Dərsliyin məqsəd və vəzifələri ilə əlaqədar olaraq nitq mədəniyyəti dil



Yüklə 1,49 Mb.
Pdf görüntüsü
səhifə49/65
tarix30.10.2018
ölçüsü1,49 Mb.
#76556
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   65

103 
 
bütün  kənd,  Ģəhər  dedikdə  evlər,  binalar  deyil,  orada  yaĢayan  insanlar  nəzərdə 
tutulur.  Vahidi  oxuyan,  Sabiri  əzbər  bilən  dedikdə  həmin  Ģairlərin  özü  yox,  Ģeirləri 
fikrə  gəlir.  Tələbə  qəbulu  elan  edən  ali  məktəbin  binası  deyil,  onun  rektorluğudur 
və s. 
"Bir  boĢqab  yedim",  "Bir  fincan  içdim"  -deyən  də  boĢqabdakı  xörəyi,  fincandakı 
mayeni  nəzərdə  tutur.  Eləcə  də  qara  qızıl  deyiləndə  nefti,  sarı qızıl dedikdə taxılı, 
ağ  ölüm  dedikdə  narkomaniyalıq,  anaĢa,  tiryək, heroin kimi maddələr, Odlar yurdu 
dedikdə Azərbaycan yada düĢür. 
3.  Sinekdoxa.  Məcazın  bu  növündə  eyni  söz  həm  bütövü,  həm  də  bütövün 
hissələrini  bildirir.  Bir  Ģey,  hadisə  haqqında  danıĢılarkən  onun  bütövünü  deyil,  bir 
hissəsinin  adını  çəkməklə  təsəvvür  yaradılır.  Sözün  cəm  haldakı  forması  əvəzinə 
təkdə  iĢlənməsi  də  sinekdoxa  hesab  olunur.  Məsələn:  Tələbənin  vəzifəsi  yaxĢı 
oxumaqdır:  Çalpapaq  iri  addımlarla  vargəl  edirdi;  Anam  sənə  qurban,  ay 
sarıköynək; O ki özün tutub keçəl qurumsaq və s. 
4.  Epitet  məcazi  mənada  iĢlənən  obrazlı,  bədii  təyindir.  Epitet  yunanca  "epitos" 
sözündən  olub  mənası  "əlavə"  deməkdir.  ƏĢya  və  hadisələrə məxsus əlamət oxĢar 
olan  baĢqa  bir  əĢya  və ya hadisəyə əlavə edilir. Məs: Ģıltaq dalğalar, qırçın ləpələr, 
durna  gözlü  bulaq,  göy  göyərçin  qanadlı gecə, mərmər sinə və s. birləĢmələrindəki 
birinci  tərəflər  epitetdir.  Epitetlər  qüvvətli  bədii  təsvir  vasitələrindən  olub  bədii 
üslubun  bütün  janrlarında  iĢlədilir,  əĢya  və  hadisələri  obrazlı  Ģəkildə 
səciyyələndirir,  nitqin  təsir  gücünü  artırır.  Bədii  üslub  özü  də  iki  yerə  bölünür: 
nəzm  üslubu  və  nəsr  üslubu.  Nəzm  üslubu  dedikdə  Ģeirlə  yazılmıĢ  əsərlər  nəzərdə 
tutulur.  Burada  fikirlər,  təsvirlər  sözlərin  özünəməxsus  nizamla  misralar  daxilində 
düzülməsi  əsasında  verilir.  Bu  üslubda  müəyyən  ölçülər  gözlənilir:  eyni  ölçülü 
səslər  bir-birini  izləyir,  növbə  ilə  təkrarlanaraq  ahəng  və  ya  ritm  yaradır.  Misralar 
eyni  ölçüdə  olmaqla  Ģeirin  vəznini  müəyyənləĢdirir.  Əruz  vəznində  ölçü  uzun  və 
qısa  saitlərin  növbələĢərək  onların  təkrarı  əsasında  yaranır.  Heca  vəznində  isə 
misraların  ölçüsü  hecaların  sayı  ilə  müəyyənləĢir.  ġeirdə  misralar  qafiyələnir. 
Qafiyə  misraların  sonunda  gələn  sözlərin  səs  tərkibinə  görə  bir-birinə  uyğun,  eyni 
(və  ya  oxĢar)  səslənən  hecaları  əhatə  edir.  ġeirdə  qafiyə  ilə  yanaĢı  rədif,  bölgü 
(misradaxili  fasilə),  bir  cümləni  tam  və  ya  onun  bir  hissəsini  özündə  ehtiva  edən 
misralar  daxilində  olur.  ġeir  beytlər,  yaxud  bəndlər  Ģəklində  yazılır.  Beyt  bir-biri 
ilə  fikrən  bağlı  olan  qafiyəli  iki  misradan  ibarət  olur.  Bayatı,  ağı,  qoĢma,  gəraylı, 
təcnis  (cığalı  və  ayağlı  təcnis  istisnadır),  rübai,  tuyuğ  dörd  misradan  ibarət 
dördlüklər  Ģəklində,  müxəmməs,  müstəzadlar  və  s.  isə  beĢlik,  altılıq,  yeddilik 
Ģəkillərində  qurulur.  Bədii  əsərlər  dramatik  növdə  də  yazılır.  Dramatik  növün  üç 
janrı  vardır:  komediya,  faciə,  dram.  Bu  növün  əsas  xüsusiyyəti  əsərdə  baĢ  verən 
hadisələri  sürətlərin  (personajların)  hərəkəti  və  danıĢığı  ilə  canlandırmaqdır. 
Dramatik  əsərlər  səhnədə  tamaĢaya  qoyulmaq  üçün  yazılır.  Sürətlərin  danıĢığı 
dialoq  və  monoloq  Ģəklində  qurulur.  Pyeslər  daha  çox  nəsrlə  yazılır.  Lakin 
H.Cavidin,  S.  Vurğunun,  S.Rüstəmin  və  baĢqalarının  Ģeirlə  yazılmıĢ  pyesləri  də 
vardır. Ədəbiyyatımızda dramaturgiyanın əsasını M.F.Axundov öz altı komediyası 
ilə  qoymuĢdur.  Faciə  janrında  N.Nərimanovun,  N.Vəzirovun,  Ə.Haqverdiyevin 
gözəl  əsərləri  vardır.  Sonrakı  dövrlərdə  C.Cabbarlı,  S.Rəhman,  Ġ.Əfəndiyev, 


104 
 
B.Vahabzadə,  N.Xəzri,  Anar  və  baĢqa  görkəmli  Ģair  və  yazıçılarımız  nəzm  və 
nəsrlə  bədii  cəhətdən  bitkin  pyeslər  yazmıĢlar.  Nəsr  üslubunun  əsas  əlaməti 
müəyyən  bir  həyati  hadisə  və  ya  əhvalatın  danıĢıq,  nəqletmə  yolu  ilə  təsvir 
olunmasıdır.  Bu  üslubun  əsas  ifadə  üsulu  təhkiyədir.  Epik  növün  janrları  nağıl, 
əfsanə,  lətifə,  təmsil,  dastan,  hekayə,  novella,oçerk,  povest  və  romandır.  Bədii 
üslubda  nitq  zamanı  Ģəxs  öz  fikrini  daha  emosional  çatdırmaq  üçün  müxtəlif 
üsullardan  istifadə  edir.  Bu  hal,  əsasən,  yazılı  nitq  üçün  xarakterikdir.  DanıĢan  və 
yazan  dediyi  fikrin  emosionallığını,  təsir  gücünü  artırarkən  bədii təsvir vasitələrinə, 
sintaktik  fiqurlara,  ən  çox  da  bədii  sual,  təzad,  mübaliğə,  kinayə  və  təkrirlərə geniĢ 
yer  verir.  Ahəngdarlığın  artırılmasında,  fikrin  qüvvətləndirilməsində  nitqdəki 
cümlənin  baĢlanğıcında  və  ya  sonunda  təkrar  olunan  sözlər  (anafora  və  epifora) 
diqqəti cəlb edir. Məsələn: 
Gəl, gəl, a yaz günləri, 
Ġlin  əziz günləri.  (Sabir) 
Beytin  əvvəlindəki  sözlərin  təkrarı anafora, sonunda təkrarlanan  sözlər isə epifora 
adlanır. 
Yaxud:  YaxĢı,yaxĢı, baĢa düĢdük; Fikriniz aydındır, aydından da aydındır. 
Yaxud:  Getdim gördüm bir dərədə iki kar, kor kürkü yırtıq kirpi var. 
Yaxud: 
Can deməklə  candan can əskik olmaz, 
Dostları bir-birinə  mehriban  eylər.  (A.Qurbani) 
Ta inki  eĢitdi vəfati-canan, 
Canan, canan deyib o da verdi can. (Q.Zakir) 
 
Ümumiyyətlə,  bədii üslub digər üslublardan bir çox cəhətdən, əsasən də, obrazlılıq 
cəhətdən  fərqlənir.  Yazıçılar  da  bu  üslubda  yazdığı  əsərlərində  dilin  axıcı  və 
cəlbedici  olmasına,  estetik  cəhətən  yüksək  keyfiyyətlərə  cavab  verməsinə 
çalıĢırlar.  Onlar  rəngarəng  söz  və  ifadələrdən,  dilin  bədii  təsvir  və  ifadə 
vasitələrindən 
istifadə 
etməklə 
əsərlərinin  oxucular  tərəfindən  maraqla 
oxunmasına, zövq və həzz mənbəyinə  çevrilməsinə  çalıĢırlar. 
Sual və tapĢırıqlar 
1. Nitq üslubları necə yaranır? 
2. Yazı üslubu nədir və onun hansı növləri  vardır? 
3. Bədii  üslub nədir? 
4. Bədii  əsərin xarakterik  xüsusiyyətləri  və vəzifələri  hansılardır? 
5.  Bədii  təsvir  vasitələri  dedikdə  nə  baĢa  düĢülür  və  onlar  ədəbi  bədii  əsərlərin 
ifadəliyinə  xidmət edirmi? 
6. Metafora nə deməkdir və o, dildə necə yaranır? 
7. Metonimiya  nədir? Metonimiyaya  aid bir neçə nümunə  göstərin. 
8. Epitet sözünün mənasını deyin, ona aid misallar  gətirin. 
9. Bədii  üslubun növləri  hansılardır? 
10. Nəzm və nəsr üslubları nə deməkdir? 
 


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə