlərin  tələffüzündə  birinci  samit  qüvvətli,  ikincisi  isə 
nisbətən  zəif  səslənir.  ġagird  və  tələbələr  bu  sözlərin  tələffüz  Ģəklini  orfoqrafiyada 
da saxlayırlar  və nəticədə sözləri səhv yazırlar. 
b)  sözlərin  ortasında  kar  samitdən  əvvəl  gələn  q  samiti  kar  tələffüz  olunur:  nöqtə-
[nöktə]  məqsəd  [məksəd],  nöqsan-[nöksan],  iqtidar-[iktidar],  Oqtay-[oktay],  rəqs-
[rəks], rəqqasə-[rəkqasə], iqtisadi-[iktisadi]  və s. 
c)  sözlərin  sonunda  gələn  q  samiti  karlaĢır:  dodaq-[dodak],  qonaq-[qonak],  fərq-
[fərk], məĢq-[məĢk], xalq-[xalk],  aĢıq-[aĢık], məxluq-[məxluk]  və s. 
10. p samiti. 
a)  söz  ortasında  yanaĢı  iĢlənən  qoĢa  p  samitlərindən  ikincisi  cingiltiləĢir:  ağappaq-
[ağapbağ], hoppanmaq-[hopbanmağ], guppultu-[gupbultu],  tappıltı-[tapbıltı] və s. 
b)  p  samiti  alınma  sözlərdə  kar  samitlə  yanaĢı  gəldikdə  cingiltili  tələffüz  olunur: 
respublika-[resbublika],  ekspert-[eksbert], aspirant-[asbirant]  və s. 
11. t samiti. 
a)  t  samiti  kar  samitdən  sonra  gələndə  cingiltili  tələffüz  olunur:  dəftər-[dəfdər], 
dəstə-[dəsdə], 
apostrof-[apasdrof],  ixtiyar-[ixdiyar],  iĢtirak-[iĢdirak],  məftil-
[məfdil],  taxta-[taxda]  və s. 
b)  Söz  ortasında  qoĢa  iĢlənən  t  samitlərindən  ikincisi  cingiltiləĢir:  əlbəttə-[əlbətdə], 
Fəttah-[fətda], hətta-[hətda],  Səttar-[sətdar] və s. 
c)  t  samiti  sözün  sonunda  tələffüzdən  düĢür:  dost-[dos], neft-[nef], resept-[resep], 
sərbəst-[sərbəs], manifest-[manifes]  və s. 
ç) son hecası st, ft, Ģt samitləri ilə bitən sözlərdən sonra samitlə baĢlanan Ģəkilçi və 
ya  söz  gəldikdə  həmin  samitlərdən  ikincisi  düĢür:  dostlar-[doslar],  sərbəstlik-
[sərbəslik],  güzəĢtsiz-[güzəĢsiz],  teĢtdə-[teĢdə],  üstdən-[üsdən],  neftçi-[nefçi], 
növbətçi-[nö:bəçi], xoĢbəxt tələbə-[xoĢbəx tələbə] və s. 
Vurğulu  qoĢa  samitlərdən  sonra  gələn  bir  sıra  alınma  sözlərdə  samitlərdən  biri 
tələffüzdən  düĢür,  bəzi  Ģagird  və  tələbələr  belə  sözlərin  yazılıĢında  həmin  hərfi 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə