Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə34/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   65

70 
 
HƏYƏCANLI VURĞU 
Nitqin  emosionallığını  artıran  vasitələrdən  biri  də  həyəcanlı  vurğudur.  Yüksək 
emosiya, hiss-həyəcan ifadə etmək məqsədilə cümlədə, abzasda sözün və ya ayrıca 
bir  cümlənin  yüksək  intonasiya  ilə  deyilməsi  həyəcanlı  vurğu  adlanır.  Məntiqi 
vurğudan  fərqli  olaraq,  həyəcanlı  vurğu  ən  azı  bir  cümləni  əhatə  edir,  iki,  üç  və 
daha  çox  cümlə,  hətta  bir  abzas,  beyt,  bənd  həyəcanlı  vurğu  altında  deyilə  bilir, 
danıĢanın  nəzərdə  tutduğu  məqsədi  məharətlə  əks  etdirir.  Deməli,  cümlənin  bütün 
üzvləri,  yaxud  iki,  üç  cümlə,  bəzən  də  bir  abzas  xüsusi  intonasiya  ilə ifadə olunur, 
nitq  axarında  aktuallaĢmıĢ  üzvə,  hissəyə  çevrilir,  dinləyicilərin  diqqətini  özünə 
yönəldir.  Məsələn: 
-  Bir  qulağın  məndə  olsun,  a  Bəbir,  gör  sənə  nə  deyirəm.  Qədiri  də  öldürüblər! 
Bəbir bəy qaĢlarını çatdı. Ona tərəf əyildi. Qəlyan  əlindən  düĢdü: 
- Necə? 
- Qədiri ey!.. Qədir tərəfindən baĢın sağ olsun… Allah sənə səbir versin! Necə olsa 
nökərin  idi! 
- Belə  bizim  bu Qumrunun əri!.. 
- Özüdür, həmin  Qumrunun əri!... 
MəĢədi  Cahangir  son  sözlərini  mənalı  əda  ilə  bitirdi.  "Qu…mru..nun…əəəəri!" 
(Mir  Cəlal.  "Dirilən  adam"  romanından).  Azərbaycan  dilində  qoĢa  sait  və  ya  qoĢa 
samitlərin  iĢlənməsi  təsadüfi  xarakter  daĢıyır,  amma  həyəcanlı  vurğu  zamanı 
nitqdə belə hallara yol verilir: Məs: - Əccəb oldu, qoy ollsun! DanıĢĢĢ! Məni, məni, 
məni  qəmzə  oxilə  öldürdü!  Sənin,  sənin,  sənin  ol  cadu  gözlərin  yeksər  (Nəsimi). 
A-a-a-al  ki,  yeridir  kö-kö-kö-könlümü  mənim,  Sa-sa-sa-sal  ki,  yeridir  zü-zü-zü-
zülfünə  çini  (Nəsimi).  Vurğunun  bu  növü  danıĢanın  daxili  hissinin,  həyəcanının 
səslərlə  ifadəsidir.  Bu  zaman  sözün  bir  səsi-saiti,  yaxud  samiti  daha  gərgin,  daha 
güclü olur, səs uzadılır (2, səh,88). Ay, can, of,  uf, tfu, vay və s. nidalararında sait 
və  samitlər  qoĢalaĢdırıldıqda,  üçləĢdirildikdə  əmələ  gələn  məna  həyəcanlı  vurğu 
hesabınadır. 
-  Vay  (vayy),  vay  (vayy)!  Nə  yaman  müĢkülə  düĢdü iĢim, Allah (M.Ə.Sabir). Çox 
qəĢəngdir (qəĢĢĢəngdir)! 
FASİLƏ (PAUZA) 
Nitq  axını zamanı cümləyə fonosintaktik çalar verən fasilənin də xüsusi yeri vardır. 
DanıĢıqda  tənəffüs  məqsədilə  edilən  fasilə  fonetik-ritmik  qrupun  yaranmasında 
baĢlıca  vasitədir.  Tənəffüs  nitq  prosesi  ilə  bağlıdır  və ona xidmət edir. Fasilə nitqi 
məntiqi  məna  daĢıyan  hissələrə  bölməklə  onun  dəqiqliyinə,  düzgünlüyünə, 
aydınlığına  səbəb  olur.  Məsələn:  Oxu,  qardaĢın  kimi,  tənbəl  olma  -  Oxu qardaĢın 
kimi,  tənbəl  olma;  Gözəl  qızın  lenti  hanı?-  Gözəl,  qızın  lenti  hanı?  Əmiqızın 
yatmayıb  ki,  səni  gözləyir  -  Əmi,  qızın  yatmayıb  ki,  səni  gözləyir  və.s.  Bu 
cümlələrdə  diqqəti  çəkən  fasilədir.  ġifahi  nitqdəki  fasiləni  yazıda  durğu  iĢarəsi 
(vergül)  əvəz  edir.  Tənəffüs  və  durğu  iĢarələri  cümlənin  mənasını  dəyiĢdirə  bilir. 
Cümlədə  qarĢılaĢdırma  bildirən  amma,  ancaq,  fəqət,  lakin,səbəb  bildirən  çünki 
bağlayıcılarından, bir sıra ədatlardan, artıq, hətta, bəri, qabaq, əvvəl, sonra, ötrü, ilə 
qoĢmalarından, xitablardan sonra da fasilə edilir, yazıda onlardan əvvəl və ya sonra 
vergül  iĢarəsi  qoyulur.  Əruz  vəznində  yazılmıĢ  əsərlərdə,  xüsusən  qəzəllərdə  fasilə 


71 
 
təfilələrini  (təqtləri)  gözləmək  mütləq  lazımdır. Hər bir təqtdən sonra edilən qısa və 
ya davamlı fasilə  nitqdə xüsusi ritm  yaradır. 
Məsələn: 
Qamu bimarinə  canan/dəvayi-dərd  edər ehsan,// 
Neçin qılmaz/mənə  dərman/, məni  bimar o sanmazmı?//  (Füzuli) 
Kipriyin  xəncərdir/, qaĢların kaman// 
Yıxdığın acizə/ verməzsən aman,// 
Dedilər//,  cəlladsan/, etməzdim  güman,// 
Salacaqdır məni/ qana gözlərin,//  (Ə.Vahid) 
Nitq  zamanı  səsin  müəyyən  intervalda  alçalıb  yüksəlməsi  melodiklik  əmələ  gətirir. 
Nitqin  bu  keyfiyyəti  hissi  halların  ifadəsinə  xidmət  edir,  emosional  həssaslığın 
göstəricisinə  çevrilir.  Cümlənin  melodiyası  əvvəlcə  yüksək  olur,  sona  doğru 
alçalır.  Səs  tonunun  ucalıb  enməsi  yazıda  durğu  iĢarələri  ilə  tənzimlənir.  Sual  və 
nida  iĢarələri  ilə  iĢlənmiĢ  cümlələr  səs  tonunun  yüksəklyi  ilə  seçilir:  Məsələn: 
Haydı  dəlilərim,  bu  gün  dava  günüdür!  Dostum,  bəs  harada  qalmıĢdın? 
Monotonluq  nitq  üçün  pis  əlamətdir.  Belə  danıĢıq  tərzi  dinləyiciləri  yorur.  Amma 
səs  tonunun  dəyiĢməsi,  gah  sual, gah da nida cümlələrinin iĢlədilməsi (boĢ hay-küy 
deyilsə)  rahat  oturanları  oyadır,  silkələyir,  dinləyicinin  marağını  artırır.  Ġfadəliliyin 
incə  vasitələrdən  biri  də  səsin  tembridir.  Ümumiyyətlə,  dilimizin  fonetik  siseminə 
aid  qaydalar  nitqin  gözəl,  ifadəli  olmasını  Ģərtləndirən  vasitələrdir.  Nitqdə  ədəbi 
tələffüz  normalarına  düzgün  əməl  olunması,  danıĢıqda  fasilə  və  durğu-intonasiya, 
vurğu,  tembr,  ritm  kimi  səs,  tələffüz  çaları  nitqin  ahəngdarlığına  müsbət  təsir 
göstərir,  məzmunun  aydın  baĢa  düĢülməsinə  köməklik  göstərir,  dinləyici  və 
oxucuları maraqlandırır, düĢündürür. 
Sual və tapĢırıqlar 
1. Dildəki  hər bir yeniliyi  öündə daha tez əks etdirib xalqa 
çatdıran  kütləvi  informasiya  vasitələri  nədir?  Həyatınızda  onların  rolunu  necə 
qiymətləndirirsiniz? 
2. Nitqin  ifadəliyinin  üç əsas Ģərti hansılardır? 
3. Nağıllar,  əfsanə və fantastik  əsərlərdə məntiqilik  anlayıĢı nə dərəcədə gözlənilir? 
4. Yığcam nitqin  əsas məziyyətləri  hansılardır? 
5. Nitqin  sadəliyi  üçün əsas Ģərtlər hansılardır? 
6. Obrazlılıq və bədiilik  anlayıĢlarını necə baĢa düĢürsünüz? 
7. Poetik və potensial obrazlılıq nədir? 
8. Nitq üçün emosionallıq nədir? Nitqin  emosionallığı  özünü necə göstərir? 
9. Potensial obrazlığın bariz nümunələri  hansı bədii formalarda  özünü göstərir? 
10. Ġntonasiyanın ünsürləri  hansılardır? 
 
ÇalıĢma  64.  ġifahi  xalq  ədəbiyyatında  nitq  mədəniyyətinin  əsas  göstəricilərini 
müəyyənləĢdirin.  Mətndə  nitqin  ümumi  və  xüsusi  tələblərinin  nə  səviyyədə 
gözlənildiyini  izah  edin: 
...  Koroğlu  Keçəl  Həmzəni  götürüb  xanımların,  dəlilərin  yanına  gəldi.  Dəlilər 
Keçəl Həmzəni  görüb dedilər: 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə