Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə38/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   65

79 
 
Nitq  mədəniyyətinin  əlaqədar  olduğu  cəhətlərdən  biri  də  ədəbi  dilin  normalarıdır. 
Dil  və  norma  bir-biri  ilə  bağlıdır.  Sabit  normalara  malik  ədəbi  dil  dialekt və Ģivələr 
hesabına  müasir  səviyyəyə  gəlib  çatsa  da,  dialekt,  Ģivə  və  canlı  danıĢıq  dilinin 
mükəmməl  olmayan  qaydalarını  olduğu  kimi  qəbul  etməmiĢ,  bütün  xalqımız  üçün 
anlaĢıqlı  olmaqla  tarixi  inkiĢaf  nəticəsində  müĢtərək  bir  Ģəklə  salınmıĢ  və 
müvəffəqiyyətlə  iĢlənən  formalara  üstünlük  vermiĢdir.  Məhz  ədəbi  dilimizin 
normalarının  hamı  tərəfindən  vahid  Ģəkildə  qəbul  edilməsinin  nəticəsində  də  nitq 
mədəniyyətinin  formalaĢıb  yaranması mərhələsi baĢa çatmıĢdır."Norma" sözü latın 
dilindən  alınmıĢ  termin  olub  mənası  qayda,  əsas,  nümunə  deməkdir.  Nitq 
mədəniyyətinin  elm  və  tədris  fənni  kimi  mövcudluğu  dilimizin  strukturunun  bütün 
səviyyələrdəki  normalarının  formalaĢması  ilə  əlaqədardır.  Əgər  dilin  fonetik, 
leksik  və  qarmmatik  normaları  formalaĢmasa  idi,  təbii  ki,  bu  gün  ədəbi  dilimizdən 
və  nitq  mədəniyyətindən  danıĢa  bilməzdik.  Deməli,  dilin  normaları  olmadan  ədəbi 
dil,  ədəbi  dil  olmadan  nitq  mədəniyyəti  yoxdur.  Nitq  mədəniyyəti  yüksək  inkiĢaf 
səviyyəsinə  çatmıĢ,  dilin  qanunauyğunluqları  ilə  tənzimlənən  sabitləĢmiĢ  qaydalar 
sisteminə  əsaslanır.  Nitq  mədəniyyətinin  normaları  yazılı  və  Ģifahi  nitqin 
qaydalarından  törəmiĢdir.  Ümumxalq  danıĢıq  dilində, dialekt və Ģivələrdə normalar 
sabit  qalmır.  Ədəbi  dilimizdə  isə  dialekit  və  Ģivələrdən,  eləcə  də  onların  əsasında 
formalaĢıb  təĢəkkül  tapmıĢ  xalq  danıĢıq  dilindəkindən  fərqli  olaraq hamının qəbul 
etdiyi  nümunəvi  normalar  vardır.  Ümumxalq  dilində  bəzən  bir  anlayıĢın  ifadəsi 
üçün  qəbul  edilmiĢ  sözün  bir  neçə  variantına  rast  gəlirik.  Məsələn  "qaçmaq" 
mənasında  "götürülmək",  "daban  almaq",  "mıx"  əvəzinə  "mismar",  "qadax"  və 
baĢqa sözlərin bir neçə adla iĢlənməsi mövcuddur. Amma ədəbi dildə onlardan biri, 
daha  doğrusu,  fonetik  prinsipə  uyğun  olmaqla  ölkəmizin  əksər  yerlərində  iĢlənən 
forma  əsas  götürülmüĢdür,  qalanları  dialekt  sözləri  kimi  yaĢayır,  aid  olduğu 
yerlərdə  ədəbi  dildəki  variantı  ilə  paralel  iĢlənir,  dialektoloji  lüğətlərdə  təsbit 
olunur.  Nitq  o  zaman  düzgün,  gözəl,  təsirli  olur  ki,  iĢlədilən  sözlər  fonetik 
normalar  daxilində  yazıya  və  tələffüzə  yararlı  olur,  cümlələr  qrammatik  normalara 
cavab  verir.  Normalar  isə  təkcə  bədii,  elmi,  publisistik  və  rəsmi-kargüzarlıq 
üslublarında  möhkəm  nümunəvi  dil  qaydalarını  deyil,  dilin  lüğət  tərkibini,  sözlərin 
leksik-semantik  mənasını,  onların  tələffüz  və  yazılıĢını  formalaĢdırır,  dilin  özünün 
strukturu  və  sistemindəki  obyektiv  qanunauyğunluqları  da  tənzimləyir.Normə 
təkcə  təbiətdə  və  cəmiyyətdə  deyil,eləcə  də  dildə  mövcuddur.  Norma  qanuna 
salınmıĢ  və  hamı  tərəfindən  qəbue  dilmiĢ  məcburi  qaydalardır.  Əlbəttə,  dil  ictimai 
hadisə  kimi  dəyiĢib  inkiĢaf  etdiyi  kimi,  dil  normaları  da  dəyiĢir  və  təkmilləĢir. 
Norma  əslində  dilin  özündə  mövcuddur.  Belə  olmasaydı,  insanlar  bir-birini  baĢa 
düĢməz,  bir-biri  ilə  ünsiyyət  yarada  bilməzdilər.  Normanın  inkiĢafı  danıĢıq  dilində 
kortəbii,  ədəbi  dildə  isə  Ģüurlu  Ģəkildə  olmuĢdur.  Ədəbi  dil  normaları 
müəyyənləĢdirilərkən  təbiilik,  iĢləklik,  sabitlik,  davamlılıq  kimi  amillər  əsas 
götürülmüĢdür.  Dil  vahidləri  dəyiĢdikcə  onun  normaları  da  dəyiĢmiĢ,  inkiĢaf  edib 
təkmilləĢmiĢdir.  Ədəbi  dil  normaları  öz tətbiqini yazılı ədəbiyyatda tapır. Görkəmli 
yazıçılar, 
Ģairlər,  alimlər,  jurnalistlər  (Ġ.Nəsimi,  M.Füzuli,  M.P.Vaqif, 
M.F.Axundzadə,  H.Zərdabi,  C.Məmmədquluzadə,  F.Köçərli,  N.Nərimanov, 
Ü.Hacıbəyov  və  b.)  öz  ustalığı,  məharəti,  milli  Ģüur,  ürəkdə  milli  qeyrət  və  ana 


80 
 
dilimizə  böyük  qayğı  ilə  dil  normalarının  formalaĢması  və  inkiĢafında 
əvəzolunmaz  xidmət  göstərmiĢlər.  Dilin  daxili  quruluĢunu  onun  fonetikası, 
leksikası  (lüğət  tərkibi)  və  qrammatikası  təĢkil  edir.  Azərbaycan  ədəbi  dilinin 
normaları da dili  bütün səviyyələrdə  əhatə edir. 
 
 
 
 
FONETİK NORMA 
"Fonetika"  yunanca  "phonetike"  sözündən  olub,  "səsə  aid"  deməkdir,  "dilin  səs 
quruluĢu",  "səs  tərkibi"  mənasındadır.  Dilçilyin  bir  bölməsi  olan  fonetika  dilin  səs 
sistemini,  səs  qanunlarını  öyrənir.  Bir  az  da  əhatəli  desək,  fonetika  dil  səslərinin 
də-yiĢməsini,  səs-fonem  problemini,  heca,  vurğu,  intonasiyanı,  fonetik  qanun  və 
hadisələri  araĢdırır,  nizama  salır.  Ədəbi  dilin  səs  sistemi  müəyyən  normalar 
əsasında  tənzimlənir.  Sözlər  ümumxalq  dilində  müxtəlif  Ģəkildə  deyilsə  də,  ədəbi 
dildə  ancaq  bir  variantda  tələffüz  olunur  və  yazılır.  Sözün  ədəbi  dildəki  tələffüz 
qaydası orfoepik norma, yazılıĢ qaydası isə orfoqrafik norma adlanır. Orfoepik və 
orfoqrafik  normalar  birlikdə  dilin  fonetik  quruluĢu  ilə  müəyyənləĢir  və  fonetik 
normanı  təĢkil  edir.  Deməli,  sözün  düzgün  tələffüzü  və  düzgün  yazılıĢı  fonetik 
norma  daxilindədir.  Qrammatik  normalar  orfoqrafiyanın  orfoepiya  ilə  əlaqəli 
öyrənilməsində  bir  vasitədir,  sözlərin düzgün yazılıĢına və tələffüzünə yardımçıdır. 
Orfoqrafiya  qaydaları  hamı,  hər  kəs  üçün  vahiddir.  Orfoqrafiya  yazıda  ikiliyin 
(müxtəlifliyin)  qarĢısını  alır.  Orfoqrafiya  ilə  orfoepiya  arasında  fərqi  aradan 
qaldıran,  onları  bir-birinə  yaxınlaĢdıran  fonetik  prinsipdir.  Dilimizdə  bir  sıra 
sözlərin  tələffüzü  ilə  yazılıĢı  arasında  müəyyən  fərqlər  mövcuddur.  Elə  sözlər 
vardır  ki,  onları  tələffüz  edildiyi  kimi  yazmaq,  yaxud  yazıldığı  kimi  tələffüz  etmək 
səhvdir.  Beləliklə,  fonetik  norma  iki  formada  özünü  göstərir:  sözün  düzgün 
tələffüz 
forması 
(orfoepiyası) 
və 
düzgün 
yazılıĢ 
forması 
(orfoqrafiyası)."Orfoepiya" sözü yunan mənĢəli olub, "orthos" "düzgün" və "epos" 
"nitq" 
sözlərinin 
birləĢməsindən 
yaranmıĢdır,  "düzgün  ədəbi  tələffüzü 
müəyyənləĢdirən  qaydalar  sistemi",  "tələffüz  qaydalarını  gözləmə"  anlamındadır. 
"Orfoqrafiya"  sözü  də  yunanca  "orthos"  "düzgün"  və  "qrapho"  "yazıram" 
sözlərindən  yaranmıĢdır,  “dildəki  sözlərin  qəbul  edilmiĢ  düzgün  yazılıĢ  qaydaları 
sistemi”,  “yazı  qaydalarının  öyrənilməsi”  mənasında  iĢlənir.  Orfoepik  yaxud 
orfoqrafik  norma  pozulursa,  nəticədə  fonetik  norma  pozulmuĢ  olur."DanıĢdığımız 
kimi  yazmalı",  yoxsa  "yazdığımız  kimi  danıĢmalı"  sualı  ədəbi  dilimizin 
formalaĢması  və  inkiĢafını  düĢünən  bütün  yazıçılarımızı,  dilçilərimizi, 
maarifpərvər  ziyalılarımızı  daim  düĢündürmüĢ  və  XX  əsrin  20-30-cu  illərindən  bu 
suala  aydınlıq  gətirilmiĢdir.  B.Çobanzadə,  V.Xuluflu,  Ə.Dəmirçizadə,  M.ġirəliyev, 
M.  Hüseynzadə,  Ə.Əfəndizadə,  N.Abdullayev  bu  sahədə  böyük  əməyi olmuĢ dilçi 
alimlərimizdir.  Bir  fikir  qəti  Ģəkildə  aydınlaĢdırılmıĢdır  ki,  danıĢdığımız  kimi 
yazmaq  yazıda  hərc-mərclik  yaratdığı kimi, yazdığımız kimi danıĢıq da nitqimizdə 
bayalığa,  "quruluğa"  gətirib  çıxarır.  Bunların  heç  biri  mütləq  götürülməməlidir. 
Buna  görə  də  onların  hər  ikisindən  yazımız  və  tələffüzümüz  üçün  ən  optimal 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə